Məhkəmə qərarları › İş №1(102)-244/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-244/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-244/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkum Mayıs oğlu və onun müdafiəçisi, Şəki şəhər Vəkil Bürosunun vəkili Qədimov Cavid Əbdürrəhman oğlunun iştirakları ilə xx xxxxxxxx 1970-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəki şəhərində “İnvitro” X2 həkim-funksionalist işləyən, əvvə llər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.1 və 128-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Fətəliyev Mazan Məsim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim C.R.Əhmədov) Məhkum Mayıs oğlu Azərbaycan Respublikası CM-in 127.1 və 128-ci maddələri ilə nəzərdə tut ulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 127.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq aylıq qazancından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 01 (bir) il 03 (üç) ay müddətinə islah işləri cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 25-xx xxxx 2018-ci il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin olunmuş islah işləri cəzasından çıxılmaqla üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minədədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.M.Hüseynov (sədrlik edən), İ.H.Şükürov və R.Ə.Əliyev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai ist intaq orqanının mövqeyinə görə, Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qəsdən qərəzli xuliqanlıq və zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun yaxın qohumunun qəsdən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixdə saat 00:15 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, yaxın qonşusu - ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin küçə qapısının qarşısına gələrək qapısını döyüb sonuncuya yaşadığı e vin həyətyanı sahəsində qoyduğu müşahidə kamerasını onun həyətində olan sanitar qovşağına istiqamətləndirdiyini bildirib narazılıq etdikdə, Zərərçəkmiş şəxs2 ona həyətinə müşahidə kamerası deyil, sensorlu işıq qoyduğunu bildirmiş, aralarında yaranmış mübahisənin qanuni yollarla və ya ümumi razılaşma əsasında həllinin mümkün olmasına baxmayaraq, real olaraq isə müşahidə kamerası olmadığı halda, sadəcə Zərərçəkmiş şəxs2 həyətinə müşahidə kamerası quraşdırmasını bəhanə kimi istifadə edərək, hər hansı real əsaslar olmadan mübahisəni gərginləşdirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni qonşuluq münasibətlərinə və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşa yış qaydalarına məhəl qoymadan, eləcə də qonşuluqda yaşayan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə, uzun müddətdir normal qonşuluq münasibətində olmasına baxmayaraq, əvvəllər aralarında heç bir ziddiyyət və ya münaqişə olmadığı halda, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş elementar əxlaq və mənəviyyat normalarını tapdalamaqla, cəmiyyətə açıqca hörmətsizlik edərək, nalayiq söyüşlər söyərək, Zərərçəkmiş şəxs2 qolundan tutub çəkərək özünün yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə gətirib orada öz xuliqanlıq hərəkətlərini davam etdirərək qəsdən sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla və sinə nahiyəsindən təpiklə vuraraq sol Vİ qabırğasının yerdəyişməyən sınığı, döş qəfəsinin sol yan səthində yumşaq toxumanın əzi lməsi, sol göz almasının ağlı qişasına qansızma, sol qaşüstü, sol almacıq, burunun sol yan səthi, sol yanaq və üst dodaq nahiyəsinin sıyrıqları xəsarətləri ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, bu vaxt səsə hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirmək üçün onu intizama dəvət edib sakitləşdirməyə çalışmış, lakin o, sonuncunun əri Zərərçəkmiş şəxs2 qarşı fiziki zor tətbiq etməkdə davam etmiş, Zərərçəkmiş şəxs1 həmin vaxt ictimai borcunu və ictimai qaydanın qorunması üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq üçün yaxın qohumu olan əri Zərərçəkmiş şəxs2 vurmaması üçün tutub kənara çəkən z aman Zərərçəkmiş şəxs1 qanuni tələbinə məhəl qoymayıb öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən sonra faktiki köməksiz vəziyyətdə olduğunu görüb onun gözü qarşısında qəsdən xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vuraraq sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət, sol üçlü sinirin travmatik hissəvi zədələnməsi, burun sümüyünün sınığı və burun tənəffüsünün orta dərəcəli pozulması, təpə nahiyəsinin xəsarətləri ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma c inayət əməllərini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, cinayət işinin materiallarında Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə ittiham olunduğu əməli törətməsi ibtidai araşdırma və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər materiallarla tam sübuta yetirilmişdir. Dövlət ittihamçısı qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsassız olaraq belə nəticəyə gəlmişlər ki, ”hazırkı işi n faktiki halları Məhkum cinayət əməlinin xuliqanlıq motivi və xuliqanlıq niyyəti ilə deyil, qonşular arasında şəxsi münasibətlər zəminində yaranmış anlaşılmazlıq və mübahisə səbəbindən törədildiyini göstərir. Məhkum ictimai təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş şəxslərə qarşı yönəlməsi, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərər vurulmaması onun əməlində xuliqanlıq davranışının olmamasına dəlalət edir.” Halbuki, işin hallarından görünür ki, Məhkumla zərərçəkmiş şəxslər arasında qərəzli münasibətlə olmamış, Məhkum ətrafa toplaşan şəxslərə məhəl qoymadan, ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərə k heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxslərə xəsarətlər yetirmişdir. Dövlət ittihamçısı həmçinin hesab edir ki, Məhkum xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tam sübuta yetirilməsinə baxmayaraq, məhkəmə həmin sübutlara düzgün qiymət verməyərək Məhkum əməlini düzgün tövsif etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi C.Qədimovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutl ar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Hesab edilir ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-in 127.2.1, 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələrinin tərkibi olmasına baxmayaraq məhkəmələr heç bir qanuni əsas olmadan Məhkum əməlini Azərbaycan Respublikası CMin 127.1 və 128-ci maddələrinə tövsif etmişlər. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir k i, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar ar asında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyy ətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks et dirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı Məhkum CM-in 127.2.1, 127.2.2, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinməli olduğunu göstərsə də, Məhkum hadisə zam anı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması və xuliqanlıq cinayətlərinin əlamətlərinin olması faktı mötəbər sübutlarla təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" xx xxxx 2008ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin xx xxxxx 2013cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Belə ki, iş materiallarınd a olan sübutlardan da açıq-aydın görünür ki, Məhkum cinayət əməlinin xuliqanlıq motivi və xuliqanlıq niyyəti ilə deyil, qonşular arasında şəxsi münasibətlər zəminində yaranmış anlaşılmazlıq və mübahisə səbəbindən törədilmişdir. Belə ki, məhkumun özünün və zərərçəkmiş şəxslərin hər ikisinin məhkəmə baxışında verdikləri ifadələrdən məlum olur ki, mübahisənin və baş vermiş hadisənin səbəbi məhkumun zərərçəkmiş şəxslərin həyətində quraşdırılmış sensorlu işığı görüntü çəkən və onun həyətini də çəkilişə götürən müşahidə kamerası hesab etməsi olmuşdur. Məhkum müşahidə kamerası ilə sensorlu işığı səhv saldığını və bu səhvin də qonşu (zərərçəkmiş şəxslər) ilə münaqişəyə səbəb olduğunu sonralar (hadisənin araşdırılması zamanı) başa düşmüşdür. Birinci instansiya məhkəməsi ona görə bu qənaətə gəlmişdi r ki, məhkəmə iclasında eyni epizodu dəfələrlə təkrarlayan zərərçəkmiş şəxslər qonşunun (təqsirləndirilən şəxsin) həyətini çəkən görüntülü kamera quraşdırmadıqlarına, həmin qurğunun sensorlu işıq olduğuna məhkumu sona qədər inandıra bilmədiklərindən hələ də əziyyət çəkdiklərini ifadə etmişlər. Eyni zamanda, zərərçəkmiş şəxslər məhkumun həmin halı bəhanə etmədiyini, həqiqətən də görüntülü çəkiliş aparan kamera ilə sensorlu işığı fərqləndirə bilmədiyinə inandıqlarını bildirmişlər. Belə olduğu halda, ibtidai istintaq orqanının məhkumun zərərçəkmiş şəxslərin həyətində quraşdırılmış sensorlu işığı görüntü çəkən və onun həyətini də çəkilişə götürən müşahidə kamerası hesab edərək buna özünəməxsus tərzdə reaksiya verməsini onun cinayət əməlini şərtləndirən səbəb və motiv kimi deyil, bəhanə kimi qi ymətləndirməsi aşkar surətdə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə uzlaşmayan subyektiv mülahizə kimi təzahür edir. Məhkum ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş şəxslərə qarşı yönəlməsi, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərər vurulmaması onun əməlində xuliqanlıq niyyətinin və xuliqanlıq davranışının olmamasına dəlalət edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində xuliqanlıq cinayətinin, yəni CM-in 221.2.2-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2004-cü il tarixli Qərarında (3- cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin hüquqi mövqeyə müvafiq olaraq, Məhkum əməli onun zərərçəkmiş şəxslərin hər birinin sağlamlığına vurduğu zərərin dərəcəsinə uyğun tövsif edilməlidir. İşdən göründüyü kimi, Məhkum cinayət əməli ilə Zərərçəkmiş şəxs2 qəsdə n sağlamlığına yüngül zərər, digər Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına az ağır zərər vurulmuşdur. İstintaq orqanı Məhkum Zərərçəkmiş şəxs1 qarşı əməlini CM-in 127.2.1, 127.2.2 və 127.2.3-cü maddələri ilə tövsif edərkən Zərərçəkmiş şəxs1 hadisə zamanı ictimai borcunu yerinə yetirən şəxs kimi qəbul etmiş, qəsdən onun sağlamlığına az ağır zərər vurulmasının təqsirləndirilən şəxs tərəfindən xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə həyata keçirilməsi qənaətinə gəlmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının gəldiyi həmin nəticələr əsaslı olmamışdır. Belə ki, əvvəla, Zərərçəkmiş şəxs1 hadisə yerinə ictimai borcunu yerinə yetirmək məqsədilə deyil, qonşu həyətdə əri Zərərçəkmiş şəxs2la Məhkum arasında mübahisə və dalaşma səslərini eşidib ərinə görə narahat olaraq gəlm işdir. Digər tərəfdən, Məhkum Zərərçəkmiş şəxs1 əri Zərərçəkmiş şəxs2 gözü qarşısında yumruqla vurması bu əməlin xüsusi amansızlıqla törədilməsi kimi qiymətləndirilə bilməz. Ona görə ki, təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına zərər vurarkən ya onun özünə, ya da hadisəni müşahidə edən onun yaxın adamına (adamlarına) xüsusi əzab verdiyini dərk etdiyi və bunu arzu etdiyi hallarda "xüsusi amansızlıq" əlaməti mövcud olur. Bəhs edilən hadisə zamanı isə Məhkum ona istinad edilən əməli törədərkən zərərçəkmiş şəxslərə xüsusi əzab və iztirab verməyi qarşısına məqsəd qoyması müəyyən olunmur. Habelə, yuxarıda əsaslandırıldığı kimi, Məhkum zərərçəkmiş şəxslərə qarşı qanunazidd davranışı, o cümlədən Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına az ağır zərər vurması xuliqanlıq niyyəti ilə bağlı olmamış, Məhk um deməsinə görə Zərərçəkmiş şəxs1 onun uşaqlarına qarğış etdiyi və özünə qarşı əl-qol atdığı üçün sonuncunun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməllərin Azərbaycan Respublikası CM-in 128 və 127.1-ci maddələrinə tövsif edilməsi ilə bağlı gəldiyi nəticələri düzgün, qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri d ə hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qəsdən qərəzli xuliqanlıq və zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun yaxın qohumunun qəsdən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurma cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlillərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin t örədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qər ara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar