Məhkəmə qərarları › İş №1(102)-2464/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2464/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2464/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri il təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəmənin 6 may 2024-cü il tarixli hökmü ilə (hakimlər Ələkbərli Roman Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə) Məhkum, 11 avqust 1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, heç yerdə işləməmiş, əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 iyul 2011-ci il tarixli hökmü ilə CM-in 178.2.2, 29,178.2.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 fevral 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə F.Əmirov küçəsinin kəsişməsində yerləşən “EMON” otelində yaşamış, CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək cəzas ını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla silah qismində istifadə edilən əşya ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib quldurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 mart 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yaşadıqları ünvan 3 ünvanının yax ınlığına ona məxsus Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək avtomobili təxminən 1-2 kilometr aralıda saxladıqdan sonra piyada hərəkət edərək qeyd edilən ünvana gəldikdən sonra həmin mənzilə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, 5 nömrəli şəhadətnamə əsasında ona məxsus əlində olan 20264104 nömrəli, 12 kalibrli, odlu yivsiz, texniki cəhətdən saz olan “Churchill” modelli tüfəngi nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlıqlarına xəsarət yetirməklə hədələyərək həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tə tbiq etmək hədəsi ilə basqın etmiş, həmin vaxt Təqsirləndirilən şəxs müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs3 boyun nahiyəsindən tutub yıxaraq zor tətbiq etmiş, daha sonra Zərərçəkmiş şəxs3 kömək etmək istəyən Zərərçəkmiş şəxs2 qarşı istintaq zamanı müəyyən edilməmiş əlində olan bıçağı silah qismində tətbiq edərək bıçağın tiyəsi ilə zərbələr vuraraq sonuncuya sağ əlin üst səthinin səthi yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sol qulaq seyvanının, sağ əlin ovuc səthinin yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra həyətdən evin içərisinə daxil olub müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs1 həmin bıçaqla zərbələr vuraraq alt dodağın s əthi yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sağ said nahiyəsinin və sağ əlin üst səthinin yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə quldurluq etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 may 2024-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Məmmədov Vaqif Vidadi oğlu və Məhkum müdafiəçisi Abdullayev Ramiz Hümbət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 6 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi V.V.Məmmədov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə) 30 may 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə adı çəkilən məhkuma aid hissədə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Gənc ə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, ona qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, o cümlədən həm özünün, həm də hazırkı iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslərin ifadələrinə və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayəti ni onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlarla həm onun, həm də Təqsirləndirilən şəxs onlara qarşı CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətmələri təsdiq olunmamış, istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmələri araşdırılmış sübutlara düzgün qiymət verməmiş, qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi isə onların ibtidai araşdırma zamanı fiziki zorakılığa məruz qalaraq verdikləri etirafedici ifadələrin qəbul etmişlər. Halbuki o, heç bir quldurluq cinayəti törətməmiş, ona qarşı irəli sürülmüş ittiham isə yalnız ehtimallara üzərində qurulmuş, bir sıra sübutlar isə ibtidai araşdırma orqanı tərəfindən kobud qanun pozuntularına yol verilməklə əldə edilmişdir. Məhkəmələr isə bütün bunlara q anunda nəzərdə tutulmuş qaydada düzgün qiymət verməmiş, bir sıra zəruri sübutların, əsasən də onun fiziki zorakılığa məruz qalması ilə bağlı sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, nəticədə də onun təqsirliliyi sübuta yetirilmədiyi halda o, törətmədiyi cinayətə görə əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Məhkum qənaətinə görə, bütün qeyd olunanlar onun barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində bəraət hökmünün çıxarılması üçün kifayət qədər əsaslar yaradır. Odur ki, şərh olunan dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlər in məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina olunmuş, toplanmış və araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, o, qabaqcadan əlbir olmuş bir qrup halında quldurluq cinayətini törətməkdə təqsiri sübuta yetirilmədiyi halda əsassız və q anunsuz olaraq bu cinayətə görə CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunması və ona bəraət verilməsi haqqında qərarın qəbul edilməli olması barədə tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 1 43-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun və Təqsirləndirilən şəxs məhkum olunmalarına dair hazırkı cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası tərəfindən çıxarılmış qərarın qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvə lki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya in stansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansi yası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərini n aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmalarının, ittiham və ya məhkum edilmələrinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdl ərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, h ər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakimə sinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmas ını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların təd qiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Kassasiya şikayətində də istinad olunan “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siya si Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliy in bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəx slər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. C inayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessua l qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi v acib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə ic raatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəf indən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin g əldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzə rdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edi lməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-c i maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nə zərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırıl ması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutla rdan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəx sin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və onun CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə qəbul edilmiş 6 avqust 2024-cü il tarixli qərarın ləğv edilərək ona bəraət verilməsi haqqında tə ləbinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İbtidai araşdırma orqanı ilə yanaşı, məhkəmələr tərəfindən də iş üzrə müəyyən edilmiş faktiki hallar isə ondan ibarətdir ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 mart 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yaşadıqları ünvan 3 ünvanının yaxınlığına ona məxsus Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək avtomobili təxminən 1-2 kilometr aralıda saxladıqdan sonra piyada hərəkət edərək qeyd edilən ünvana gəldikdən sonra həmin mənzilə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, 5 nömrəli şəhadətnamə əsasında ona məxsus əlində olan 20264104 nömrəli, 12 kalibrli, odlu yivsiz, texniki cəhətdən saz olan “Churchill” modelli tüfəngi nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlıqlarına xəsarət yetirməklə hədələyərək həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə basqın etmiş, həmin vaxt Təqsirləndirilən şəxs müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs3 boyun nahiyəsindən tutub yıxaraq zor tətbiq etmiş, da ha sonra Zərərçəkmiş şəxs3 kömək etmək istəyən Zərərçəkmiş şəxs2 qarşı istintaq zamanı müəyyən edilməmiş əlində olan bıçağı silah qismində tətbiq edərək bıçağın tiyəsi ilə zərbələr vuraraq sonuncuya sağ əlin üst səthinin səthi yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sol qulaq seyvanının, sağ əlin ovuc səthinin yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra həyətdən evin içərisinə daxil olub müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs1 həmin bıçaqla zərbələr vuraraq alt dodağın səthi yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sağ said nahiyəsinin və sağ əlin üst səthinin yaraları ilə müşayiət olunan sağl amlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə quldurluq etmişdir. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, məhkəmələr qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutlar həm birinci instansiya məhkəməsinin 6 may 2024-cü il tarixli hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin 6 avqust 2024-cü il tarixli yekun qərarında ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olar aq əvvəla Gəncə Ağır Cinayətlər Məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etməmiş, istər həmin məhkəmə, istərsə də birinci instansiya məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olunmuş şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yalnız CPM-in 125.2.1-125.2.10-cu maddələrində göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındı qda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq artıq birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə zərurət görməyərək bu sübutlar onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda istinad olunan cinayət əməllərini törətməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət e tməsi haqqında düzgün nəticəyə gəlmişdir. Araşdırılmış sübutların hamısının birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında şərh edilməsini nəzərə alaraq məhkəmə kollegiyası həmin sübutların hazırkı qərarda təkrarən təsvirinə ehtiyac görmür və ibtidai araşdırma zamanı qanun pozuntusuna yol verilmədən toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış bütün sübutların fövqündə qeyd edir ki, Məhkum Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək quldurluq əməlini törətməsi həmin sübutlarla təsdiq edilir, bu isə Məhkum məhz CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edir. Qeyd olunmalıdır ki, Məhkum məhkəmə iclaslarında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı ona qarşı heç bir təsir və təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində ona istinad olunan cinayəti törətməsini tam etiraf etmiş və onun bu ifadələri nəinki ibtidai araşdırma zamanı toplanmış, həm də məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla – digər məhkum olunmuş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri, zərər çəkmiş şəxslərin ifadələri, ən əsası isə şahidlər Şahid1 və Şahid2 ifadələri ilə (sonuncu öz ifadələrində Məhkum “Emon” otelindən qaldığı müddətdə tez-tez Təqsirləndirilən şəxsla görüşməsini, həmin ərəfədə ona saxlamaqdan ötrü iki ədəd ov tüfənglərini verməsini, hadisə baş vermiş tarixdə isə həmin tüfəngləri ondan götürərək Təqsirləndirilən şəxsla birlikdə naməlum istiqamətdə getməsini həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında bildirmişdir), habelə iş üzrə keçirilmiş bir sıra ekspertizaların rəyləri ilə və müxtəlif istintaq hərəkətlərinin aparılmasına dair nəticələrlə üst-üstə düşmüşdür. Məhkəmə kollegiyası ona da diqqət yetirməyi lazım bilir ki, Şahid1 da ardıcıl olaraq həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında göstərmişdir ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs ona məxsus, sonradan isə hadisə yerində aşkar edilərək götürülmüş papağı sonuncunun xahişi ilə ona vermiş və digər hallarla birlikdə bu halla da bir daha təsdiq edilir ki, Məhkum və Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə quldurluq cinayətini törətmiş, həmin cinayətin törədilməsi zamanı isə onlara qarşı irəli sür ülmüş ittihamda göstərilən ov tüfəngindən, Şahid1 məxsus papaqdan və digər əşyalardan istifadə etmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin 6 avqust 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi V.V.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətində də Təqsirləndirilən şəxs Məhkumla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə quldurluq cinayətini törətməməsinə dair dəlillər irəli sürülmüş, lakin həmin şikayətə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi 30 may 2025-ci il tarixli qərarla bu dəlilləri qəbul edilməz saymış və Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Məhkumla qabaqcadan əlbir olaraq quldurluq cinayətini törətməsi haqda nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edilən qərarı Məhkum münasibətdə preyudisial əhəmiyyətə malik olan qərar kimi qiymətləndirməsə də, hesab edir ki, kassasiya instansiyası məhkəməsinin bundan əvvəl sərgilədiyi mövqeyi, yəni iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşması Məhkum da ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməsini bir daha təsdiq edir. Bundan başqa iş materialları birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üçün əhəmiyyətli olan hər hansı sübutun tədqiqindən imtina olunması, yəni CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi də müəyyən edilmir və bununla bağlı da kassasiya şikayətinin dəlilləri, digər dəlillər kimi tam əsassızdır. İş üzrə to planmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi haqda apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət və həmin məhkəmənin çıxardığı 6 avqust 2024-cü il tarixli qərarında verilmiş qiymətləndirmə cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də uyğundur. O, ki qaldı həm birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə - iş üzrə yekun qərar qəbul edilərkən həm də ibtidai araşdırma zamanı toplanmış sübutlara istinad etmələrinə, məhkəmə kollegiyası yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin tələblərindən çıxış edərək vurğulamağı lazım bilir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin, yaxud da şahidlərin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. İş materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr, CM-in 126.6-cı maddəsi tələb etdiyi kimi digər sübutlarla tam təsdiq edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə, kassasiya şikayətində irəli sürülmüş tələbin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini tələb edən CPM-in 416.1-ci maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir və buna görə kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılaraq həmin dəlillər və onların üzərində qurulmuş kassasiya tələbi Məhkum cin ayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi dəyərləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhku m barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eyni zamanda onun cinayətin törədilməsində iştirakçılıq dərəcəsi və zərər çəkmiş şəxslərlə barışıq əldə etməsinin (CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal) və CM-in 61.1-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini ona münasibətdə CM-in 60.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünü kifayət qədər nəzərə alınmış, bu hallara əsasən də ona təqsirli bilindiyi CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın, həmçinin həmin cəzanın yuxarı həddinin dörddə ü ç hissəsindən artıq olmayan həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarı isə Məhkum aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tuta raq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarı ona aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar