Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-246/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşaya yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bu ndan sonra CM-in) 177.2.1 və 177.2.3-2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə (hakim R.K.Mürsəlov) Məhkum2 – Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum2 28 fevral 2022-ci il tarixdən tutulduğu və h əbsdə qaldığı 2 (iki) ay 13 (on üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 2 (iki) il 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimrov və F.A.Qasımov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Məhkum2 dövlət əhəmiyyətli əmlakı gizli olaraq talama məqsədi ilə tanışı Məhkum1 və Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 19 noyabr 2021-ci il tarixdə saat 00:15-də Məhkum3 məxsus 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 1 ədəd lövbər ilə, 2 ədəd alüminium materialdan olan avarla, içərisində 1 ədəd kəlbətin və 3 ədəd açar olan 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış özüüzən qayıqdan istifadə edib, Bakı şəhəri, Qaradağ rayon u, Ələt qəsəbəsində yerləşən Hərbi şəhərcik istiqamətində Xəzər dənizinə girərək özləri ilə gətirdikləri bir ədəd kabel kəsən qayçı və iki ədəd kəndirdən istifadə etməklə Azneft İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 2 saylı Neft və Qazçıxarma sahəsinin (NQÇS) “Ələt” yatağında yerləşən 17-23 saylı Stasionar dəniz özülləri arasında olan meydançadan bir metrəsi 26 manat 56 qəpik dəyərində, istifadəyə yararlı, uzunluğu 6,683 metr olan “PK-6” markalı sualtı elektrik xətti kimi istifadə olunan, elektrik ötürücü kabel xəttini kəsərək, meydançaya bərkidildiyi yerdən qopardıb qayığa çıxarmış, həmin qayıqda kabeli izolyasiya olunduğu tellərdən təmizləyərək içindən 3 ədəd uzunluqları 6.60, 6.65 və 6.80 metr təşkil edən kabel damarlarını dairə formasında bükərək qayığa yerləşdirib, həmin tarixdə saat 06:00-da sahilə çıxmış və Azneft İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, məhkum edilmiş şəxs Məhkum2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi qəsdən cinayət hesab olunan CM-in 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törədən vaxt, yəni 19 noyabr 2021-ci il tarixdə B akı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasını çəkib qurtarmadığından, hökm üzrə yaranmış məhkumluğu ödənilməmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi Məhkum2 barəsində cinayət qanunu normasının düzgün tətbiq etməmiş, Məhkum2 cəzasını ağırlaşdıran hal kimi cinyətlərin residivinin olmasını nəzərə almayaraq yüngül cəza təyin edilməsində dair hökmü qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun v ə CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, yalnız məhkuma cinayətlərin residivinə görə cəza təyin edilməməsinin əsassız olduğu qeyd edilir. Məhkəmə kollegiyası protestdə göstərilən dəlillərlə razılaşaraq hesab edir ki, Məhkum2 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən qəsdən az ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi vardır və bununla bağlı aşğıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ idarəsindən alınmış tələbnamədə göstərilən məlumatlardan, hökmün surətindən və Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Məhkum2 Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 69.3-ci maddələrinə əsasən, ona təyin olunmuş cəza Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası ilə tam birləşdirilərək, ona qəti olaraq 7 ay 29 gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökmdə olan yanlışlıq aradan qaldırılaraq, Məhkum2 Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş cəza dəyişdirilərək, ona qəti olaraq 7 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası təyin edilmiş və o, xx.xx.2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra, ”8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən, o, xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd olunan cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətl ərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-1-ci maddəsinin tələbinə görə əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009cı il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır.” Eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Bundan başqa, CM-in 68.2-ci maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda onlar müstəqil icra olunur. İş materiallarından görünür ki, Məhkum2 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi qəsdən cinayət hesab olunan CM-in 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törədən vaxt, yəni 19 noyabr 2021-ci il tarixdə yuxarıda qeyd olunan hökmlə təyin edilmiş cərimə cəzasını çəkib qurtarmamış, bununla da həmin hökm üzrə yaranmış məhkumluq ödənilməmişdir. “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. İş materiallarından da göründüyü kimi, Məhkum2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2019-cu il tarixdə çəkib qurtarmış, "8 noya br - Zəfər günü münasibətilə amnistiya elan edilməsi” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı ilə həmin hökmlə təyin edilmiş yalnız cərimə cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə görə Məhkum2 “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən yalnız cərimə cəzasından azad edildiyinə görə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə üzərində olan məhkumluğunun ödənilmə müddətinin axımının əvvəli, məhkum, qeyd olunan, yəni cərimə cəzasından azad edildiyi gündən hesablanmalı idi. Məhkəmə kolle giyası hesab edir ki, “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndində nəzərdə tutulan və həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsinnə dair müddəalar Məhkum2 münasibətdə tətbiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum2 CM-in 61.1.1.-ci maddəsi ilə cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almayaraq maddi hüquq normalarının tələblərinin pozulması ilə qərar qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfi ndən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum2 haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. Cina yət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-246/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-246/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver