Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-245/2023 11.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4. 3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə (Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 1991-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, xxx ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 8 (səkkiz) il müddə tə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 10 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmi ş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, Mirzəli Əbdüləli oğlu Abbasov və Ramin Afad oğlu Qaraqurbanlıdan ibarət tərkibdə) 21 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(101)-1026/2022 saylı hökmü Məhkum barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(101)-1026/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkəmə hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə külli miqdarda, yəni 2,026 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və tərkibində fenazepamın təsir maddəsinin ümumi miqdarı 0,004 qram təşkil edən 4 ədəd ağ rəngl i dairəvi formalı dərman həblərini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 9 yanvar 2022- ci il tarixdən 10 yanvar 2022-ci il tarixə keçən gecə saatlarında üzərində olan 2,026 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən pay olaraq X2 xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan 0,161 qram metamfetamin vermiş, 10 yanvar 2022-ci il tarixdə saat 6:50 dəqiqədə Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında X6 ilə birlikdə saxlanılaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib orada xidməti otaqların birində Məhkum üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şa lvarın sağ cibindən 3 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,093 qram, 0,635 qram, 1,137 qram, ümumilikdə 1,865 qram çəkidə kustar üsulla hazırlanmış maddə metamfetamin və gümüşü rəngli siqaret kağızı bükümündə tərkibində fenazepamın təsir maddəsinin ümumi miqdarı 0,004 qram təşkil edən 4 ədəd ağ rəngli dairəvi formalı dərman həbləri, eləcə də X2 pay olaraq verdiyi 0,161 qram çəkidə psixotrop maddə metamfetamin sonuncunun üzərindən aşkar edilərək götürülmüşdür KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Məhkum əməlində cinayətlərin təhlükəli residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.4.3- cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2017-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarından həmçinin görünür ki, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökm 11 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Məhkum əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş, əməlində cinayətlərin təhlükəli residivi CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzasının yuxarı həddi 12 il olduğu halda həmin müddətin 2/3 hissəsini təşkil edən 8 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında yuxarıda qeyd edilənləri sadalamaqla, sonda heç bir yeni hal göstərmədən və h eç bir əsaslandırma aparmadan Məhkum cəzasını 1 il müddətə azaltmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kas sasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı isə Məhkum cəza təyin edilməsi hissəsində ləğv edilməklə, cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotr op maddələri əldə etmə, saxlama, daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin madd ə ilə tövsif edilmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən məhkuma yüngül cəza təyin edilməsi ilə kassasiya protestinin dəlilləri ilə razılaşaraq, hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkuma CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəza, cinayət qanunu normalarının tələbləri baxımından qanuni hesab edilə bilməz. Belə ki, kassasiya məhkəmə kollegiyası kassasiya protestinin o dəlili ilə razılaşır ki, “apellyasiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, Məhkum əməlində cinayətlərin təhlükəli residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməməsinə baxmayaraq, məhkumun cəzasını 1 il m üddətə endirmişdir.” Belə ki, iş materiallara əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini məsələsini müzakirə edərkən məhkumun cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, yalnız cəzasını ağırlaşdıran hal, yəni cinayətlərin təhlükəli residivi olması müəyyən etmişlər. Lakin, apellyasiya məhkəməsi öz qərarında CM-nin 65.2-ci maddəsinə istinad edərək məhkuma təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməməsini imperativ norma kimi göstərsədə, heç bir əsaslandırma aparmadan, cinayət qanununun normasını təhrif etmiş, törədilmiş əməlin ədalətli hüquqi nəticəsi olmayan cəza təyin etmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkum törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhku m olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Məhkum əvvəllər ağır cinayət törətməyə görə məhk um olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələblərinə əsasən əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Məhkum əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Göründüyü kimi, Məhkum tərəfindən törədilmiş cinayət ağır cinayətlər kateqoriyasına aid olmaqla, cinayətin obyekti ictimai təhlükəsizlik və ictimai qayda ilə bağlı olan ictimai münasibətlər olmuş, həmçinin, məhkəmə baxışları zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində məhkumun cəzasını yüngülləşdirən heç bir hal aşkar edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normalarına əsaslanmaqla və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən protestinin dəlillərini baxı lan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, cəzanın məsuliyyəti ağırlaşdıran halın (cinayətlərin təhlükəli residivi) düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri qanuni olması haqqında iddiaların əsaslı olduğu müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının məhkuma cəza təyin edilməsi hissəsində yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-245/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-245/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver