Məhkəmə qərarları › İş №1(102)-245/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-245/2019

19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-245/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-245/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 23 aprel 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Abdulov) 14 sentyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxxx 1990-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ünvanı bilinməyən yerdə kirayədə yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-cı maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çə kməklə, cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X5 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 mart 2017-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, ünvan 1 ünvandakı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 3-cü mərtəbəsindəki 88 və 89 saylı mənzillər üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus hər birinin dəyəri 123 manat 25 qəpik olan, ümumilikdə dəyəri 246 manat 50 qəpik təşkil edən 2 ədəd su sayğacını qaz açarı ilə açıb vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2017-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, ünvan 2 ünvanındakı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 8-ci mərtəbəsindəki 27 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2017-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, ünvan 3 ünvanındakı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 7-ci mərtəbəsindəki 23 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd sm art kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2017-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, ünvan 4 ünvanındakı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 6-cı mərtəbəsindəki 17,18 və 19 saylı mənzillər üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus hər birinin dəyəri 123 manat 25 qəpik olan, ümumilikdə dəyəri 369 manat 75 qəpik təşkil edən 3 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2017-ci il tarixdə, saat 01:45 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 115 saylı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 1-ci mərtəbəsindəki “xxxx” MMC üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2017-ci il tarixdə saat 01:55 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 115 saylı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 2-ci mərtəbəsindəki 2 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-ə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişl ər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2017-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 107A saylı yaşayış binasının 1-ci blokuna açıq giriş qapısından daxil olub binanın 1-ci mərtəbəsindəki 2 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2017-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 107A saylı yaşayış binasının 2-ci blokuna açıq giriş qapısından daxil olub binanın 2-ci mərtəbəsindəki 20 saylı mənzil ü çün dəhlizdə quraşdırılmış “xxxx” ASCyə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o,tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2017-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 107A saylı yaşayış binasının 2-ci blokuna açıq giriş qapısından daxil olub binanın 3-cü mərtəbəsindəki 22 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC- yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 mart 2017-ci il tarixdə saa t 00:45 radələrində Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 81 saylı yaşayış binasının 1-ci blokuna açıq giriş qapısından daxil olub binanın 3-cü mərtəbəsindəki 8 və 9 saylı mənzillər üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus hər birinin dəyəri 123 manat 25 qəpik olan, ümumilikdə 246 manat 50 qəpik təşkil edən 2 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 mart 2017-ci il tarixdə saat 00:55 radələrində Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 81 saylı yaşayış binasının 1-ci blokuna açıq giriş qapısından daxil olub binanın 4-cü mərtəbəsindəki 10 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-y ə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 mart 2017-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 81 saylı yaşayış binasının 4-cü blokuna açıq giriş qapısından daxil olub binanın 4-cü mərtəbəsindəki 56 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 mart 2017-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, ünvan 2 ü nvanda yerləşən 85 saylı yaşayış binasının 2-ci blokuna açıq giriş qapısından daxil olub binanın 2-ci mərtəbəsindəki 19 saylı mənzil üçün dəhlizdə quraşdırılmış, xxxx” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 mart 2017-ci il tarixdə saat 01:45 radələrində Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 85 saylı yaşayış binasının 4-cü blokuna açıq giriş qapısından daxil olub binanın 3-cü mərtəbəsindəki 54 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlə r. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 mart 2017-ci il tarixdə saat 02:15 radələrində Bakı şəhəri,ünvan 3 ünvanda yerləşən118 saylı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 3-cü mərtəbəsindəki 35 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 mart 2017-ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri,ünvan 3 ünvanda yerləşən118A saylı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 3-cü mərtəbəsindəki 9 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx ” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 mart 2017-ci il tarixdə saat 00:45 radələrində Bakı şəhəri,ünvan 3 ünvanda yerləşən120 saylı yaşayış binasının 2-ci blokuna açıq giriş qapısından daxil olub binanın 2-ci mərtəbəsindəki 17 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 mart 2017-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri,ünva n 3 ünvanda yerləşən120 saylı yaşayış binasının 5-ci blokuna açıq giriş qapısından daxil olub binanın 3-cü mərtəbəsindəki 43 və 44 saylı mənzillər üçün dəhlizdə quraşdırılmış “xxxx” ASC-yə məxsus hər birinin dəyəri 123 manat 25 qəpik olan, ümumilikdə 246 manat 50 qəpik təşkil edən 2 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 mart 2017-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 109 saylı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 1 -ci mərtəbəsindəki 26 saylı mənzildə fəaliyyət göstərən epillyasiya mərkəzi üçün dəhlizdə quraşdırılmış və X7 məxsus dəy əri 238 manat 74 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla, zərərçəkmiş X5ə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 aprel 2017-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 117 saylı yaşayış binasına açıq giriş qapısından daxil olub binanın 1-ci mərtəbəsindəki 37 saylı mənzildə fəaliyyət göstərən ərzaq mağazası üçün dəhlizdə quraşdırılmış və Zərərçəkmiş şəxs məxsus dəyəri 238 manat 74 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcada n əlbir olan bir qrup şəxs halında 01 aprel 2017-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 107 saylı yaşayış binasının 1-ci blokunun açıq giriş qapısından daxil olub binanın 1-ci mərtəbəsindəki 3 saylı mənzildə fəaliyyət göstərən “xxxx” studio qadın gözəllik salonu üçün dəhlizdə quraşdırılmış və X4 məxsus dəyəri 238 manat 74 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla, Zərərçəkmiş X7yə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, o, tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 aprel 2017-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 107 saylı yaşayış binasının 1-ci blokunun açıq giriş qapısından daxil olub binanın 3-cü mərtəbəsindəki 7 saylı mənzil üçün dəhlizdə quraşdırılmış “xxxx” ASCyə məxsus dəyəri 123 manat 25 qəpik olan 1 ədəd smart kartlı su sayğacını qaz açarı ilə açıb gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və Ə.N.Bayramovdan ibarət tərkibdə) 23 aprel 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2017ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, residivə dair müddəa hökmdən xaric edilmiş və məhkum Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu q ərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2018-ci il tarixli qərarı dəyişdirilsin və cinayət qanunvericiliyinə edilmiş dəyişikliklər nəzərə alınmaqla onun barəsində yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanunvericiliyinə edilmiş son dəyişikliyin tətbiqini kifayət qədər nəzərə almamış və həmin qanunda bəzi epizodlar üzrə vurulmuş zərərin cinayət tərkibini yaratmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiy ası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili işə apellyasiya qaydasında baxılarkən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı qanunun kifayət qədər nəzərə alınmaması və cəzanın yüngülləşdirilməməsidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi və cinayətin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq ona, CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs apelya siya şikayəti üzrə işə baxaraq və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Azərbaycan Respublikasının Qanunun 1.2.2-ci bəndinə əsaslanaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, təqsirkarın əməlində cinayətin residivinin müəyyən edilməsi barədə müddəanı hökmdən xaric etmiş, lakin hökmün cəza təyini hissəsini dəyişdirmədən saxlamışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gələrkən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə cinayətlərin residivinin müəyyən olunması maddəsində (CM-nin 18-ci maddəsi) dəyişikliyin edilməsi ilə yanaşı, CM-nin 177.2-ci maddəsinin sanksiyasında da dəyişiklik edilməsini nəzərə almamışdır. Həmin dəyişikliyə əsasən isə CM-nin 177.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının müddəti iki ildən beş ilədək müəyyən edilmişdir. Həmin maddənin sanksiyasında Təqsirləndirilən şəxs məhkum edildiyi zamanda üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu və ona maddənin sanksiyasının yuxarı həddində deyil, orta həddindən bir qədər çox olan həddə cəza təyin olunmuşdu. Apellyasiya instansiyası məhkəməsi isə qanunda edilmiş dəyişikiliyi, yəni CM-nin 177.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin yeddi ildən beş ilə endirilməsini nəzərə almadan yeni san ksiyanın yuxarı həddinə yaxın olan cəzanı dəyişdirmədən saxlamaqla Cinayət Məcəlləsinin prinsiplərindən biri olan ədalət prinsipinə riayət etməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törəd ilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 23 aprel 2018-ci il tarixli qərarı dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müddəti azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 23 aprel 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il 3 (üç) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar