Məhkəmə qərarları › İş №1(102)-2451/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2451/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2451/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin (hakim Samir Quliyev) 26 iyul 2023-cü il tarixli, 1(053)-29/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 15 aprel 2024-cü il tarixdə Məhkum ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 1(053)-29/2023 nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(053)-29/2023 nömrəli qərarı ilə Məhkum Neftçala R ayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 1(053)-29/2023 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Bəhmənov (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Pərviz Hacıyev) 10 iyun 2024-cü il tarixli 1(106)-551/2024 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(053)-29/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2024-cü il tarixli 1(106)-551/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır k i, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkum ondan asılı olmayan səbəblərdən və hüquqi savadsızlığı ucbatından birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti verə bilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norma larının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 1(053)-29/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 15 aprel 2024-cü il tarixdə Məhkum ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 1(053)-29/2023 nömrəli hökmündən ape llyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarı ilə Məhkum Neftçala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 1(053)-29/2023 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2024-cü il tarixli 1(106)-551/2024 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(053)-29/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən ape llyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum barəsində olan Neftçala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmünün ona verildiyi andan 20 gündən artıq vaxt keçməklə həmin müddət buraxılmışdır. Belə ki, Məhkum apellyasiya şikayətini 01 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə Neftçala Rayon Məhkəməsinə göndərmiş, yəni apellyasiya şikayəti birinci instansiya məh kəməsinin yekun qərarının məhkuma təqdim olunmasından 8 (səkkiz) aydan artıq vaxt keçdikdən sonra verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsinin 06 iyun 2024-cü il tarixli sorğuya 07 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, Məhkum 25 yanvar 2024-cü il tarixdə müəssisəyə qəbul edilmiş və şəxsi işində Neftçala Rayon Məhkəməsinin 1(053)-29/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli hökmünün 29 avqust 2023-cü tarixdə Bakı İstintaq Təcridxanasına daxil olması müəyyən edilmiş, lakin hökmün surətinin məhkuma təqdim olunmasını əks etdirən sənəd müəyyən edilməmişdir. Məhkum məhkəmə iclasında Neftçala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmünün 2023-cü ilin avqust ayında aldığın ı bildirmişdir. Təsvir olunanlardan görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci instansiyası məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 1(053)-29/2023 nömrəli qərarında müəyyən etdiyi kimi, onun Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Neftçala Rayon Məhkəməsinin 1(053)-29/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin veri lmə müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstə rilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Neftçala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəl i tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə məhkum edilməsinə dair Neftçala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 10 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar