Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-246/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qəranıdan Azərbaycan R espublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim P.V.Hacıyev) X6 (xx xxxx 1989-cu ildə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilm iş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir; X24 (xx xxxxxx 1994-cü ildə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı tə rəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X5 və X16 barəsində olan Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Hökmdə təsvir olunmuş cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən X10 qəsdən, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla soyğunçuluq və təkrarən qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qohumu Şahid3 və X28 ilə birlikdə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək xx xxxxxx 2017-ci il tarixdə saat 14:00 radələrindən 15:00 radələrinədək olan müddət ərzində X80nın yaşadığı, ünvan5ndə yerləşən yaşayış evinə qanunsuz daxil olaraq saxlanc yerindən 300 manat dəyərində bir ədəd mis materialdan olan böyük qazanı, 300 manat dəyərində mis materialdan olan qulplu qazanı, hər birinin qiyməti 50 manat olmaqla, ümumilikdə 100 manat dəyərində iki ədəd kiçik qazanı, hər birinin qiyməti 70 manat olmaqla, ümumilikdə 140 manat dəyərində iki ədəd tiyan qazanı, 50 manat dəyərində bir ədəd kiçik tiyan qazanı, 120 manat dəyərində mis mat erialdan olan aşsüzən qazanı, 50 manat dəyərində mis materialdan olan abgərdəni, bir metri 1 manat 20 qəpik olan 300 manat dəyərində 250 metrlik elektrik kabelini, 100 manat dəyərində mis materialdan olan 40 litrlik su qabını, 180 manat dəyərində mis materialdan olan od samovarını, 100 manat dəyərində mis materialdan olan elektrik samovarını, 1 ədədi 2 manat olan cəmi 4 manat dəyərində 2 ədəd taxta qutulara yığılmış içərisində 1 ədədi 60 manat olan cəmi 120 manat dəyərində 2 ədəd büllur meyvə qabını, 1 ədədi 30 manat olan cəmi 180 manat dəyərində 6 ədəd büllur bardağı, 1 ədədi 40 manat olan cəmi 160 manat dəyərində 4 ədəd büllur qənd qabını, 1 ədədi 40 manat olan cəmi 160 manat dəyərində 4 ədəd büllur mürəbbə qabını,1 ədədi 20 manat olan cəmi 40 manat dəyərində 2 ədəd büllur kül qabını, 1 ədədi 20 manat olan cəmi 120 manat dəyərində 6 ədəd büllur mürəbbə paylayan qabı, 1 ədədi 8 manat olan cəmi 16 manat dəyərində 2 ədəd büllur salfetka qabını, “ZİL” markalı avtomobilə məxsus olan 100 manat dəyərində 1 ədəd kompressoru, 50 manat dəyərində 1 ədəd “ponpa”nı, qiyməti 50 manat olan 1 ədəd “starter”i, qiyməti 30 manat olan 1 cüt “kristavina”nı, hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 20 manat olan 2 ədəd iri bıçağı, hər birinin qiyməti 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd bıçağı, 1 ədəd 10 manat dəyərində baltanı, 1 ədədi 10 manat olan dəhrəni və 60 manat dəyərində yorğanı X95a məxsus safari rəngli, Vaz 2106 markalı sonuncu rəqəmi 381 olan avtomobilə yükləyib gizli yolla talayaraq yaşayış evinin həyətyanı sahəsindən çıxararkən ev sahibi X99nın qonşuları Şahid1 və Şahid2 ilə qarşılaşmış, sonuncular onların bu cinayəti törətməsini gördüyünü dərk etdikdən sonra gizli oğurluq kimi başladıqları hərəkətlərinin aşkar xarakter aldığını dərk edərək əmlakı əldə saxlamaq üçün öz qanunazidd hərəkətlərini davam etdirib X95un idarə etdiyi avtomobilə əyləşərək hadisə yerindən qaçmaqla X99nın 2880 manat məbləğində əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən oğurluq, yəni qohumu Şahid3lə birlikdə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib xx xxxxxx 2017-ci il tarixdə saat 15:00 radələrindən saat 17:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvana qanunsuz daxil olaraq yataq otağının pənc ərəsinin şüşəsini sındırmaqla yataq otağındakı saxlanc yerindən iki ədəd ümumilikdə 2750 (iki min yeddi yüz əlli) manat dəyərində qızıl kişi üzüyü, 1500 (min beş yüz) manat dəyərində brilyant qaşlı sırğa və üzük komplekti, bir ədəd 1500 (min beş yüz) manat dəyərində 35 qramlıq qızıl boyunbağı, bir ədəd 1000 (min) manat dəyərində 25 qramlıq qızıl boyunbağı, bir ədəd 1000 (min) manat dəyərində olan tək brilyant qaşlı üzük və sırğa dəsti, 100 (yüz) manat dəyərində bjuteriya və içərisində bir ədəd 500 (beş yüz) manat dəyərində “rus qızılı”ndan hazırlanmış sadə qızıl üzük olan 100 (yüz) manat dəyərində mexaniki tikiş maşınını və hər birinin qiyməti 50 manat olmaqla ümumi dəyəri 100 manat olan iki ədəd yorğanı gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 8550 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Hökmdə təsvir olunmuş cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən X28 qəsdən, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla soyğunçuluq və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroini qəsdən əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, qohumu Şahid3 və X10 ilə birlikdə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib xx xxxxxx 2017-ci il tarixdə saat 14:00 radələrindən 15:00 r adələrinədək olan müddət ərzində X80nın yaşadığı, ünvan6ndə yerləşən yaşayış evinə qanunsuz daxil olaraq saxlanc yerindən 300 manat dəyərində bir ədəd mis materialdan olan böyük qazanı, 300 manat dəyərində mis materialdan olan qulplu qazanı, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində iki ədəd kiçik qazanı, hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində iki ədəd tiyan qazanı, 50 manat dəyərində bir ədəd kiçik tiyan qazanı, 120 manat dəyərində mis materialdan olan aşsüzən qazanı, 50 manat dəyərində mis materialdan olan abgərdəni, bir metri 1 manat 20 qəpik olan 300 manat dəyərində 250 metrlik elektrik kabelini, 100 manat dəyərində mis materialdan olan 40 litrlik su qabını, 180 manat dəyərində mis materialdan olan od samovarını, 100 manat dəyərind ə mis materialdan olan elektrik samovarını, 1 ədədi 2 manat olan cəmi 4 manat dəyərində 2 ədəd taxta qutulara yığılmış içərisində 1 ədədi 60 manat olan cəmi 120 manat dəyərində 2 ədəd büllur meyvə qabını, 1 ədədi 30 manat olan cəmi 180 manat dəyərində 6 ədəd büllur bardağı, 1 ədədi 40 manat olan cəmi 160 manat dəyərində 4 ədəd büllur qənd qabını, 1 ədədi 40 manat olan cəmi 160 manat dəyərində 4 ədəd büllur mürəbbə qabını, 1 ədədi 20 manat olan cəmi 40 manat dəyərində 2 ədəd büllur kül qabını, 1 ədədi 20 manat olan cəmi 120 manat dəyərində 6 ədəd büllur mürəbbə paylayan qabı, 1 ədədi 8 manat olan cəmi 16 manat dəyərində 2 ədəd büllur salfetka qabını, “ZİL” markalı avtomobilə məxsus olan 100 manat dəyərində 1 ədəd “kompressor”u, 50 manat dəyərində 1 ədəd “ponpa”nı, qiyməti 50 manat olan 1 ədəd “starter”i, qiyməti 30 manat olan 1 cüt “kristavina”nı, hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 20 manat olan 2 ədəd iri bıçağı, hər birinin qiyməti 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd bıçağı, 1 ədəd 10 manat dəyərində baltanı, 1 ədədi 10 manat olan dəhrəni və 60 manat dəyərində yorğanı X95a məxsus safari rəngli, Vaz 2106 markalı sonuncu rəqəmi 381 olan avtomobilə yükləyib gizli yolla talayaraq yaşayış evinin həyətyanı sahəsindən çıxararkən ev sahibi X99nın qonşuları Şahid1 və Şahid2 ilə qarşılaşmış, sonuncular onların bu cinayəti törətməsini gördüyünü dərk etdikdən sonra gizli oğurluq kimi başladıqları hərəkətlərinin aşkar xarakter aldığını dərk edərək əmlakı əldə saxlamaq üçün öz qanunazidd hərəkətlərini davam etdirib X95un idarə etdiyi avtomobilə əyləşərək hadisə ye rindən qaçmaqla X99nın 2880 manat məbləğində əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətmişdir. Bundan başqa ittihama əsasən o, ünvan96-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2018-ci il tarixdə saxlanılaraq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə ünvan85nə təqdim edildiyindən göstərilən tarixdə saat 02:30 radələrində şübhəli şəxs qismində tutularaq üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı X9 ayağına geyindiyi qara rəngli corabının içərisindən qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.203 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hero in aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, X5 və X16 onlara isnad edilən cinayətləri törətmələri ibtidai istintaq zamanı toplanmış sübutlarla, o cümlədən X55un və X66in etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə kifayət qədər sübut olunduğu halda, məhkəmələr sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, yolverilməz sübutlardan istifadə etmiş, nəticədə əsassız olaraq Şəki Rayon Məhkəməsi X95a və X66ə bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü dəyişdirilmədən saxlamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələri ndə nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədə n, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırmaqla X5 və X16 təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, onlara əsassız olaraq bəraət verdiyini, həmin qanun pozuntularının apellyasiya məhkəməsi tərəfindən də təkrarlandığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya mür aciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi isə cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin məhz cinayət-prosessual qanunla müəyyən edilmiş qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPMin 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində ar adan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Sübutların mümkünlüyü məsələlərini tənzimləyən Cinayət-Prosessual Qanunun 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya protestindən də göründüyü kimi, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş ittiham, yəni X5 və X16 digər şəxslə qabaqcadan əlbir olaraq xx xxxxxx 2017-ci ildə saat 14:00 radələrindən 15:00 radələrinədək ünvan8ndə zərərçəkmiş şəxs X80nın evindən oğurluq kimi başlayıb soyğunçuluğa keçən əməlləri ilə X35ya məxsus cəmi 2880 manat dəyərində mətbəx əşyalarını və digər əmlakı talamaları, habelə X5 digər şəxslə qabaqcadan əlbir olaraq xx xxxxxx 2017-ci ildə saat 15:00 radələrindən 17:00 radələrinədək ünvan35ndə Z ərərçəkmiş şəxs1 evindən Zərərçəkmiş şəxs1 ümumilikdə 8550 manat dəyərində olan mexaniki tikiş maşınını və içərisində olan qızıl-zinət əşyalarını oğurlamaları, eləcə də X66in satış məqəsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsini əldə edib üzərində saxlaması barədə cinayət təqibi orqanının qənaəti həlledici şəkildə X95un və X66in məhkəməyədək icraatda dindirmə və ifadələrin yerində yoxlanılması zamanı verdikləri etirafedici ifadələrlə əsaslandırılmışdır. Kassasiya protestində həmin ifadələrlə yanaşı zərərçəkmiş şəxslər X80nın, Zərərçəkmiş şəxs1, hər iki talama cinayətlərinin digər iştirakçısı olması iddia olunan Şahid3, şahidlər X2, Şahid1nın, Şahid2, X3, X17, X13 ifadələrinə də istinad olunsa da, həmin şəxslərin birinci instansiya məhkə məsində verdikləri ifadələr nəinki yuxarıdakı abzasda qeyd olunan əməllərin məhz X95 və X66 tərəfindən törədilməsinə dair məlumatları əks ertdirmirlər, hətta ittihamı təkzib edir, bu ittihamın əsassız olmasını aşkara çıxarırlar. Belə ki, zərərçəkmiş şəxs X80 məhkəmədə verdiyi ifadəsində cinayətin kimlər tərəfindən törədilməsini bilmədiyini, lakin ibtidai araşdrımanın vaxtında aparılmağa başlamadığını, onun gedişindən və nəticələrindən razı qalmadığını, o cümlədən cinayət təqibi orqanının fərziyyəsini, yəni evindən talanmış çox sayda qazanların, digər mətbəx və ev əşyalarının, avtomobillərin ehtiyat hissələrinin eyni vaxtda VAZ markalı minik avtomobilində aparılmasını həqiqət kimi qəbul etmədiyini, bunu qeyri-mümkün saydığını qeyd etmişdir. Zərərçəkmiş şəxs1 da məhkəmədə dindirilərkən evi ndən iki ədəd yorğanı (bunlar ittihama daxil edilməmişdir), mexaniki tikiş maşınını içərisində saxlanılan qızıl-zinət əşyaları ilə birlikdə kimin oğurladığını bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaqda ona tikiş maşınları təqdim olunarkən əslində həmin köhnə maşınların içərisində özünə məxsus təzə tikiş maşınının olmadığını, yalnız müstəntiqin deməsinə görə əlini tikiş maşınlarından birinə doğru uzatdığını bildirmiş, məhkəmədə onun evindən oğurlanmış əşya adı iş üzrə maddi sübut qismində tanınmış tikiş maşını tanıma üçün təqdim olunduqda isə onu tanımamışdır. Zərərçəkmiş şəxs1 arvadı (cinayət prosesində nümayəndəsi) X7 da məhkəmədə beş ədəd mexaniki tikiş maşınları arasında ona təqdim olunan maddi sübutu özünün istifadə etdiyi tikiş maşını kimi tanıya bilməmişdir. Şahid X8 (X95un əmisi oğlu X46un arvadı) məhkəmədə dindirilərkən ibtidai istintaq zamanı ondan alınmış ifadədə sözgedən mexaniki tikiş maşınını X95un arvadı X25dan 2017-ci ildə almasının düzgün qeyd olunmadığını, əslində o, X25dan həmin tikiş maşınını təxminən 8 il əvvəl əldə etdiyini bildirmişdir. Şahid X48 da məhkəmədə verdiyi ifadəsində hazırki iş üzrə maddi sübut kimi onun arvadı X38dan götürülmüş mexaniki tikiş maşınını X38nin X25dan 2017-ci ildən bir neçə il əvvəl aldığını qeyd etmişdir. Məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid2 (hansılar ki, x xxxxxx 2017-ci ildə ünvan8ndə zərərçəkmiş şəxs X99ya məxsus həyətdən kənar şəxslərin çıxdıqlarını bildirmişdilər) ifadələrində qeyd etmişlər ki, ibtidai istintaqda təqsirləndirilən şəxslər onlara tədqim olunsalar da, təqdim olunan şəxslər arasında heç k imi tanıya bilməmişlər (halbuki cinayət təqibi orqanının fərziyyəsinə görə məhz həmin qadınların X95u və X66i görmələri oğurluq kimi başlayan əməlin soyğunçuluq kimi tövsif edilməsinə əsas olmuşdur). Hazırki iş üzrə (talama hadisələri ilə əlaqədar) yuxarıda qeyd olunan mexaniki tikiş maşınından başqa hər hansı bir (işə aidiyyatı olan) predmet maddi sübut kimi tanınmamış, o cümlədən cinayət təqibi orqanı həmin mübahisəli tikiş maşınından savayı zərərçəkmiş şəxslər X80na və yaxud Zərərçəkmiş şəxs1 məxsuz əşyalardan heç birini aşkar edə bilməmişdir. Talanmış əşyalarla bağlı, o cümlədən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri “etirafedici” ifadələrin yoxlanılması məqsədilə dindirlmiş şahidlər X25 və X15 da ibtidai istintaq zamanı X63dan alınmış ifadədə sonuncunun verdiyi məlumatların düzgün qeyd olunmadığını, onlar metal tullantılarını alıb-satmaqla məşğul olsalar da, heç vaxt X95, X66, Şahid3 qazan, digər metal tərkibli predmetlər almadıqlarını göstərmişlər (cinayət təqibi orqanının fərziyyəsinə görə isə onlar zərərçəkmiş X99nın evindən oğurladıqları mis qazanları, digər metal tərkibli əşyaları metal tullantı kimi məhz X63a satmışlar). Həmçinin məhkəmə təqsirləndirilən şəxslərdən ibtidai sitintaqda alınmış ifadələrin, xüsusilə də həmin “etirafedici ifadələri” təzyiq altında verməyə məcbur edildikləri üçün onların həqiqəti əks etdirməməsi barədə X5 və X16 məhkəmədə irəli sürdükləri dəlilləri yoxlamaq məqsədi ilə X95un, X77in və ibtidai istintaq orqanının qənaətinə görə hər iki talama hadisəsində bilavasitə iştirak etmiş Şahid3 istifadəsində olmuş mobil t elefonların anten dairələrini araşdırmış, müvafiq mobil şəbəkə operatorlarından əldə edilmiş məlumatlara əsasən ittihamda X80nın evindən talama hadisəsinin törədiliyi zaman kimi göstərilən müddətdə X95un və Şahid3 ünvan25nun ərazisində olmadıqları müəyyən olunmuşdur. Əldə olunmuş məlumatlara əsasən xx xxxxxx 2017-ci ildə ünvan8ndə cinayət hadisəsi törədilən vaxt X95 və Şahid3 ünvan28ndə olmaqla oradan mobil telefonlarından dəfələrlə istifadə etmişlər (həmin gün daha sonra Şahid3 ünvan30, ünvan31nda olmuşdur). Mobil şəbəkə operatorlarının verdikləri məlumatlara görə xx xxxxxx 2017-ci ildə ünvan8ndə törədilən cinayət zamanı X66in mobil telefondan istifadə etməsi, eləcə də xx xxxxxx 2017-ci ildə ünvan35ndə Zərərçəkmiş şəxs1 evində törədilən oğurluq hadisəsi zamanı X95un və Şahid3 mobil telefo nlarından istifadə etmə halları müəyyən edilməmişdir (Şahid3 hazırki işə baxılması zamanı məhkəmədə dindirilərkən istər xx xxxxxx 2017-ci ildə, istərsə də xx xxxxxx 2017-ci ildə ünvan40nun ərazisində olmadığını və heç bir cinayətdə iştirak etmədiyini göstərmişdir). X24 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə isə məhkəmə həm X66in özünün onun üzərindən götürülmüş narkotik vasitə kimi rəsmiləşdirilmiş 0,203 qram heroinə aidyyatının olmaması, ünvan45də döyülməsi, təzyiq göstərilməsi səbəbindən narkotik vasitənin özünə məxsus olması barədə ifadə verməyə məcbur olması barədə məhkəmədə verdiyi ifadə, həm də şahidlər – ünvan45-nin əməkdaşları X18, X14, X11 məhkəmədə verdikləri ifadələr əsasında onu müəyyən etmişdir ki, X66 həmin polis əm əkdaşları tərəfindən xx xxx 2018-ci il tarixdə saat 20 radələrində ünvan49ndə saxlanılsa da, onun üzərinə baxış keçirilməsi və maddi sübutun götürülməsi kimi prosessual hərəkət xx xxx 2018-ci ildə saat 02:30-dan 03:30-dək ünvan45-nin inzibati binasında həyata keçirilmişdir. X66in polis tərəfindən tutulmasının, ünvan35nə gətirilməsinin, ünvan45-də saxlanılmasının təfərrüatları barədə məhkəmədə dindirilmiş şahid X19 isə X66in ifadəsinə uyğun məlumatlar verərək göstərmişdir ki, ünvan49ndə polislər X66lə birlikdə onu da saxlamış və elə həmin vaxt onların hər birinin üzərini yoxlamış və heç bir qanunsuz predmet aşkar etməmişlər. Bundan sonra onların qollarına qandallar vurulmuş və bu vəziyyətdə onlar polislərin nəzarəti altında “Mersedes” markalı avtomobildə ünvan35nə polis şöbəsinə gətirilmişl ər. Polis şöbəsində X66i və onu ayrı-ayrı otaqlara aparsalar da o, X88in döyülməsi və zarıması səslərini eşitmişdir. Məhkəmə kollegiyası cinayət işində bu cür, yəni Cinayət-Prosessual Məcəllənin 125.1-ci maddəsinin müddəalarına görə X66dən məhkəməyədək icraatda alınmış “etirafedici” ifadələrin sübut kimi dəyərini əhəmiyyətli dərəcədə azaldan məlumatların olduğunu qeyd etməklə yanaşı, onu da vurğulayır ki, cinayət-prosessual qanunun 126.6cı maddəsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilməsinə yol verir. Yuxarıda istinad olunan materiallar, xüsusilə də mobil telefon şəbəkələri operatorlarından əldə olunmuş materiallar X95un və X66in itti hamda göstərilən əməlləri törətmələri barədə ibtidai istintaqda verdikləri “etirafedici” ifadələrin başqa sübutlarla nəinki təsdiq olunmadığını, hətta inkar olunduğunu göstərir. Məhkəmədə ittiham tərəfi X95un, X66in məhkəmə istintaqı zamanı göstərdiklərini təkzib edə, mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təsvir edilən halların və bu hallarla əlaqədar ittihamın əsaslılığına yaranan ciddi şübhələrin fonunda birinci instansiya məhkəməsinin sübutların X95un Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin, X66in isə Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 234.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsi barədə mötəbər və yeku n nəticəyə gəlmək üçün kifayət etməməsi, beləliklə də bütövlükdə ittihamın sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi yuxarıda qeyd edilən CPM-in prinsip və normalarının, o cümlədən sübutlar və sübutetməyə dair qaydalarının pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Bütün bunlar dövət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində istər bəraət hökmünü çıxarmış birinci instansiya məhkəməsi, istərsə də bu hökmü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə k ollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 və X16 barəsində olan xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 və X16 barəsində olan xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-246/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-246/2020
11.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver