Məhkəmə qərarları › İş №1(102)-244/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-244/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-244/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxslərin hüquqi varisləri nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Kərimov Anar Əbdüləli oğlunun iştirakl arı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslərin hüquqi varisləri X13, X18, X14 və X3 nümayəndəsi Kərimov Anar Əbdüləli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli 1(101)-215/2022 nömrəli (hakimlər: Mahmudov İlham Ağa oğlu (sədrliyi ilə), Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) h ökmü ilə XXXXXX-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MTK-nın təsisçisi, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, XXX küçəsində yerləşən fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən sax lanılmışdır. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən, Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxslərin hüquqi varisləri X24, X29 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hаkimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibаrət məhkəmə tərkibində) 7 iyun 2022-ci il tarixli 1(103)-1103/2022 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs5 apellyasiya şikayətindən imtinası qəbul olunmuş və onun apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxslərin hüquqi varislər i X24, X29 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 263-1.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 8 (səkkiz) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan məhkumun müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birlikdə verilmiş və zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi Kərimov Anar Əbdüləli oğlu tərəfindən verilmi ş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) 15 fevral 2023-cü il tarixli 1(102)-39/2023 nömrəli qərarı ilə kasassiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2022-ci tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hаkimlər: Əyyubov Fərid İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibаrət məhkəmə tərkibində) 21 iyul 2023-cü il tarixli 1(103)-838/2 023 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs5 apellyasiya şikayətindən imtinası qəbul olunmuş və onun apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, məhkum edilmiş şəxsin müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri X24, X29 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, cinayət işi üzrə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsindən həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif edilmiş, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, on a 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Məhkum cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuş, hökm zərərçəkmiş şəxslərin hüquqi varisləri X24, X29 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxslərin hüquqi varisləri X13, X18, X14 və X3 nümayəndəsi Kərimov Anar Əbdüləli oğlu tərəfindən kassasiya şikayəti və Məhkum müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə kassasiya şikayəti vermişd ir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, 14 iyun 2021ci il tarixdə saat 00:20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə pozaraq, yəni alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə 90/km/saat sürətlə BinəqədiNovxanı yolu ilə hərəkə tdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bundan başqa 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmuş, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Məhkum «Land Rover» markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini və 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır kimi mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək göstərilən ünvanda qarşıdan öz yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan «Daewoo Damas» markalı a vtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma ilə müşaiyət olunan ənsə sümüyünün kəllə əsasının keçən xətti sınığı; hər iki ağciyərə qansızma ilə müşaiyət olunan sağ tərəfdən 111-111-1 V.sol tərəfdən V-qabırğalarının sınıqları; sağ bazu, sağ said, sol bud və burun sümüklərinin qapalı, hər iki aşıq-baldır oynaqlarının açıq sınıqları; sol ayaq pəncəsinin əzilib-dağılması (deformasiyası); sağ bud nahiyəsinin və sağ aşıq-baldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaralar; sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin ön və arxa səthlərinin, qarın nahiyəsinin, sağ bazu nahiyəsinin, hər iki bud və baldır nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin avtomobil də sərnişinlər Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşaiyət olunan kəllə əsasının xətti sınığı; sağ və sol baldır sümüklərinin, sol diz oynağının qapalı sınıqları və sol said sümüklərinin açıq qəlpəli sınıqları; alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapağının, döş qəfəsinin sol yarısının ön səthinin, sol said nahiyəsinin və sol aşıq-baldır oynağı nahiyəsinin qançırları; aim nahiyəsinin səthi kəsilmiş yaraları; sağ və sol ayağın daban nahiyəsinin, sağ və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları; sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən İİİ,İV,V qabırğaların sınıqları; döş qəfəsinin sağ yarısının ön səthinin, sağ ba zu nahiyəsinin, sağ və sol diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ barmağının sıyrıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, X5 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşaiyət olunan sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları; sol bud nahiyəsinin və sol diz oynağı nahiyəsinin qapalı sınıqları; alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapaqları və gözaltı nahiyənin, sağ yanaq nahiyəsinin, burun belinin, sol bud nahiyəsinin və sağ ayaq pəncəsinin qançırları; üst və alt dodağın seli kli qişasına qansızmalar; sol gicgah nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol əlin arxa səthinin, sol ayağın bayırtopuğunun, sol ayağın daban nahiyəsinin əzilmiş, cırılmış yaraları; sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların və sağ ağciyərin yuxarı payına qansızmalar ilə müşayiət olunan sağ tərəfdən 1,11 qabırğaların sınıqları; alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, üst dodağın dərisinin, burun əsasının, sol gözaltı nahiyənin, sol almacıq və sol yanaq nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin ön və arxa səthlərinin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, döş qəfəsininin sol-yan səthinin, qarın nahiyəsinin, sağ və sol said nahiyələr inin, sağ dirsək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol baldır nahiyəsinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin, sol ayaq pəncəsinin sıyrıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, X12 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsində sağda başın yumşaq örtüyü altına qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin əzilmiş yarası, sağ qaşüstü nahiyənin, üzün sağ gözaltı və yanaq nahiyələrinin və sol bel nahiyəsinin sıyrıqları, döş qəfəsinin ön səthinin solda yumşaq toxumalarının əziyi, sol 11İV qabırğaların qapalı sınıqları, sol mil sümüyünün oynaq başının sınığı ilə müşayiət olunan mil-bilək oynağının ön səthinin əzilmiş yarası, sol bud sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı ilə müşayiət olunan bud nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldırın hər iki sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişmiş sınıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, habelə Zərərçəkmiş şəxs5 məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobili yarasız vəziyyətə salaraq 7.000 manat məbləğində maddi ziyan vurmaqla iki nəfərdən daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət i ttihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəmə kollegiyası qərarında, cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsindən həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlməmişdir. Halbuki cinayət işi materiallarından göründüyü kimi Məhkum həm şübhəli şəxs qismində tutularkən şübhənin mahiyyəti izah edildikdə, həm də təqsirləndirilən şəxs qismində cəlb edilərkən ittihamın mahiyyəti ona izah edildikdə 14 iyun 2021-ci il tarixli 2/7854 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”nu mübahisələndirmək üçün kifayət qədər üsul və vasitələri olsa da bunu etməmiş əksinə etiraf edici ifadələrlə həmin protokolla razı olduğunu təsdiq etmişdir. Məhkəmə kollegiyası isə protokolun bir nüsxəsinin ona verilməməsi kimi formal mülahizələrlə həmin protokolu şübhə altına alaraq işin obyektiv hallarına istinad etmədən öz şəxsi subyektiv mülahizəsinə əsasən əsassız olaraq əməli tövsif etmişdir. İfadələrdən də göründüyü kimi Məhkum hansı növ spirtli içki içməsi və miqdarı müstəntiq tərəfindən tam araşdırılsa da, məhkəmə kollegiyası öz qərarını əsaslandırarkən nəyə görə pivənin növü, miqdarı və digər xarakterizə edən xüsusatlarına dair hər hansı dəqiqləşdirmələr aparmamasını qeyd etmişdir. Bundan başqa məhkəmə kollegiyası Məhkum əməlini tövsif etdikdən sonra ona tövsif edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etməklə də haqlı olmamış, qanunvericilikdə nəzərdə tutulmuş bir çox normaların tələblərini pozmuşdur. Cəza təyini zamanı CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların təqsirləndirilən şəxsə cəza təyin edilərkən düzgün qiymətləndirilməməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki cinayət işi üzrə müəyyən edilmişdir ki, zərərçəkmişlərin hüquqi varislərinin təqsirləndiril ən şəxslə barışıq əldə etməsi CM-in 60-cı maddəsinin tətbiqi üçün əsas olmuş, hökmdə bu hallar nəzərə alınmışdır. Lakin məhkəmə kollegiyası qərarında qəza nəticəsində yaxınlarını itirmiş (4 nəfər şəxs ölmüş) zərərçəkmişlərin məhrumiyyətləri nəzərə alınmamış, dörd nəfər şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş şəxsə təyin edilmiş cəza adekvat olmamışdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növdən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsini, bir qayda olaraq, cinayətin obyektiv cəhətini, cinayətin xarakterini isə cinayətin obyekti və subyektiv cəhətini xara kterizə edir. Cəza təyinində törədilən cinayətin xarakteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Məhkəmə kollegiyasının Məhkum əməlini qanunsuz olaraq tövsif etdiyi CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etməsi və həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etməsi, həmin maddə üzrə təyin edilmiş cəzalarla bağlı vahid məhkəmə təcrübəsinin pozulmasına gətirib çıxarmışdır. Belə ki, son dövrlərdə (2021, 2022 və 2023-cü illər) həmin maddə ilə baxılmış işlər öyrənilərkən məhz Bakı Apellyasiya Məhkəməsinin CM-in 263.3-cü maddəsi ilə təqsirli bildiyi şəxslərə cəza təyin edərkən iki və üç şəxsin ölməsinə baxmayaraq (hazırki iş üzrə dörd şəxs ölmüşdür) demək ol ar ki, bütün hallarda təqsirləndirilən şəxslərə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilməklə altı il və daha ağır hədlərdə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum müdafiəçiləri və zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi ayrı-ayrılıqda verdikləri eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən məhkum barəsində cəza təyini hissəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikasının Cina yət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin yaxın qohumları ilə barışması, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Bundan başqa, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası Məhkum ilk məhkumluğunu və zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən onun lehinə apellyasiya şikayəti verilməsini də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varisləri X24, X29 və X8 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Məhkum yüngül cəza vermələrini xahiş etmişlər. Göründüyü kimi işə baxmış apellyasiya instansiya məhkəməsi tətbiq edilməli olan AR CM-in 70-ci maddəsini tətbiq etməmiş və yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almamışdır. Odur ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı cəza təyin olunması və həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittiham ının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını, kassasiya protestinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarın ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə Kərimov Anar Əbdüləli oğlu çıxış edərək, zərərçəkmiş şəxslərin hüquqi varislərinin məhkumla barışdığını və heç bir şikayətlərinin olmadığını bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini, kassasiya protestinin isə təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməs inin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 263.3-cü maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, o cümlədən Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəzanın təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respub likası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi və məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal il ə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hə rəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai tə hlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsi n törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxs in məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda olan şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulmaqla ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapması barədə nəticəyə gəlinmiş, lakin sonradan işə baxan apellyasiya məhkəməsi Məhkum qeyd olunan cinayət hadisəsini törədərkən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda olmaması qənaətinə gələrək əməlin tövsifinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq onun əməlini CM-in 263.3-cü maddəsi ilə tövsif etmişdir. Ali Məhkəmənin müvafiq göstərişinə əsasən apellyasiya icraatı zamanı 14 iyun 2021-ci il tarixli 2/7854 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”nda Məhkum müayinə zamanı yüngül dərəcəli sərxoş olmasına dair göstərilən məlumatlarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X16 X48 tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli rəydə əks etdirilən məlumatlar arasında olan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə məhkum edilmiş şəxs Məhkum, sözügedən rəyi vermiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X34 mütəxəssisi Şahid2, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi-Ekspertiza və X16” X34 məhkəmə-kimya şöbəsinin eksperti Şahid3, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Şahid1, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi-Ekspertiza və X16” X34 mütəxəssisi X1 ifadələri alınmış, həmin ifadələrdə qeyd edilən və məhkum edilmiş şəxs Məhkum alkoqol sərxoşluğu vəziyyətində olub-olmamasına dəlalət edən nüansların dəqiqləşdirilməsi üçün sorğular verilərək, alınmış cavab məktubları və onlara əlavə edilmiş sübutlar əsasında müvafiq araşdırma aparılmışdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 14 iyun 2021-ci il tarixli 2/7854 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda” Məhkum həmin gün saat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji mərkəzində müayinədən keçirilərək “yüngül dərəcəli alkoqol sərxoşluğu” (yəni 0,517 ‰) aşkar olunması qeyd edilsə də, Məhkum həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı hadisə günü içki içməməsinə dair ifadəsi, həmin ifadənin doğruluğunu təsdiq edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X16 X48 tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli Məhkum götürülmüş qan və sidik n ümunələrində metil, etil, propil, amil spirtləri, barbitur turşu törəmələri, alkoloidlər......aşkar edilməməsinə dair rəyi, apellyasiya icraatı zamanı dindirilmiş rəy vermiş ekspert Şahid3 “ekspertiza nəticəsində Məhkum etil spirti aşkarlanmamasına dair” ifadəsi və digər sübutlarla təkzib edilmişdir. Apellyasiya məhkəmə kollegiyası həmçinin məhkəmə-tibbi ekspertizası keçirilən zaman qan və sidik nümunələrinin hadisənin baş verməsindən 12 saat yarım keçdikdən sonra götürülməsi, həmin nümunələrin tədqiqinin isə hadisədən bir həftə sonra aparılmasına münasibətdə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı ifadələri alınmış ekspertlər və mütəxəssisin ifadələrinə əsasən nə hadisədən sonra Məhkum sistem qoşulmasının, nə də ki, ondan qan və sidik nümunələrinin 12 saat yarım sonra götürülməsin in hazırki vəziyyətdə onda alkoqol sərxoşluğunun müəyyən edilməsinə heç bir aidiyyəti olmaması müəyyən olunmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayə t təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına da ir meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yuxarıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və ye kun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını və bununla da əməlin hüquqi tövsifində səhvə yol verdiyini göstərir. Belə ki, cinayət işi materiallarında olan 14 iyun 2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərara əsasən həmin tarixdə saat 00:20 radələrində Məhkum yüngül dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı “Land Rover” markalı avtomobillə..... yol nəqliyyat hadisəsi törətmiş, göstərilən fakta görə Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/1604 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan m əlumatlara əsasən «Land Rover» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 14 iyun 2021-ci il tarixli 2/7854 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Məhkum həmin gün saat 07:15-də Binəqədi RPİ-in İŞ tərəfindən müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji mərkəzində müayinədən keçirilmiş və onda “yüngül dərəcəli alkoqol sərxoşluğu” (yəni 0,517 %) aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X16 X48 tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli rəy ilə müəyyən edilmişdir ki, təqsirləndirilən Məhkum götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq nəticəyə gəlinmişdir ki, Məhkum götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, amil spirtləri, barbitur turşu törəmələri, alkoloidlər, fcnotiazin, pirazalon, benzodizepi törəmələri, salisilatlar və kannabinoid aşkar edilməmişdir. Məhkum hadisə baş verən gün, yəni 14 iyun 2021-ci il tarixində şahid qismində dindirilən zaman ifadəsində göstərmişdir ki,.......13 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində dostları X və X ilə Sumqayıtda yerləşən “MY BEASH” adlı restoranda əyləşərək yemək yemişlər və həmin zaman bir bokal pivə sifariş verərək həmin pivədən azca içmiş və bundan sonra saat 00:10 radələrində oğlu onu evə çağırdığında avtomobilə əyləşərək yola düşən zaman hadisə baş vermişdir. (İ cild, 19-20 vərəq). Bundan sonra yenidən həmin tarixdə, yəni 14 iyun 2021-ci il tarixində şübhəli şəxs qismində ifadəsində verilən suala cavab olaraq hadisə baş verən gün gecə “yarım bakal pivə içdiyini” etiraf etmişdir. (İ cild, 43-45 vərəq). Hətta hadisədən iki gün sonra, yəni 16 iyun 2021-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 263-1.4-cü maddəsi ilə ittiham elan edilmiş, ittihamın mahiyyəti ona izah edilmiş, Məhkum də müdafiəçisi ilə birlikdə imzaları ilə ittihamın ona elan edi lməsini və qərarın surətinin onlara təqdim edilməsini təsdiq edərək ittihamla razı olmaması barədə heç bir vəsatət təqdim etməmişlər. (İ cild, 64-65 vərəq). Daha sonra 16 iyun 2021-ci il tarixində Məhkum müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində ifadə verərkən özünü ona CM-in 263-1.4-cü maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək yenidən göstərmişdir ki, hadisədən qabaq bir bokal pivə sifariş verərək ondan bir qədər içmiş, hətta müstəntiqin verdiyi suala ətraflı cavab verərək 13 iyun 2021-ci il tarixdə saat 21 radələrində dayısı Məhərrəmə məxsus Sumqayıtda yerləşən “MY BEASH” adlı restoranda X və X adlı dostları ilə birlikdə yemək yeyərkən yarım bokal pivə qəbul etdiyini etiraf etmişdir. (İ cild, 74-76 vərəq). Bundan əlavə 24 iyun 2021-ci il tarixdə yəni hadisə dən on gün sonra Məhkum müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən verilmiş ittihama heç bir etirazını bildirməmişdir. Apellyasiya məhkəmə baxışında apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,........... “o, ümumiyyətlə içki içən adam deyil. O, həmin maddənin içki olduğunu bilmirdi”. Yuxarıda göstərilənlərə əsasən aydın olur ki, Məhkum ibtidai istintaq zamanı 14 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində, 16 iyun 2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən pivə içdiyini etiraf etməsini, CM-in 263-1.4-cü maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma) ilə ona mahiyyəti izah edilmə klə ittiham elan edilərkən, həmçinin hadisədən on gün sonra 24 iyun 2021-ci il tarixdə təkrar dindirilərkən bu barədə hər hansı bir etirazını bildirmədiyini, həmin sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmadığı halda apellyasiya məhkəmə kollegiyasının mötəbər hesab etməməsini, X məhkəmə baxışında “ümumiyyətlə spirtli içki qəbul etməməsi, müstəntiq elə yazdığına” dair verdiyi ifadəni sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübut kimi dəyərləndirilməsini sübutların tədqiqinə dair cinayət prosessual normalarların tələbləri ilə uzlaşan nəticə kimi qiymətləndirmək olmaz. Kassasiya məhkəmə kollegiyasının gəldiyi bu nəticə həmçinin iş üzrə digər sübutların qiymətləmdirərkən apellyasiya məhkəməsinin yol verdiyi prosessual pozuntul arlın məcmusu ilə də təsdiqini tapır. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il qərarında göstərilmişdir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edibetməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Apellaysiya məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş “sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktını” mötəbər olmayan sübut kimi qiymətləndirərək bu barədə qərarını onunla əsaslandırmışdır ki, 14 iyun 2021-ci il tarixli 2/7854 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”nda (müayinə aktında) müayinəni keçirən tibb işçisinə (Şahid2) dair məlumatlar yazılmamış, onun müayinə aparmaq səlahiyyətinin olub-olmaması göstərilməmişdir. Həmçinin, müayinə protokolunu alan şəxsin imzası olsa da, həmin şəxsə dair məlumatlar protokolda yoxdur. Qeyd edilən hallar yanaşı apellyasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının 3.5-ci bəndinin tələbinə əsasən müayinə nəticələrinə dair aktın bir surətinin müayinə edilən şəxsə təqdim edilməməsini, 3.6-cı bəndində isə müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə ya zılı ərizə təqdim edə bilməsi hüquqları təsbit edilsə də, Məhkum həmin protokolla tanış edilməməsinə, bununla da həmin protokoldan etirazı olduğu təqdirdə onu mübahisələndirmə hüququndan məhrum edilməsinə istinad etməklə 14 iyun 2021-ci il tarixli 2/7854 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”nu mötəbər sübut kimi qəbul etməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, həmin sübutun mötəbərliyinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə istinad olunan normativ normalara və cinayət prosessual qanunvericiliklə müəyyən olunmuş sübutların yoxlanılması, tam, hərtərəfli və obyektiv araşdırılması, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsinə dair qaydalara uyğun nəticə hesab edilə bilməz. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına əsasən: 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. 3.3. Narkotik vasitə lərdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. 3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. 3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. 3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Qeyd edilən normaların tələbləri baxımından “müayinə aktı” nəzərdə keçirilərkən apellyasiya məhkəmə kollegiyasının istinad etdiyi sübutun mötəbər hesab edilməsini istisna edən kobud pozuntu müəyyən olunmur. Əvvəla iş materiallarında olan “Respublika Narkoloji Mərkəzi” X42 baş direktor u tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli arayışa (cild 4, səh. 39) əsasən müayinəni aparan şəxs Şahid2 xx.xx.2002-ci il tarixdən etibarən Respublika Narkoloji Mərkəzində həkim narkoloq vəzifəsində işləməsi təsdiq olunsa da, məhkəmə kollegiyası iclas protokollarında və qərarında həmin şəxsi “mütəxəssis” kimi göstərmişdir. Bundan əlavə qeyd edilən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Məhkum müayinədən keçirilərkən xüsusi texniki vasitə qanında alkoqolun konsentrasiyasının 0,3 promildən çox - 0,517 promil olduğunu müəyyən etməklə yanaşı, həkim narkoloq müayinə vaxtı protokolun forma və məzmununa uyğun olaraq Məhkum davranışının ləng olduğunu, yerişinin ləngərli olması, şəxsin özünün araq içməsini deməsi, ağzınd an kəskin alkoqol iyi gəlməsinə istinadən Məhkum yüngül dərəcəli sərxoşluq müəyyən olunduğu tam, aydın göstərilmişdir. Tibbi müayinəni aparmış həkim narkoloq Şahid2 apellyasiya məhkəmə baxışında verdiyi ifadələrdə bir daha verdiyi rəyi tam təsdiq etmişdir. Apellyasiya məhkəmə kollegiyasının kobud pozuntu kimi istinad etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolun” (Aktın) Məhkum tərəfindən imzalanmaması və ona təqdim olunmamasına dair dəlillərə gəldikdə isə əvvəla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarında qeyd edilən tibbi müayinə aktının şəxs tərəfindən imzalanması müəyyən olu nmadığı üçün həmin sənədin Məhkum tərəfindən imzalanmaması pozuntu kimi qəbul edilə bilməz. Digər məsələ üzrə kassasiya məhkəmə kollegiyası hesab edir ki, həmin sənədin surətinin qeyd edilən qaydaların tələbinə müvafiq şəxsə təqdim olunmaması prosessual qaydanın formal pozuntusu olmaqla, məhz bu iş üzrə ümumilikdə bütün prosedurlara əməl edilməklə əldə edilmiş sərxoşluq faktını müəyyən edən tibbi müayinə aktının mötəbərliyini şübhə altına alınması üçün əsas ola bilməz. Kassasiya instansiya məhkəməsinin bu qənaəti həmçinin ondan irəli gəlir ki, yuxarıda qeyd edildiyi kimi müdafiəçilərin iştirakı ilə həm şübhənin mahiyyəti izah edilməklə şübhəli şəxs qismində, həm də müvafiq tibbi müayinə aktı verildikdən iki gün sonra, 16 iyun 2021-ci il tarixdə ittihamın mahiyyəti ona izah edilməklə təqsir ləndirilən şəxs qismində dindirilərkən pivə içdiyini etiraf etmiş, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ilə əlaqədar ona ittiham elan edilərkən, həmçinin hadisədən on gün sonra 24 iyun 2021-ci il tarixində təkrar dindirilərkən bu barədə hər hansı bir etirazını bildirməmiş, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”nu mübahisələndirmək üçün kifayət qədər üsul və vasitələri olsa da bunu etməmiş əksinə etiraf edici ifadələr vermişdir. Həmçinin iş üzrə mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X16 X48 tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli rəyinə, həmçinin bununla əlaqədar dindirilmiş şəxslərin ifadələrinə istinad etməklə ape llyasiya məhkəmə kollegiyasının gəldiyi nəticə kassasiya məhkəmə kollegiyası öyrənilərkən müəyyən olunur ki, məhkəmə prosessual qaydaları pozaraq baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmamaqla aparılmış, sübutlar qanunverciliyin tələblərinə uyğun olaraq yoxlanılmamış və araşdırılmış sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, CPM-nin 264.1-ci maddəsinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. CPM-nin 264.3-ci maddəsinə görə ekspertiza müstəntiqin qərarına və ya cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiy i halda müdafiə tərəfinin yazılı müraciətinə əsasən aparılır. Ekspertizanın təyin edilməsi haqqında qərar onun aid olduğu şəxslər üçün məcburidir. CPM-nin 269.1-ci maddəsinə görə müstəntiq ekspertiza təyin edilməsi haqqında qərarını, tədqiqat obyektlərini, zəruri hallarda isə cinayət işini rəy verilməsi üçün ekspert idarəsinin rəhbərinə göndərir. Ekspertiza ekspert idarəsinin əməkdaşı tərəfindən aparılır. Qərarda ekspertizanın kim tərəfindən keçirilməsi göstərilmədikdə ekspert idarəsinin rəhbəri ekspertizanın aparılmasını həmin idarənin əməkdaşlarından birinə və ya bir neçəsinə tapşırır və bu barədə ekspertiza təyin etmiş şəxsə məlumat verir. CPM-nin 271.2-ci maddəsinə görə ekspertin rəyində aşağıdakılar göstərilir:.....271.2.6. ekspertiza aparılmasının xüsusiyyətləri, o cümlədən eksper tin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd. CPM-nin 273.1-cü maddəsinə əsasən müstəntiqin tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətləri aparılmasının müəyyən olunması ilə yanaşı, CPM-nin 273.4-cü maddəsi tədqiqat üçün nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkətin məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilməsini imperativ qaydada müəyyən etmişdir. 274.0. Tədqiqat üçün aşağıdakı nümunələr götürülə bilər: 274.0.1. qan, sperma (məni), tük, dırnaq kəsintisi, bədənin xarici örtüklərinin mikroskopik qazıntısı; 274.0.2. tüpürcək, tər və orqanizmin digər ifrazatları; İş materiallarında olan Məhkum alkoqol, narkotik və ya psixotrop dərmanların təsiri altında olub-olmamasına və olmuşdursa onun ağırlıq dərəcəsinin müəyyən edilməsinə dair “kompleks məhkəmə tibbi, bioloji və kimyəvi ekspertizasının təyin edilməsi” haqqında 14 iyun 2021-ci il tarixli qərar verilmiş və həmin qərara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X16 X34, məhkəmə-kimya şöbəsinin eksperti X10 tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli ekspert rəy alınmışdır. Apellyasiya məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X16 X38 ver ilmiş sorğuya əsasən təqdim olunmuş xx.xx.2021-ci il tarixli Akta əsasən müəyyən olunmuşdur ki, Məhkum tədqiqatda istifadə olunan 20 ml qan və 40 ml sidik 14 iyun 2021-ci il tarixdə saat 12:56 dəqiqədə həmin müəssisədə, məhkəmə ekspertizasını aparan ekspert X10 tərəfindən və ya onun iştirakı ilə deyil digər şəxslər tərəfindən götürülmüşdür. Məhkəmə araşdırması zamanı qeyd edilən faktı bir daha təsdiq edərək ifadə verən ekspert X10 göstərmişdir ki, qan və sidik nümunələri götürüldükdən sonra ekspertiza ona həvalə edilmiş, nümunələr isə ona götürüldükdən bir həftə sonra - 21 iyun 2021-ci il tarixində təqdim olunmuşdur. (cild 4, səh.29). Kassasiya məhkəmə kollegiyası 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli ekspert rəyinin tədqiqi və qiymətləndirilməsi zamanı apellyasiya məhkəmə kollegiyası nın prosessual pozuntuya yol verməsi barədə nəticəyə gələrək qeyd edir ki, CPM-nin 127.3-ci maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.7. istintaq və ya digər pros essual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə ekspertizasının aparılması zamanı göstərilən prosessual tələblər pozulduqda tədqiqatların keçirilməsi zamanı əldə edilmiş sübutlar qüvvəsini itirmiş hesab olunur. Ona görə də cinayət işlərinin istintaqı prosessində xüsusi biliklərin tətbiq edilməsi zərurəti yarandıqda məhkəmə ekspertizası fəaliyyətinin prinsiplərinə ciddi riayət etməklə bu fəaliyyəti həyata keçirmək lazımdır. Göründüyü kimi apellyasiya məhkəmə kollegiyası cinayət prosess ual qanunvericiliyin yuxarıda qeyd edilən pozuntusu ilə əldə edilmiş tədqiqat nümunələri əsasında tərtib edilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli ekspert rəyinə istinad etməklə, sübutların tədqiqi və qiymətləndirilməsi zamanı mötəbərliyinə dair səhv nəticəyə gəlmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi kimi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasını, ekspert tədqiqatının müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmasını, ekspertin rəyinin isə elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəb ul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmasını müəyyən edir. İş materiallarına əsasən müəyyən olunur ki, qeyd edilən ekspert rəyi üzrə əlavə araşdırmalar aparmış hadisənin 14 iyun 2021-ci il tarixdə saat 00:20 dəqiqədə baş verməsini nəzərə aldıqda sidik və qan nümunələrinin hadisədən nə qədər vaxt sonra götürülməsi, nümunələrin tərkibinin dəyişməsinə təsir göstərən amillərin aydınlaşdırmaq üçün öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə TibbiEkspertiza və X16” X34 rəisi X2 mütəxəssis kimi dəvət edərək ifadələrini almışdır. Cinayət Prosessual Məcəlləsinin 96.1-ci maddəsinə əsasən mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. 96.2. Mütəxəssis cinayət prosesini həyata keçirən orqana zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır. 96.3...mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. Əvvəla iş materiallarına əsasən X1 məhz hansı sahə üzrə mütəxəssis olduğunu, mübahisə doğuran məsələ barəsində kifayət qədər biliyə və bacarığa malik olmasını müəyyən etmək mümkün deyil. Bundan əlavə öz razılığı əsasında məhz mütəxəssis kimi dəvət etdiyi şahid statusu olmayan şəxsi ifadə verməkdən imtinaya və ya bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıdığı barədə xəbər etməklə sədrlik edən prosessual pozunt uya yol vermiş, belə ki, CM-nin 297-ci maddəsində mütəxəssisin belə bir məsuliyyəti nəzərdə tutulmamışdır. Qeyd edilən məsələlər barədə (sidik və qan nümunələrinin tərkibinin dəyişməsinə təsir göstərən amillər barədə) məhkəmə ekspertizasını aparan ekspert X10 tərəfindən verilmiş ifadələrə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri ziddiyətli, biri-digərini təkzib edən, heç bir elmi ədəbiyyata və ya normativ aktlara əsaslanmayan ifadələr kimi qiymətləndirir. Belə ki, elmi ədəmiyyatda sidik və qan nümunələrindəki alkoqolun miqdarının dəyişməsinə təsir göstərən amillərin dairəsi çox geniş müəyyən edilmişdir. Qəbul edilən spirtli içkinin miqdarı, növü, həmin içkilərin tərkibindəki spirtin faiz dərəcəsi, qəbul edilmə vaxtı, qəbul edən şəxsin yaşı, çəkisi, sağlamlığı (metobolizmi), spirt li içki qəbul etdikdən sonra fiziki fəaliyyəti, qəbul etdiyi maye və ya yediyi yeməklər, hətta havanın temperaturu və şəxsin tərləmə dərəcəsi və s. digər faktorlar sidik və qan nümunələrindəki alkoqolun miqdarının dəyişməsinə təsir göstərən amillər kimi çıxış edir. Bu baxımdan məhkəmə kollegiyası hesab hesab edir ki, qeyd edilən bu faktorlar üzrə dəqiq araşdırılma aparılmadan qeyd edilən ekspert rəyinə mötəbər sübut kimi istinad CPM-in 143-146-cı maddələrin tələblərinə uyğun olmayan nəticədir. Göstərilənlərə əlavə olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-pr osessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Belə ki, kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunmuş, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış qərarında göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddialara uyğun olaraq a pellyasiya məhkəməsi sözügedən qaydaları pozmuş; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmamaqla aparılmış; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və Məhkum əməlinin əsassız olaraq CM-in 263-1.4-ci maddəsindən CM-in 263.3-cü maddəsinə tövsif edilməsi barədə yekun nəticə CPM-in 146cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi cin ayət-prosessual qanunun yuxarıda təsvir edilən prosessual normalarının tələblərinə cavab verən nəticələr kimi özünü göstərmir. Qeyd olunanlarla yanaşı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, həmçinin məhkuma təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı, məhkumun müdafiəçiləri və zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi tərəfindən kassasiya şikayətlərində isə təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya müraciətlərinin dəlillərinə qiymət verərək nə qədər ki, əməlin hüquqi tövsifinə dair gəlinən nəticə qeyri-qanuni və əsassız hesab edilərək apellyasiya məhkəmə kollegiyasının qərarının ləğv edilərək yeni bax ışa təyin olunması barədə qərar qəbul edilib, məhkuma cəza təyininə dair protest və şikayətin dəlillərinə qiymət verməyi kassasiya məhkəmə kollegiyası məqsədə müvafiq hesab etmir və belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində göstərilmişdir ki, kassasiya instansiyası məhkəməsi məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə (416.1.2) və ya məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə (416.1.15) apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin qərar cinayət-prosessual normalara və Ali Məhkəmənin məhkəmə təcrübəsinə uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı kassasiya protestinə əsasən ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxslərin hüquqi varisləri X13, X18, X14 və X3 nümayəndəsi Kərimov Anar Əbdüləli oğlu t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar