Məhkəmə qərarları › İş №1(102)-2437/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2437/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2437/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2024- cü il tarixli 1(105)-403/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim A.S.Qasımov) 15 aprel 2024-cü il tarixli 1(012)-371/2024 nömrəli hökmü ilə xx xxxxxx 1974-cü ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Qaraqollar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ə.Cavad küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə 11655,00 ABŞ dolları məbləğində pul borcunu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 iyul 2019cu il tarixli, 2(030)-121/2019 nömrəli, həmçinin 19200,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 19228,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2021-ci il tarixli, 2(104)-2475/2021 nömrəli qətnamələrinin iclasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 3(012)-1054/2022 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 3(105)-149/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktl arının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 01 iyun 2023-cü il, 24 iyun 2023-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 12 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.Ə.Ağayev (sədrlik edən və məruzəçi), R.O.Əsgərova və A.İ.İsmayılov) 04 iyul 2024-cü il tarixli, 1(105)-403/2024 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 1(012)-371/ 2024 nömrəli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) ilə artırılmışdır. Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2024-cü il tarixli, 1(105)-403/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum təyin olunmuş cəzanın sərtləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs1 onunla əsaslandırmışdır k i, apellyasiya instansiyası məhkəməsinin qərarı cəza hissəsində əsaslı və qanuni deyil, ona görə də Məhkum barəsində məhkum olunduğu CM-in 306.1-ci maddəsi üzrə verilmiş cəzanın sanksiyası həddində daha ağır cəza verilməlidir. Təqsirləndirilən şəxs Məhkum ona təyin edilmiş cəzanın mahiyyətini və çıxarılmış məhkəmə aktlarının qüvvəsini çox təəssüf ki dərk etməmiş və ona təyin edilmiş cəza sanksiya hissəsində nəzərdə tutulmuş ən son həddə qaldırılmalıdır ki o, öz məsuliyyətini dərk etsin. Sumqayıt Apellyasiya Məhkəməsi Məhkum barəsində cəza tədbiri seçərkən iş üzrə bütün halları kifayət qədər nəzərə almamış və ona yüngül cəza təyin etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə münasibətdə hər hansısa müsbət hesab ediləcək addım atmamış, məhkəmə qərarlarına ciddi yanaşmamışdır. Apellyasiy a məhkəməsi araşdırması zamanı təqsirləndirilən şəxsə yaranmış borcun ödənilməsi ilə əlaqədar kifayət qədər vaxt verilməsinə baxmayaraq borcun ödənilməsi ilə bağlı o heç bir müsbət addım atmamışdır onun bura qədər 5 il vaxtı olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üz rə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən s übutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməl yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin zərərçəkmiş şəxsin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayəti Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsi barədə verilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına, məhkumun şəxsiyyətinə öz y üngüllüyünə görə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkar ın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükə lilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakim ə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın m əqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin hökmlə təyin edilmiş cəzasını artıraraq CM-in yuxarıda qeyd edilmiş maddələrinə əsaslanıb cəzasını ədalətsiz hesab edərək belə nəticəyə gəlmişdir ki, CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Məhkum aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən o, müvafiq məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəblərdən qərəzli olaraq yerinə yetirmədiyinə görə ən ağır növ inzibati məsuliyyətinə cəlb edilməsinə baxmayaraq məhkəmə qətnaməsini qərəzli olaraq yerinə yetirməmişdir. Bu kimi səbəblərdən apellyasiya məhkəməsi məhkuma təyin edilmiş cəzanın ədalətsiz hesab etmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsaslar ı baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın daha da yuxarı həddində cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərilən hallar və dəlillər Məhkum daha yüksək həddə cəza təyin edilməsinə əsas vermir. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun tör ətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına öz yüngüllüyünə görə açıq-aşkar uyğun olmayan cəza kimi hesab oluna bilməz. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır, kassasiya şikayətinin bu barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyas ı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2024-cü il tarixli 1(105)-403/2024 nömrəli Məhkum haqqındakı qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2024-cü il tarixli 1(105)-403/2024 nömrəli qərarı Zərərçəkmiş şəxs1 kassasiya şikayətinə münasibətdə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar