Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2445/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli hök mü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 16 iyul 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Pənahov Babək Əkbər oğlu) Məhkum, xx xxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşamış, CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutul muş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən isə onun məhkəməyədək icraat dövründə tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmçinin Məhkum barəsində narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq 19 bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,009 qram, 0,014 qram, 0,012 qram, 0,017 qram, 0,018 qram, 0,016 qram, 0,011 qram, 0,016 qram, 0,006 qram, 0,016 qram, 0,016 qram, 0,014 qram, 0,019 qram, 0,019 qram, 0,017 qram, 0,007 qram, 0,017 qram, 0,017 qram və 0,038 qram, ümumi cəkisi 0,299 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 10 iyun 2024-cü il tarixdə, saat 08:50-də Bakı şəhəri, Nəsimi rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi ilə Novruzov Qardaşları küçəsinin kəsişməsində olan zaman özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan pul kisəsində saxladığı kirşan qabının içərisindən həmin bükümlər aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü i l tarixli hökmü 30 oktyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra, yəni 12 may 2025-ci il tarixdə Məhkum həmin hökmdən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Hüseynov Elməddin Mirpaşa oğlu) Məhkum 9 oktyabr 2024-cü il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin e dilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 16 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2025-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək əməlinin CMin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair qərar qəbul edilmə sini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, həbs edilərkən aşkar edilərək götürülmüş narkotik vasitəni o, şəxsi istifadəsi üçün üzərində saxlamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, ilk dəfə məhkum olunur, uzun illərdir narkomaniyadan əziyyət çəkir və dəfələrlə narkoloji dispanserde müalicə olunmuşdur. Odur k, qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum onun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikay ətinin verilməsi üçün müddətin bərpa edilməməsi haqqında Nəsimi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2025-ci il tarixli qərarının dəyişdirilərək əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etsə də, kollegiya hazırkı mərhələdə məhz həmin məsələ ilə bağlı kassasiya şikayətinin dəlillərinin müzakirə edilməsini və bu müzakirənin nəticəsi olaraq bu və ya digər qərarın qəbul edilməsini mümkün bilmir, lakin eyni zamanda məhkum olunmuş şəxsin kassasiya şikayətinin kassasiya qaydasında baxılmalı müraciət kimi görərək yalnız onun birinci instansiya məhkəməsinə ünvanladığı vəsatət üzrə məhkəmələrin qəbul etdikləri qərarlara münasibət bildirməyi mə qsədə uyğun hesab edir. Bununla bağlı, məhkəmə kollegiyası vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifa yətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya p rotestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılmas ı ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çək inməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci insansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tu tmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliy in şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli hökmünün surəti 11 oktyabr 2024cü il tarixli 1(006)-454/2024 nömrəli məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 2 aprel 2025-ci il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Yalnız 12 may 2025-ci il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 1 (bir) ay 10 (on) gündən sonra Məhkum onun barəsindəki 9 oktyabr 2024-cü il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qarşısında apellyasiya şikayətini n verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materialları ilə müəyyən edilmir və Məhkum da kassasiya şikayətində hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməsi ilə bağlı heç bir dəlilə istinad etməmiş və məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısın ın və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum və birinci instansiya məhkəməsində onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ramin Rəsul oğlu hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmiş, onlara hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddətləri izah olunmuş (bu haqda qeydlər hökmün nəticəvi hissəsində də əks olunmuşdur) və onların hökmdən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayətlərini vermələri üçün heç bir maneə olmamışdır. Məhz b una görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 29 may 2025-ci il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə 16 iyul 2025-ci il tarixli qərarla haqlı olaraq birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiy a şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib həmin şikayətin təmin edilməsi haqda Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 16 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 16 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2445/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2445/2025
25.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver