Məhkəmə qərarları › İş №1(102)-2449/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2449/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2449/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Faiq Mahmudov (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Nural Əliyev) 1(100)- 47/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 2000-ci ildə Gədəbəy rayonu Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.3 və 181.2.5ci maddələri ilə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə tutulduğu 3 (üç) gün müddət, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədlə 26 avqust 2020-ci il tarixdə saat 13 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində onunla qonşuluqda yaşayan Şahid1 və onun əri X1 evdə olmadıqlarını, onların qızı Zərərçəkmiş şəxs isə evdə tək olmasını dəqiqləşdirdikdən sonra saat 13:30 radələrində giriş qapısından sonuncunun yaşadığı evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzərinə basqın edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə sonuncudan pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs pulun olmadığını dedikdə əlindəki əşyanı silah qısmində tətbiq edib sonuncunun qarın nahiyəsinə dirəyərək ondan pul verməsini və ya evdə olan pulun yerini deməsini yenidən tələb etmiş, Zərərçəkmiş şəxs pulun olmadığını bir daha təkidlə bildirdiyi üçün əli ilə sonuncunun boğaz nahiyəsindən tutub sıxmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib ona boyunun, döş qəfəsinin ön səthinin geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətdə pozulm asına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə quldurluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Salman Hüseynov) 1(104)-44/2023 nömrəli 01 mart 2023-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-47/2022 nömrəli 21 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2020ci il tarixdən xx.xx.2 020-ci il tarixədək hazırki iş üzrə tutulduğu 3 (üç) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 01 noyabr 2023-cü il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək, yəni 30 oktyabr 2023-cü il tarixdə Məhkum ərizəsi məhkəmə kollegiyasına faksla daxil olmuşdur. Həmin ərizədə məhkum gös tərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstəri lənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar