Məhkəmə qərarları › İş №1(102)-2452/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2452/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2452/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edi lməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 iyul tarixli, 1(106)-619/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Cavid Səfərli və Müşfiq Məmmədovdan ibarət tərkibdə) 30 aprel 2024-cü il tarixli, 1(099)192/2024 saylı hökmü ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, dalan 2, ev 2K-da qeydiyyatda olmaqla orada yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in CM-234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 25 iyun 2023-cü ildən hesablanması hökm edilmişdir. Həmin hökm üzrə digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 24 iyun 2023-cü ildən hesablanması hökm edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(099)-192/2024 saylı hökmündən məhkumlar Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Pərviz Hacıyevdən ibarət tərkibdə) 2024-cü il 30 iyul tarixli, 1(106)-619/2024 nömr əli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(099)-192/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cin ayət əlaqəsinə girmiş, sonuncu tərəfindən müəyyən edilməyən tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edilib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya ondan kənar keçiriləcək külli miqdarda narkotik vasitələri Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində əldə edib şəxsiyyəti məlum olmayan İİR vətəndaşına köməklik göstərməsinə qabaqcadan vəd verib razılaşmış, sonuncunun İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya ondan kənar naməlum şəraitdə, tarixdə və vaxtda keçirərək Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən "Turist” adlı fəaliyyət göstərməyən restoranı n həyətyanı sahəsində olan sanitar qovşaqda yerləşdirdiyi 1 ədəd bağlamanın içərisində 3 ədəd bükümdə ümumi təmiz çəkisi 5410.0 qram külli miqdarda narkotik vasitə olan heroin, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2025.0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, 14 ədəd listdə ümumi təmiz çəkisi 3695.0 qram külli miqdarda narkotik vasitə həşiş qətranı və 20 ədəd konvalyutda 200 ədəd qəhvəyi rəngli dairəvi formalı ümumi miqdarı 8.0 qram külli miqdarda narkotik vasitə olan metadon həblərini Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən götürmək məqsədilə 24 iyun 2023-cü ildə tanışı Məhkum ilə qabaqcadan cinayət əlaqəsinə girərək Məhkum idarə etdiyi "Opel Astra” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən fəaliyyət göstərməyən "Turist” adlı restoranın yaxınlığına gəldikdən sonra restoranın həyətyanı sahəsində olan sanitar qovşağın içərisində gizlədilmiş həmin narkotik vasitələri götürərək qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 24 iyun 2023cü ildə, saat 23 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının Cəlilabad RpŞ-nin Göytəpə PB-nin əməkdaşları ilə birgə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində keçirdikləri əməliyyat- axtarış tədbirləri zamanı "Opel Astra” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman Məhkumla birgə saxlanılaraq şübhəli şəxs kimi Cəlilabad RPŞ-nin Göytəpə PB-nə gətirilmiş, Göytəpə PB-də üzərində şəxsi axtarış aparılarkən əlində olan ağ rəngli bağlamanın içərisində həmin narkotik vasitələrdən 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkilə rdə olmaqla, ümumi təmiz çəkisi 5410.0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2025.0 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükülüdə 14 ədəd listdə ümumi təmiz çəkisi 3695.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranı və 20 ədəd konvalyutda bir həbin təsiredici maddəsi 0.04 qram olmaqla ümumi sayı 200 ədəd qəhvəyi rəngli dairəvi formalı ümumi miqdarı 8.0 qram narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, şikayətçi ona məxsus avtomobili ilə fərdi olaraq taksi fəaliyyəti ilə məşğuldur. 24 iyun 2023-cü il tarixində şikayətçinin tanışı Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ona Cəlilabada getməyi təklif edib. Və şikayətçi ilə tanışı həmin gün axşam Cəlilabad rayonuna yola düşmək barəsində razılaşırlar. Şikayətçi həmin gün təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs Cəlilabada gətirərək yolun qırağında düşürüb geri qayıdarkən yolda post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları onun sənədlərini yoxlandıqdan sonra onu avtomobilindən düşürüb öz avtomobillərinə mindirib polis şöbəsinə gətirmişlər. Orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən üzərində qadağan olunmuş heç bir şey aşkar olmayıb. Daha sonra onu digər otağa apararkən orada Elgünü görüb. Həmin ota qda ona polis əməkdaşları tərəfindən psixi və fiziki zor tətbiq olunaraq E. Cəbrayılovla əvvəlcədən razılaşdığını və Cəlilabada narkotik vasitə götürmək üçün gəldiyini deməsinə məcbur ediblər. Şikayətçi heç vaxt narkotik vasitə istifadəçisi olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şikayətçi və digər Təqsirləndirilən şəxs ifadə verərək bildirmişlər ki, şikayətçi onunla Cəlilabad rayonuna gedərkən narkotik vasitəni əldə etmək üçün getdiklərini bilməmişdir. İbtidai istintaq zamanı verdiyi etirafedici ifadəni polis əməkdaşlarının təzyiqləri nəticəsində vermişdir. Məhkəmə ittiham hökmü çıxararkən polis əməkdaşlarının ifadəsinə, onlar tərəfindən hazırlanmış protokollara və onların nəzarəti altında çəkilmiş videogörüntülərə istinad etmişdir. Halbuki, şikayətçinin narkotik vasitə istifadəçisi olmaması haqqında ekspertiza rəyi, ona və digər Təqsirləndirilən şəxs məxsus telefondan şikayətçinin təqsirini sübut edəcək heç bir dəlilin aşkar olunmaması və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edərək məhkəmə istintaqında şikayətçinin narkotik vasitələrin gətirilməsi üçün Cəlilabada getmələrindən xəbəri olmamasını bildirməsi onun ittiham olunduğu cinayət əməli üzrə heç bir təqsirinin olmamasını göstərir. Bu xüsusatlar haqqında apellyasiya şikayəti versələr də Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənib və iş üzrə əlavə araşdırma aparmamışdır. Şikayətçi barəsində çıxarılmış ittiham hökmündə göstərilən sübutlar onun ittiham olunduğu cinayət əməlini törətdiyini sübut etmək üçün kifayət qədər əsasa malik deyil. Belə ki, ittiham hökmündə sübut kimi göstərilən əsaslara şikayətçinin ibtidai istintaqa verdiyi ifadə, onun üzərində şəxsi axtarış aparılmasına dair protokol, videogörüntü və şikayətçinin tutulmasında iştirak edən polis əməkdaşlarının ifadələri aiddir. Lakin iş materiallarında şikayətçi barəsində ittihamın əsassız olmasını göstərən sübutlar da kifayət qədərdir. Belə ki, şikayətçi məhkəmə iclasında bildirib ki, onun Cəlilabad rayonuna narkotik vasitələrin gətirilməsi üçün getməklərindən xəbəri olmamışdır. O, ibtidai istintaqa verdiyi ifadəsində və üzərinə baxış keçirilməsinə dair videogörüntü çəkildiyi zaman polis əməkdaşlarının təzyiqlərinə görə onların istədiyi formada izahat vermişdir. Belə ki, şikayətçi 24 iyun 2023-cü il saat 23:10 radələrində tutulub və onun üzərin ə baxış keçirilməsinə dair videogörüntünün çəkilməsi isə təxminən 2 saatdan sonra saat 01:15-də başlanıb. Bu müddət isə ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi üçün kifayətdir. Bu müddət ərizində polis nəzarətində qalan şəxsin onların tələbinə uyğun ifadə verməsi heç də təccüblü hal deyil. Həmçinin şikayətçinin üzərində fiziki xəsarətlərin izlərinin qalmaması ona qarşı təzyiq olmaması demək deyil və bu səbəbdən şəxsə qarşı təzyiqin olmadığı qənaətinə gəlmək obyektiv yanaşma hesab oluna bilməz. Polislər tərəfindən tutulmuş, saatlarla polis nəzarətində qalmış şəxsin onların tələbindən boyun qaçırmaq, bu tələbə qarşı müqavimət göstərmək gücü onun şəxsi xarakterik xüsusiyyətləri ilə də bağlıdır. Hansı ki, bəzi şəxslər istənilən zorakılıq əməli və hədəsi qarşısında müqavimət göst ərərək, öz mövqeyini qoruya bilsə də, hər bir şəxsin bu iradəyə malik olmasını fərz edə bilmərik. Bu da fiziki və psixoloji şiddətin aşağı həddə belə tətbiq olunması ilə şəxsin polis əməkdaşlarının iradəsinə tabe olmasına gətirib çıxara bilər. Bundan başqa nəzərə alsaq ki, şikayətçi təcridxanaya tutulduqdan 10 gün sonra aparılıb və bu müddət xəsarətlərin izlərinin sağalması üçün kifayətdir. Şikayətçi ilə eyni cinayət işi üzrə təqsirləndirilən digər şəxs Təqsirləndirilən şəxs isə üzərində xəsarət izləri bu müddət ərzində də qalmışdır. Bu halda məhkəmə şəxsin məhkəmədə verdiyi ifadəni kifayət qədər geniş araşdırmadan və digər sübutlarla müqayisəsini aparmadan özünü müdafiə xarakterli hesab edib imtina edə bilməz. İş üzrə sübutlar arasında şikayətçinin barəsində məhkəmə tibbi-ekspertizasının keçirilməsinə dair ekspert rəyi də mövcuddur. Həmin rəyə əsasən şikayətçi narkotik vasitə istifadəçisi deyil. Narkotik vasitə istifadəçisi belə olmadığı halda birdən-birə tanışının təklifi ilə onun satışı ilə məşğul olmaq niyyətinə düşməsi də inandırıcı deyil. Bundan başqa şikayətçi narkotik vasitəni əldə etmək niyyəti ilə Elgün Abbasovla qabaqcadan əlbir olması ilə ittiham olunsa da, nə məhkəmə nə də istintaq orqanları tərəfindən onun əslində hansı miqdarda narkotik vasitə əldə etmək niyyəti ilə razılaşmasını müəyyən etməyə cəhd göstərilməyib. Halbuki bu hal şikayətçinin ittiham olunduğu cinayət əməlinin tövsifi üçün vacibdir. Məhkəmə ittiham hökmü çıxararkən şikayətçinin əməlini hansı niyyətlə törətməsini aydınlaşdırmamış və bu halı müəyyən etmişdir. Bu da ittihamın formal sübutlara əsas landığını bir daha göstərir. Yuxarıda qeyd olunan hallardan da məlum olduğu kimi, apellyasiya və birinci instansiya məhkəməsi şikayətçi barəsində ittihamedici qərar qəbul edərkən işi hərtərəfli araşdırmamış, işə obyektiv yanaşmamışdır. Və qərar kifayət qədər sübut olmadan qəbul edilmişdir. Məhkəmə qərar qəbul edərkən nəzərə almalı idi ki, şikayətçinin narkotik vasitə satması faktını sübut edəcək hallar hazırkı işdə mövcud deyil. İttiham tərəfinin mövqeyini təsdiq edən sübutlar şəxsin narkotik maddə satışı ilə ittiham olunmasını sübut etmək üçün kifayət edə bilməz. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin l(106)-619/2024 nömrəli 30 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 iyul tarixli, 1(106)-619/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı ol mayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, biri nci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti m üəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayə t-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bil dirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikay ətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından da görünür ki, məhkum ibtidai istintaq zamanı təqsirini etiraf etmiş və baş vermiş cinayət hadisəsini məntiqi ardıcıllıqla müfəssəl şəkildə təsvir etmişdir. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməs inin 30 aprel 2024-cü il tarixli, 1(099)-192/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 iyul tarixli, 1(106)-619/2024 nömrəli qərarı məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinə münasibətdə Məhkum Qarəy oğluna aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar