Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2441/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 m ay 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Nahid Mirzəyev) 20 oktyabr 2022-ci il tarixli 1(091)158/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) 17 yanvar 2023-cü il tarixli 1(107)-29/2023 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022 -ci il tarixli 1(091)-158/2022 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vidadi Cəfərov (sədrlik edən və məruzəçi), İlkin Rəcəbov və İlqar Qılıcov) 07 dekabr 2023-cü il tarixli 1(102)-2314/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli 1(107)-29/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkum təkrarən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim lər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) 29 may 2024-cü il tarixli 1(107)-29/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli 1(107)-29/2023 nömrəli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, cinayət işində buraxılmış hüquqi səhvləri, ailə-sosial vəziyyətini, himayəsində azyaşlı uşağının olmasını, anasının səhhətində problemlər olması, Qarabağ uğrunda gedən döyüşlərdə ailə üzvlərinin iştirak etməsi, o nun şəxsiyyəti və ailəsində qazanc gətirən tək ailə başçısının olmasını yüngülləşdirən hallar qismində nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli 1(107)-29/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanva r 2023-cü il tarixli, 1(107)-29/2023 nömrəli qərarı Məhkum tərəfindən 25 yanvar 2023-cü il tarixdə imzalanmaqla qəbul edilmiş, kassasiya şikayəti isə məhkum tərəfindən 26 aprel 2024-cü il tarixdə verilmişdir. Həmçinin iş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)-29/2023 nömrəli qərarından Məhkum müdafiəçisi tərəfindən 28 iyul 2023-cü il tarixdə kassasiya şikayəti verilmiş və həmin şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcb uri tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Qüvvədə olan qanunvericiliyə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)-29/2023 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 12 aylıq prosessual müddətin axımı məhkuma münasibətdə 25 yanvar 2023-cü il tarixdən başlamış 25 yanvar 2024-cü il tarixdə başa çatmışdır. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarından kassasiya şikayəti 26 aprel 2024-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasə n kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayət i və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkum tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən buraxılması barədə heç bir dəlil irəli sürülməmiş və həmin halı təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası məhkum P.N.X1 Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək imkanını məhdudlaşdıran heç bir hal müəyyən edilmədiyindən onun kassasiya şikayətini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli 1(107)-29/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli 1(107)-29/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2441/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2441/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver