Məhkəmə qərarları › İş №1(102)-2443/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2443/2025

19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2443/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Novruzov X4 ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyul tarix li, 1(103)-1223/25 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X13 (sədrlik edən), Elnur Nuriyev və Kamran Muxtarovdan ibarət tərkibdə) 10 aprel 2025-ci il tarixli, 1(101)-368/2025 nömrəli hökmü ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan) və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 228.4-cü maddəsi (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan) ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 8 iyul 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay 3 (üç) gün müddət, 10 avqust 2023-cü i l tarixdən 29 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 20 (iyirmi) gün müddət, 29 avqust 2023-cü il tarixdən 10 dekabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 12 (on iki) gün müddət, ümumilikdə 5 (beş) ay 5 (beş) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq, sonuncunun üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 dekabr 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması müəyyən edilmişdir. Hökmlə həmçinin, maddi sübut və həhkəmə məsrəfi məsələləri də həll edilmişdir Həmin hökmdən təqsirl əndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə) 2025-ci il 3 iyul tarixli, 1(103)-1223/25 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttihama əsasən Məhkum xx.xx.2023-cü ildə, saat 16:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89A ünvanının yaxınlığında, “Lotos” ticarət mərkəzinin arxasında tanışı Şahid2 ona olan 150 manat borcunu qaytarmaması səbəbindən sonuncunun övladı Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafey ə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək heç bir əsaslı səbəb olmadan ictimai yerdə digər şəxslərin narahatçılığına səbəb olmaqla qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən əli ilə vuraraq onun təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə, qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı, üzərində sonradan əlavə və dəyişiklik edilməyən, qatlanmayan, soyuq silah hesab edilən 1 ədəd bıçağı qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamışdı. Həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 9,188 qram çəkidə narkotik vasitə heroini əldə edərək bir hissəsini yaşadığı ünvan 1 ünvanına daşımaqla həmin evdə saxlamış, qalan hissəsini isə üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına, “Lotos” ticarət mərkəzinin arxasına daşımışdır. DİN-in X14 Alayının 5-ci Patrul Bölüyünün əməkdaşları tərəfində n Məhkum xx.xx.2023-cü ildə saat 16:45-də “Lotos” ticarət mərkəzinin arxasında saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Orada saat 17:45-dən üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,426 qram olan narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elekton tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum yaşadığı ünvan 1 ünvanında xx.xx.2023-cü ildə saat 20:05dən axtarış keçirilərkən evin mətbəxindəki mebelin rəfindən sonuncunun qanunsuz olaraq əldə edib saxladığı zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı, üzərində sonradan əlavə və dəyişiklik edilməyən, qatlanmayan, soyuq silah hesab edilən 1 ədəd bıçaq, evin yataq otağında olan taxta dolabın içərisindən isə Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,762 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib idarə etdiyi “Hyundai Elantra” markalı **-HS-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla ünvan 4 ünvanın yaxınlığına daşımış, həmçinin təkr arən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 4,315 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanın yaxınlığına daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum xx.xx.2023-cü ildə saat 15:30-da yuxarıda qeyd olunun ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada saat 17:16-dan üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli gödəkcəsinin sağ iç cibindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda – 4,315 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa xx.xx.2023-cü ildə saat 18:11-dən etibarən Məhkum razılığı və iştirakı ilə sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-HS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmə və götürmə zamanı avtomobilin ön oturacaqlarının arasında yerləşən saxlanc yerindən sonuncunun qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum törətdiyi əməllərin ittihamın ikinci və üçüncü epizodları üzrə təkrar olaraq satış məqsədi ilə qanunsuz olaraq küll i miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayəti deyil, yalnız ittihamın dördüncü epizodu üzrə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkoyik vasitə əldə etməsi, saxlaması və daşıması cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab etmiş və CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihamdan ikinci və üçüncü epizodların çıxarılmasını əsaslı hesab etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum barəsində çıxarılmış hökm qanunsuz və əsassızdır, hökm məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə, məhk əmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxarıldığı üçün ləğv olunmalıdır. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş qanunsuz və əsassız ittihamdan 2-ci və 3-cü epizodları xaric edib, təqsirləndirilən şəxs Məhkum cinayət işi üzrə olan ittihamın dördüncü epizodu üzrə əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etsə də, qər əzli mövqe tutmuş, bütün şübhələri təqsirləndirilən şəxsin əleyhinə qiymətləndirmişdir. Məhkəmə bir neçə epizodu ittihamdan xaric etsə də, istintaq orqanının qanunsuz ittihamedici mövqeyi ilə razılaşmış və nəticədə ədalətsiz hökm çıxarmışdır. Müdafiəçi bildirmişdir ki, Məhkum barəsində bundan öncə də polis orqanı tərəfindən CM-in 234 və 228-ci maddələri ilə cinayət işi başlanılmış, lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə həmin maddələrlə baraət verilmişdir. Azadlıqdan məhrum etmə yerindən azad olunduqdan sonra yenidən barəsində uydurma ittihamlarla cinayət işi başlanılmış, həmin ittihamların əksəriyyəti ittihamdan xaric edilmişdir, həmin hissədə də hökmdən apellyasiya protesti verilməmişdir. Bundan başqa, əlavə şahid qismində dindirənlən şəxslər - X 8 və X9 təqsirləndirilən şəxs Məhkum üzərində və ona məxsus avtomobildə heç bir qeyri-qanuni əşya, maddə, predmet və s. olmadığını bildirmiş və onun DİN-nin BMCMİ-nin polis əməkdaşları tərəfindən zorla avtomobilə mindirilərək "Dəniz Mall" ticarət mərkəzi ərazisindən uzaqlaşmalarını təsdiq etmişlər. Məhkəmə müdafiə tərəfinin vəsatəti ilə dindirilən şahidlərin ifadələrinə hökmdə, ümumiyyətlə, hüquqi qiymət verilməmiş, yalnız şahidlər DİN BMCMİ-nin əməkdaşları Şahid1 və X6 məhkəmə istintaqı zamanı verdikləri həqiqətə uyğun olmayan ifadələrini mötəbər sübut qismində qiymətləndirirək prosessual pozuntuya yol vermişdir. Yuxarıda göstərilən şahid ifadələri və iş üzrə əldə olunan mötəbər sübutlar Məhkum ona CM-in qeyd olunan maddəsi ilə elan edilən ittihamın əsassız olduğunun, həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsiz olduğunun göstəricisidir. Hökmdə əks olunan məhkəmənin mövqeyi, Məhkum bəraət verilməsi üçün yetərlidir. Əslində müdafiə tərəfi olaraq məhkəmə istintaqı zamanı ortaya qoyduqları mövqeni məhkəmə bir daha təsdiq etmişdir. Məhkum ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri CPM-in göstərilən prosessual hüquq normasının tələblərini pozmaqla, yəni həmin ifadələr polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə, zorakılığa məruz qoymaqla alındığından, həmin ifadələr sübut kimi qəbul olunmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Məhkum ibtidai istintaqın gedişində dindirmə protokolllarına həqiqi imzasını atmayaraq kiril əlifbası ilə "yalan" sözünü yazması obyektiv həqiqəti əks etdirən tutarlı dəlillərdir. Hətta Məhkum ibtidai istintaq orqanı tərəfindən məruz qaldığı bu qanunsuz hərəkətlərə etiraz əlaməti olaraq özünə dəfələrlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, bu da kifayət etməmiş, istintaq orqanının qanunsuz hərəkətlərinə artıq mənəvi və fiziki cəhətdən dözümü qalmadığı üçün həyatına qəsd etmək üçün metal yad cisim udmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli akt və Məhkum 34-cü PŞ-nin növbətçi hissəsinə verilərkən sonuncuya baxış zamanı saxlanılarkən öz-özünə sağ qol, sağ boğaz və üz nahiyəsinə xəsarətlər yetirdiyi müəyyən edilmişdir. Cinayət işinin İİ cild 86-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Məhkum 34-cü PŞ-nin növbətçi hissəsinə verilərkən sonuncuya baxış zamanı saxlanılarkən öz-özünə sağ qol, sağ boğaz və üz nahiyəsinə xəsarətlər yetirməsi müəyyən edilmiş dir. Bundan əlavə, cinayət işinin İV cildinə əlavə edilmiş 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 20-12/701 nömrəli məktubu və tibbi kitabçanın surətindən görünür ki, Məhkum xx.xx.2023-cü ildə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, həkim baxışından keçirilərkən həbs olunarkən metal yad cisim udduğunu bildirmiş, rentgenoloji müayinə zamanı həzm traktında metal yad cisim aşkarlanmışdır. Çox maraqlı olan hallardan biri də ondan ibarətdir ki, Məhkum bir gün öncə narkotik maddə ilə olan cinayət işi üzrə Nizami rayon Polis İdarəsinin müstəntiqi yanında vəkili ilə iştirak edir, lakin sonra yenidən narkotik "əldə edərək" üzərində gəzdirir. Müdafiə tərəfi hesab edir ki, məhkəmə əvvəlki epizodlarla əlaqədar obyektiv nəticəyə gəlmişdirsə, sonuncu epizodla əlaqədar müdafiə tə rəfindən əldə olunaraq məhkəməyə təqdim etdiyi sübutlara subyektiv yanaşaraq düzgün nəticəyə gəlməmişdir və yekunda Məhkum barəsində bəraət hökmü çıxarmalı olduğu halda ittiham hökmü çıxarmışdır. Yuxarıda göstərilənlər bir daha onu təsdiq edir ki, məhkəmə qeyd edilən xüsusatları nəzərə almamış və sübutları düzgün qiymətləndirməyərək CPM-nin 145-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1223/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsasla, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Rəşad M irmehtizadə kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya ka ssasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun təqsirli olmadığını, məhkuma bəraət verilməli olduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da iş in ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, Məhkum CM-in 221.1, 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməll əri CM-in 228.4 və 234.1-1-ci maddələri ilə düzgün olaraq tövsif edilmiş, o təqsirli bilinmiş və məhkum edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onların dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılımış, sübutlar yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 228.4 və 234.1-1-ci maddələri irəli sürülmüş ittihamlarda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymət ləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməllərinin tövsifi ilə bağlı məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma qarşı CM-in 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə gö rə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübu tlara əsasən müəyyən edilir Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-in 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci madd.). Azərbaycan Respublikası CPM-in 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. CPM-in 126.2-ci maddəsinə görə yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cina yət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hansı hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Lakin hazırki işin hallarından görünür ki, istər ibtidai istintaq orqanı, istərsə də məhkəmələr prosessual qanunvericiliyin qeyd olunan məqsədlərinə nail ola bilməmişlər. Belə ki, ibtidai istintaq, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum xx.xx.2023-cü ildə, saat 16:40-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89A ünvanının yaxınlığında, “Lotos” ticarət mərkəzinin arxasında tanışı Şahid2 ona olan 150 manat borcunu qaytarmaması səbəbindən sonuncunun övladı Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək heç bir əsaslı səbəb olmadan ictimai yerdə digər şəxslərin narahatçılığına səbəb olmaqla qəsdən Zərərçəkmiş şəxs b aş nahiyəsindən əli ilə vuraraq onun təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə, qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. İstintaq orqanı və məhkəmələr hesab etmişdir ki, Məhkum yuxarıda təsvir olunan hərəkətləri, yəni heç bir əsaslı səbəb olmadan ictimai qaydanın və ictimai asayişin kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdir, yəni xuliqanlıqdır. Lakin iş materiallarının təhlilindən formalaşan mənzərə ondan ibarətdir ki, istintaqın xuliqanlıq kimi təsvir etdiyi hadisə heç də xuliqanlıq zəminində baş verməmiş, şəxsi münasibətlərin pozulması zəminində törənmişdi r. Belə ki, həm məhkumun, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə təsdiq edilir ki, məhkum və zərərçəkmiş şəxs arasında baş verən mübahisə məhkuma olan borcun qaytarılmaması səbəbindən zərərçəkmiş şəxsin təşəbbüsü və dəvəti ilə məhkumun zərərçəkmiş şəxsə yaxınlaşması zamanı baş vermişdir. Cinayət hadisəsinin yuxarıda təsvir olunan şəkildə baş verməsi işdə olan mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmələrdə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun müqayisəli şəkildə, CPM-in 416-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, təsvir olunan hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi CM-in 221.1-ci maddəsinin tələlərinə uyğun sayıla bilməz. Belə ki, CM-nin 221-ci maddəs ində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə poz untu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətl ərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tar ixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göst ərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki işin hallarından görünür ki, məhkumla zərərçəkmiş şəxs arasında münaqişə şəxsi münasibətlərin gərginləşməsi səbəbindən baş vermiş, məhkuma olan pul borcunun vaxtında verilməməsi və məhs bu əsasla da tərəflər arasında münaqişənin yaranmasıdır. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan Qərarında qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qoh umlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası hesab edir ki, əgər şəxsin hadisələrin sonrakı gedişatında da cəmiyyətə hörmətsizlik etmək, onlarda özünün müstəsna şəxsiyyət olması fikri yaratmaq niyyəti yoxdursa, onun cəmiyyət tərəfindən müşahidə edilən, bütün tərkib əlamətləri ilə konkret şəxsə yönələn və qısa zaman ərzində baş verən zorakı davranışı xuliqanlıq cinayəti kimi qiymətləndiril ə bilməz. Əks halda, xuliqanlıq cinayətinin tərkib əlaməti olan subyektiv cəhət cinayət hüquqi baxımdan öz mənasını və əhəmiyyətini itirərdi. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hadisə şəxsi münasibətlər zəminində baş vermiş, qısa müddət ərzində davam etmişdir. Hazırki cinayət işi üzrə Məhkum münasibətdə xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda və məhkəmələrin hökm və qərarında müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmişdir. Hazırki iş üzrə ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edilməsinə baxmayaraq, hadisənin şəxsi münasibətlərdən yaranması və hər iki tərəfin bir-birinə qarşı aqressiv hərəkətlərindən törənməsi halında, əməl xüliqanlıq cinayət əməli kimi qiymətləndirilə bilməz. Məhkum niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlıqla törədilən cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai is tintaq orqanı və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən çıxış etməklə, əməli xuliqanlıqla törədilən cinayət kimi qiymətləndirmişlər. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıqla törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, it tiham tərəfinin iddia etdiyi kimi baş vermiş hadisə motivsiz, yaxud xuliqanlıq cinayət əməlinin dispozisiyasında əks olunan hərəkətlərin edilməsi ilə baş verən hadisə deyil və şəxsi münasibətlərin pozulması zəminində baş vermiş dalaşmadır. Bu zəmində baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmuş olsa belə, bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiya hesab edir ki, Məhkum əməli CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda, cinayət işinin materiallarından da görünür ki, Məhkumla Zərərçəkmiş şəxs barışmış və sonuncuya vurulmuş ziyan tam həcmdə ödənilmişdir, zərərçəkmiş şəxsin Məhkum qarşı heç bir şikayət və tələbi yoxdur. CM-in 73.2-ci maddəsinə əsasən CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əm əli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum və Zərərçəkmiş şəxs barışdığından və zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənildiyindən Məhkum qarşı CM-in 128-ci maddəsi ilə irəli sürülmüş cinayət təqibinə xitam verilməli və o, CM-in 128-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə kollegiyası məhkuma CM-in 228.4 və 234.1-1-ci maddələri ilə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma həmin maddələrlə cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olması n əzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, ədalətli cəza təyin edilmiş, lakin məhkumun təqsirli bilindiyi CM-in 221.1-ci maddəsi CM-in 128-ci maddəsinə tövsif edildiyindən və CMin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verildiyindən, CM-in 66.3-cü maddəsi ilə təyin edilmiş cəzanın müddəti azaldılmalıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı, onun cinayət əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şika yəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3.7.2025-ci il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyul tarixli, 1(103)1223/25 nömrəli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə tövsif edilsin. Məhkum Zərərçəkmiş şəxs ilə barışdığı üçün, o na qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan) və 234.1-1-ci maddələri ilə təyin edilən cəzalar dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə və ev dustaqlığında olduğu 5 ay 5 gün müddət ona təyin edilmiş cəzadan çıxı lsın və onun üzərində 3 il 7 ay 25 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar