Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2439/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi İbrahimov Nizami Hafiz oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 27 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 144-1.2.3, 144-1.2.5, 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi N.H.İbrahimov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1971-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunun Cıvıxlı kəndində anadan olmuş, Azərbayca n Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmamış uşaqları olan, Heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-nin 144-1.2.3, 144-1.2.5, 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 144-1.2.3, 144-1.2.5-ci maddələri ilə 10 (on ) il 6 (altı) ay müddətə, CM-nin 149.3.3-cü maddəsi ilə 12 (on iki) il 6 (altı) müddətə, CM-nin 150.3.3-cü maddəsi ilə 12 (on iki) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 144 -1.2.3, 144-1.2.5, 32.5,149.3.3 və 32.5,150.3.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 ( on beş ) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində təsir imkanlarından sui-istifadə edib alçaq niyyətlərlə, təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə və təqsirkardan asılı vəziyyətdə olmaqla zəif lik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə edib zərərçəkmiş şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi nemət və sair güzəştlər verməklə, habelə zərərəçəkmiş şəxsə hədəqorxu gəlməklə yetkinlik yaşına çatmayan şəxsi cinsi istismar edilməsi məqsədi ilə cəlb etməklə, əldə etməklə, saxlamaqla, daşımaqla qəbul edib insan alveri etmiş, alçaq niyyətlə, habelə zərərçəkmiş şəxsin doğma anasının məsləhətləri, göstərişləri və məlumatları əsasında, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkliyi ilə təqsirkardan asılı və köməksiz vəziyyətdə olan və təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan azyaşlı zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaqla onu zorlamış və ona qarşı seksual xarakterli di gər zorakılıq hərəkətləri törədərək ünvan 2 ünvanda yerləşən “Manqal” adlanan kafeyə rəhbərlik edərkən, həmin kafedə qeyri-rəsmi xidmətçi işləyən və kafenin həyətində yerləşən yardımçı otaqda doğma övladı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayan, faktiki olaraq sonuncuya nəzarət edən Təqsirləndirilən şəxs1 ilə 2018-ci ilin iyul ayının əvvəllərində qarşılaşarkən sonuncuya 8 yaşında olan yetkinlik yaşına çatmamış xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs özü ilə təbii və qeyri təbii yolla cinsi əlaqədə olmasına şərait yaratmasını, bunun üçün azyaşlının ona qısa müddət ərzində verilməsini, qarşılığında isə 100 manat pul verəcəyini, eləcə də kafedə xidmətçi işini davam etdirməkdə güzəşt edəcəyini, gələcəkdə maaşını artıracağını bildirmiş, Təqsirləndirilən şəxs1 da qabaqcadan əlbir olan bir qrup şəxs qismində onunla razılaşıb sövdələşdikdən sonra, hər ikisi Zərərçəkmiş şəxs, köməksiz vəziyyətdə və təqsirkarlardan asılı vəziyyətdə olmaqla zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə edib plana uyğun olaraq Təqsirləndirilən şəxs1 2018-ci ilin iyul ayının əvvəllərində məsləhətləri, göstərişləri və məlumatları əsasında Zərərçəkmiş şəxs aldadıb “Məhkum əmin səni gəzməyə aparacaq” deməklə maneələri aradan qaldırıb kimsəsiz yerdə iradəsi əleyhinə cinsi istismar, yəni təbii və qeyri təbii yolla cinsi əlaqədə olmasına şərait yaratmaqla ona vermiş, o da bu məqsədinə nail olmaq üçün Zərərçəkmiş şəxs 2018-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 qəbul edib mülkiyyətində olan idarə etdiyi “Mercedes Benz Yük” markalı, Az **-CF-*** dövlət qeydiyyat nişanlı avtomob illə Zərərçəkmiş şəxs “Manqal” adlı kafedən günorta saatlarında götürərək Xəzər dənizinin Sumqayıt şəhəri ərazisində sahilinə kimi avtomobili ilə özü ilə saxlamaqla daşıyıb dəniz kənarında heç kimin olmadığı əraziyə gətirmiş, ərazidə kimsənin olmamasından istifadə edib avtomobilin ön oturacağında əyləşmiş Zərərçəkmiş şəxs avtomobildən düşüb arxa oturacaqlar olmayan, yükdaşınması kimi istifadə olunan hissəsinə keçməyi tələb etmiş, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmayan, habelə fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, ümumilikdə Zərərçəkmiş şəxs ona qarşı edilmiş hərəkətlərin mahiyyətini dərk etmək və müqavimət göstərmək imkanından məhrum etməklə köməksiz vəziyyətindən istifadə edərək avtomobilin arxa salonuna keçir miş, orada özünün və azyaşlının əynində olan paltarlarını zorla çıxarmaqla zərərçəkmişi lüt vəziyyətdə avtomobilin yük yerinin döşəməsi üzərinə xalça sərməklə uzadarkən Zərərçəkmiş şəxs müqavimət göstərib onu özündən kənarlaşdırmaq istəyərkən sonuncunun qollarından tutub sıxmaqla fiziki zor tətbiq etmiş, müqavimət göstərməkdə davam edəcəyi halda isə şiddətli zor tətbiq edəcəyini, fiziki zorakılıqla incidəcəyini, habelə anasını işdən çıxaracağını, yaşadıqları şəhərdə bu barədə dayılarına danışacağını bildirib təqsirkardan asılı və köməksiz vəziyyətdə olmaqla təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmək hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri, yəni cinsi ehtirasını pozğun formada və alçaq niyyətlə təmin etmək məqsədilə əllərini Zərərçəkmiş şəxs sinə (döş), cinsiyyət orqanı və arxa keçəcək dəliyi nahiyələrinə sürtmüş, daha sonra öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyyəsinə sürtüb ağız boşluğuna daxil etmək istəsə də sonuncu ağzını sıxdığından bunu edə bilməyib cinsiyyət orqanını zərərəçəkmiş şəxsi əlində tutmasına məcbur etdirib, ardınca özü zərərəçəkmiş şəxsin cinsiyyət orqanını öpmüş, bundan sonra ereksiya vəziyyətində olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə qızlıq pərdəsinin tamlığını, yəni bakirəliyini pozaraq, habelə ereksiya vəziyyətində olan cinsiyyət orqanını zərərəçəkmiş şəxsin anal dəliyinə salıb onunla bir neçə dəqiqə ərzində həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmaqla alçaq niyyətlə, habelə zərərçəkmiş şəxsin doğma anası T əqsirləndirilən şəxs1 məsləhətləri, göstərişləri və məlumatları əsasında, habelə maneələri aradan qaldırması kimi köməkliyi ilə təqsirkardan asılı və köməksiz vəziyyətdə olan və təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan azyaşlı zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaqla onu zorlamış və eyni formada qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təsir imkanlarından sui-istifadə edib alçaq niyyətlərlə, cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı, köməksiz vəziyyətdə və təqsirkardan asılı vəziyyətdə olmaqla zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə edib zərərçəkmiş şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi nemət və sair güzəştlər verməklə, habelə zərərəçəkmiş şəxsə hədəqorxu gəlməklə yetkinlik yaşına çatmayan şəxsi cinsi istismar edilməsi məqsədi ilə cəlb etməklə, əldə etməklə, saxlamaqla, daşımaqla qəbul edib insan alveri cinayətini törətmişdir. Hökmdən Məhkumun müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 21 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli hökmü isə Məhkum aid hissədə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi N.H.İbrahimov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdfiə etdiyi şəxs barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, işin müəyyən edilmiş faktiki hallarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi N.H.İbrahimov həmin şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Məhkum CM-nin 144-1.2.3, 144-1.2.5, 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsini təsdiq edən sübutlar əldə edilməmiş və məhkəmələr tərəfindən də belə sübutlar araşdırılmayaraq araşdırılmış sübutlara düzgün qiymət verilməmiş, bu səbəblərdən də hüquqlarını müdafiə etdiyi şəxs qanunsuz olaraq məhkum edilmişdir. Belə ki, Məhkum cinayət təqibinin heç bir mərhələsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz hərəkətlər etmədiyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs da ibtidai araşdırma zamanı müxtəlif, biri-birinə ziddiyyətli olan ifadələr vermiş və həmin araşdırmanın ilkin mərhələsində ümumiyyətlə Məhkum onu zorlamasını və ya ona qarşı digər qanunsuz əməllər törətməsini bildirməmişdir. Məhz həmin ifadələr i təsvir edərək onlara əsaslanan müdafiəçi N.H.İbrahimov qeyd etmişdir ki, məhkəmələr həmin ifadələri dəqiqliklə nəzərdən keçirməmiş və onlara qiymət verməmiş, məhkəmə iclaslarında araşdırma tam və obyektiv aparılmamış, zərərçəkmişin ifadələrinə isə heç bir qiymət verməmişlər. Bundan başqa, Şəki şəhər-rayon Polis şöbəsində araşdırma aparılarkən ilk dəfə 2 iyul 2021-ci il tarixdə dindirilən Zərərçəkmiş şəxs və onu nənəsi Şahid2 ilk izahatlarında Zərərçəkmiş şəxsnun Təqsirləndirilən şəxs2 trəfindən zorlanmasını və ona qarşı digər zorakı seksual xarakterli hərəkətlər etməsini göstərmiş, bu vaxtı Məhkum adını çəkməmiş, elə həmi gün “şəxsin tanınmaya təqdim edilməsi haqqında” istintaq hərəkəti aparılarkən də Zərərçəkmiş şəxs tanınmaya təqdim olunan 4 nəfərin içərisindən Təqsirləndirilən şəxs2 g östərərək 2020-ci ildə bu şəxs tərəfindən zorlandığını və qızlıq bəkarətinin tamlığının pozulduğunu bildirmişdir. 26 iyul 2021-ci il tarixdə də Şəki rayon prokurorluğunda izahal verən Şahid2 əvvəlki izahatını olduğu kimi təsdiq edərək verilən sualları cavablandıran zaman nəvəsi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2dən başqa heç kimin nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmadığını göstərmiş, bu halı Zərərçəkmiş şəxs da həmin gün verdiyi izahatında təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının 26 iyul 2021-ci il tarixli 374 nömrəli rəyindən də görünür ki, zərarşəkmiş Zərərçəkmiş şəxs tibbi müayinədən keçirilərkən ekspertlətin verdiyi suallara cavab olaraq 2020-ci ilin əvvəllərində Abşeron rayonunda Təqsirləndirilən şəxs2 adlı şəxs tərəfindən zorlandığını, sonuncunun onunla cinsi əlaqədə olmasından sonra ondan qan gəldiyini, əvvəllər heç kimlə təbii və ya qeyritəbii yolla cinsi əlaqədə olmadığını söyləmişdir. Həmin ekspertiza tədqiqatının nəticəsində Zərərçəkmiş şəxs ilk aybaşısının 30 iyun 2021-ci il tarixdə olması müəyyən edilmiş və arxa keçəcək nahiyəsində onunla mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamətləri aşkar olunmuşdur. Bütün bu izahat və ifadələrə baxmayaraq Zərərçəkmiş şəxs cinayət işinin materialları aidiyyəti üzrə Binəqədi rayon prokurorluğuna göndərildikdən sonra orada növbəti ifadəsini 30 avqust 2021-ci il tarixdə verərkən əvvəlki fikir və ifadələri ilə tam ziddiyyət təşkil edən yeni məzmunlu ifadə vermişdir. O, yeni ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında o, anası ilə birlikdə Sumqayıt şəhərində Kotej qəsəbəsində kirayədə yaşadıqları vaxt anası Təqsirləndirilən şəxs1 onu bilmədiyi ərazidə yerləşən kluba aparmaqla orada ona tanımadığı bir şəxslə cinsi əlaqədə olmasını təklif etmiş, o, da həmin vaxt anası hamilə olduğuna və pul qazana bilmədiyinə görə məcbur qalaraq anasının dediyini etmiş, ödəlinən pulun əvəzində getdikləri klubda tanımadığı 25-26 yaşlarında olan keçəl bir oğlanla oradan başqa yerə getməklə iki mərtəbəli bir evdə təbii və qeyri-təbii yorlarla cinsi əlaqədə olmuş və bakirəliyini itirmiş, bunun müqabilində anasının nə qədər pul aldığını bilməmiş, bakirəliyi pozulanda ondan qan qəlmiş, bundan sonra anası Təqsirləndirilən şəxs1 vaxtaşırı adını və harada yerləşdiyini bilmədiyi kluba aparmaqla onu 10-a yaxın ayrı-ayrı kişilərlə 15 dəfədən çox qeyri-təbii yolla cinsi əla qədə olmağa vadar etmiş və bunun əvəzində pullar almış, işin üstü açılanda isə bakirəliyinin pozulmasını Təqsirləndirilən şəxs2nin üzərinə qoymağı tapşırmışdir. Zərərçəkmiş şəxs əlavə olaraq qeyd etmişdir ki, anasının tapşırığı ilə şahid1nın evində olan vaxt sonuncu onun bakirəliyinin pozulması barədə soruşduğu təqdirdə şahid1ya yalan danışaraq anası Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində “Manqal” adlı kafedə işlədiyi zaman o, tanımadığı bir kişi ilə dəniz kənarında olanda cinsi əlaqəyə girmiş, bakirəliyi məhz həmin gün pozulmuş, Təqsirləndirilən şəxs2nin bu hadisələrə heç bir aidiyyəti olmamış, butun olanlar barədə,yenə də anasının tapşırığı ilə 26 iyul 2021-ci il tarixə kimi hec kimə hec bir şey deməmişdir. Məhkəmə-psixoloji ekspertizasının 24 sentyabr 2021-ci il tarixli 11/336 nömr əli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs psixoloji ekspertizadan keçirilərkən ekspertlərin verdikləri suallara cavab olaraq anası Təqsirləndirilən şəxs1 tərəfindən 10-a yaxın ayrı-ayrı tanımadığı kişilərə satıldığını, bunun əvəzində anasının pullar aldığını demişdir. Müdafiəçinin qənaətinə görə Büllur Məmmədovanın qızı Zərərçəkmiş şəxsnu Məhkum 100 manata satması sübuta yetirilməsə də, sonuncu zərər çəkmiş şəxsin ziddiyyətli izahatları və ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edilmişdir. Halbuki, Zərərçəkmiş şəxs yalnız sonradan verdiyi ifadələrlə ilə tam ziddiyyət təşkil edən yeni ifadələr verərərək ilk dəfə Məhkum adını çəkərək göstərmişdir ki, 2018-ci ilin iyul ayından sentyabr ayınadək anasının işlədiyi “Manqal” kafesinin müdrü işləmiş Məhkum adlı b u şəxs tərəfindən Sumqayıt şəhərinin ərazisində, dəniz kənarında tanımadığı yerlərdə dəfələrlə zorlanmış, Məhkumdən başqa o, hec kimlə təbii və ya qeyri-təbi yolla cinsi əlaqədə olmamış, anası onu hec bir kluba aparmamış, başqa kişilərlə cinsi əlaqədə olmağa sövq etməmiş və buna görə heç kimdən pul almamışdır. Bundan başqa, məhkəmələr nəzərə almamışlar ki, Məhkum Sumqayıt şəhərində fəaliyyət göstərən “Manqal” adlı kafeni faktiki olaraq 14 avqust 2018-ci il tarixdə icarəyə götürmüş, kafenin sahibindən təmirə bir aylıq vaxt istəmiş, 17 avqust 2018-cİ il tarixdə kafeni təmir etməyə başlamış və bir həftəyə təmiri yekunlaşdıraraq 25 avqust 2018-ci i tarixldə həmin iaşə obyektinin açılışını etmişdir. Bundan sonra kafenin sahibi ilə rəsmi icarə müqaviləsini o, notarial qaydada 14 sentyabr 2018-cl il tarixdə bağlamış, zərərçəkmişi və onun anası Təqsirləndirilən şəxs1 isə 2018-ci ilin avqust ayının sonunda, yəni kafeni icarəyə götürdükdən sonra tanımışdır. Bundan sonra da Məhkum Zərərçəkmiş şəxs qarşı ittiham olunan maddələrdə göstərilən əməlləri törətmək niyəti olmamış və o, həmin əməlləri törətməmişdir, halbuki onun belə niyyəti olsaydı Zərərçəkmiş şəxsə qarşı hərəkətləri bunun üçün kifayət qədər şəraiti olan kafedə də edə bilərdi. Qeyd olunanlara əsaslanaraq müdafiəçi N.H.İbrahimov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanunamüvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət et məmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış ş əxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi N.H.İbrahimovun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrin görə isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələbləri nə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi N.H.İbrahimovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum və digərlərinin barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-n in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-n in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələb lərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilm əsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə cinayətkar qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təq dim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmamas ı barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tut ulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərək ətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusi ya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət müha kimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə da ir qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsasl ı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yox lamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hal larda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zaman ı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizl iyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və y a onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidi r. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hü quqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məh kəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutu lurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilm ədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlə rinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması de yil, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutları n təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, cinayət təqibinin bütün mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyən və azyaşlı Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz əməllər törətmədiyini bildirən Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğur mayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, çoxsaylı şahidlərin həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında hər hansı təsvirə və ya təzyiqə məruz qalmadan sərbəst şəkildə verdikləri ifadələri ilə, məhkəmə-tibbi, məhkəməpsixoloji və digər ekspertizaların rəyləri ilə, şəxsin fotoşəkil üzrə tanınmaya təqdim edilməsi və tanınması haqqında protokolla, telefon danışıqlarının aparılması haqqında məlumatlarla, bu danışıqları əks etdirən audioyazılarla, maddi sübutlarla, bir sıra digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində təsir imkanlarından sui-istifadə edib alçaq niyyətlərlə, təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə və təqsirkardan asılı vəziyyətdə olmaqla zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə edib zərərçəkmiş şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi n emət və sair güzəştlər verməklə, habelə zərərəçəkmiş şəxsə hədə-qorxu gəlməklə yetkinlik yaşına çatmayan şəxsi cinsi istismar edilməsi məqsədi ilə cəlb etməklə, əldə etməklə, saxlamaqla, daşımaqla qəbul edib insan alveri etmiş, alçaq niyyətlə, habelə zərərçəkmiş şəxsin doğma anasının məsləhətləri, göstərişləri və məlumatları əsasında, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkliyi ilə təqsirkardan asılı və köməksiz vəziyyətdə olan və təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan azyaşlı zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaqla onu zorlamış və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri törədərək ünvan 2 ünvanda yerləşən “Manqal” adlanan kafeyə rəhbərlik edərkən, həmin kafedə qeyri-rəsm i xidmətçi işləyən və kafenin həyətində yerləşən yardımçı otaqda doğma övladı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayan, faktiki olaraq sonuncuya nəzarət edən Təqsirləndirilən şəxs1 ilə 2018-ci ilin iyul ayının əvvəllərində qarşılaşarkən sonuncuya 8 yaşında olan yetkinlik yaşına çatmamış xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs özü ilə təbii və qeyri təbii yolla cinsi əlaqədə olmasına şərait yaratmasını, bunun üçün azyaşlının ona qısa müddət ərzində verilməsini, qarşılığında isə 100 manat pul verəcəyini, eləcə də kafedə xidmətçi işini davam etdirməkdə güzəşt edəcəyini, gələcəkdə maaşını artıracağını bildirmiş, Təqsirləndirilən şəxs1 da qabaqcadan əlbir olan bir qrup şəxs qismində onunla razılaşıb sövdələşdikdən sonra, hər ikisi Zərərçəkmiş şəxs, köməksiz vəziyyətdə və təqsirkarlardan a sılı vəziyyətdə olmaqla zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə edib plana uyğun olaraq Təqsirləndirilən şəxs1 2018-ci ilin iyul ayının əvvəllərində məsləhətləri, göstərişləri və məlumatları əsasında Zərərçəkmiş şəxs aldadıb “Məhkum əmin səni gəzməyə aparacaq” deməklə maneələri aradan qaldırıb kimsəsiz yerdə iradəsi əleyhinə cinsi istismar, yəni təbii və qeyri təbii yolla cinsi əlaqədə olmasına şərait yaratmaqla ona vermiş, o da bu məqsədinə nail olmaq üçün Zərərçəkmiş şəxs 2018-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 qəbul edib mülkiyyətində olan idarə etdiyi “Mercedes Benz Yük” markalı, Az **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs “Manqal” adlı kafedən günorta saatlarında götürərək Xəzər dənizinin Sumqayıt şəhəri ərazisində sahilinə k imi avtomobili ilə özü ilə saxlamaqla daşıyıb dəniz kənarında heç kimin olmadığı əraziyə gətirmiş, ərazidə kimsənin olmamasından istifadə edib avtomobilin ön oturacağında əyləşmiş Zərərçəkmiş şəxs avtomobildən düşüb arxa oturacaqlar olmayan, yükdaşınması kimi istifadə olunan hissəsinə keçməyi tələb etmiş, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmayan, habelə fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, ümumilikdə Zərərçəkmiş şəxs ona qarşı edilmiş hərəkətlərin mahiyyətini dərk etmək və müqavimət göstərmək imkanından məhrum etməklə köməksiz vəziyyətindən istifadə edərək avtomobilin arxa salonuna keçirmiş, orada özünün və azyaşlının əynində olan paltarlarını zorla çıxarmaqla zərərçəkmişi lüt vəziyyətdə avtomobilin yük yerinin dö şəməsi üzərinə xalça sərməklə uzadarkən Zərərçəkmiş şəxs müqavimət göstərib onu özündən kənarlaşdırmaq istəyərkən sonuncunun qollarından tutub sıxmaqla fiziki zor tətbiq etmiş, müqavimət göstərməkdə davam edəcəyi halda isə şiddətli zor tətbiq edəcəyini, fiziki zorakılıqla incidəcəyini, habelə anasını işdən çıxaracağını, yaşadıqları şəhərdə bu barədə dayılarına danışacağını bildirib təqsirkardan asılı və köməksiz vəziyyətdə olmaqla təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmək hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri, yəni cinsi ehtirasını pozğun formada və alçaq niyyətlə təmin etmək məqsədilə əllərini Zərərçəkmiş şəxs sinə (döş), cinsiyyət orqanı və arxa keçəcək dəliyi nahiyələrinə sürtmüş, daha sonra öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyyəsinə sürtüb ağız boşluğuna daxil etmək istəsə də sonuncu ağzını sıxdığından bunu edə bilməyib cinsiyyət orqanını zərərəçəkmiş şəxsi əlində tutmasına məcbur etdirib, ardınca özü zərərəçəkmiş şəxsin cinsiyyət orqanını öpmüş, bundan sonra ereksiya vəziyyətində olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə qızlıq pərdəsinin tamlığını, yəni bakirəliyini pozaraq, habelə ereksiya vəziyyətində olan cinsiyyət orqanını zərərəçəkmiş şəxsin anal dəliyinə salıb onunla bir neçə dəqiqə ərzində həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmaqla alçaq niyyətlə, habelə zərərçəkmiş şəxsin doğma anası Təqsirləndirilən şəxs1 məsləhətləri, göstərişləri və məlumatları əsasında, habelə maneələri aradan qaldırması kimi köməkliyi ilə təqsirkardan asılı və köməksiz vəziyyətdə olan və təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan azyaşlı zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaqla onu zorlamış və eyni formada qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təsir imkanlarından sui-istifadə edib alçaq niyyətlərlə, cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı, köməksiz vəziyyətdə və təqsirkardan asılı vəziyyətdə olmaqla zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə edib zərərçəkmiş şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi nemət və sair güzəştlər verməklə, habelə zərərəçəkmiş şəxsə hədəqorxu gəlməklə yetkinlik yaşına çatmayan şəxsi cinsi istismar edilməs i məqsədi ilə cəlb etməklə, əldə etməklə, saxlamaqla, daşımaqla qəbul edib insan alveri cinayətini törətmişdir. Məhkəmələrin iş üzrə gəldikləri bu nəticənin arxasında duran, eyni zamanda birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların hamısı ətraflı olaraq həm hökmdə, həm də kassasiya qaydasında mübahisələndirilən 21 iyun 2023-cü il tarixli qərarında təsvir edilmiş və məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda da təkrarən təsvirinə ehtiyac görməyərək eyni zamanda qeyd etməyi zəruri bilir ki, müdafiəçi N.H.İbrahimov kassasiya şikayətində əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs ilkin araşdırma zamanı verdiyi ifadələrinə istinad edərək sonuncunun bu ifadələri verərkən Mə hkum ona qarşı hər hansı qanunsuz əməllər törətməsini göstərməməsinə əsaslanmış və bu baxımdan belə qənaətə gəlmişdir ki, Məhkum həqiqətən də ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməllərin heç birini törətməmişdir. Lakin, müdafiəçi N.H.İbrahimov nəzərə almamışdır ki, həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm də məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilərkən Məhkum ona qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş əməllər barədə ətraflı, dolğun və eyni zamanda biri-biri ilə uzlaşan ifadələr vermiş, bu ifadələrini isə həm Məhkumlə üzləşdirərkən, həm də ifadələri hadisə yerində yoxlanılarkən təkrarlamış, bundan başqa isə hadisədən üç ildən artıq müddət keçməsinə baxmayaraq Məhkum avtomaşınında olan və sonuncunun istifadə etdiyi həsiri də tanıyaraq Məhkum tərəfindən məhz həmin həsirin üzərində zorlandığını, ona qarşı digər seksual xarakterli hərəkətlər edildiyini göstərmişdir. Məhkum qarşı ibtidai araşdırma zamanı ifadələr verməzdən əvvəl isə onun törətdiyi əməllər barədə Zərərçəkmiş şəxs həm anası Təqsirləndirilən şəxs1, həm digər qohumlarına, həm də hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid1 məlumat verməsini isə adı çəkilən şahidlə yanaşı həm zərərçəkmişin nənəsi Şahid2, dayıları Şahid3, Şahid4, hazırki iş üzrə məhkum olunmuş şəxslər və iş üzrə dindirilmiş digər şahidlər də təsdiq etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkum hər hansı səbəbdən şər atması, onun barəsində həqiqətə uğun olmayan ifadələr verməsi üçün heç bir əsas olmamış, onun bu ifadələrində göstərdiyi xü susatları uydurması isə araşdırılmış sübutlara müəyyən edilməmiş və müdafiəçinin iddia etdiyi bu hal həmçinin məhkəmə-psixoloji ekspertizasının 24 sentyabr 2021-ci il tarixli 11/336 nömrəli rəyi ilə də təkzib edilmişdir. Belə ki, həmin rəyə görə, Zərərçəkmiş şəxs əqli inkişafına, yaş və fərdi psixoloji xüsusiyyətlərinə görə iş üçün əhəmiyyətli halları adekvat olaraq qavramaq, yadda saxlamaq və hadisə barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. O, əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs hadisə zamanı emosional gərginlik halını ke çirmiş, həmin halın yaranması ona qarşı seksual hərəkətlər edilməsi ilə şərtlənmişdir. O, əqli inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə və emosional halına görə hadisə zamanı ona qarşı edilmiş seksual hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Məhkum qarşı irəli sürülmüş ittihamda ona istinad olunan cinayətləri 2018-ci ilin iyul ayında törətməsinə dair ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticənin iş üzrə toplanmış sübutlara uyğun olmaması, sonuncunun icarəyə götürdüyü “Manqal” kafesini 2018-ci ilin avqust ayında iştətməyə başlaması, icarə müqaviləsini isə həmin ilin sentyabr ayında bağlaması barədə müdafiəçi N.H.İbrahimovun dəlillərinə cavab o laraq məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edib araşdırılmış sübutları təhlil edərək bu dəlilin də əsassız olmasını müəyyən etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında müdafiə tərəfi müvafiq sənədi (icarə müqaviləsini) məhkəməyə təqdim edərək göstərilən dəlili əsaslandırmağa çalışsa da, iş üzrə şahid qismində dindirilmiş Şahid9 və X6, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələri ilə müəyyən edilmişdir ki, Məhkum adı çəkilən kafeni 2018-ci ilin yayında işlətməyə başlamış, həmin vaxtı da kafedə xidmətçi kimi Billür adında qadın işləmiş, onun yanında onlar sonuncunun azyaşlı qızını görmüşlər. Təqsirləndirilən şəxs1 isə həqiqətən 2018-ci il iyulun 18-də qızı Zərərçəkmiş şəxs ilə birlikdə Şəki şəhərindən Sumqayıt şəhərinə gəlməsi, Təqsirləndir ilən şəxs1 özü üçün həmin ayda iş axtararkən “Manqal” kafesinə xidmətçi kimi işə qəbul edilməsini, qızı Zərərçəkmiş şəxs ilə birlikdə Məhkum kafenin içərisində ayırdığı otaqda qalmasını və Məhkum məhz həmin vaxt ona ittiham olunan cinayət əməllərini törətməsini zərərçəkmiş Zərərçəkmiş şəxs ilə yanaşı həmçinin şahidlər Təqsirləndirilən şəxs1, Şahid2, Şahid4 və Şahid3 da göstərmiş və bu hallar birbaşa sübutlarla yanaşı həmçinin dolayı sübutlarla da tam təsdiq edilmişdir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi N.H.İbrahimovun başqa dəlilləri ilə yanaşı bu dəlili də qəbul edilməz sayır, Məhkum 2018-ci ilin iyul ayında ona istinad olunan əməlləri törətməsinin mümkünsüzlüyü barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür və bütövlükdə kassasiya şikayətinin dəlillərini Məhkum cinayət məsul iyyətindən kənarda qalmasına yönəlmiş dəlillər kimi qiymətləndirərək həmin şikayətin hər hansı qaydada təmin edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası bu qənaəti ilə bağlı onu da qeyd etməyi zəruri bilir ki, Məhkum ona qarşı ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələn məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Məhkum “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi və əməlinin CM-nin 144-1.2.3, 144-1.2.5, 149.3.3 və 150.3.3-cü maddələri ilə tövsif edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən prosessua l qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də səhvə, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cina yət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi N.H.İbrahimovun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun təqsirinin sübuta yetirilməməsi kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kol legiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi N.H.İbrahimovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə sonuncunun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 144-1.2.3, 1441.2.5, 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.3, 144-1.2.5, 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2439/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2439/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver