Məhkəmə qərarları › İş №1(102)-246/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-246/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-246/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 iyun tarixli, 1(103)-1330/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-671/2024 nömrəli hökmü ilə (X8 (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Fərid Namazovdan ibarət tərkibdə), xx.xx.1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Dəmirçi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan X3 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X9 (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və İbrahim İbrahimlidən ibarət tərkibdə) 2024-cü il 28 iyun tarixli, 1(103)-1330/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Elvin Fətullayev satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, E.Fətu llayev istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, təmiz çəkisi 7.69 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla həmin narkotik vasitə heroini ayrıayrı bükümlərə bölərək bir hissəsini üzərində qalan hissəsini həmin evdə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Q,Qarayev prospekti, 1/10 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, K.Balakişiyev 25/37 ünvanda yerləşən Nizami RPİ -nin 25-ci PŞ- nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,907 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 06 aprel 2023-cü il tarixdə saat 15:30 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanında axtarış keçirilən zaman evin yataq otağında mavi rəngli plasmas paltar dolabının axırıncı siyirməsində olan uşaq paltarlarının altından 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilm iş narkotik vasitə heroinlə eynilik təşkil edən təmiz çəkisi 3,783 qram çəkidə külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, mübahisələndirilən yekun qərarda məhkəmə kollegiyası sübutları tam, hərtərəfli və obyektiv yoxlamasını, müqayisəli şəkildə təhlil etməsini, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməsini qeyd etsə də, qərarda əksini tapmış mülahizələrindən məhz belə təhlilin və qiymətləndirmənin aparılmadığı müəyyən olunur. Məhkəmə kollegiyası mübahisələndirilən qərarında ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsi n xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab etmişdir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Elvin Fətullayevin cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. Lakin məhkəmə kollegiyasının mülahizələrindən fərqli olaraq ittiham aktından göründüyü kimi, ibtidai istintaq orqanı Elvin Fətullayevə qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamı onda aşkar edilmiş narkotik vasitənin külli miqdarda olduğunu, onun bükümlərə ayrılmaqla saxlanıb d aşımasını göstərən konkret sübutlar, o cümlədən şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, "evdə axtarış aparılması haqqında" protokollar, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1932 saylı və xx.xx.2023-cü il tarixli 6/2029 saylı rəyləri, üzləşdirmədə dindirmə istintaq hərəkətləri vasitəsi ilə və digər sübutlarla əsaslandırmışdır. Mübahisələndirilən qərardan isə görünür ki, apellyasiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, gəlinən nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Hökmdən və mübahisələndirilən yekun qərardan görünür ki, məhkəmələr, hal şahidlərindən biri Şahid8 dəfələrlə başqa cinayət işləri üzrə hal şahidi qismində iştirak etdiyinə görə onun işin halları ilə bağlı verdiyi ifadələrini ş übhəli hesab etmiş və sübut kimi qəbul etməmişlər. Hər iki məhkəmə instansiyası gəldikləri nəticəni təqsirləndirilən şəxs E.Fətullayevin müdafiəçisinin məhkəməyə təqdim etdiyi 1 və birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş 7 olmaqla, cəmi 8 iş üzrə hökmlərin surətlərində həmin şəxsin cinayət işləri üzrə hal şahidi qismində iştirak etdiyi ilə əsaslandırmağa çalışmışlar. Həmin hökmlərin surətlərindən görünür ki, 1 iş istisna olmaqla digər bütün işlər üzrə təqsirləndirilən şəxslər CM-nin müxtəlif maddələri ilə təqsirli bilinib müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar, hal şahidlərin iştirakı ilə bağlı hər hansı bir qanun pozuntusu məhkəmələrdə aşkar olunmamış və həmin hökmlər qanuni qüvvəsini almışdır. Belə olan halda, həmin cinayət işlərinin E lvin Fətullayevin CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmədə baxılan cinayət işinə aidiyyəti olmamış, qanuni qüvvəyə minmiş hökmlərin Elvin Fətullayevin məhkəmədə baxılan cinayət işi üzrə icraatda müəyyən olunmuş hallara, onların hüquqi qiymətinə görə məhkəmə üçün məcburi, preyudisial xarakter daşımamışdır. Dövlət ittihamçısı bildirmişdir ki, CPM-nin 94.1-ci maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən, cinayət təqibi prosesində hal şahidinə münasib ətdə irəli sürülən tələblər şəxsi marağın olmaması və keçirilən istintaq hərəkətində şəxsin öz razılığa ilə iştirak etməsindən ibarətdir. Lakin məhkəmə kollegiyası Elvin Fətullayevin üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmiş hal şahidi Şahid8 bu prosesdə iştirakı ilə bağlı "şəxsi marağının olubolmamasına, olduğu halda onun “şəxsi marağ”ının nədən ibarət olmasına aydınlıq gətirməmiş və bu mühüm amillərə münasibət bildirməmişdir. Eyni şəxsin müxtəlif ərazilərə aid olan cinayət təqibi orqanları tərəfindən hal şahidi qismində cəlb edilməsi obyektiv cəhətdən mümkündür. Çünkü qanunvericilik şəxsi hal şahidi kimi cəlb edərkən onun əvvəllər hal şahidi qismində cəlb edilməsi, müsbət halda harada, nə vaxt, hansı orqan və orqanın hansı əməkdaşı tərəfindən cəlb edilməsini müəyyən etmək vəzifəsi ni müəyyən etməmişdir. Bu səbəbdən də eyni şəxs müxtəlif ərazilərdə və ya müxtəlif orqanların əməkdaşları tərəfindən hal şahidi qismində cəlb oluna bilərlər. Hal şahidləri ifadələrində göstərdikləri halları hal şahidi olduqları zaman gördükləri və eşitdikləri hal kimi nəql edib təsdiq edirsə və onların ifadələrində göstərdikləri hallar digər sübutlarla və işin faktiki halları ilə öz təsdiqlərini tapırsa, hal şahidlərinin ifadələri də öz təsdiqini tapmış ifadələr kimi qiymətləndirilməlidir. Çünki qanunun tələbinə görə hal şahidlərinin əvvəllər başqa iş üzrə hal şahidləri qismində iştirakları onlarının ifadələrinin yalan olması qənaətinə gəlmək üçün əsas vermir. Əks halda doğruluğu təkzib olunmayan ifadənin özünün həqiqət olması prezumpsiyasını bütün hallarda şübhə altına alardı. Belə olan h alda, məhkəmə kollagiyasının hal şahidi Şahid8 başqa cinayət işləri üzrə hal şahidi qismində iştirak etdiyinə görə onun işin halları ilə bağlı verdiyi ifadələrini şübhəli hesab etməsi və sübut kimi qəbul etməməsi barədə nəticələri əsassız olmuşdur. Məhkəmənin kollegiyasının digər dəlili olan Elvin Fətullayevin şübhəli şəxs qismində tutularkən aşkar edilmiş bükümün ona aid olmadığı və üzərində olmasından xəbərinin olmadığını bildirməsi və protokolu imza etməkdən imtina etməsinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxs əvvəllər də CM-in 234.1-ci maddəsi ilə məhkum olunub və azadlıqdan məhrum etmə növündə cəza çəkib. Beləliklə o, üzərinə baxış keçirilərkən, izahat verərək narkotik vasitənin ondan aşkar olunduğunu etiraf edəcəyi halda bilirdi k i, üzərindən narkotik vasitənin aşkar olunması və bunun müvafiq qaydada rəsmiləşdirilməsi ona qarşı cəza tətbiqi, həmçinin azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilər. Ona görə də, o, prosessual hüququndan istifadə edərək məqsədli şəkildə müvafiq sənədləri imzalamaqdan imtina etmiş, həmçinin qanunun ona tanıdığı hüquqlardan istifadə edərək məhkəməyədək icraat və birinci instansiya məhkəməsində ona elan olunmuş ittiham üzrə nəzərdə tutulan cinayət əməlini törətmədiyini, narkotik vasitədən xəbərsiz olduğunu və ona aidiyyəti olmadığnı bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, əvvəlki məhkumluq təcrübəsindən məharətlə istifadə edərək məhkəməyədək icraat dövründə ifadə verməkdən qəsdən imtina etmiş və heç bir sənədi imzalamamışdır. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, t əqsirləndirilən şəxs Elvin Fətullayev əvvəlcədən planlaşdırdığı həmin hərəkətləri ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüş və törətdiyi ağır cinayətdən yayınmağa hədəflənmiş həmin hərəkətləri ilə məqsədinə nail olmuşdur. Belə olan halda təqsirləndirilən şəxsin müvafiq dəlili, yəni narkotik vasitədən xəbərsiz olması və ona aidiyyətinin olmaması inandırıcı sayıla bilməz. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin ifadəsi baş vermiş hadisələri təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Məhkəmənin digər əsassız yanaşmasından biri də, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin ittihamı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməməsi barədədir. Dövlət ittihamçısı bununla bağlı qeyd etmişdir ki, polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrini yalnız onların polis əməkdaşları olduqlarına görə yolverilməz sübut hesab edilməsinə dair məhkəmə kollegiyasının mülahizəsi CPM-in müddəalarına əsaslanmır. Dövlət ittihamçısı kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 iyun tarixli, 1(103)-1330/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və E.Fətullayevə CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 iyun tarixli qərarını n ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya inst ansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələ lərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində E.Fətullayevə bəraət verilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitus iyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcud ur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Qeyd edilən normaların tələbləri qaydasında məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansi yası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, protestin əsas dəlillərindən biri ondan ibarətdir ki, hal şahidlərindən birinin əvvəllərdə dəfələrlə hal şahidi qismində iştirak etməsi əsas götürülməklə onun iştirakının qanunsuz olması ilə bağlı məhkəmələrin gəldiyi nəticə əsaslandırılmamaqla, hal şahidinin “şəxsi marağı”nın nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Bu dəlillə bağlı qeyd edilməsi zəruridir ki, CPM-in 94.1-ci maddəsində cinayət prosesində şəxsi marağı olmayan şəxsin hal şahidi kimi istintaq hərəkətlərində iştirakının mümkünlüyü müəyyən edilmişdir. Qanunun mənasından da görünür ki, hal şahidi maddi və sair cəhətdən cinayət prosesinin tərəflərindən asılı olmamalı, öz razılığı ilə istintaq hərəkətlərinin keçirilməsində iştirak etməli, hal şahidinin tərəfsizliyinə istər ittiham, istərsə də müdafiə tərəfinin heç bir şübhəsi olmamalıdır. Lakin hazırkı işin hallarından da görünür ki, müdafiə tərəfinin və sonradan məhkəmənin həmin hal şahidinin tərəfsizliyinə şübhəsi yaranmış və araşdırma nəticəsində həmin hal şahidinin əvvəllər dəfələrlə, mütəmadi olaraq polis əməkdaşları tərəfindən dəvət edilərək hal şahidi kimi iştirak etməsi müəyyən edilmişdir. Burada cavab verilməsi zəruri olan sual ondan ibarətdir ki, şəxsin dəfələrlə, mütəmadi olaraq müxtəlif cinayət işləri üzrə istintaq hərəkətlərinin aparılmasında iştirak etməsi şəxsi maraq anlayışının təsiri altına düşürmü? Əgə r şəxs hazırkı işdə olduğu kimi 8 dəfə hal şahidi qismində istintaq hərəkətlərinin aparılmasında iştirak edirsə, bu zaman həmin şəxslə istintaq hərəkətini aparan şəxs (şəxslər) arasında müəyyən münasibətlər yaranır və artıq həmin şəxs hal şahidi kimi bir ictimai vəzifəni həyata keçirməkdə ixtisaslaşır və bu iş istər-istəməz onun şəxsi marağına çevrilir. Əgər müxtəlif vaxtlarda, müxtəlif istintaq orqanlarında, müxtəlif istintaq hərəkətlərinin aparılmasında eyni şəxs iştirak edirsə, bu “şəxsi marağı olmayan” və “öz razılığı ilə iştirak etmək” kimi qanuni tələblərin pozulması ilə nəticələnmək ehtimalını artırır. Məhz bu ehtimalları nəzərə alaraq CPM-in 115.2-ci maddəsində hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna hal kimi, yolverilməz hesab edilmişdir. Ümumiyyətlə, CPM-in 115.2-ci maddəsində hal şahidinin istintaq hərəkətlərində iştirakı ilə bağlı iki hal nəzərdə tutulmuşdur: --Cinayət təqibi üzrə həyata keçirilən istintaq hərəkətlərində hal şahidinin iştirakı mütəmadi xarakter daşımamalıdır; -- Şəxsin hal şahidi qismində istintaq hərəkətlərinin həyata keçirilməsində əvvəllər iştirakı onun həmin cinayət təqibi üzrə digər istintaq hərəkətlərinin icraatında təkrar iştirakını istisna etmir. Bu, sonuncu cümlənin şərhi ilə bağlı qeyd edilməlidir ki, bir cinayət işi üzrə eyni bir hal şahidi şəxsin üzərinə baxış keçirilərkən hal şahidi qismində iştirak edir, həmin istintaq hərəkəti yekunlaşdırıldıqdan sonra şəxsin idarə etdiyi avtomaşına da baxış keçirilməsi zərurəti yaranır. Bu zaman, qanunvericilik eyni şəxsin hər iki istintaq hərəkətinin aparılmasında iş tirakını istisna etmir. Bu hal məhkəmə təcrübəsində çox rast gəlinən haldır və mübahisləndirilmir. Lakin eyni bir şəxsin müxtəlif cinayət işləri üzrə, müxtəlif yerlərdə ən azı üç istintaq hərəkətinin həyata keçirilməsində hal şahidi qismində iştirakı, onun iştirakının mütəmadi xarakter daşıması kimi qiymətləndirilməlidr ki, bu mütəmadiliyi də CPM-in 115.2-ci maddəsi qadağan edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, hal şahidinin istintaq hərəkətlərinin aparılmasında mütəmadi iştirak etməsi ilə bağlı məhkəmələrin mövqeyi qanuni və əsaslıdır və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Kassasiya protestinin növbəti dəlili E.Fətullayevə işgəncə verilməsi ilə əlaqədar məhkəmələrin mövqeyinin əsaslandırılmaması və qərəzli olması ilə bağlıdır. İstər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında işgəncə ilə bağlı məsələlər ətraflı araşdırılmış, konkret faktlara və tibbi sənədlərə istinad edilməklə əsaslandırılmış və düzgün hüquqi nəticəyə gəlinmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx.xx.2014-cü il tarixli qərarında hazırki işin halları ilə oxşar olan vəziyyətlə bağlı göstərilmişdir: “Məhkəmə təkrar edir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli ola raq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X4rşı” (İr eland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir- neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Məhkəmə təkrar edir ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan z aman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 10811, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Hazırkı işin hallarına gəlincə Məhkəmə ilk öncədən qeyd edir ki, ərizəçinin polis tərəfindən pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir (yuxarıda 20-21-ci bəndlərə bax). Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 13 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin polis əməkdaşlarının ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi i lə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda Məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmiş dir. Məhkəmə həmçinin açıq şəkildə xahiş etməsinə baxmayaraq Hökumətin ərizəçinin üzərində axtarışın aparılmasına dair video çəkilişin ona təqdim etmədiyini də göz ardına vurmur. O qeyd edir ki, belə bir çəkilişin olduğu Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarında da təsdiq olunmuşdur (yuxarıda 21-ci bəndə bax). Belə olan halda o, ərizəçinin polis tərəfindən həbs edildiyi və ya həbsdə saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, Məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab ver miş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur.” Göründüyü kimi, işgəncə verilməsi ilə bağlı məsələdə hazırkı işin halları ilə AİHM-in qərarında təsvir olunmuş işin halları üst-üstə düşür və prokurorluq işgəncə ilə bağlı məsələni araşdırarkən AİHM-in qərarında əks olunmuş səviyyədə və standartlara uyğun araşdırma aparmadıqda və qarşıya qoyulmuş suallara ağlabatan inandırıcılıq səviyyəsində mücərrəd deyil, konkret faktlara söykənən əsaslandırılmış cavab vermədikdə, qəbul olunmuş qərar hüquqi qüvvəsi olan qərar kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Elvin Fətullayevə ibtidai istintaq zamanı işgəncə verilməsi ilə bağlı məsələlərə dair kassasiya protestinin dəlilləri əsassızdır və məhkəmələrin bununla bağlı mövqeyi əsaslandırılmış və inadırıcıdır. Kassasiya protestinin digər dəlili məhkəmənin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin ittihamı təsdiq edən mötəbər sübut kimi qiymətləndirməməsi barədədir. Bu dəlillə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cü il tarixli qərarında polis şahidlərlə bağlı göstərilmişdir: “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həm in şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun c ibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir (bax: 26-cı bənd). Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi (yuxarıda 61-ci bəndə bax). Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır.” Göründüyü kimi, şahidlərlə bağlı hazırkli işə baxan məhkəmələrin mövqeyi AİHM-in mövqeyi ilə üst-üstə düşür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin şahidlərlə bağlı dəlilləri də əs assızdır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkd ə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsind ə müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanm ış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifad əsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPMin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri nə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfəro v Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin protestin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən hal kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldır ılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-671/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilmiş X2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2024-cü il tarixli, 1(103)-1330/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar