Məhkəmə qərarları › İş №1(102)-245/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-245/2020

21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-245/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İnqilab Maşallah oğlu Nəsirov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.İ.x1ov (sədr), B.M.Məmmədov və N.N.Mirzəyev) xx xxx 2019-cu il tarixli hökmü ilə, Məhkum-xx xxxxxxx 1976-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə məhkum olunmuş, Şəki şəhəri, C.Məmmədquluzadə (D.Bünyadzadə) küçəsi, ev 18-də pasport qeydiyyatında olan Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. İşin halları: Məhkum ibtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, Azərbaycan Respublikası CM-in 234.1-ci və 234.2-ci maddələri ilə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 7 (yeddi) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı özündə saxlayaraq daşımış, xx xxxxxx 2018-ci ildə saat 10-11 radələrində Şəki şəhər sakini X5 ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən Şəki şəhərində yerləşən 6 nömrəli məktəbin yaxınlığında so nuncu ilə görüşərək, əldə edərək özündə saxlayıb daşıdığı 7 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 11,33 qramdan artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı həmin yerdə x2a 50 manata satmışdır. Bundan başqa, Məhkum istintaq orqanı tərəfindən həm də ittiham verilmişdir ona görə ki, qəsdən, satış məqsədi və tamah niyyəti ilə təkrarən qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 2 (iki) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı özündə saxlayaraq daşımış, xx xxxxxx 2018-ci ildə saat 14:20 radələrində Şəki şəhər sakini X5 ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən Şəki şəhərində yerləşən 6 nömrəli məktəbin yaxınlığında sonuncu ilə görüşərək, əldə edərək özündə saxlayıb daşıdığı 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda 5,23 qram və 5,9 1 qram çəkidə, ümumi təmiz çəkisi 11,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı həmin yerdə x2 100 manata satmışdır. Dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.Ş.x1ov (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və V.İ.Məlikov) apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x x xxxxxxxx 2019-cu il tarixli qərarının əsassız və işin faktiki hallarına uyğun olmadığı üçün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Protest müəllifi qeyd edir ki, x1 CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. x1 təqsirli bilindiyi hər iki epizod üzrə kifayət qədər sübutlar olmasına baxmayaraq birinci və apelyasiya instansiya məhkəmələri göstərilən sübutları qarşılıqlı tədqiq etmədən əsassız olaraq təqsirləndirilən şəxsə elan edilmiş ittihamın sübuta yetirilmədiyi, əldə edilmiş sübutların isə CPM-nin 125-ci maddəsində sadalanan tələblərə cavab vermədiyi qənaətinə gəlmişdir. CPM-nin 125.1-ci maddəsinə müvafiq olaraq məlumatların, sənəd lərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına yalnız şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə olmayan ibtidai istintaq zamanı dindirmə protokollarını sübut kimi qəbul etməməsini ziddiyyətlər aradan qaldırılmağa cəhd edilməklə Məhkum əsassız və qanunsuz olaraq ittiham verilməsinə cəhd edilməsini göstərməklə əsaslandırmış, ziddiyyətlərin aradan qaldırılmasının istintaq orqanının vəzifəsi olduğunu nəzərə almamışdır. Sübutların qarşılıqlı təhlili həqiqi mənzərəni aşkara çıxarmaqda çətinlik yaratmasa da, məhkəmələr x2, x3, x4, x5 və x6 ziddiyyətli ifadələrinin Məhkum təqsirliliyini şübhə altına alması kimi əsassız nəticəyə gəlmişlər. Məhkəmənin istinad etdiyi təqsirləndirilən şəxs Məhkum və digər təqsirləndirilən şəxslərin Məhkum cinayət işi üzrə məhkəmədə verdiyi ifadələrinə münasibətdə isə qeyd edilməlidir ki, həmin ifadələr Məhkum müdafiə xarakterli ifadələrdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını qarşılıqlı təhlil edərək x2, x3, x4, x5 və x6 özlərinin təqsirləndirildikləri cinayət işləri üzrə məhkəmədə verdikləri ifadələri, həmin işlər üzrə məhkəmələrin gəldiyi nəticələri, eləcə də x2, x3un narkotik vasitənin Məhkum alınmasına dair ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmədən göstərilənlərə hər hansı hüquqi qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən x2, x3, x4, x5 və x6 ifadələri qarşılıqlı tədqiq edilməmiş, onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə yanaşı, barələrində olan və şərtsiz məcburi hüquqi qüvvəyə malik Şəki və Qax rayon məhkəmələrinin preyudisial hökmlərində göstərilmiş ifadələri və baş vermiş hadisə ilə bağlı müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə əhəmiyyət vermədən, adları sadalanmış şəxslərin hazırkı cinayət işi üzrə Məhkum müdafiəsinə məqsədyönlü şəkildə yönəlmiş ifadələrini əsas götürülməklə qanunsuz olaraq bəraət hökmü çıxarılmışdır. İstər cinayət işi üzrə toplanmış ibtidai istintaq materialları (şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, telefon danışıq cədvəlləri və sair sənədlər), istərsə də birinci instansiya və apellyasiya instansiya məhkəməsində aparılmış istintaq zamanı Məhkum törətdiyi cinayət əməli tam sübuta yetirilmiş olsa da, nəticə etiba rilə Şəki Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlara birtərəfli yanaşmaqla onlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, əsassız və ədalətsiz qərara gəlinmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. K assasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, x1 CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. x1 təqsirli bilindiyi hər iki epizod üzrə kifayət qədər sübutlar olmasına baxmayaraq birinci və apelyasiya instansiya məhkəmələri göstərilən sübutları qarşılıqlı tədqiq etmədən əsassız olaraq təqsirləndirilən şəxsə elan edilmiş ittihamın sübuta yetirilmədiyi, əldə edilmiş sübutların isə CPM-nin 125-ci maddəsində sadalanan tələblərə cavab vermədiyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzif ə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin düzgün həlli üçün toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə düzgün qiymətləndirərək Məhkum bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, Məhkum özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, X7 iş üzrə əvvəl şahid qismində, daha sonra xx.xx.2018-ci il tarixli şübhəli şəxs qismində ifadələrində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Qax şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün əldə edib saxlamışdır. Tə qsirləndirilən şəxs qismində xx.xx.2018-ci il tarixli ifadəsində isə göstərmişdir ki, Laçınla ortaqlı pul qoyub “Düşü” ləqəbli X13 Pavliyonunda 50 manat pul verib hərəsinə 3 büküm narkotik vasitə əldə etmişlər. Lakin, 17.02.208-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi zamanı isə əvvəlki ifadəsinə əlavə edərək xx.xx.2018-ci il tarixdə Düşü” ləqəbli şəxsə zəng edərək narkotik vasitə lazım olduğunu, Düşü isə ona nəşə almaq üçün pul versə x1 ona nəşə ala biləcəyini bildirdiyini göstərmişdir. Məhkəmə iclasındakı ifadəsində isə X7 göstərmişdir ki, x2 Pavilyon adlanan ərazidə olan dayanacaqda üstündə gəzdirdiyi 6 büküm nəşəni ona təqdim etmişdir. Bir bükümünü isə x2 özü çəkmək üçün əvvəldən olan razılaşmaya əsasən özündə saxlamışdır. Həmin yerdə 6 büküm narkotik vasitənin 3 bükümünü Laçına vermiş, 3 bükümünü isə özündə saxlamışdır. x2 heç vaxt nəşəni x1 alması barədə ona deməmişdir. İbtidai araşdırma zamanı da x2 narkotik vasitəni x1 almasını telefonda ona bildirməmişdir. İbtidai araşdırma zamanı x2 narkotik vasitəni x1 alacağını bildirməsini qeyd etməsi ifadəsinə necə düşməsini bilmir. İfadələrini oxumadan, eləcə də ifadələri oxunmadan imza etmişdir. Göründüyü kimi X7 ilkin izahat və ifadələrində, şübhəli və təqsirləndirilən şəxsin qismində ifadələrində narkotik vasitəni x2in x1 alması barədə göstərməmiş, yalnız hansı səbəbdən əlavə dindirilməsi göstərilmədən əlavə dindirilməsi zamanı ifadəsində bu barədə göstərmişdir. X2 ifadələrinin göstərilən qaydada dəyişmələri, ziddiyyətləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin sübuta məhkəmə kollegiy asının verdiyi qiymət əsaslıdır. İş üzrə digər şahid X5 xx.xx.2018-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən göstərmişdir ki, üzərindən aşkar edilən narkotik vasitə-qurudulmuş marixuananı Öyrət kəndində arxın üstündən yabanı bitmiş otdan toplamışdır. Təqsirləndirilən şəxs qismində xx.xx.2018-ci il tarixli ifadəsində Öyrət kəndində arxın üstündə nəşənin toxumunu əkdiyini və sonra özünün istifadəsi üçün toplayıb saxladığını, 2018-ci ilin fevral ayının əvvəllərində 50 manata x3la Laçına 6 büküm satdığını göstərmiş, elə həmin tarıxdə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra təqsirləndirilən şəxs qismində səbəbi göstərilmədən əlavə dindirilmişdir. Əlavə ifadəsində göstərmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən həyacanlı olduğundan tam danışa bilməmiş, narkotik vas itəni x8 adlı şəxsə yox Dəhnəli Təbrizə verdiyini ifadəsində göstərmişdir. xx.xx.2018-ci il tarixdə saat 14 radələrində Təbriz ona zəng vuraraq narkotik vasitə istəmiş, ona satacağı narkotik vasitəni Şəki şəhərində x1 adlı şəxsdən almış, xx.xx.2018-ci il tarixdə x3 adlı şəxsə satdığı narkotik vasitəni də x1 adlı şəxsdən almışdır. Lakin birinci instansiya məhkəməsi iclasında ifadəsində X5 göstərmişdir ki, Məhkum qonşu kimi, qarpız satan kimi tanıyır. Heç vaxt, o cümlədən 07 və xx xxxxxx 2018-ci il tarixlərdə ondan narkotik vasitə almamışdır. İbtidai araşdırma zamanı ilk ifadələrində, eləcə də haqqında olan cinayət işi üzrə barəsində Şəki rayon məhkəməsində həbs qətimkan tədbiri seçilən zaman bildirmişdir ki, narkotik vasitə özünün olmuşdur. Həbs ediləcəyindən qorxduğu üçün sonradan ifadələr ində, Məhkum ilə üzləşmə zamanı, barəsində Şəki rayon məhkəməsində cinayət işi olan zaman həmin narkotik vasitəni x1 almasını bildirmişdir. İstintaq zamanı polisdə narkotik vasitəni x1 aldığını deyəcəyi halda tutulmayacağını demişlər, həm də x1in barəsində cinayət işi getdiyi üçün x1in adını çəkmişdir. Faktiki olaraq x1 heç vaxt narkotik vasitə almamışdır. X1 bu ifadələrində yol verilmiş ziddiyyətlər birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilərək həmin ifadələr üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edildiyi kimi Məhkum verilmiş ittihamda yalnız x2un narkotik vasitəni 07 və xx xxxxxx 2018-ci il tarixlərdə ondan alması göstərilmişdir. Faktiki x2 həmin vaxt təqsirləndirilən şəxs statusunda olmuşdur. Nəzərə alınmalıdır ki, həm in ifadəni x2 təqsirləndirilən şəxs statusunda olan zaman vermişdir. Təqsirləndirilən şəxs isə CPM-nin 91.7-ci maddəsində göstərilən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adının bilərəkdən çəkildiyi hal istisna olmaqla verdiyi ifadəyə görə və izahata görə üzərinə heç bir məsuliyyət qoyula bilməz. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona ittiham verilən zaman ifadə verməkdən imtina etmişdir. Bu da rəvac vermişdir ki, özünün dediyi kimi, tutulmaqdan qorxduğu və Məhkum həmin narkotik vasitəni almasını bildirdiyi halda, tutulmayacağı deyildiyi üçün narkotik vasitəni Məhkum almasını göstərmişdir. Məhkum əsassız və qanunsuz ittiham verilməsi xüsusatı digər şahidlərin də ifadələri ilə yanaşı həm də onunla təsdiqini tapır ki, Məhkum təqib edilməsi ilə əlaqədar 2016-cı ild ən başlayaraq Şəki Şəhər-Rayon Polis Şöbəsi və onun rəhbərliyindən müxtəlif yuxarı orqanlara 100-dən çox şikayət ərizəsi ünvanlamışdır. Beləliklə də x2 və x3, x2 və x6 aralarında qeyd edilən açıq formada danışıqlar aparılmasının göstərilməsi, x3 ifadəsində guya x2 həmin narkotik vasitəni x1 alacağını göstərməsi məlum olduğu halda, x2 dindirilən zaman həmin narkotik vasitəni, özü satmasını, tapdığını, özü əkib becərməsini bildirdiyi halda, ziddiyyətlər barədə x2dan bir kəlmə belə soruşulmamışdır. Məhkum əsassız və qanunsuz ittiham verilməsi xüsusatı həm də onunla təsdiqini tapır ki, Məhkum təqib edilməsi ilə əlaqədar 2016-cı ildən başlayaraq Şəki Şəhər-Rayon Polis Şöbəsi və onun rəhbərliyindən müxtəlif yuxarı orqanlara 100-dən çox şikayət ərizəsi ünvanlamışdır. Məhkəmə kollegiyası hesab edi r ki, x2 və x3 şahidi qismində verdikləri ifadələr onların təqsirləndirilən şəxs qismində verdikləri ifadələrdən Məhkum xeyrinə kəskin surətdə fərqlənməsini hər hansı bir yanlışlıqla izah etmək mümkünsüzdür və onların təqsirləndirilən şəxs qismində verdikləri əlavə ifadələrinin mötəbər sübut kimi qəbul edilməsi üçün əsaslı şübhələr mövcuddur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası CM-i n 234.4.2-ci maddəsinin tərkibinin olması kifayət qədər sübuta yetirilmədiyindən haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum əməlində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətinin tərkibinin olmasını təsdiq edən sübutlar kifayət qədər deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyy ətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası C PM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.2-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Ci nayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar