Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2460/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1974-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli 1(106)-543/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 1(050)-81/2024 nömrəli hökmü ilə (hakim Z.A.Zeynalov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 23 aprel 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. B irinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli 1(106)-543/2024 nömrəli qərarı ilə (hakimlər: P.V.Hacıyev (sədrlik edən), E.İ.Xasməmmədov və X.H.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 1(050)81/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum Masallı Rayon Məhkəməsinin 23 aprel 2024- cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 446,288 qram, yəni xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qa nunsuz olaraq əldə edib şəxsi istifadəsi üçün bir hissəsini üzərində, digər əsas kütləsini isə Masallı rayonu Musaküçə kəndində yerləşən mərhum X4 məxsus olmuş yaşayış olmayan fərdi yaşayış evində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə saxlamaqda şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Masallı şəhəri Seybətin küçəsində saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara-boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,288 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə saat 23 radələrində əməliyyat-axtarış tədbirlərinin da vamı olaraq Masallı rayonu Musaküçə kəndində yerləşən mərhum X4 məxsus olmuş yaşayış olmayan fərdi yaşayış evinə baxış keçirilən zaman oradan 1 ədəd bağlamada ümumi təmiz çəkisi 440,0 qram olan üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanan ilə orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilərək daha yüngül cəza növü ilə əvəz edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Penitensiar Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasi ya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2460/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2460/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver