Məhkəmə qərarları › İş №1(102)-2442/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2442/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2442/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli, 1(107)-194/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 2024-cü il 23 yanvar tarixli, 1(033)-4/2024 nömrəli hökmü ilə, 13 avqust 1983-cü ildə Zaqatala rayonu Qandax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxx 1978-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3zırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qey diyyata alındığı vaxtdan hesablanması, ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəkməsi, üzərinə yaşayış yeri olan Zaqatala şəhəri, F.Əmirov 37, ev 20 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Zaqatala rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Məhkum2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Məhkum2 yaşayış yeri üzrə icra qurumuna tapşırılması, iş üzrə maddi sübut 3 ə dəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut - Zaqatala RPŞ-in maddi sübutların saxlama anbarında saxlanılan bir ədəd "Go” spirtli içki qabının məhv edilməsi müəyyən edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Xəqani Səmədov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 2024-cü il 5 iyun tarixli, 1(107)-194/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən s аxlаnılmışdır. İŞİN HALLARİ: Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilir ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmişlər. Məhkum1 alkoqol sərxoşluğu vəziyyətində Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə əsaslı səbəb olmadığı halda, yəni dostları X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 v ə 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs olmasından bəhanə kimi istifadə edib, 26 iyun 2023-cü il tarixdə n 27 iyun 2023-cü il tarixə keçən gecə sonuncunun sakini olduğu Zaqatala şəhəri, Füzuli küçəsinə gələrək həmin küçədəki 4 saylı evdə yaşayan Zərərçəkmiş şəxs qışqıraraq küçəyə çağırmış, sonuncu ilə birlikdə ailəsi, eləcə də həmin küçədə qonşuluqda qardaşlarının yaşamalarına, əhalinin sıx məskunlaşmasına məhəl qoymayaraq ətrafdakılara özlərinin üstünlüyünü və müstəsna şəxsiyyət olduqlarını göstərmək məqsədilə evindən küçəyə çıxmış Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə yumruq və təpiklərlə çoxsaylı zə rbələr endirib təpə nahiyəsində və alt dodağında bir ədəd əzilmiş yaralar, baş beyin silkələnməsi xarakterli, birlikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya, sağ gicgah nahiyəsində bir ədəd, ənsə nahiyəsində bir ədəd, sağ baldırında üç ədəd və sol baldırında üç ədəd sıyrıq xarakterli, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. İstintaq orqanı tərəfindən Məhkum1 CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmiş, lakin hadisə zamanı silah qismində istifadə edilən alətin olması və həmin alətdən istifadə edilməsi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən onun əməli CM-in 221.2.1-ci maddəsinə tövsif edilmiş, kassasiya protestinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hökmü qüvvəsində saxlamış, protesti təmin etməmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ifadəsi və iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 6 iyul 2023-cü il tarixli 177 saylı rəyi ilə müəyyən edilir ki, Məhkum1 cinayət hadisəsini törədərkən silah qismində küt alətdən istifadə etmişdir. Məhkəmə əsassız olaraq iş üçün birbaşa xüsusi əhəmiyyət kəsb edən yuxarıda qeyd olunan sübutları nəzərə almadan və həmin sübutlara tənqidi yanaşmaqla, qanunsuz olaraq Məhkum1 törətdiyi cinayət əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəlləinin 221.2.1-ci maddəsinə tövsif edərək aşkar surətdə yüngüllüyünə görə ədalətsiz olan cəza təyin etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum2 və Məhkum1 barəsində cinayət qanunvericiliyində nəzərdə tutulmamış halların cəza təyini zamanı nəzərə alınmalı olmasını göstərsə də, bunların motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, CPM-in 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısna daxil edilmişdir. Bundan başqa, Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələrinə baxmayaraq, məhkəmə onlara hər iki halda yüngül cəza təyin etmiş və belə bir nəticəyə gəlməsinin əsaslarını isə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Şərh olunanlardan da aydın olur ki, məhkəmə Məhkum2 və Məhkum1 yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Beləliklə məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmişdir. Dövlət ittihamçısı kassasiya şikayətində göstərilənlərə əsasən Məhkum2 və Məhkum1 barələrində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 2024-cü il 5 iyun tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum2 və Məhkum1 barələrində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məs ələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansi yası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1 əməlinin tövsifini və hər iki məhkuma təyin edilmiş cəzaların yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM -in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uy ğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, Məhkum1 qarşı irəli sürülmüş ittihama görə o, üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi istintaqa məlum olmayan küt əşya ilə zərərçəkmiş şəxsə xəsarətlər yetirmişdir. İttiham tərəfinin özünün topladığı sübutlara əsasən həmin silahı heç kim görməmişdir. İşdən də görünür ki, silahla bağlı ittiham tərəfinin iki sübutu var: Birinci sübut Məhkəmə tibb ekspertizasının rəyidir ki, orada xəsarətlərin bərk küt əşya ilə yetirildiyi göstərilmişdir. Lakin nəzərə almaq lazımdır ki, insanın yumruğu, dirsəyi, ayağı da bərk küt əşya kimi qəbul edilə bilər və ittiham tərəfinin istinad etdiyi həmin ekspert rəyi hadisə zamanı silahın istifadə edildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. İkinci sübut zərərçəkmiş şəxsin ifadəsidir ki, zərərçəkmiş şəxs həmin ifadədə göstərmişdir ki, şəxsin onun baş və bədən nahiyəsinə bərk predmetlə zərbələr endirdiyini hiss etmişdir. Göründüyü kimi, yenə də bərk predmetin isti fadə edildiyi iddia edilir və zərərçəkmiş şəxs də həmin bərk predmeti görmür, yalnız hiss edir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin bu məzmunda ifadəsi də hadisə zamanı məhkumun silahdan istifadə etməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, c inayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edil məsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilmə si yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya t əqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual normaların pozuntularına yol verildiyi iddia olunsa da,məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPMin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar R espublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin protestin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən hal kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası cəza ilə bağlı kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkumlara təyin edilmiş cəzaların növü və həddi onlar tərəfindən törə dilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, məhkumların şəxsiyyətinə, eləcə də məhkəmələr tərəfindən müəyyən edilmiş məhkumların cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallara uyğundur və məhkumlara təyin edilmiş cəzaların ağırlaşdırılması üçün qanunda nəzərdə tutulmuş hüquqi və faktiki əsaslar mövcud deyil və məhkumlara təyin edilmiş cəzalar məhkəmələr tərəfindən kifayət qədər əsaslandırılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kass asiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 2024-cü il 23 yanvar tarixli, 1(033)-4/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum2 və Məhkum1 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli, 1(107)-194/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar