Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2465/2025 24.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, Otaq Eşiyi küçəsi ev 34A-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Əcəmi küçəsi ev 35-də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-37/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 1(125)-14/2023 nömrəli 25 iyul 2023-cü il tarixli (sədrlik edən Mustafa Mustafayev) hökmü ilə Məhkum onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs9 tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-37/2024 nömrəli 14 avqust 2024-cü il tarixli hökmü ilə (hakimlər S.B.Hüseynov (sədrlik edən), R.M.Cəfərov və Ə.G.Abdullayev) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs9 tərəfindən apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 1(125)- 14/2023 nömrəli bəraət hökmü ləğv edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-c ü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun istintaq müddətində və birinci instansiya məhkəməsində məhkəmə baxışında həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 8 (səkkiz) ay 13 (on üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəza müddətinə hesablanması və hesablanmış həmin müddətin 3 (üç) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması nəzərə alınaraq cəzasını çəkib qurtarmış hesab edilməsi qərara alınmışdır. İşin halları: İttihama görə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etib ardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qulluq mövqeyindən istifadə etməklə ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs6 “İnstagram” sosial şəbəkəsində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verərək xx.xx.2020-ci il tarixdə əvvəlcə Abşeron rayonu, Xırdalan şəhərində H.Əliyev prospektində yerləşən «Gözəl evim» mebel mağazasında 200 manat pulunu beh adı ilə almış, daha sonra isə həmin şəxsdən qeyd olunan tarixdə ünvan 2 ünvanda yerləşən «Bazarstore» mağazasında quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə 800 manat pulunu öz adına olan «Bank of Baku»dan alınmış kart hesabına göndərtdirməklə zərər çəkmiş şəxsə ümumilikdə 1000 (bir min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 185-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, M.Davud 11 Qdə yaşayan Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Gözəl evim» mebel mağazasında bəyəndiyi mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda 2020-ci ilin noyabr ayından 1 fevral 2021-ci il tarixədək olan müddət ərzində öz adına olan «Bank of Baku»-dan alınmış kart hesabına hissə-hissə olmaqla ümumilikdə 2300 (iki min üç yüz) manat pulu Bakı şəhəri Xırdalan rayonu ərazisində yerləşən «milli ön» ödəmə terminalları vasitəsi ilə göndərtdirməklə zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən istintaqa adları tam dəqiq məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanda yerləşən «Hünkar» mebel mağazasında bəyəndiyi mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda xx.xx.2021-ci il tarixdə əvvəlcə həmin ünvanda yerləşən mebel mağazasında 150 manat pulunu beh adı ilə almış, daha sonra isə xx.xx.2021-ci il tarixdə yeni məqsədlə anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına 1000 manat pulu Siyəzən rayonu ərazi sində yerləşən «milli ön» ödəmə terminalı vasitəsi ilə göndərtdirmiş, bəyəndiyi mebelin pulunu isə hissə-hissə kredit yolu ilə ödəməyi öz aralarında razılaşdığı üçün xx.xx.2021-ci il tarixdə 97 manat pulu nəğd şəkildə almaqla ümumilikdə 1247 (bir min iki yüz qırx yeddi) manat pulu ələ keçirdib zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 21B-də yaşayan Zərərçəkmiş şəxs9 övladı X2 qonaq və yataq otağı üçün mebel dəstlərini satacağını yalandan vəd edib Zərərçəkmiş şəxs9 aldadaraq sonuncunun onun anası Şahid7 adına olan “BolkartAilkart” hesabına xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda yerl əşən “Qədiroğlu-Uğur” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1150 (bir min yüz əlli) manat, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospketində yerləşən “Araz” supermarketdə quraşdırılmış “milli ön” elektron ödəmə sistemi vasitəsi ilə göndərdiyi 115 (bir yüz on beş) manat, ümumilikdə 1265 (bir min iki yüz altmış beş) manat məbləğdə pulu ələ keçirdib zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində “instagram” sosial şəbəkəsində “prenses_mebel_salon” adlı profildə şəklini yerləşdirdiyi mebeli satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına hissə-hissə olmaqla ümumilikdə 1200 manat pulu Gəncə şəhəri, Cavadxan və S.Rəhimov küçələrində quraşdırılmış «milli ön» ödəmə terminalları vasitəsi ilə göndərtdirməklə zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Samux rayonu, Əhmədbəyli kənd sakini Zərərçəkmiş şəxs7 xx.xx.2021-ci il tarixdə “instagram” sosial şəbəkəsində “estella_mebel_salonu” adlı profildə şəklini yerləşdirdiyi yataq-qonaq mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına 850 manat pulu Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Sultan” marketdə quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə göndərtdirməklə zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə “instagram” sosial şəbəkəsində “prenses_mebel_salon” adlı profildə şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına 700 manat pulu Gəncə şəhəri, Üzey ir Hacıbəyov küçəsində yerləşən “Bolmart” marketdə quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə göndərtdirməklə zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 “instagram” sosial şəbkəsində “stil_mebel_baku” profilində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verərək xx.xx.2021-ci il tarixdə özünü Orxan adlı şəxs kimi təqdim edərək əvvəlcə Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən adsız mebel mağazasında 1000 manat pulunu beh adı ilə almış, daha sonra isə həmin şəxsdən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ünvan 8 ünvanında quraşdırılmış « milli ön» ödəmə terminalı vasitəsi ilə 2000 manat pulunu anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına göndərtdirməklə zərər çəkmiş şəxsə ümumilikdə 3000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Göygöl rayonu, Firusabad qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri, H.Əliyev prospekti, ev 149, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs4 “instagram” sosial şəbkəsində “stil_mebel_baku” profilində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verərək xx.xx.2021-ci il tarixdə özünü Orxan adlı şəxs kimi təqdim edərək əvvəlcə Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən adsız mebel mağazasın da 800 (səkkiz yüz) manat pulunu beh adı ilə alıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkuma bəraət hökmü çıxarılmış, apellyasiya məhkəməsi isə iş üzrə bəraət hökmünü ləğv edib ittiham hökmü çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, onunla uzun müddət ticari əlaqədə olan, biznesinin bütün maliyyə və istehsalat proseslərindən xəbərdar olan bir kommersiya təşkilatı, yaranmış problemi cinayət (dələduzluq) kimi deyil, borc öhdəliyi, yəni sırf mülki mübahisə kimi gör müşdür. Bu fakt apellyasiya məhkəməsinin "qabaqcadan düşünülmüş talama niyyəti” barədə gəldiyi nəticəni tamamilə alt-üst edir. Məntiqi zəncir çox aydındır: onun həbsi biznes fəaliyyətinin dayanmasına, bu isə öz növbəsinde təchizatçıya olan öhdəliklərinin pozulmasına səbəb olmuşdur. Nəticədə, təchizatçı öz hüquqlarını qorumaq üçün qanunvericiliyin nəzərdə tutduğu düzgün yola - mülki məhkəməyə müraciət etmişdir. Bundan başqa müqavilələrin mülki xarakterli olmasına diqqət yetirilməmişdir. Bütün müştərilərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrdə öhdəliyin vaxtında icra edilməməsi halı üçün cərimə (dəbbə pulu) kimi mülki-hüquqi məsuliyyət tədbirləri və mübahisələrin məhkəmə qaydasında həlli nəzərdə tutulmuşdu. Tərəflər əvvəl cədən bu şərtlərlə razılaşaraq, münasibətlərinin mülki hüquq çərçivəsində tənzimlənəcəyini qəbul etmişlər. Dələduzluq cinayətinin mövcudluğu üçün əsas şərt, şəxsin əvvəlcədən əmlakı ələ keçirmək və öhdəliyi yerinə yetirməmək barədə birbaşa qəsdinin olmasıdır. Lakin işdəki sübutlar onun niyyətinin tamamilə fərqli olduğunu göstərir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu il ə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” görə əməl məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsində “bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən” törədildikdə; Azərbaycan Respublikası 178.2.2-ci maddəsində “bu əməl təkrar törədildikdə”; Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsində “bu əməl şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə” törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilm əsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətl əri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikay ətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 20 09-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onl arın arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan mə hkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlə r. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.3-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi öz hökmünü belə əsaslandırmış ki, Məhkum zərər çəkmiş şəxslərin beh adı ilə müxtəlif məbləğlərdə pullarını kommersiya fəaliyyəti ilə əlaqədar olaraq əldə etməsi və sonradan uğursuz kommersiya fəaliyyəti nəticəsində, əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar pullarını qaytara bilməməsi müəyyən edilməmişdir. Tədqiq edilmiş sübutlarla Məhkum hər hansı mebel sexinə zərər çəkmiş şəxslərin sifariş etdiyi mebel dəstlərini hazırlamasına dair sifariş etməsi müəyyən edilməmişdir. Qeyd edilən hallar təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərə əvvəlcədən yalandan onlara dəyərindən ucuz qiymətə mebel dəstləri sata cağı görüntüsünü yaratmaqla pullarını dələduzluq yolu ilə ələ keçirməsini özündə əks etdirir. Belə ki, birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, “Ada” mobilya fabrikinin sahibidir. Məhkum 2018-ci ildən tanımışdır. Səbuhini mebel satışı ilə məşğul olan sahibkar kimi tanımışdır. Səbuhi mütəmadi olaraq ondan mebellərin detallarını sifariş vermiş və pulunu ödəmişdir. Səbuhi ilə münasibətləri 2021-ci ilin sentyabr ayınadək davam etmişdir. Apellyasiya məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, şahid A.Hüseynov ifadəsində Məhkum ilə münasibətlərinin 2021-ci ilin sentyabr ayınadək davam etdiyini bildirmiş, yəni S.Əsmənzadə 2021-ci ilin sentyabr ayınadək ona mebel sifariş vermişdir. Deməli S.Əsmənzadə hazırki iş üzrə zə rər çəkmiş şəxs qismində tanınmış şəxslərdən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifariş qəbul etmiş, lakin həmin sifarişləri A.Hüseynova təqdim etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi hökmdə S.Əsmənzadə ilə zərər çəkmiş şəxslər arasında mebel alqı-satqısı faktının olduğunu qeyd etsə də, həmin şəxslər arasında alqısatqımüqaviləsi bağlanması ilə bağlı iş materiallarında hər-hansı sübut yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxslərin inam və etibarını qazanmaq üçün sadəcə olaraq S.Əsmənzadənin əl yazma ilə yazdığı və üzərinə dairəvi formada hazırlatdırdığı öz ad, familiyası, “Gözəl Evim” sözləri və ********** VÖEN hesab nömrəsi yazılmış möhür olan qaimə faktura ciddi maliyyə sənədi hesab edilmir. Belə ki, zərər çəkmiş şəxslərin istintaqa təqdim etdiyi və iş materiallarında olan “qaimə fakturalar” üzərindəki möhürdə qeyd edilən ********** VÖEN nömrəsindən görünür ki, həmin hesab nömrəsi X3 deyil, X4 adlı şəxsə məxsusdur. Eyni zamanda apellyasiya kollegiyası qərarında qeyd etmişdir ki, Məhkum nə üçün özünü zərər çəkmiş şəxslərə müxtəlif adlarla o, cümlədən Azər Vəliyev, Nicat, Orxan, Toğrul, Səma və s. kişi yaxud qadın adları altında təqdim etməsi ilə bağlı açıqlama verə bilməməsi S.Əsmənzadənin zərər çəkmiş şəxslərin etibarından sui-istifadə etməsi və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə maddi ziyan vurmasına dəlalət edir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azə rbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 6-cı bəndinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblə rinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərər çəkmiş şəx sin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi il ə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, izahatlar, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə b axışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməllərində CM-in 178.2.1, 178.2.2 və 178.2.3-ci maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməllərini CM-in 178.2.1, 178.2.2 və 178.2.3-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə tə qsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin ed ilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin fakti ki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şika yətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)37/2024 nömrəli 14 avqust 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2465/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2465/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver