Məhkəmə qərarları › İş №1(102)-244/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-244/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-244/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçiləri Nəsibov Kamandar Rəfi oğlunun və X16 iştirakları ilə, Bakı Ağır Cin ayətlər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri K.R.Nəsibov və V.H.Əliyev tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi) hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkib ) Məhkum, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əv vəllər Qazax Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nn 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinin bir gününə bir gün hesabı ilə hesablanmaqla və həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah məqsədi ilə özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli talama məqsədilə 19 iyun 2021-ci il tarixdə, saat 23:30-da ögey bacısı Zərərçəkmiş şəxs və qeyrilərinin müvəqqəti yaşadığı Ünvan4 olarkən, Rusiya Federasiyasnın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşməkdə olan Zərərçəkmiş şəxs və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb, həmin çantalar arasında olan kiçik əl çantasından Zərərçəkmiş şəxs məxsus, Azərbaycan manatına məzənnəsi ilə 252012,5 (iki yüz əlli iki min on iki manat əlli qəpik) manat təşkil edən 125000 (bi r yüz iyirmi beş min) avro pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs külli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vagif Ənvər oğlundan ibarət tərkibdə) 18 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri K.R.Nəsibov və V.Ə.Həsənov birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum CM-nin 177.3.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, Məhkum barəsində çıxarılmış yekun məhkəmə aktlarına, iş üzrə toplanmış və araşdırılmış sübutlara, cinayətin, o cümlədən oğurluq cinayətinin anlayışı, cəza təyin etmənin qaydaları, şərtləri və prinsipləri, sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi, qanunçuluq prinsipi, təqsirsizlik prezumpsiyası təsbit edilmiş bir çox maddi və prosessua hüquq normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumlarının bəzi Qərarlarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsəinin Qərarlarına istinad edən və hüquqlarını müdafiə etdikləri şəxsin özgənin əmlakı gizli olaraq talamaq niyyətinin olmamasını bildirən məhkum un müdafiəçilərinin birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası Məhkum barəsindəki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutar təşkil etmiş, onun hüquqları pozulmuş, nəticədə isə o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Kassasiya şikayətinin müəllifləri hesab edirlər ki, Zərərçəkmiş şəxs qismində tanına bilməzdi, sonradan satılmış mənzil sonuncunun vəsaiti hesabına əldə edilməmiş, mənzilin satışından əldə olunan pul üzrə onun sərəncam vermək hüququ olmamışdır, həmin mənzil Şahid1 məxsus olmu ş, mənzilin dəyərini isə o, ödəmiş, mənzilin alqı-satqısı zamanı Şahid1 və oğlu Məhkum iştirak etmişlər və onların arasında mənzilin alqı-satqısından əldə olunmuş pul vəsaitinin Məhkumlə Şahid1 arasında bölünməsi ilə bağlı razılıq olmuşdur. Bundan başqa müdafiəçilər qeyd edirlər ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş "xxxx" MTK-nın 31 may 2018-ci il tarixli maliyyə arayışı sübutlar siyahısından çıxarılmalıdır, belə ki Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş 27 may 2022-ci İl tarixli məktubda bildirilmişdir ki, "xxxx" MTK-nın 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışına və 15 saylı protokolundan çıxarışına əsasən, ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzil ilkin olaraq Zərərçəkmiş şəxs adına qeydiyyat dan keçmişdir. Göründüyü kimi, həmin sənəddə 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışı qeyd edilmiş, Zərərçəkmiş şəxs tərəfindən isə 31 may 2018-ci il tarixli maliyyə arayışı təqdim edilmişdir. Kassasiya şikayətində həmçinin Məhkum heç kimi əmlakını talamaq niyyətində olmaması, onun atası Şahid1 etibar etdiyi çantanın götürdüyü qeyd edilməklə məhkum olunmuş şəxsin əməlində oğurluq cinayətinin tərkibinin deyil, CM-nin 322-ci maddəsində nəzərdə tutulmuş cinayətin, yəni özbaşınalıq cinayətinin tərkib əlamətlərinin olması göstərillir. Kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı onun himayəsində azyaşlı uşağının olmasını nəzərə almamış və nəticədə ümumilikdə cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Qeyd olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi haqqında qərarın qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsasl anaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmiş və eyni zamanda məhkum olunmuş şəxsə cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəza təyin olunmuşdur. Bununla da, Məhkum müdafiəçiləri K.R.Nəsibov və V.H.Əliyev apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçiləri K.R.Nəsibovun və V.H.Əliyevin birgə verdikləri şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb a şağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməs i, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassas iya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutla ra hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir i nsanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. “İnsan Hüquqlarının və Əsas Azadlıqlar ın Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət b ütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsa slarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7-ci maddəsinin müddəalarından görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırı la bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yox lanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasının tələbindən çıxış edərək məhkəmə ko llegiyası hesab edir ki, CPM-nin 139.0.3-cü maddəsində “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli ara şdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə v urğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi, yaxud da təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericili klərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzfənin yerinə yetirilməsi və kas sasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün qanunvericilyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı həmin işin müəyyən olunmuş faktiki hallarına və bu halların arxasında duran bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Bundan əvvəl isə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mü mkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Həmin sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibərtdir ki, Məhkum 19 iyun 2021-ci il tarixdə, saat 23:30-da ögey bacısı Zərərçəkmiş şəxs v ə qeyrilərinin müvəqqəti yaşadıqları Ünvan4 olarkən, Rusiya Federasiyasnın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşməkdə olan Zərərçəkmiş şəxs və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb, həmin çantalar arasında olan kiçik əl çantasından Zərərçəkmiş şəxs məxsus, Azərbaycan manatına məzənnəsi ilə 252012,5 (iki yüz əlli iki min on iki manat əlli qəpik) manat təşkil edən 125000 (bir yüz iyirmi beş min) avro pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs külli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Həmn nəticənin arxasında duran bir sıra sübutlara istinad etməyi zəruri hesab edən məhkəmə kollegiyası əvvəla qeyd edr ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ögey bacısı Z ərərçəkmiş şəxs məxsus çantadan 125000 avro məbləğində pulu ələ keçirməsi və həmin pulun çox hissəsini öz ehtiyaclarına sərf etməsi barədə ona qarşı irəl sürülmüş ittihamın halları barədə etirafedici ifadələrə vermiş, lakin qeyd etmişdir bu pul onunla atasının və qardaşının birgə biznes fəaliyyətindən əldə olunmuş vəsaitlə aldıqları mənzilin satılması nəticəsində əldə edilmiş, Zərərçəkmiş şəxsının həmin mənzilə heç bir hüququ olmamış və buna görə göstərilən pulun bir hissəsinə onun da hüququ olmuş, lakin atası Ələddin ona hər hansı məbləğdə pul verməkdən imtina etmişdir. Lakin, məhkum olunmuş şəxsin atası Şahid1 ibtidai araşdırma zamanı verdiyi, məhkəmə iclasında isə tədqiq olunmuş ifadlərindən görünür ki, ünvan5 qızı Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmuş və həmin mənzili o, Moskva v ilayətində olan daşınmaz əmlakın satılması nəticəsində əldə etdyi vəsait hesabına almış, Mahirin isə həmin mənzilə heç bir aidiyyəti və hüququ olmamışdır. Mənzil 17 may 2021-ci il tarixdə Şahid5 adlı şəxsə 260000 manata satılmış və həmin vaxt o, qızı, həyat yoldaşı Şahid3, qızının əri və nəvəsi Bakı şəhərində olduqlarına görə mənzilin yeni sahibindən iyun ayının 19-na qədər orada yaşamaq üçün vaxt istəmiş, sonuncu da buna razılğını vermişdir. 19 iyun saat 23 radələrində ailə üzvləri Moskva şəhərinə uçmaq məqsədilə hava limanına getməyə hazırlaşan zaman göstərilən mənzildə yoldaşı və nəvəsindən başqa oğlu Mahir də olmuş və sonuncu onları öz avtomaşınında hava limanına aparmaqdan ötrü onların əşyaları olan çamadanları həmin avtomaşına qoymaq üçün mənzildən aşağı düşmüşdür. Çamadanları avtomo bilə yerləşdirdikdən sonra Məhkumun yenə mənzilə qalxmış və qalan əşyalarla birlikdə həmçinin mənzilin alqı-satqısından əldə edilmiş 125000 avro mələğində pul olan qadın çantasını da götürüb yenidən həyətə düşmüşdür. Bundan sonra onlar da hava limanına getməkdən ötrü həyətə düşmüş, lakin orada Məhkumun avtomaşınının olmadığını görüb ona zəng etmiş, Məhkumun telefonuna zəng çatmadığı üçün onun həm yüklərini, həm də pulu oğurlamasını başa düşərək bu haqda polis orqanlarına məlumat vermişdir. İyun ayının 22-si saat 01 radələrində onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs ailə tanışları X adlı şəxs olmuş, X ona Məhkumun taksi vasitəsilə onların əyşalarnıı göndərdiyini demişdir. O da Xin qaldığı “28 Mall” ticarət mərkəzinin yaxı nlığında yerləşən evinə getmişdir. Əşyaları gətirən taksi sürücüsü onlara bildirmişdir ki, Məhkum həmin əşyaları “Şamaxinka” adlanan yerdə onun avtomobilinə yükləmişdir. Bütün çamadanlar və qadın çantalarını Mahir taksi vasitəsilə göndərmiş, lakin qadın çantasının içərisində yerləşdirilmiş 125000 avro məbləğində pul onun göndərdyi əşyaların arasında olmamışdır. O, Məhkumun dostları X31 və X32 adlı şəxslərlə əlaqə saxladıqdan sonra, Mahir ona X31ın telefon nömrəsindən zəng edərək, 22 iyun 2021-ci il tarixdə onunla görüşəcəyini, ona 40000 avro pul qaytara biləcəyini bildirərmiş və bunun müqabilində ondan polis orqanına verdiyi şikayəti geri götürməsini xahiş etmiş, lakin sonradan ona hər hansı məbləğdə pul qaytarmayacağını bildirmişdir. Şahid1 həmçinin göstərmişdir ki, Şahid5 260000 manata s atdıqları ünvan 5 ünvanında yerləşən binadakı üç otaqlı 82 saylı mənzili və həmin binadakı iki otaqlı 71 saylı mənzili o, təxminən 2013-2014- cü illərdə öz adına "xxxx" MTK-dan almışdır. Sonrakı müddətlərdə 71 saylı 2 otaqlı mənzili satmış, 82 saylı 3 otaqlı mənzili isə qızı Zərərçəkmişin adına keçirmişdir. Bunun üçün qızı Zərərçəkmiş ona hər hansı bir məbləğdə pul verməmiş, oğlu Məhkum isə ona evsiz olmasını və müxtəlif şəxlərə borcu olduğunu bildirməmiş, o, da Məhkuma qızı Zərərçəkmişin adına olan mənzili satdıqdan sonra ona ev alacağını, borclarını ödəyəcəyini deməmişdir. Bununla belə, oğlu Məhkum ondan 10000 ABŞ dolları məbləğində pul verməyi xahiş etmiş, o, da oğlunun bu xahişini yerinə yetirmək üçün həmin məbləğdə pulu öz çantasına qoyaraq pulu Məhkuma hava limanında vercəyəni nəzə rdə tutmuşdur. Bundan başqa, şahid qeyd etmişdir ki, o, 1995-ci ildə Rusiya Federasiyasına köçməmişdən əvvəl onun Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında, R.Rüstəmov küçəsində, 5 mərtəbəli evin, 2-ci mərtəbəsində öz adına olan iki otaqlı mənzili, yoldaşı Karinenin adına Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 9 mərtəbəli evin 6-cı mərtəbəsindəki 3 otaqlı mənzili və Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 6 ünvanında həyət evi olmuş və həmin dövrdə o, mənzilləri və evi satıb, Moskva vilayəti, Reutov şəhərində 30 sot torpaq sahəsində tikilmiş həyət evi almışdır. Sonrakı müddətlərdə həmin 30 sot torpaq sahəsində olan evi sataraq əldə etdiyi pulla həmin şəhərdə bir həyət evi və ünvan 7 ünvanında bir ədəd 2 otaqlı (mənzil 71) və bir ədəd 3 otaqlı (82 saylı mən zil) mənzillər almışdır. Yəni həmin əmlakın hamısı öz vəsaiti hesabına alınmış və Məhkumun bu əmlaka dair heç bir aidyyəti və hüququ olmamış və ikinci mənzil sonradan qızı Zərərçəkmişin mülkiyyətinə keçirilmişdir. "xxxx" MTK üzvlərinin ümumi iclasının 31 may 2018-ci il tarixli, Xİİ №-li protokolundan çıxarışından görünür ki, Zərərçəkmiş şəxs kooperativə üzv qəbul olunmaqla, MTK-nın Ünvan6, giriş 1, mərtəbə 14-də yaşayış sahəsi 121 kv.m olan 3 otaqlı 82 №-li mənzilin payçısı olması təsdiq edilmişdir. 50 AБ ******* nömrəli, 02 iyul 2021-ci il tarixdə reyestrdə qeydiyyatdan keçirilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, 2013-cü il tarixdə, Şahid1 və Şahid3, qeydiyyatdan keçmiş nikahda olmayaraq, Şahid3 əmlakını, məhz: Ünvan7 ünvanında yerləşən torpağı və evi satmaq qərarına g əlmişlər. Əmlakın satılmasından əldə edilmiş pul vəsaitinə Şahid3, onların birgə qızının həyat keyfiyyətinin yaxşılaşdırılması üçün Moskva şəhərində, həmçinin Azərbaycan Respublikasında (Bakı şəhəri) iki mənzil almışdır. ünvan 7, mənzil 82 ünvanda yerləşən üç otaqlı mənzil onların birgə qızı Zərərçəkmiş şəxs məxsusdur. Nə Şahid1, nə də Şahid3, nə də onun digər xanımdan olan oğlu Məhkum bu mənzilə və həmin mənzilin satışından əldə olunmuş pul vəsaitinə dair heç bir hüquqa malik deyillər. Zərərçəkmiş şəxs öz mülahizəsilə adı çəkilən mənzilin mülkiyyət və istifadə hüquqlarını həyata keçirir və müstəqil olaraq mənzil və bu mənzilin satışından alınmış pul vəsaiti üzərində sərəncam verir. 10 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələrində ziddiyyətlər olduğundan Zərərçə kmiş şəxs ilə Məhkum arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs tam pay hüququ ilə özünün xüsusi mülkiyyətində olan ünvan 7, mənzil 82 ünvanda yerləşən üç otaqlı mənzilin satışından əldə edilmiş 125000 avro pulun Mahir tərəfindən oğurlandığını Məhkum qarşı bildirməklə ibtidai istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən sahəsi 113,70 kvadrat metr olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs tam pay hüququ ilə mənsubdur. 17 iyun 2021-ci il tarixli etibarnamənin və “Elektron notariat” avto matlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, etibar edən Zərərçəkmiş şəxs tərəfindən etibar edilən Şahid3 AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən 24 sentyabr 2019-cu il tarixdə verlimiş reyestr nömrəsi **********02-05301093012, qeydiyyat nomrəsi ********** olan Ünvan4, yeni qaydalarla Az 1072, ünvan 10 ünvanında yerləşən mənzili satmağı, buna dair notariat ofislərində alqı-satqı müqaviləsi bağlamağı, əqd üzrə haqq-hesab aparmağı, müqavilədə göstərilən məbləği bankdan almağı, sənədlərdə imza etməyi, sənədləri təqdim edib, almağı, ərizə verməyi, rüsum ödəməyi, eləcə də istənilən banklarda onun adından köçürmə əməliyyatlarını yetirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri etməyi etibar etmişdir. Sənədlərin götürülməsi haqqında 13 iyul 2021-ci il tarixli protokola g.rə, vəkil Nümayəndə təqdim etdiyi “Dəbbə pulu barədə razılaşma № 2”-ni və Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi cinayət işinə əlavə edilmişdir. Həmin razılaşmaya görə, borclu X3 31 yanvar 2013-cü il tarixli torpaq sahəsinin alqı-satqısı müqaviləsinə müvafiq olaraq alqısatqı müqaviləsinin imzalanması tarixindən 30 gün ərzində müqavilənin predmeti olan ********* rubl məbləğində müqavilə dəyərini kreditor Şahid3 ödəməlidir Daşınmaz Əmlakın Alqı-Satqısı üzrə 17 iyun 2021-ci il tarixli AN-İ ******* nömrəli müqaviləsinin surətindən görünür ki, satıcı Zərərçəkmiş şəxs adından etibar edilən Şahid3 ünvan 11 ünvanında yerləşən mənzili 264000 manat məbləğində alıcı X8 satmış və sonuncu həmin məbləğdə pulu almışdır. Məhkəmə kollegiyası yu xarıda qeyd olunan sübutları bir daha nəzərdən keçirib qeyd edir ki, Məhkum həmin mənzil və yə mənzilin satılması ilə bağlı əldə olunun pulların zərərçəkmiş şəxsə məxsus olmamaması ilə bağlı dəlləri əsassızdır, belə ki, qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs məxsus olması və sonradan sonuncu tərəfindən mənzilin 264000 manat məbləğində X8 satılması, bununla da bu alqısatqı nəticəsində əldə olunmuş pul vəsaitinin Zərərçəkmiş şəxs məxsus olması, Məhkum isə həmin əmlakı gizli yolla ələ keçirməsi toplanmış və araşdırılmış sübutlarla tam təsdiq edilir. Kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, həm bu, həm də Məhkum təqsirli bilindiyi ittihamın əsasına qoyulmuş digər sübutların toplanması və araşdırılması zamanı CPM-nin 125.2-ci maddəsində göstərilən pozunt ulara yol verilməsi, yəni həmin sübutların yolverilməz olduğunu təsdiq edən heç bir hal cinayət işinin materialları müəyyən edilmir. İş materialların təhlili həmçinin göstərir ki, istər məhkum olunmuş şəxs, istərsə də onun müdafiəçiləri satılmış mənzilin Məhkum atası və qardaşı ilə birlikdə biznes fəaliyyətindən əldə edilmiş vəsait hesabına alınmasını iddia etsələr də, onlar bunu təsdiq edən heç bir sübuta istinad etməmiş və belə sübutları həm ibtidai araşdırma orqanına, həm də məhkəmələrə təqdim etməmişlər. Halbuki, CPM-nin 125.8-ci maddəsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Eyni ilə qanunun bu normasının mənasəna görə, iddia edən tərəf şəxsə qarşı irəli sürülmüş ittiha mı təkzib edən hər hansı dəlil irəli sürdükdə də, bu dəlillər müvafiq sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası Məhkum atası tərəfindən etibar edilmiş içərisində pul olan çantanı götürdükdə onu talamaq niyyətinin olmaması ilə bağlı dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmə k və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Göründüyü kimi Ali Məhkəmənin Plenumu öz Qərarında talama cinayətinin tövsifedici əlaməti kimi, özgə əmlakını qanunsuz götürülərkən, orada olmuş kənar şəxsin həmin hərəkətlərin hüquqa zidd olmasını dərk etməməsi və ya həmin kənar şəxs təqsirləndirilən şəxsin qohumu olması və təqsirləndirilən şəxsin bununla əlaqədar əks təsirə məruz qalmayacağına arxayın olması qeyd olunur. İş materiallarına əsasən müəyyən olunur ki, Şahid1 Məhkum atası, Şahid3 atasının qeyri rəsmi nikahda olduğu arvadı, zərər çəkmiş şəxs Zə rərçəkmiş şəxs isə onun ögey bacısıdır. Araşıdırılmış sübutlara əsasən isə, Məhkum həmin şəxslərin görmədikdləri və guman etmədikləri şəraitdə Zərərçəkmiş şəxsının mülkiyyətində olan pul vəsaitini ələ keçirərkən məhz gizli olaraq (onlardan xəbərsiz) hərəkət etmiş, ələ keçirdiyi bu əmlaka dair isə onun hətta guman edilə bilən sahiblik, mülkiyyət və ya sərəncam vermək hüquqları olmamışdır. Belə hal isə onun əməlində oğurluq cinayətinin əlamətlərinin olmasına dəlalət edir və məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edild iyi cinayətrin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında da düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, belə nəticəyə gələrkən məhkəmələr prosessual qanunvericiliyinin aşağıdakı normalarına da tam əməl etmişlər. Belə ki, CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi pros edur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə top lanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Qanunvericiliyin təsvir edilən tələblərindən çıxış edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət e dən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü k imi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından və qanunvericiliyin tələblərindən çıxış edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilm iş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətinin Məhkum təyin olunmuş cəzanın ağır olması ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin də dəyişdirmədən saxladığı birinci instansiya məhkəməsinin hökmünə əsasən, məhkəmə bu məsələni həll edərkən Məhkum tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən hal kimi qiymətləndirdiyi halı – yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi və sanksiyasında beş ildən on lədək azadlıqqdan məhrum etmə cəzası nəzərdə tutulmuş CM-nin 177.3.2-ci maddəsi ilə qanuni və ədalətli cəza təyin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Belə ki, ədalətlilik prinsipindən bəhs edən CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hü quq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cin ayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əm əlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-n in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin x arakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli z amanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya şikayətində Məhkum cəza təyini zamanı onun himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmaması barədə dəlil irəli sürülsə də, məhkəmə kollegiyası iş materiallarına müraciət edərək qeyd edir ki, apellyasiya şikayətinə məhkəmə baxışı zamanı müdafiəçi Ə.Ə.Zeynalov apellyasiya instansiyası məhkəməsinə 21 iyun 2007-ci l tarixdə anadan olmuş X23in doğum haqqında şəhadətnaməsinin surətini və onun atası X21 olmasını təsdiq edən digər sənədləri təqdim etmişdir. Həmin sənədlərin təhlili göstərir ki, X23in Məhkum oğlu olması güman edilsə belə, həmin uşağın uzun illər Azərbaycan Respublikasında yaşayan məhkumun himayəsində olmasını təsdiq edən hər hans ı mötəbər sübutu kassasiya şikayətinin müəllifləri məhkəmələr təqdim etməmiş, digər tərəfdən isə apellyasiya şikayətinə baxılarkən adı çəkilən uşağın artıq on dörd yaşı tamam olmuş, yəni həmin dövrdə o, azyaşlı uşaq olmamışdır. Buna görə məhkəmə kollegiyası apellyasiya instansiiyası məhkəməsi tərəfindən təhlil edilən halın cəza təyin etmə məsələsinin müzakirə edilməsi zamanı nəzərə alınmamasında heç bir qanun pozuntusunu görmür, Məhkum cəzasını yüngülləşdirilməsinə əsas ola bilən, lakin məhkəmələr tərəfindən nəzərə alınmamış başqa halları isə müəyyən etmir. Halbuki, məhkəmə kollegiyasının qənaətinə görə, məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, bu məsələni həll edərkən birinci və apellyasya instansiyası məhkəməsi hər hansı cəzanı yüngü lləşdirərn halı nəzərə almasınlar, yaxud da CM-nin 61-ci maddəsində nəzərdə tutulmamış cəzanı ağırlaşdıran hansısa hala istinad etsinlər. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib məhkumun müdafiəçilərinin birgə verdikləri kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu şikayətin təmin edilməsi barədə Məhkum və onun müdafiəçiləri K.R.Nəsibovun və V.H.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı kass asiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçiləri Nəsibov Kamandar Rəfi oğlu və X23 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar