Məhkəmə qərarları › İş №1(102)-2460/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2460/2025

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2460/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum məhkum1 və onun müdafiəçiləri müdafiəçi3 və müdafiəçi2, məhkum məhkum2 və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1883/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarından məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə, məhkum məhkum1 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum məhkum1 ## #### 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum məhkum2 x 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Bx yaşamışdır.

2. 03 oktyabr 2023-cü il tarixli ittiham aktına görə məhkum1 və məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.

3. 02 noyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə məhkum1 və məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə məhkum2 06 iyun 2023-cü il tarixdə Bakı şəhərində tanışları məhkum1 və təqsirləndirilən şəxs2, habelə bacısı təqsirləndirilən şəxs1 ilə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək barədə qabaqcadan əlbir olub ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etmək barədə razılaşmmışlar. Bundan sonra sonra planlaşdırdıqları qaydada hərəkət edərək məhkum2 həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxslə əlaqə saxlayıb saat 23-dən sonra sonuncunun yaşadığı ünvanda görüşmələri barədə razılaşaraq, 07 iyun 2023-cü il tarixdə, saat 01 radələrində təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı, **PJ*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana gəlib aşkar olunmamaq üçün girişdən aralıda dayanmışlar. məhkum2 avtomobildən düşüb onu evdə gözləyən Zərərçəkmiş şəxs yanına gedərək orada bir müddət olub ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib evə qayıdandan bir neçə dəqiqə sonra məhkum1 və təqsirləndirilən şəxs2, onların ardınca təqsirləndirilən şəxs1 evə daxil olmuş, təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi naməlum nümunəli bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Zərərçəkmiş şəxs hücum edib bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub yerə yıxmış, sonra təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs yıxıldığı yerdə yumruq və təpiklə vurmaqda davam edərək təqsirləndirilən şəxs1 zorlamaqda ittiham etmiş və buna görə cəzalandırılacağını bildirmişlər. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs1 zorlamadığını deməsi ilə razılaşmayaraq yerdən qaldırmış və məhkum1 təqsirləndirilən şəxs2 verdiyi kapron qaytanla Zərərçəkmiş şəxs qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib onun və məhkum1 telefonları ilə danışıqların videoçəkilişini aparmışdır. Eyni zamanda evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq birgə hərəkətləri ilə 870 manat nağd pulu, üstündə bir ədəd qiyməti 400 manat olan “Azercell” mobil operatoruna məxsus ********** nömrəli sim kartı, bir ədəd qiyməti 100 manat olan “Azerfon” mobil rabitə şəbəkəsinin sim kartı olan, özünün qiyməti 850 manat olan “Samsung A 53” markalı mobil telefonu, qiyməti 150 manat olan “Nokia” markalı mobil telefonu üstündəki qiyməti 15 manat olan yaddaş kartı ilə birlikdə, qiyməti 60 manat olan “Kgtel” markalı mobil telefonu, qiyməti 600 manat olan “Hoffman” markalı televizoru, qiyməti 300 manat olan gümüş kişi qol saatını, qiyməti 50 manat olan göy dəri bağlı kişi qol saatım, qiyməti 90 manat olan qəhvəyi dəri bağlı kişi qol saatını, qiyməti 200 manat olan “Cartier” brendli kişi eynəyini, qiyməti 40 manat olan göy rəngli kişi eynəyini, qiyməti 40 manat olan optik eynəyi, hər qutusunun qiyməti 10 manat, ümumi qiyməti 140 manat olan 14 qutu “Parlament” markalı siqareti, hər birinin qiyməti 15 manat olmaqla ümumi qiyməti 60 manat olan 4 ədəd suvenir qaz alışqanlarını, qiyməti 20 manat olan bir ədəd fleşkartı, ümumi qiyməti 60 manat olan iki ədəd Ərəbistan ətirini, qiyməti 50 manat olan bir ədəd qara rəngli dəridən kişi əl çantasını, eləcə də onun Zərərçəkmiş şəxs barmağından çıxartdığı qiyməti 700 manat olan kişi qızıl üzüyü və boynundan qırıb götürdüyü qiyməti 40 manat olan sadə metaldan zəncirə formalı kişi boyunbağısını ələ keçirib talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 4835 (dörd min səkkiz yüz otuz beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişlər. Eyni zamanda məhkum2 07 iyun 2023-cü il tarixdə, saat 01 radələrində tanışları məhkum1 və təqsirləndirilən şəxs2, habelə bacısı təqsirləndirilən şəxs1 ilə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etdikləri zaman ümumi niyyətlə hərəkət edən bir qrup şəxs halında birgə hərəkətləri ilə Zərərçəkmiş şəxs adına ASAN-4 xidməti tərəfindən 23 aprel 2015-ci il tarixdə verilmiş, 30 aprel 2027-ci il tarixədək etibarlı olan AZE seriya və 15097798 nömrəli Azərbaycan Respulikası vətəndaşının şəxsiyyət vəsiqəsini və Daxili Işlər Nazirliyi tərəfindən 18 mart 2020-ci il tarixdə verilmiş, 17 mart 2030-cu il tarixədək etibarlı olan C03175767 seriya və nömrəli pasportu ələ keçirərək talamışlar. Eləcə də məhkum2 07 iyun 2023-cü il tarixdə, saat 01 radələrində tanışları məhkum1 və təqsirləndirilən şəxs2, habelə bacısı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs hücum edərək, əmlakını ələ keçirmə məqsədi ilə həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edəndən sonra, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını tələb edərək, təqsirləndirilən şəxs2 bıçaqla Zərərçəkmiş şəxs hədələməkdə davam etdiyi vəziyyətdə məhkum1 ona daha bir neçə yumruq zərbəsi vurub əvvəlki zərbələrlə yetirilən xəsarətlər də nəzərə alınmaqla, Zərərçəkmiş şəxs ümumilikdə başın alın nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı, burunun yumşaq toxumasının qançırı və burun belinin sıyrığı, sol bazunun bir xətt üzrə yerləşmiş nöqtə şəkilli sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edərək, təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olmasını etiraf etməsinin videoyazısını sosial şəbəkələrdə yaymaqla qohumları və tanışları arasında rüsvay edəcəkləri ilə hədələyərək, 07 iyun 2023-cü il tarixdə saat 17-dək onlara 5.000 (beş min) manat pul verməsini tələb etmişlər.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-922/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli hökmü ilə: məhkum1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin Məcəllənin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 iyun 2023-cü il tarixdən hesablanması; məhkum2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin Məcəllənin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən məhkum1 apellyasiya şikayəti verib işinə ədalətlə baxılmasını, müdafiəçisi müdafiəçi3 isə apellyasiya şikayəti və əlavə verib hökmün ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığından məhkum1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

8. Hökmdən məhkum2 apellyasiya şikayəti verib, ona təyin edilmiş cəzanı azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1883/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-922/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda apellyasiya instansiyası məhkəməsinin qərarından məhkum1 müdafiəçisi müdafiəçi3 tərəfindən kassasiya şikayəti və ona əlavə, məhkum məhkum2 tərəfindən kassasiya şikayəti verilmişdir.

II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

11. Müdafiəçi müdafiəçi3 kassasiya şikayəti və ona əlavənin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir. Həmin dəlillər təkrarlanmaqla, birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiya məhkəməsinin qərarının iş üzrə sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması prinsiplərinə uyğun əsaslandırılmaması, ziddiyyətlərin aradan qaldırılmaması və sübutlara qiymət verilməsinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – “xxxx”) tələblərinə uyğun aparılmaması, məhkum1 əməlində cinayət tərkibinin olmaması iddia edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1883/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsi xahiş edilir.

12. Məhkum məhkum2 kassasiya şikayətində qeyd etmişdir ki, cinayət məsuliyyətinə ilk dəfə cəlb olunmuşdur, əməlindən səmimi peşmandır, himayəsində iki azyaşlı uşağı varıdır, bu hallar nəzərə alınmadan ona ağır cəza təyin olunmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1883/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi, təyin olunmuş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi və ya barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq olunması xahiş edilir.

13. Kassasiya şikayətlərinə dair etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər 14.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını xxxx-nin 419-cu maddəsi müəyyən edir. 15.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 16.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 17.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını xxxx-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçi müdafiəçi3 kassasiya şikayəti və ona əlavədə məhkum məhkum1 təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib xahişini faktiki olaraq xxxx-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Məhkum məhkum2 ona təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsini və ya himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almaqla barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsini xahiş etməklə, kassasiya xahişini xxxx-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini xxxx-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1883/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

21. Ilk növbədə müdafiəçi müdafiəçi3 kassasiya şikayətində məhkum məhkum1 ittiham edildiyi cinayət əməllərinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərə münasibətdə qeyd olunmalıdır ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. xxxx-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 23.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,

24. cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. 26.Belə ki, məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkum1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri: - məhkumların ibtidai istintaq dövründə verdikləri etirafedici ifadələri; - zərərçəkmiş şəxs və şahidlərin cinayət təqibinin bütün mərhələlərində verdikləri ifadələri; - “Tanımaya təqdim etmə haqqında”, “Üzləşdirmə haqqında”, “Ifadələrin yerində yoxlanması haqqında”, “Hadisə yerinə baxış keçirilməsi haqqında”, “Götürmə aparılması haqqında” protokollar, - məhkəmə-tibbi ekspertizasının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının və məhkəmə-psixiatrik ekspertizasının rəyləri; - digər istintaq və məhkəmə hərəkəti protokolları; - maddi sübutlar və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. 27.Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən məhkum1 hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməllərində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni xxxx-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. 28.Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, xxxx-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum məhkum1 cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

29. Məhkum məhkum2 ona təyin edilmiş cəzanın ağır olmasına, həmin cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsinə və himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınaraq barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 30.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

31. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

32. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

33. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 34.Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). 35.Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. 36.O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 37.Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə isə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

38. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. 39.

40. Belə ki, məhkum məhkum2 törədilməsinə görə təqsirli bilinərək məhkum edildiyi cinayət əməllərindən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci, habelə 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllər eyni Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid edilir, bu cinayətlərin törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrin sanksiyasında isə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

41. məhkum2 törətdiyi Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli eyni Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

42. Iş materiallarından göründüyü kimi, məhkəmə araşdırmaları nəticəsində məhkum məhkum2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddələrinin sanksiyası daxilində minumum hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bu zaman məhkəmələr onun cəzasını yüngülləşdirən hallar olaraq himayəsində bir azyaşlı övladının olmasını, hamilə olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışlar. 43.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını məhkumun cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 62 maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin təyin etdiyi cəza qanunla müəyyən edilmiş məqsədlərə xidmət edir, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam uyğundur.

44. Məhkum məhkum2 kassasiya şikayətinin onun himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınmaqla barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilməsinə dair xahişinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları xxxx-nin 419.1 və 419.11-ci maddələri ilə müəyyən edilir. Həmin hüquq normalarında təsbit edilmiş imperativ şərtə görə, kassasiya baxışının hədləri cinayət və cinayət-prosessual qanunvericiliyinin tətbiqi məsələlərinin araşdırılması ilə məhduddur. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları təkrar araşdırılmır, bu səbəbdən mövcud sübutların yenidən qiymətləndirilməsi, eləcə də yeni sübutların təqdim edilməsi yolverilməzdir. 45.Qeyd edilən normaların məzmunundan göründüyü kimi, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi prosessual cinayət-hüquqi normalarla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarına maddi cinayət-hüquqi normaların tətbiqinin əsaslı olub-olmadığını, həmin halların müəyyən edildiyi, ümumiyyətlə cinayət təqibinin həyata keçirildiyi zaman cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. 46.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmələr bir sıra halları nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 10 fevral 2012-ci il il).

47. Hazırki halda məhkum məhkum2 cinayət təqibinin heç bir mərhələsində onun barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiqi məsələsini qaldırmadığından, məhkəmələr bu məsələnin mümkünlüyünü araşdırmamış, müvafiq olaraq bu istiqamətdə hər hansı addım atıb, bunun üçün zəruri olan sübutların toplanılmasını, o cümlədən qəyyumluq və himayə orqanından məhkumun cinayət əməlini törədənədək uşağının tərbiyəsinə olan münasibəti, sonuncuya zəruri şəraiti təmin etmək imkanının olub-olmaması və bu kimi zəruri məlumatların əldə etməsini həyata keçirməmişlər. 48.Qeyd olunduğu kimi isə, birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq, qanunverici kassasiya instansiyası məhkəməsinə nəinki əlavə məhkəmə istintaqı aparıb yeni sübutların əldə edilməsi istiqamətində tədbir görülməsi, hətta cinayət işində mövcud olan sübutlara qiymət verilməsi səlahiyyətini verməmiş, cinayət işinin kassasiya araşdırmasını hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisəsi aparılan hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsinin yoxlanılması ilə məhdudlaşdırmışdır.

49. Təsvir edilənlərə əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, məhkum məhkum2 əvvəllər məhkəmələr qarşısında barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiqinin mümkünlüyü barədə məsələni qaldırmadığından və nəticədə məhkəmələr tərəfindən həmin məsələyə münasibət bildirilməsi üçün zəruri olan sübutlar toplanılmadığından, kassasiya şikayətinin müvafiq dəlilləri mümkünsüz hesab edilməklə təmin edilməməlidir. 50.Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar xxxx-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

51. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən xxxx-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 52.Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkum məhkum1 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə, məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1883/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və xxxx-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti, məhkum məhkum1 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1883/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətləri və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar