Məhkəmə qərarları › İş №1(102)-2461/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2461/2025

07.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2461/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Masallı rayonunun Qodman kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli qərarı ilə cəzası endirilərək üzərində qəti olaraq 12 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş və həmin cəzasını çəkməyi 11 saylı cəzaçəkmə müəssisəsində davam etdirmiş, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 1(103)-263/2025 nömrəli 17 mart 2025-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1723/2024 nömrəli 2 oktyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən F.Ə.Qəniyev, hakimlər M.M.Ağalarov və S.İ.Əliyevdən ibarət tərkibdə) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə təyin olunmuş, Bakı şəhəri Qaradağ Rayon M əhkəməsinin 5 noyabr 2020-ci il tarixli qərarı ilə 12 (on iki) il 9 (doqquz) ay müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) günlük hissəsinin hazırki hökmlə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş qəti cəzanın çəkilməsi müddətinin başlanğıcının 15 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən dövlət ittihamçı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər M.C.Qarayeva (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və F.S.Əyyubovdan ibarət məhkəmə tərkibində) 1(103)-263/2025 nömrəli 17 mart 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə təyin olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli qərarı ilə 12 (on iki) il 9 (doqquz) ay müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün hazırki hökmlə təyin edilmiş 15 (on beş) il müddətinə azadlıqdan məh rum etmə cəzası ilə qismən birləşdirilmiş və Məhkum qəti olaraq 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin edilmiş qəti cəzanın çəkilməsi müddətinin başlanğıcının 15 may 2024-cü il tarixdən hesablanması və ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: Apellyasiya məhkəməsinin hökmünə əsasən X4 23 fevral 2023-cü il tarixdə, saat 18:30 radələrində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağında məhkum X3 xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək məqsədilə əvvəlcədən sağ əlinin içərisində gizlətdiyi, şəxsi istifadəsində olan üzqırxanın ülgücü ilə Şəhriyar Baxşəliyevin boyun nahiyəsinə zərbə vurmaqla sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki, Məhkum 23 fevral 2023-cü il tarixdə, saat 18:30 radələrində, xx.xx.2014-cü il tarixdən cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağında məhkum X3 bir müddət əvvəl ona məxsus şəxsi kitabçasına icazəsiz baxmasının səbəbini aydınlaşdırmaq üçün yanına çağırmış, sonuncunun oxuyub-yazmağı bacarmadığını bildirməsinə məhəl qoymayıb, təhqirlə müşahidə olunan mübahisə yaranmasına təşəbbüs göstərərək heç bir əsaslı səbəb olmadan, şəxsi dəftərçəyə baxmanın məhkumlar arasında “pis hərəkət” qəbul olunması kimi cüzi səbəbi bəhanə etməklə, özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, ətrafdakılara etinasızlıq göstərən hərəkətlər edərək xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək məqsədilə əvvəlcədən sağ əlinin içərisində gizlətdiyi, şəxsi istifadəsində olan üzqırxanın ülgücü ilə Şəhriyar Baxşəliyevin boyun nahiyəsinə sağ əli ilə 2 (iki) dəfə zərbə endirərək boyun nahiyəsinin hərəkət məhdudluğu, sifət və boyun nahiyələrində hissiyyatın qismən pozulması ilə müşayiət olunan boyunun yumşaq toxumalarının və fassiyasının 2 (iki) ədəd dərin kəsilmiş yaraları yetirərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin digər məhkum Şahid1 müdaxilə etməsi ilə Baxşəliyev Şəhriyar Əli oğlunun zərbələrdən yayınaraq 12 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarını kömək üçün çağırmaq məqsədi ilə hadisə yerindən uzaqlaşması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməmiş, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2025-ci il nömrəli hökmünün ləğv edilməsi, məhkumun əməlinin CM-in 29,120.2.2-ci maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qismən məhkəmə istintaqı aparılmaqla məhkəmə araşdırılması keçirilsə də, əslində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Məhkum Mirhadi oğlunun qəsdən az ağır xəsarət yetirmək kimi tövsifinin adam öldürməyə cəhd kimi tövsif edilməsinə yönəldiyini təsdiq edən yeni heç bir sübut əldə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu haqda hökmündən göründüyü kimi, hökmün mətnində zərərçəkmiş X2 ibtidai istintaq zamanı, birinci və apellyasiya instansiya məhkəmələrində verdiyi ifadələrinə istinad olunsa da, həmin ifadələrdəki məlumatlar CPMnin 143-145-ci maddələrinə uyğun olaraq təhlil e dilməmiş, ifadələrdəki əhəmiyyətli ziddiyyətlər aradan qaldırılmadan hökmdə tövsiflə bağlı nəticə zərərçəkmiş X2 həmin ifadələri ilə əsaslandırılmışdır. Bundan əlavə A.M.Şalıyevin hərəkətlərinin hüquqi tövsüfü həm də zərərşəkmişə yetirilmiş xəsarətlərin miqdarı ilə də əsaslandırılmışdır. Zərərçəkmiş Ş.Ə.Baxşəliyevin ona yetirilmiş xəsarətin səbəbi ilə bağlı ardıcıl olaraq A.M.Şalıyevin dolabçasında gizlətdiyi dəftərçəyə baxdığına görə A.Şalıyev tərəfindən irad gətirildiyini inkar etməsə də, bununla bağlı mübahisə zamanı A.Şalıyevin onun üzünə ülgüc çəkmək istədiyini, lakin bundan yayınarkən ülgücün onun boğazına dəydiyini göstərmişdir. Eyni zamanda həmçinin göstərmişdir ki, A.M.Şalıyev əslində lezvanı onun sifətinə yox, boynuna atmış, qanı görən zaman yerə yıxıldıqda ikinci xəsarəti yetirm işdir. Bu səbəbdən də Ş.Ə.Baxşəliyev aldığı xəsarətlərlə bağlı A.M.Şalıyevin niyyətinin onu öldürmək olduğunu bildirməsi məzmunda ifadəsinin əsl səbəbi apellyasiya instansiya məhkəməsində qismən məhkəmə istintaqı zamanı Ş.Ə.Baxşəliyevin baş vermiş hadisə ilə bağlı A.M.Şalıyevin ona yalnız xəsarət yetirmək niyyətində olduğu haqda məlumatına sədrlik edən hakim tərəfindən onun ifadəsinin məzmununa etiraz bildirərək ziddiyyətli ifadələrə görə əlavə də cinayət məsuliyyətinə məruz qalacağını eşitdirib hədə-qorxu gəlməklə bu haqda yönəldici suallarının nəticəsi olmuşdur. Apellyasiya instansiya məhkəməsində sədrlik edən hakimin qeyri-müəyyən şəkildə israrla əməlin məhz qəsdən adam öldürməyə tövsif etməklə bağlı mövqeyinin izah edilməsi mümkünsüzdür. Birinci instansiya məhkəməsində hətta ibtidai is tintaq zamanı zərərçəkmiş Ç.Baxşəliyevin verdiyi ifadələrlə bağlı hadisənin baş vermə səbəbi və mexanizminin aydın şəkildə təsvir etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi şəxsi yenidən dindirib israrla zərərçəkmiş Ş.Baxşəliyevin bütün əvvəlki mərhələlərdə verdiyi ifadələri danılmağa yönləndirmiş addımları heç bir məntiqə sığmır və obyektiv araşdırma məfhumları ilə tam əks fəaliyyətdir. Birinci instansiya məhkəməsinin hərtərəfli araşdırması əslində hətta az ağır xəsarət yetirmə əməlinin xuliqanlıq niyyəti ilə törədilmə motivini istisna etsə də, apellyasiya instansiyası məhkəməsi bu uyğunsuzluqları aradan qaldırmalı olduğu halda, absurd nəticəуə gələrək nəinki əməli tövsif etmiş, bütövlükdə cinayət hüquq pozmaları, babelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qə rarlarının ziddinə gedərək tam əsassız nəticəyə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllən in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə qərarında tə svir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişdir. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin CM-in 29,120.2.2-ci maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində “qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində “xuliqanlıq niyyəti ilə adam öldürmə” əməlinə görə mə suliyyət nəzərdə tutulur və bu əməl on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində “zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə məsuliyyət nəzərdə tutulur və bu əməl iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3- cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkr et cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayr amov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Bel çikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qər ar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlar dan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəy ə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Apellyasiya məhkəməsi öz hökmündə müəyyən etmişdir ki, Məhkum 23 fevral 2023cü il tarixdə, saat 18:30 radələrində, xx.xx.2014-cü il tarixdən cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağında məhkum X3 bir müddət ə vvəl ona məxsus şəxsi kitabçasına icazəsiz baxmasının səbəbini aydınlaşdırmaq üçün yanına çağırmış, sonuncunun oxuyub-yazmağı bacarmadığını bildirməsinə məhəl qoymayıb, təhqirlə müşahidə olunan mübahisə yaranmasına təşəbbüs göstərərək heç bir əsaslı səbəb olmadan, şəxsi dəftərçəyə baxmanın məhkumlar arasında “pis hərəkət” qəbul olunması kimi cüzi səbəbi bəhanə etməklə, özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, ətrafdakılara etinasızlıq göstərən hərəkətlər edərək xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək məqsədilə əvvəlcədən sağ əlinin içərisində gizlətdiyi, şəxsi istifadəsində olan üzqırxanın ülgücü ilə Şəhriyar Baxşəliyevin boyun nahiyəsinə sağ əli ilə 2 (iki) dəfə zərbə endirərək boyun nahiyəsinin hərəkət məhdudluğu, sifət və boyun nahiyələrində hissiyyatın qismən pozulması ilə müşayiət olunan boyunun yumşaq toxumalarının və fassiyasının 2 (iki) ədəd dərin kəsilmiş yaraları yetirərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin digər məhkum Şahid1 müdaxilə etməsi ilə X2 zərbələrdən yayınaraq 12 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarını kömək üçün çağırmaq məqsədi ilə hadisə yerindən uzaqlaşması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməmiş, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmişdir. Apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı Məhkum cəzalandırmaq məqsədi ilə Şəhriyar Baxş əliyevin üzündə qalıcı iz buraxmaq üçün ülgüclə kəsik atmaq istədiyini bildirsə də, hansı səbəbdən üzqırxanın ülgücü ilə Şəhriyar Baxşəliyevin məhz boyun nahiyəsinə zərbə endirdiyini, hətta birinci zərbədən sonra bununla kifayətlənməyərək ikinci zərbəni də eyni nahiyyəyə yetirməsinin səbəbini məhkəməyə izah edə bilməmişdir. Məhkum zərərçəkmiş şəxsin hərəkətlərinin təsiri altında dərhal və yaxud qısa müddət sonra hərəkətə keçməmiş, onda öldürmək niyyətinin yarandığı və onun bu niyyətini həyata keçirdiyi məqamlar arasında xeyli müddət keçmiş, bu müddət ərzində məhkum ülgüc əldə etmiş, daha sonra şahid Talehə zərərçəkmişi kaptyorkaya göndərməyi bildirmiş, yəni məhkum əlverişli şəraitin yaranmasını gözləməklə və məhz belə şəraitin yarandığına əmin olduqdan sonra zərərçəkmişi öldürmək qərarına gəlmiş, lakin öldürməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Apellyasiya məhkəməsi hökmündə göstərmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq Şəhriyar Baxşəliyevin məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsini əsas götürməklə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinə qiymət verməmişdir. Məhkəmə hətta onu da araşdırmamışdır ki, Şəhriyar Baxşəliyevin məhkəmədəki ifadəsinə görə “Azər onun arxasına keçib arxadan başını tutaraq sifətinə ülgüc atmaq istəmiş, o anda ülgüc boğazına dəymişdir. Onları “kaptorqa”da işləyən məhkum Taleh ayırmış, sonuncu onu qapıdan itələyərək çıxartmışdır.” X6 ifadəsində Azərin onun arxasına keçib arxadan başını tutaraq sifətinə ülgüc atmaq istədiyini bildirdiyi halda nədənsə məh kəmə əməlin bu mexanizmini təsvir etməkdən yan keçmiş, təqsirləndirilən Məhkum ifadəsinə əsasən qarşıdan sifətə ülgüc atmaq kimi cinayətin mexanizmini belə təsvir etmişdir. Halbuki təqsirləndirilən Məhkum qarşıdan sifətə ülgüc atmaq barədə ziddiyyətli ifadəsi ekspertin apellyasiya baxışı dindirilməsi ilə tam təkzib edilmiş, hadisənin mexanizminin məhz Şəhriyar Baxşəliyevin ifadəsinə uyğun olduğu öz təsdiqini tapmışdır. Ekspert ifadəsində bu mexanizmi dərindən təsvir etməklə Məhkum hərəkətlərinin trayektoriyasına görə məhz məqsədli olaraq hulqumdan başlayaraq qulağın dibinə qədər davam edən məhz boğazın kəsilməsinə yönəlmiş birinci hərəkətini, təkrarən də boğazın kəsilməsinə yönəlmiş ikinci hərəkətini sifətə ülgüc atmaq hərəkəti kimi istisna olunduğunu bildirərək xarakterinə görə adamöldürm əyə yönələn qəsd kimi təsvir etmişdir. Şəhriyar Baxşəliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsi tam və dolğun olmaqla məhz qeyd olunan ekspert rəylərinə və ekspertin izahatına uyğun olmaqla üstün olduğundan əsas götürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 29,120.2.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Belə ki, işin hallarından göründüyü kimi əvvəla Məhkum üzqırxanın ülgücü ilə Şəhriyar Baxşəliyevə yetirdiyi xəsarətlərin xarakteri və lokalizasiyalarına görə - boyun nahiyəsinə sağ əli ilə 2 (iki) dəfə zərbə endirərək boyun nahiyəsinin hərəkət məhdudluğu, sifət və boyun nahiyələrində hissiyyatın qismən pozulması ilə müşayiət olunan boyunun yumşaq toxumalarının və fa ssiyasının 2 (iki) ədəd dərin kəsilmiş yaraları məhkəmə-tibbi ekspertizasının 19 may 2023-cü il tarixli, 253 nömrəli rəyi, təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 420/MEŞ nömrəli rəyi, işdə olan fotoşəkillər, məhkəmə iclasında dindirilmiş ekspertin izahatı nəzərə alınaraq tam əminliklə demək olar ki, “sağ yanağa kəsik atmaq” kimi hərəkətin edilməsini fiziki cəhətdən istisna edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 29,120.2.2-ci maddəsi ilə tövsif edib onu həmin maddə ilə məhkum etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2 004-cü il tarixli qərarında qərarında izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq dan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarın 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayəti ndə irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmə tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmənin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hes ab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, həmin məhkəmə Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə onların hər bir ini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətlən dirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-263/2025 nömrəli 17 mart 2025ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar ir əli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)263/2025 nömrəli 17 mart 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar