Məhkəmə qərarları › İş №1(102)-2436/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2436/2025

25.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2436/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2 025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 26 avqust 2025-ci il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əhmədov Ayazbəy Qabiliyyət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2025-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Cavid İbadulla oğlu (sədrlik edən və məruzəçi) İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə), Məhkum, 9 mart 1994-cü il tarixdə Ağstafa rayonunun Keçəsgər kəndin də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonunun Keçəsgər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Sovxoz yaşayış məntəqəsində nömrəsiz evdə yaşamış, CM-in 182.2.1,182.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 182.2.1, 182.2.4-cü maddələr ilə 7 (yeddi) il müddətə, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərər çəkmiş şəxsin yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmiş, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum qeyriləri ilə (ittiham aktına əsasən X12 adlı şəxslə) qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü ilin mart ayının sonlarında X4 iştirakı ilə hakimiyyət nümayəndələrinin ünvanına nalayiq söyüşlər söymələri ilə bağlı çəkdikləri videonu hədə-qorxu ilə xeyli miqdarda əmlak əldə etmək məqsədilə naməlum videomontaj proqramı vasitəsi ilə montaj edərək Məhkum düşdüyü kadrları həmin videodan kəsib çıxarmaqla yalnızca X4 kadrları olan videogörüntünü sonuncu dəfə 10 aprel 2 024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Hovsan qəsəbəsindən X4ün anası Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında olarkən onun istifadəsində olan “WhatsApp” tətbiqinə göndərməklə, həmin videonu sosial şəbəkələrdə yayacaqları hədəsi ilə Zərərçəkmiş şəxs 3 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək olan müddət ərzində hədə-qorxu ilə 10.000 manat pul tələb etmiş, həmin puldan 100 manat pulun X7 4069-****-****-**** nömrəli kart hesabına köçürülməsinə nail olub, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum naməlum vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 4,990 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əld ə edərək üzərində saxlamaqla 14 may 2024-cü il tarixdə ünvan 2 ünvanına daşımış, 14 may 2024-cü il tarixdə, saat 03:10 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına aparılaraq xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,712 qram, 1,670 qram və 1,608 qram, ümumi təmiz çəkisi 4,990 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynindəki şalvarının sol yan cibindən üzərində psixotrop maddə metamfeta minə məxsus izlər olan 1 ədəd bozgümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. 11 iyun 2025-ci il tarixdə Məhkum müdafiəçisi A.Q.Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2025-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs haqqında bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi A.Q.Əhmədovun hökmdən verdiyi apellyasiya şikayəti cinayət işi ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən və apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə ilkin baxış iclasının 1 iyul 2025-ci il tarixli qərarı ilə həmin şikayətə mahiyyəti üzrə baxılması 22 iyul 2025-ci il tarixə saat 16:15-ə təyin olunduqdan sonra müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 m ay 2025-ci il tarixli hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da 30 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti vermiş və eyni zamanda həmin tarixdə birinci instansiya məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Buna görə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2025-ci il tarixli qərarı ilə müdafiəçi A.Q.Əhmədovun apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vəsatətinə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2025-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Hüseynov Cavid İbadulla oğlu) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yuxarıda göstərilən vəsatəti təmin olunmuş və onu n Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxdığı müddət bərpa edilmiş, Məhkum barəsindəki cinayət işi isə həm müdafiəçinin, həm də zərər çəkmiş şəxsin apellyasiya şikayətlərinə baxılması üçün 11 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2025-ci il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi A.Q.Əhmədov apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin verilməsi üçün buraxdığı müddətin bərpa edilməsinə dair vəsatətinin rəd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Zamin Vəliyəddi n oğlu (sədrlik edən və məruzəçi) Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 26 avqust 2025-ci il tarixli qərarı ilə müdafiəçi A.Q.Əhmədov tərəfindən birinci instansiya məhkəməsinin 7 avqust 2025-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi A.Q.Əhmədov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə ilkin baxış iclası mərhələsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2025-ci il tarixli qərarını qanunsuz və əsassız hes ab edən müdafiəçi A.Q.Əhmədov bu qərardan verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin onun maraqlarına toxunan istənilən qərardan şikayət vermək hüququ mövcuddur və bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ-ci hissəsi ilə qorunur. Yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüququ da təqsirləndirilən şəxsin konstitusion hüququdur. Digər tərəfdən isə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərardan apellyasiya şikayətinin verilməsi prosessual qanunvericiliklə qadağan edilməmişdir. Odur ki, şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi A.Q.Əhmədov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, onun müdafiəçisi A.Q.Əhmədov isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi A.Q.Əhmədovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayar aq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə koll egiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərar ını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, kassaiya şikayətində istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstittusiyanın 65-ci maddəsinin tələbinə görə, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Konstitusiyanın bu normasının qanunvericiliyin digər normaları ilə müqayisəli təhlili, digər tərəfdən isə Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin mövcudluğu belə nəticəyə gəlməyə əsas verir ki, cinayət mühakimə icraatının həyata keçirilməsi zamanı məhkəməyə təkrar müraciət etmək hüququ təkcə hər hansı məhkum olunmuş şəxsə deyil, həmçinin çəkişmə prinsipinə uyğun olaraq cinayət prosesinin başqa iştirakçılarına da – dövlət ittihamçısına, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, məhkum olunmuş şəxsin müdafiəçisinə və digər şəxslərə də mənsubdur. Təsadüfi deyil ki, CPM-in apellyasiya və kassasiya icraatını tənzimləyən müvafiq maddələrində (CPM-in XLVİİ və XLVİİİ fəsilləri) bu hüququn həyata keçirilməsinin qaydaları, əsasları, müddətləri və bununla bağlı bir sıra digər məsələlərin həllinə dair tələblər nəzərdə tutulmuşdur ki, cinayət prosesinin iştirakçıları da bu tələblərə əməl etməklə birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarından isə - kassasiya protesti və ya kassasiya şikayəti vermək hüququna malikdirlər. Göstərilən tələblərdən biri də apellyasiya protestinin və ya apellyasiya şikayətinin, yaxud da kassasiya protestinin və ya kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə əməl olunmasından ibarətdir. Qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. C inayət mühakimə icraatı həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və mü ddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər, o cümlədən bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsind ə nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən zərər çəkmiş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilikdə həmçinin yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyü də nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa ed ilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Göründüyü kimi, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, qeyd olunan normanın tələbinə və mənasına görə, həmin normada apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, cinayət prosesinin iştirakçılarının bu haqda qəbul edilmiş qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququ, göstərilən vəsatət təmin edildikdə, işə apellyasiya qaydasında baxılması nəzərdə tutulmuş, vəsatətin təmin edilərək müddətin bərpa olunması haqda qərardan isə bu qərarla razı olmayan cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müəyyən edilməmişdir. Hazırkı iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi hakiminin 7 avqust 2025-ci il tarixli qərarından göründüyü kimi, məhkəmə Zərərçəkmiş şəxs 30 may 2025-ci il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 20-günlük müddəti üzrlü səbəblərdən buraxmasını nəzərə alaraq, eyni zamanda onun da məhkəməyə təkrar müraciət etmək hüququnun təmin olunmasını mümkün bilərək bu müddətin bərpa edilməsi haqqında vəsatətin təmin olunmasını məqsədə uyğun hesab etmiş, bununla da prosessual hüquq normalarının, eyni zamanda təqsirləndirilən şəxs Məhkum hər hansı hüququnun pozulmasına yol verməmişdir. Digər tərəfdən, həmin məhkəmənin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmək hüququnun qanunvericilikdə nəzərdə tutulmaması nəzərə alınaraq göstərilən qərarda bu dəlillərlə bağlı heç bir tədqiqat və təhlil aparmamış, çünki bu səlahiyyətlər müstəsna olaraq apellyasya instansiyası məhkəməsinə aiddir. Müdafiəçi A.Q.Əhmədov öz kasssas iya şikayətində həmin qərardan təqsirləndirilən şəxsin apellyasiya şikayəti vermək hüququnun olmasını iddia etsə də prosessual hüquq normalarının təhlili göstərir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında belə qərarlardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi hüququ heç bir normada nəzərdə tutulmamış və Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsi 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə mindikdən sonra təhlil edilən məsələ ilə bağlı məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşdırılmışdır. Yəni həm qanunvericiliyin tələblərinə, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud da apellyasiya və ya kassasiya protestinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlər buraxı ldıqda, məhkəmələr tərəfindən isə həmin müddətlərin bərpa edilməsi haqqında qərarlar qəbul edildikdə və cinayət prosesinin hər hansı iştirakçısı belə qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti, yaxud da kassasiya şikayəti və ya kassasiya protesti verdikdə bu kimi apellyasiya və kassasiya müraciətləri buna hüququ olmayan şəxslər tərəfindən verilmiş müraciətlər kimi qiymətləndirilir və bu qiymətləndirməyə uyğun olaraq həmin müraciətlərin icraata qəbul edilməsindən imtina olunur. Məhkəmə kollegiyası təsvir edilənlərdən çıxış edərək hazırkı iş üzrə də belə qənaətə gəlir ki, müdafiəçi A.Q.Əhmədovun Bakı Ağır Cinayətlər Məhkəməsi hakiminin 7 avqust 2025-ci il tarixli qərarından apellyasiya şikayəti vermək hüququ olmadığından apellyasiya instansiyası tam qanuni və əsaslı olaraq o nun həmin şikayətinin icraata qəbul edilməsindən imtina olunması haqda 26 avqust 2025-ci il tarixli qərarı qəbul etmiş və bu qərar qanunun tələblərinə tam uyğundur. Belə ki, CPM-in 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi A.Q.Əhmədovun kassasiya şikayətinin dəlillərini iş materialları və prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə bir daha təhlil edib həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2025-ci il tarixli hökmü ilə Məhkum CM-in 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 26 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Müdafiəçi A.Q.Əhmədovun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 26 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar