Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2443/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs5, Məhkum - Məhkum iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2022-ci il tarix li hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2022-ci il tarixli 1(091)-207/2022 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, X8 Xidmətinin X8 Hissəsinin X nömrəli X bölməsinin X vəzifəsində işləmiş, hazırda heç bir yerdə işləmə yən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzala r qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu ümumilikdə 2 (iki) ay 21 (iyirmi bir) gün müddət əsas cəzasına hesablanmaqla çıxılması və üzərində 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay 9 (doqqu z) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi və 9600 AZN (doqquz min altı yüz manat) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 117 AZN (yüz on yeddi manat) ödənilmiş dövlət rüsumuna görə, ümumilikdə 9717 AZN (doqquz min yeddi yüz on yeddi manat) məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 ödənilməsi, iş üzrə maddi sübut olan "xxxx" MMC-nin (“XXXX”) 3803 nömrəli terminalın xx. xx.2021-ci il tarixli 32504 nömrəli, 1753 nömrəli terminalın xx.xx.2021-ci il tarixli 91577 nömrəli, 3803 nömrəli terminalın xx.xx.2021-ci il tarixli 34826 nömrəli, 3803 nömrəli terminalın xx.xx.2021-ci il tarixli 35229 nömrəli, 1750 nömrəli terminalın xx.xx.2021-ci il tarixli 121811 nömrəli, 1750 nömrəli terminalın xx.xx.2021-ci il tarixli 121812 nömrəli, 1763 nömrəli terminalın xx.xx.2021-ci il tarixli 16942 nömrəli, 3157 nömrəli terminalın xx.xx.2021-ci il tarixli 26024 nömrəli, 2031 nömrəli terminalın xx.xx.2021-ci il tarixli 3348 nömrəli, “X” elektron ödəmə sisteminin 00609 nömrəli terminalın xx.xx.2021-ci il tarixli, 00609 nömrəli terminalın xx.xx.2021-ci il tarixli, 00609 nömrəli terminalın xx.xx.2021-ci il tarixli, 00609 nömrəli terminalın xx.xx.2021-ci il tarixli qəbzi, 00609 nömr əli terminalın xx.xx.2021-ci il tarixli, 20000 nömrəli terminalın xx.xx.2021-ci il tarixli qəbzlərin surətləri, "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli 157000/2-5499 nömrəli məktubla daxil olmuş Məhkum adına olan hesablardan çıxarışlar, Şahid8 və Məhkum aralarında olan telefon danışığının qeyd olunduğu CD disk, Zərərçəkmiş şəxs2 və Məhkum aralarında olan danışığın qeyd olunduğu CD disk və "xxxx" ASC-dən götürülmüş bankomat kart hesabından pulların məxaric olunmasına dair görüntülərin qeyd olunduğu CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli 1(107)-80/2023 nömrəli (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Xəqani Hacı oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2022-ci il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 8 iyul 2019-cu il tarixdən X-in X8 Xidmətinin X8 hissəsinin X nömrəli X bölməsinin X vəzifəsində işləyərkən tamah niyyəti ilə özgənin əmlakını etibardan su i-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsində köməklik göstərilməsinə dair özünə etdiyi müraciətinə əsasən, Zərərçəkmiş şəxs4 özünün Fövqəladə Hallar Nazirliyində yüksək rütbəli şəxslərdən birinin sürücüsü olduğunu bildirərək, qeyd olunan əlaqəsindən istifadə edərək onu Fövqəladə Hallar Nazirliyinin Akademiyasına gizir rütbəsində işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün onun şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun və hərbi biletinin surətlərini, bir neçə ədəd foto şəkilini götürərək, onun inam və etibarını qazandıqdan sonra onun işə qəbul olunması məsələsini qeyd edilən Nazirlikdə işləyən yüksək vəzif əli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd verib inandıraraq, həmin adla 2020-ci ilin dekabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə X5rşısında 4.000 (dörd min) manat, 2020-ci ilin dekabr ayının sonunda yenidən həmin ünvanda sonuncudan şəxsən 1.000 (bir min) manat pulu almış, 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs4 qalan 1.000 (bir min) manat pulu isə "xxxx" ASC-də olan özünün şəxsi hesab kartına köçürülməsini bildirərək, sonuncu tərəfindən 2021-ci ilin yanvar ayının əvvəllərində X küçəsində yerləşən “X” marketdə olan “X” terminalınd an onun adına olan "xxxx" ASC-nin 5*** **** **** 2435 nömrəli şəxsi hesab kartına 1.000 (bir min) manat pulun köçürülməsinə nail olaraq ümumilikdə cəmi 6000 (altı min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 alaraq pulun alındığı tarixlərdə şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs4 təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərk ən təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin fevral ayında tanışı Şahid6 oğlunun vasitəsilə tanıdığı İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs5 övladı Şahid7 X-in X8 Xidmətinin İsmayıllı rayon X8 Hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair Şahid7 özünə etdiyi müraciətinə əsasən, Zərərçəkmiş şəxs5 və Şahid7 dayısının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, qeyd olunan əlaqəsindən istifadə edərək onu həmin işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün Şahid7 şəxsiyyət vəsiqəsinin, ailə tərkibi və yaşayış yerindən arayış, hərbi bilet və şəxsiyyət vəsiqəsinin surətlərini, bir neçə ədəd fotoşəklini götürərək, inam və etibarını qazandıqdan sonra onun işə qəbul olunması məsələsini qeyd edilən nazirlikdə işləyən yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd verib inandıraraq, həmin adla 2021-ci ilin fevral ayının ortalarında Şahid7 Bakı şəhəri, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən çayxanada 2.000 (iki min) manat pulu şəxsən almış, Şahid7 qalan 8.000 manat pulu isə "xxxx" ASC-də olan özünün şəxsi hesab kartına köçürülməsini bildirərək, sonuncunun 15 mart 2021-ci il tarixdə X küçəsində yerləşən “X” mağazasındakı “X” ödəniş terminalı vasitəsilə onun adına olan "xxxx" ASC-dən verilmiş 5*** **** **** 24 35 nömrəli bankomat kart hesabına 1700 (bir min yeddi yüz) manat, 20 mart 2021-ci il tarixdə Göyçay rayonu Natəvan küçəsində yerləşən “Dəniz market” mağazasındakı “X” ödəniş terminalı vasitəsilə həmin kart hesabına 202 (iki yüz) manat, 22 mart 2021-ci il tarixdə həmin ünvanda olan “X” ödəniş terminalı vasitəsilə qeyd olunan bankomat kart hesabına 1.000 (bir min) manat, 28 mart 2021-ci il tarixdə sonuncu ünvanda olan “X” ödəniş terminalı vasitəsilə həmin kart hesabına 350 (üç yüz əlli) manat, 31 mart 2021-ci il tarixdə İsmayıllı rayonu, Qaraməryəm kəndində yerləşən mağazadakı “X” ödəniş terminalı vasitəsilə həmin kart hesabına 2.000 (iki min) manat, 2 aprel 2021-ci il tarixdə X-də yerləşən “X” mağazasındakı “X” ödəniş terminalı vasitəsilə həmin kart hesabına ayrı-ayrılıqda 700 (yeddi yüz) v ə 290 (iki yüz doxsan) manat, 2021-ci ilin aprel ayında isə İsmayıllı rayonu, İvanovka kəndində yerləşən “İvanovka” mağazasındakı “X” ödəniş terminalı vasitəsi ilə həmin kart hesabına 1358 (bir min üç yüz əlli səkkiz) manat pulun köçürməsinə nail olaraq, ümumilikdə cəmi 9600 (doqquz min altı yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs5 alaraq, pulların alındığı tarixlərdə şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 9600 (doqquz min altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla öz ü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs5 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayında tanışı Şahid5 vasitəsi ilə tanıdığı Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 övladı Şahid4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsində köməklik göstərilməsinə dair özünə etdiyi müraciətinə əsasən, Zərərçəkmiş şəxs2 dayısının Fövqəladə Hallar Nazirliyində polkovnik rütbəsində yüksək vəzifədə işlədiyini, qeyd olunan əlaqəsindən istifadə edərək Şahid4 Fövqəladə Hallar Nazirliyinin Akademiyasına gizir rütbəsində işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün Şahid4 şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini, məhkumluq və yaşayış yerindən arayış götürərək onların inam və etibarını qazandıqdan sonra Şahid4 işə qəbul olunması məsələsini qeyd edilən nazirlikdə işləyən yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 11.000 (on bir min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd verib inandıraraq, həmin adla 22 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Bakı Kinoteatrının qarşısında 4000 (dörd min) ABŞ dolları həmin dövrün məzənnəsi 6.800 (altı min səkkiz yüz) manat və 200 (iki yüz) manat olmaqla 7000 (yeddi min) manat pulu şəxsən almış, Zərərçəkmiş şəxs2 qalan 4.000 manat pulu isə "xxxx" ASC-də olan özünün şəxsi hesab kartına köçürülməsini bildirərək, Zərərçəkmiş şəxs2 24 aprel 2021-ci il tarixdə 3.000 (üç min) manat, 8 may 2021-ci il tarixdə 100 (bir yüz) manat, 9 may 2021ci il tarixdə 150 (bir yüz əlli) manat pulu X binanın altında yerləşən “X” mağazasında olan “X” terminalından onun adına olan "xxxx" ASC-dən verilmiş 5*** **** **** 2435 nömrəli bankomat kart hesabına köçürməsinə nail olaraq, özünün cinayət əməllərini davam etdirərək 10 may 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 285 nömrəli tam orta məktəbin qarşısında Şahid4 750 (yeddi yüz əlli) manat pulu şəxsən alaraq, ümumilikdə cəmi 11.000 (on bir min) manat məbləğində pul vəsaitini ələ keçirərək, pulun alındığı tarixlərdə şəxsi ehtiyaclarına sərf ed ərək qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 11.000 (on bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyun ayında İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs6 X-in X8 Xidmətinin İsmayıllı rayon X8 Hissəsində yanğınsöndürən vəzifəsində işdən ç ıxarılmasının qarşısının alınmasında köməklik göstərilməsinə dair tanışı Şahid6 oğlunun vasitəsi ilə etdiyi müraciətinə əsasən, Zərərçəkmiş şəxs6 Fövqəladə Hallar Nazirliyinin Təhqiqat İdarəsində yüksək vəzifədə işləyən tanışının olduğunu deyərək, qeyd olunan əlaqəsindən istifadə edərək onu Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin İsmayıllı rayon X8 Hissəsində yanğınsöndürən vəzifəsindən işdən çıxarılmasının qarşısını almaq imkanına malik olduğunu yalandan bildirib onun məsələsini qeyd edilən Nazirlikdə işləyən yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4000 (dörd min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd verib inandıraraq, 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısında Zərərçəkmiş şəxs6 dayısı Şahid9 məxsus “Mercedes-Benz” markalı, **-CA-*** dövlət qeydiyyat 3300 (üç min üç yüz) manat pulu şəxsən Zərərçəkmiş şəxs6 alaraq, həmin məbləğdə pul vəsaitini pulun alındığı tarixlərdə şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 məxsus 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona ziyan vurmaqla təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvə t qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyun ayında İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə bərpa olunmasında köməklik göstərilməsinə dair özünə etdiyi müraciətinə əsasən, Zərərçəkmiş şəxs3 dayısının Fövqəladə Hallar Nazirliyində polkovnik rütbəsində yüksək vəzifədə işlədiyini, qeyd olunan əlaqəsindən istifadə edərək onu Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin İsmayıllı rayon X8 Hissəsinə yanğınsöndürən vəzifəsində işə bərpa etmək imkanına malik olduğunu yalandan bildirib onun işə qəbul olunması məsələsini qeyd edilən Nazirlikdə işləyən yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4000 (dörd min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd verib inandıraraq, həmin məbləği şəxsi hesab kartına köçürməsini istəmiş və həmin adla Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə İsmayıllı şəhəri, Cavanşir küçəsi, 21A ünvanında yerləşən “Rahat market” mağazasında olan “X” ödəmə terminalı vasitəsi ilə 1000 (bir min) manat, həmin tarixdə İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Dost” supermarketdə olan “X” ödəmə terminalı vasitəsi ilə 1.000 (bir min) manat və eyni gündə 1.500 (bir min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə sonuncu ünvanda yerləşən “X” ödəmə terminalı vasitəsi ilə 100 (bir yüz) manat, xx.xx.2021-ci il tarixdə X küçəsində yerləşən “X” supermarketdə olan “X” ödəmə terminalı vasitəsi ilə 300 manat və xx.xx.2022-ci il tarixdə sonuncu ünvanda yerləşən “X” ödəmə terminalı vasitəsi ilə 50 manat olmaqla ümumilikdə cəmi 3950 (üç min doqquz yüz əlli) manat pulun onun adına olan "xxxx" ASC-dən verilmiş 5*** **** **** 2435 nömrəli bankomat kart hesabına köçürməsinə nail olaraq, həmin məbləğdə pul vəsaitini pulun alındığı tarixlərdə şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 3.950 (üç min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyə tlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin noyabr ayında tanışı Şahid3 vasitəsi ilə tanıdığı Oğuz rayon sakini Zərərçəkmiş şəxs1 övladı Şahid1 X-in X8 Xidmətinin Oğuz rayon X8 Hissəsində işə düzəlməsində köməklik göstərilməsinə dair sonuncunun özünə etdiyi müraciətinə əsasən, Şahid1 dayısının Fövqəladə Hallar Nazirliyində kadrlar idarəsində polkovnik rütbəsində məsul vəzifədə işlədiyini, qeyd olunan əlaqəsindən istifadə edərək onu Fövqəladə Hallar Nazirliyinin Akademiyasına gizir rütbəsində işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, inam və etibarını qazandıqdan sonra onun işə qəbul olunması məsələsini qeyd edilən nazirlikdə işləyən yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd verib inandıraraq, Şahid1 həmin məbləği "xxxx" ASC-də olan özünün şəxsi hesab kartına köçürülməsini bildirərək, həmin adla Zərərçəkmiş şəxs1 23 noyabr 2021-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində yerləşən “Nur market” mağazasında yerləşən ödəmə terminalı vasitəsilə 2000 (iki min) manat, həmin tarixdə qeyd olunan ünvanda yerləşən ödəmə terminalı vasitəsi ilə 1000 (bir min) manat, 28 n oyabr 2021-ci il tarixdə X şəhərində yerləşən “X” yanacaq doldurma məntəqəsində olan ödəmə terminalı vasitəsilə 1000 (bir min) manat, 4 dekabr 2021-ci il tarixdə X küçəsində yerləşən mağazada olan ödəmə terminalı vasitəsilə 40 (qırx) manat və həmin tarixdə qeyd olunan ünvanda yerləşən ödəmə terminalı vasitəsilə 75 (yetmiş beş) manat, 5 dekabr 2021-ci il tarixdə Bakı şəhərində “X” proqramı vasitəsilə 25 (iyirmi beş) manat, 6 dekabr 2021-ci il tarixdə Bakı şəhərində “X” proqramı vasitəsilə 30 (otuz) manat və həmin tarixdə “Birbank” proqramı vasitəsilə 50 (əlli) manat pulun ona məxsus "xxxx" ASC -dən verilmiş 52** **** **96 0459 nömrəli bankomat kart hesabına, 7 dekabr 2021-ci il tarixdə X prospektində yerləşən marketdə olan ödəmə terminalı vasitəsilə 320 (üç yüz iyirmi) manat pulu onun verdi yi cinayətdən xəbərsiz olan tanışı Şahid2 məxsus "xxxx" ASC-dən verlmiş 5243 **** **** 9759 nömrəli bankomat kart hesabına, 10 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 X kəndində yerləşən “X” mağazasında yerləşən “X” ödəmə terminalı vasitəsilə 1400 (bir min dörd yüz) manat pulu ona məxsus "xxxx" ASC dən verilmiş 52** **** **96 0459 nömrəli bankomat kart hesabına köçürmələrinə nail olaraq, ümumilikdə cəmi 5940 (beş min doqquz yüz qırx) manat məbləğində pul vəsaitini alındığı tarixlərdə şəxsi ehtiyaclarına sərf edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 və Şahid1 məxsus 5940 (beş min doqquz yüz qırx) manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək onlara xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərin in) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini təkrar rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 və Şahid1 təhrik etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, barəsində cəza təyini zamanı ailə vəziyyəti, səmimi peşmançılığı və cavan olması məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Odur ki, Məhkum vermiş olduğu kassasiya şikayəti ilə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini və sanksiyanın aşağı həddində cəza təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməs ində Məhkum çıxış edərək, zərərçəkmiş şəxslərdən ikisinin zərərini ödədiyini, digər zərərçəkmiş şəxsin mülki iddiasını qəbul etdiyini, özünü sadəcə Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bildiyini, CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilmədiyini, aprel döyüşləri iştirakçısı olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs5 çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şi kayətinin qismən təmin edilməsini məhkuma verilən ittihamdan CM-in 32.4,312.2-ci maddəsinin xaric edilməsini, qalan hissədə isə ittihamın müdafiə edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsi nin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngüllə şdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verməklə yanaşı aşağıda göstərilənlərin əməlin tövsifinə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunveric iliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirk arın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (iki zərərçəkmiş şəxsə, yəni Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 dəymiş ziyanın könüllü olaraq ödənilməsini və həmin şəxslərin onunla barışmaqla ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmaması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublik ası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Cinayət işinin materiallarında aydın olur ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək onlara dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını göstərmişlər. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinay ət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməy ə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlər inin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cə za və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qan uni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş öz qulluq mövqeyindən istifadə etməklə təkrarən, xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə üzrə ittihamlar birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəm əsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin həm sübutların tədqiqi, həm də onların qiymətləndirilməsi ilə bağlı gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Eyni zamanda məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, birinci instansiya məhkəməsinin 6 dekabr 2022-ci il tarixli hökmü ilə razılaşaraq həmin hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, məhkəmənin 8 fevral 2023-cü il tarixli bu yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bununla belə məhkəmə kollegiyası Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyinin, bunun arxasında duran sübutların hazırki qərarda təftiş edilməsinə ehtiyac görmür və qeyd edir ki, maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, məhkumun əməlləri CM-in 178.2.2, 178.2.3, 178.2.4-ci maddələri ilə düzgün tövsif olunsa da, CM-in qeyd edilən maddələri ilə tam əhatə olunan həmin əməllərin eyni zamanda 32.4,312.2-ci maddələri ilə tövsif etməkdə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-in 178.1-ci maddəsinin dispozisiy ası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vur a, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altın a alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilmə si zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına y ox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi p ulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə t əşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 731, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci 3 maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əha tə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum X-in X8 Xidmətinin Bakı şəhəri, Suraxanı rayonu, X8 hissəsinin X nömrəli X bölməsinin X vəzifəsində işləyərkən ona qarşı irəli sürülmüş ittihamda göstərilən şəxslərin etibarından sui-istifadə edərək və onları aldadaraq həmin şəxslərin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmək məqsədilə onlara verdikləri vədlər üzrə xeyirlərinə heç bir iş görməyib təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə həmin şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişlər. Buna görə, məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsin in 6 dekabr 2022-ci il tarixli hökmündən Məhkum CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, adı çəkilən məhkumun üzərində isə ona CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bununla da Məhkum kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-cı maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı dəyişdirilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2022-ci il t arixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin və Məhkum üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu ümumilik də 2 (iki) ay 21 (iyirmi bir) gün müddət əsas cəzasına hesablanmaqla çıxılsın və üzərində 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2443/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2443/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver