Məhkəmə qərarları › İş №1(102)-2464/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2464/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2464/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 1(105)-327/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Quba Rayon Məhkəməsi nin 04 may 2022-ci il tarixli, 1(027)-1/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim R.T.Həsənov) xx.xx.xx ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, iş üzrə mülki iddia qismən təmin edilməklə Məhkum vurduğu ziyanın əvəzi olaraq 58.48 6,74 manat pulun tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən E.M.Əhmədov, hakimlər E.G.Rəhimov və M.Ə.Rzayevdən ibarət tərkibdə) 21 sentyabr 2022-ci il tarixli 1(105)-327/2022 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikası Ver gilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən N.R.Mövsümov, hakimlər Ə.C.Seyidov və T.L.Kazımovdan ibarət tərkibdə) 03 may 2023-cü il tarixli 1(102)-705/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin və kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(105)327/2022 nömrəli qərarından kassasiya şikayəti vermiş, verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(105)-327/2022 nömrəli qərarı ( sədrlik edən E.M.Əhmədov, hakimlər E.G.Rəhimov və M.Ə.Rzayevdən ibarət tərkibdə) ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2023-cü tarixli,1(105)-327/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsassız olaraq onun kassasiya şikayətini baxılmamış saxlamış və nəticədə hüquqlarının pozulmasını bildirərək apellyasiya instansiyası məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini və onun apellyasiya şikayətinə qiymət verilməsi üçün işin yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkild ə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkum kassasiya şikayətinə münasibət bildirərkən, məhkəmə kollegiyası hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2023-cü il tarixli 1(102)-705/2023 nömrəli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 03 may 2023-cü il tarixli 1(102)705/2023 nömrəli qərarı ilə Ali Məhkəmənin Cinayət kollegiyası hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2022 -ci il tarixli 1(105)-327/2022 nömrəli qərarını dövlət ittihamçısının kassasiya protestinə, mülki iddiaçının kassasiya şikayətinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, apellyasiya tərəfindən Məhkum əməllərinə obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı hərtərəfli və obyektiv araşdırılma aparılmamış, o cümlədən məhkəmə Məhkum münasibətdə zəruri olan sübutların tədqiqindən, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırıması (həqiqətin müəyyən edilməsi) üçün keyfiyyətli araşdırmanın aparılmasından imtina etməklə yanaşı, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmiş və adı çəkilən şəxsin barəsində müvafiq nəticəyə gələrkən yolverilməz sübutlara əsaslanmaqla CPM-nin 416.1.1 və 416.1.2 mad dələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Adı çəkilən qərar faktiki olaraq Məhkum əməllərinə düzgün hüquqi qiymətin verilməsi ilə bağlı araşdırmanın natamamlığını ehtiva etməklə bu məsələ üzrə təkrar – CPM-nin tələblərinə müvafiq surətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılmasını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edilməsini nəzərdə tuturdu. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 sentyabr 2022-ci il tarixli, 1(105)-327/2022 nömrəli qərarı Ali Məhkəmənin 03 may 2023-cü il tarixli qərarı (sübutların qiymətləndirilməsi, əməlin hüquqi tövsifi və digər məsələlər ilə bağlı) ləğv olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır ki, bu da artıq mövcud olmayan qərara münasibətdə verilmiş kassasiya şikayətinə kassasiya icraatı qaydasında baxılmasını mümkünsüz edir. Məhz bu səbəbdən, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin 03 may 2023-cü il tarixli 1(102)-705/2023 nömrəli qərarında əks olunmuş mövqeyindən, həmçinin cinayət prosessual qanunvericiliyini tələblərindən çıxış edərək, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin baxılmamış saxlanılması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 408-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. Azərbaycan Respublikası CPM-nin 415.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini baxılmamış saxlamaq hüququna malikdir. Odur ki, kollegiya Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 09 avqust 2023-cü il tarixli, 1(105)-327/2023 nömrəli qərarı dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar