Məhkəmə qərarları › İş №1(102)-2453/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2453/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2453/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli 1(106)-320/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin (hakim Ceyhun Quliyev) 15 yanvar 2024-cü il tarixli 1(050)-23/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1991-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay-himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri təqsirli bilinib, CM-in 46.2.-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində fiziki şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq anbarında mühasib vəzifəsində işləyərkən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən maddi məsul şəxs olmaqla ona verilmiş proqram daxilində mühasibat işlərinin aparılmasını və vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsini təmin etməli, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına, əməyin təhlükəsizliyi normalarına əməl etməli, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımağı, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamağı, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələri qoyulmasına baxmayaraq ona verilmiş səlahiyyətlərdən tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 ona etibar etdiyi “Asan İmza” vasitəsi ilə xx.xx.2023-cü il tarixdə sonuncunun "xxxx" ASC-nin Cənub filialında olan hesablaşma hesabından öz əmək haqqı kartına əlavə əmək haqqı adı ilə 364 manat, xx.xx.2023-cü il tarixdə ezamiyyə xərci adı ilə 2600 manat, xx.xx.2023-cü il tarixdə əlavə əmək haqqı adı ilə 364 manat, xx.xx.2023-cü il tarixdə ezamiyyə xərci kimi əlavə olaraq 3780 manat köçürmə etməklə xeyli miqdarda vəsaiti vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə və ya israf etməklə talayıb fiziki şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 7108 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində fiziki şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq anbarında mühasib vəzifəsində işləyərkən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən maddi məsul şəxs kimi günlük ona verilmiş proqram daxilində mühasibat işlərinin aparılmasını və vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsini təmin etməli, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına, əməyin təhlükəsizliyi normalarına əməl etməli, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımağı, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamağı, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələri qoyulmasına baxmayaraq təkrarən ona verilmiş səla hiyyətlərdən tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs1 ona etibar etdiyi “Asan İmza” vasitəsi ilə sonuncunun "xxxx" ASC-nin Cənub filialında olan hesablaşma hesabından işdən çıxarılmış X1 adına olmaqla ona təhvil verilmiş əmək haqqı kartına son ödəniş adı ilə xx.xx.2023-cü il tarixdə 314,60 manat, xx.xx.2023-cü il tarixdə xəstəlik pulu adı ilə 3440 manat köçürmə etməklə təkrarən öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə və ya israf etməklə talayıb fiziki şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 3754,60 manat məbləğində maddi ziyan vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Samir Həsənov) 14 mart 2023-cü il tarixli 1(106)-320/2024 nömrəli qərarı ilə Masallı Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 1(050)-23/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli 1(106)-320/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət qanunvericiliyinə əsasən Məhkum tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, birbaşa qəsdlə törədilən mülkiyyət əleyhinə olan cinayətdir və bilavasitə cinayətin obyekti mülkiyyət münasibətlərində ifadə olunur. Törədilmiş cinayət əməlinin təkrar törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi və xeyli miqdarda ziyan vurmaqla törədilməsi ağırlaşdırıcı tərkib əlamətləri ilə törədilməsi həm əməlin özü, həmdə ki, törədilməsi şəraiti və forması ictimai təhlükəliliyin artırmasına baxmayaraq, məhkəmə bu cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, ağırlaşdırıcı tərkib əlamətini, eləcə də, cinayətin törədilmə üsul və motivini, ən əsası isə ciddi cəza təyin etməli olduğu halda, bu əsasları nəzərə almadan məhkuma yüngül cəza təyin etmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxs Məhkum əməlində CM-in 72.1-ci maddəsində qeyd edilmiş hallar olmasa da, “əməlindən peşman olmasını” cəzanı yün gülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bundan başqa təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı ödənilmiş 3500 manat məbləğdə puldan başqa hal-hazıra kimi kifayət qədər müddət keçməsinə baxmayaraq heç bir məbləğdə ödəniş edilməmiş, yalnız sözlə ziyanı ödəyəcəyini deməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələ lər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun tö rədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almal ıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cə miyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası (dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının daha uzun müddətdə təyin edilməsi və ya daha ağır növ azadlıqdan məhrum etmə cəzası təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki, Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında milli məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə g örə məhkəmələr Məhkum cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli 1(106)320/2024 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılm asını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli 1(106)-320/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar