Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2439/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2023 nömrəli, 21 sentyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 06 oktyabr 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olan, işləməyən, X1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 14 sentyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.2, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 oktyabr 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 avqust 2020-ci il tarixdə, saat 17 radələrində X2 ünvanında yerləşən və zərərçəkmiş şəxsə icarə əsasında işlətdiyi Lombarda müşahidə kamerasını düzəltmək bəhanəsi ilə daxil olub lombardın işçisi şahidin fikrini yayındırmaqla, piştaxtanın siyirməsindən 755 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxsə 755 (yeddi yüz əlli beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində x3 ünvanında yerləşən və “XX” MMC-yə məxsus “XXX” mağazasına daxil olaraq, ma ğazada yerləşən ümumi istifadə üçün nəzərdə tutulmayan saxlanc yeri hesab edilən şkafın aşağı dolabında olan saxlanc yeri hesab olunan kassasına qanunsuz daxil olub oradan 1162 (bir min yüz altmış iki) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “XX” MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində X4 ünvanında yerləşən “XXXX” QSC-yə aid mağazaya daxil olub özünü həmin şirkətin əməkdaşı kimi təqdim edərək, mağazada quraşdırılmış videokamera mühafizəsinin təkmilləşdirilməsi adı ilə mağazanın işçilərindən izahat aldığı vaxt işçilərin başının qarışıq olmasından istifadə edib saxlanc yeri hesab olunan kassada olan 711 (yeddi yüz on bir) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “XXXX” QSC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində “X5” MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2930 ünvanında yerləşən “X” adlı aptekə müştəri kimi daxil olaraq aptekdə satıcı işləyən şahid 2 aptekin müdirinin tanıdığı şəxs olmasını deyib fikrini yayındırmış və şahid 2 aptekə gələn müştərilərlə maraqlandıqda, aptekin içərisində olan otağın qapısından qanunsuz olaraq içəri daxil olub otaqdakı saxlanc yeri hesab olunan dolabdan içərisində 1.160 (bir min yüz altmış) manat məbləğdə nağd pul olan sellofan paketi gizli olaraq talayıb zə rərçəkmiş hüquqi şəxs “X5” MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 fevral 2022-ci il tarixdə, saat 19:10-də zərərçəkmiş şəxs 2 məxsus və Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “X” mağazasının içərisindəki “X2” adlı aptekə kompyuter ustası kimi daxil olaraq, aptekin əməkdaşlarının fikrini yayındırmış və saxlanc yeri hesab olunan aptekin müdir otağına qanunsuz daxil olaraq, orada kassadan 750 (yeddi yüz əlli) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs 2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 14 fevral 2022-ci il tarixdə, saat 20:20 -də Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən və “Veysəloğlu” şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən “Oba” marketə daxil olub işçilərə özünü “Veysəloğlu” şirkətinin məsul əməkdaşı kimi təqdim etməklə, marketdə olan nöqsanları aşkar edirmiş kimi davranaraq, marketdə aşkar etdiyi nöqsanlara görə satışdan əldə edilmiş marketin kassasında toplanmış pul vəsaitini “Veysəloğlu” şirkətinin rəhbərliyinin “göstərişi” ilə götürməli olduğunu bildirməklə, satıcı Yusifli Xəqani Valeh oğlunu aldatmış və sonuncudan marketin kassasını açaraq, satışdan əldə edilmiş vəsaiti ona verməsini tələb edib kassada olan ümumilikdə 1000 (bir min) manat pulu qanunsuz olaraq ələ keçirməklə zərərçəkmiş hüquqi şəxs “Oba Market” MMC-yə 1000 (bir min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 fevral 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 26 A ünvanda yerləşən “Dəniz Mall” ticarət mərkəzinə gedərək, Ticarət mərkəzinin daxilində yerləşən, “İKİDS” MMC-yə aid “Mayoral” uşaq geyim mağazasına daxil olub özünü baş ofisdən göndərilmiş kompyuter mütəxəssisi kimi təqdim etməklə, mağazada yaranmış alqı-satqı məlumatlarının mərkəzə ötürülməsində gecikmə olması problemini aradan qaldırmaqda köməklik etməsini bildirib mağazanın üzərində açarı olan saxlanc yeri hesab olunan kassasından 750 (yeddi yüz əlli) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “İKİDS” MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan b aşqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 mart 2022-ci il tarixdə, saat 17:10-də “AZZA” QSC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 A ünvanda yerləşən mağazasına daxil olaraq özünü mağazaya yeni təyin edilmiş işçi kimi təqdim etmiş və mağazada faktiki işləyənlərə müxtəlif tapşırıqlar verməklə, onların kassadan uzaqlaşmasına nail olaraq, kassanın nəzarətdən kənar qalmasından istifadə edib saxlanc yeri hesab olunan kassadan 1050 (bir min əlli) manat məbləğdə pul vəsaitini gizli olaraq talayıb zərəkçəkmiş hüquqi şəxs “AZZA” QSC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 mart 2022-ci il tarixdə, saat 21:50-də Bakı şəhər i, Binəqədi rayonu, “DSK” yolunda yerləşən və “Veysəloğlu” şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən “Oba” marketə daxil olub işçilərə özünü “Veysəloğlu” şirkətinin məsul əməkdaşı kimi təqdim etməklə, marketdə olan boş yerə generator quracaq şəxs kimi davranaraq satıcı Mənsimova Günel Telman qızına çoxlitrli su qablarının yerini dəyişdirməsini tapşırmış və sonuncunun fikrinin yayınmasına nail olaraq marketdə saxlanc yeri hesab olunan kassadan 700 (yeddi yüz) manat məbləğdə pulu gizli olaraq talayıb oradan uzaqaşmaqla, zərərçəkmiş hüquqi şəxs “Oba Market” MMC-yə 700 (yeddi yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 mart 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Dəmir Yolu Vağzalı ərazisində yerləşən və Rzayev Rəhim Əli oğluna məxsus “Note Cosmetics” mağazasına daxil olub mağazada kassir işləyən Səlimova Tahirə Eldar qızına özünü baş ofisin əməkdaşı kimi təqdim edərək, nəzarət etdiyi kassadan bir neçə gün əvvəl işıqların sönməsi ilə əlaqədar ərizə yazmasını bəhanə edib kənarlaşdırdıqdan sonra saxlanc yeri hesab olunan kassadan 703 (yeddi yüz üç) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Rəhim Rzayevə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 mart 2022-ci il tarixdə, saat 14:50-də Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 20 A ünvanda yerləşən və Ağayev Cavid Şəmşəd oğluna məxsus “Life” adlı aptekə daxil olub özünü Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək, kompyuterdə şifrələnməni dəyişdirəcəyini yalandan bildirmiş və aptekdə satıcı işləyən Mirzəyeva Arzu Namiq qızını müdir otağına göndərərək diqqətini yayındırmaqla, aptekdə saxlanc yeri hesab olunan kassadan 733 (yeddi yüz otuz üç) manat məbləğdə nağd pulu gizli olaraq talayıb oradan uzaqlaşmaqla, zərərçəkmiş şəxs Ağayev Cavid Şəmşəd oğluna həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 mart 2022-ci il tarixdə, saat 23 radələrində “X7” MMC-yə aid Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi məhəllə 2945 ünvanında yerləşən “Natural” aptekə daxil olub aptekdə satıcı işləyən şəxslərə özünü kondisioner ustası kimi təqdim edərək, təmir üçün gəlməs ini deyib aptekin içərisində olan otağın qapısından qanunsuz olaraq içəri daxil olub otaqdakı saxlanc yeri hesab olunan dolabdan 3.100 (üç min yüz) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “X7” MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 aprel 2022-ci il tarixdə, saat 18:45 radələrində “X8” MMC-yə aid Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 13 ünvanında yerləşən aptekə daxil olaraq, aptekdə satıcı işləyən Rəhimova Günel Faiq qızına aptekdə gecə növbəsi işləmək üçün gəlməsini deyib onun fikrini yayındırmış və saxlanc yeri hesab olunan kassadan 800 (səkkiz yüz) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “X8” MMC-yə hə min məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 aprel 2022-ci il tarixdə, saat 19 radələrində “Azza” QSC-yə aid Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzənli küçəsi 14 ünvanda fəaliyyət göstərən “Azza” mağazasına daxil olub, özünü “Azza” QSC-nin işçisi kimi təqdim edərək satıcı Kərimli Fatimə Samir qızından nə üçün telefona cavab vermədiyini soruşub irad bildirərək, onun fikrini yayındırdıqdan sonra saxlanc yeri hesab olunan kassadan 650 (altı yüz əlli) manat məbləğdə nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Azza” QSC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 ap rel 2022-ci il tarixdə, saat 18 radələrində “X9” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 64 ünvanında yerləşən 3 saylı filialının 2 saylı Poçt şöbəsinə daxil olub, özünü Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edərək, Poçt Şöbəsinə post-terminal avadanlığının quraşdırılmasını bəhanə gətirib, poçt şöbəsinin əməliyatçısını post-terminal avadanlığının qutusunu gətirməsi üçün müdirin otağına göndərdikdən sonra Poçt Şöbəsində saxlanc yeri hesab olunan əməliyyatçı masasının siyirməsindən 1.200 (bir min iki yüz) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “X9” MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 aprel 2022-ci il tarixdə, saat 20:55 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 60 ünvanında yerləşən “X10” mağazasına daxil olaraq, inzibatçı işləyən Kazımova İmida İlham qızına özünü mağazanın ofisindən gələn işçisi kimi təqdim edib kompyuterləri təmir etdiyini və mağaza rəhbərliyi tərəfindən 980 (doqquz yüz səksən) manat məbləğdə pulun ona ödənilməsinin tapşırıldığını bildirirb aldadaraq həmin pulu alıb ələ keçirməklə zərərçəkmiş hüquqi şəxs “X10” mağazasına 980 (doqquz yüz səksən) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 aprel 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 27 ünvanında yerləşən və Cabbarlı Eldar Kamran oğlunun icarə əsasında işlətdiyi “Mama Luna” uşaq geyim mağazasına daxil olaraq, orada satıcı işləyən Hüseynova Turan Çalı qızına mağazanın müdiri tərəfindən kompyuter proqramını dəyişdirmək üçün göndərildiyini deyib kompyuter masasının arxasına keçmiş və Turan Hüseynovaya «WiFi» modemi söndürməsini deyib anbara göndərərək, fikrini yayındırdıqdan sonra mağazada olan saxlanc yeri hesab olunan kassadan 2.300 (iki min üç yüz) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Cabbarlı Eldar Kamran oğluna həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 1,332 qram qəhv əyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan tünd rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşımış, Səbail RPİnin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 15 ünvanında saxlanılaraq, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə aparılmış və orada həmin tarixdə, saat 03:40-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 1,332 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-21/2023 nömrə li, 17 fevral 2023cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 (006)-192/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) ay 06 (altı) gün müddət olan hissəsinin bir günə iki gün hesablamaqla 01 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq 03 (üç) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum e tmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 18 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmiş, mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, ona qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin çıxarılaraq, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2023 nömrəli, 21 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-21/2023 nömrəli, 17 fevral 2023-cü il tarix li hökmü dəyişdirilərək, Məhkuma elan edilmiş ittihamın birinci epizodu üzrə, yəni “Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 avqust 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 105 ünvanında yerləşən və Niftəliyev Səxavət Abbas oğlunun icarə əsasında işlətdiyi Lombarda müşahidə kamerasını düzəltmək bəhanəsi ilə daxil olub lombardın işçisi Məmmədova Səbinə Eldar qızının fikrini yayındırmaqla, piştaxtanın siyirməsindən 755 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Səxavət Niftəliyevə 755 (yeddi yüz əlli beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə” görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və Məhkum həmin epizod üzrə özünü təqsirli bildiyindən, bu epizod üzrə icraata xitam ver ilməsi, ikinci epizodu üzrə, yəni “Məhkumnun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 31 ünvanında yerləşən və “Xırman” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Qaymaq Premium Qida” mağazasına daxil olaraq, mağazada yerləşən ümumi istifadə üçün nəzərdə tutulmayan saxlanc yeri hesab edilən şkafın aşağı dolabında olan saxlanc yeri hesab olunan kassasına qanunsuz daxil olub oradan 1162 (bir min yüz altmış iki) manat məbləğdə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Xırman” Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə” görə “təkrarən” sözünün xaric edilməsi, hökmün cəzaya aid hissədə dəyişdirilərək təqsirli b ilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzanın hökm üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri il təyin edilmiş cəzalarla qismən toplanmaqla 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-192/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) ay 06 (altı) gün müddət olan hissəsinin bir günə iki gün hesablamaqla 01 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfind ən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində məhkəmələrin ədalət prinsipini nəzərə almadan cəza təyin etdiyini, narkotik vasitə istifadəçisi olmadığını, ilk məhkumluğunu, himayəsində 2 azyaşlı övladının, xəstə valideynlərinin olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2023 nömrəli, 21 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələri ndən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində Məhkum ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib daha yüngül cəza təyin edilməsini xahi ş edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2023 nömrəli, 21 sentyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cin ayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xara kterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhk umlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. İstinad edilənlərə əsaslanmaqla Məhkumna təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin d əlillərini müzakirə edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. Belə ki, Məhkumnun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
25. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç i lədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
26. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkumna cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədinə nail oluna bilənəcəyi qənaətinə gələrək, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 178.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının orta həddində azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, bu cəzaları onun əvvəlki hökmü üzrə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi ilə qismən birləşdirməklə, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişlər. Bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
27. Məhkəmə kollegiyası məhkəmələrin mövqeyi ilə razılaşaraq həmçinin onu da qeyd edir ki, Məhkumna Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-21/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmü ilə əvvəllər a zadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsə də, o, həmin cəzasını çəkməmiş hazırki cinayət əməllərini törətmişdir. Bu isə onun yenidən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə islah olunmasının qeyri-mümkün olduğuna dəlalət edən hal kimi nəzərə alınmalıdır.
28. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
29. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradıl mış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumnun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2023 nömrəli, 21 sentyabr 2024-cü il tarixli qərarı dəyişdir ilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2023 nömrəli, 21 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.