Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2466/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs11, Məhkum – Məhkum iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirl i bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli 1(021)-155/2024 nömrəli (hakim: Abdullayev Ziya Yaşar oğlunun sədrliyi) hökmü ilə 12 may 1985-ci il tarixdə xxx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, xxxkəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 13 mart 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, mülki iddianın təmin edilərək Məhkum 15000 (on beş) min manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs11 ödənilməsi, digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının izah edilməsi müəyyən edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs11 nümayəndəsi Müdafiəçi2 və məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2025-ci il tarixli 1(104)-172/2025 nömrəli (hakimlər: Cəfəro v Rafiq Musa oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2025-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə X rayonu, X kəndində yaşayan Zərərçəkm iş şəxs2 ilə 2022-ci ilin iyun ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, guya hüquqlarını mülki işlə bağlı Bərdə rayon məhkəməsində müdafiə etmək adı ilə 2022-ci ilin iyun ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» v ə «Hüquqi yardım xidmətləri» yazılan iş otağında Zərərçəkmiş şəxs2 4700 ABŞ dolları olmaqla 7990 manat pulunu, Zərərçəkmiş şəxs2 qeyri-rəsmi nikah münasibətlərində olduğu mərhum əri X11 barədə məlumatların televiziya verilişlərinə çıxaracağını yalandan vəd verib inandırmaqla 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri, Koroğlu küçəsində “Əlişin dairəsi” adlanan yerdə 1000 manat pulunu, Zərərçəkmiş şəxs2 döyülməsi barədə X RPŞdə aparılan araşdırma materialı üzrə hüquqlarını müdafiə etmək adı ilə 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 500 manat pulunu, həmin iş üzrə ekspertiza xərclərini qarşılamaq adı ilə 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 300 ABŞ dolları olmaqla 510 manat pulunu, Zərərçəkmiş şəxs2 qeyri-rəsmi nigah münasibətlərində olduğu mərhum əri X4 istifadəsində olan “Kamaz” markalı yük avtomobilinin onlara qaytarılmasında kömək edəcəyini yalandan vəd verib inandırmaqla 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 500 manat pulunu, daha sonra Zərərçəkmiş şəxs2 hüquqlarını Bərdə rayon Məhkəməsində icraatda olan mülki iş üzrə müdafiə edəcəyini vəd verib inandırmaqla 2023-cü ilin əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs2 X rayonu, X kəndində yerləşən evində 500 manat dəyərində olan bir baş danasını vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 11000 (on bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə x rayonu, x kənd saki ni Zərərçəkmiş şəxs12 ilə 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs12 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs12 həyat yoldaşı X-in döyülməsi faktı ilə bağlı Bərdə RPŞ-də olan iş üzrə icraatda onun hüquqlarını müdafiə edəcəyini yalandan vəd verib inandırmaqla 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 400 manat pulunu, daha sonra isə Ağdam rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Zərərçəkmiş şəxs12 arvadı X-ə təzminat aldıracağını yalandan vəd verib inandırmaqla 2023-cü ilin yanvar ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 700 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə x rayonu, x kənd sakini Zərərçəkmiş şəxs6 ilə 2023-cü ilin aprel ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra hə min etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs6 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncunun əlilliyə görə kəsilmiş görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd verib inandırmaqla 2023-cü ilin aprel ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 2000 manat pulunu, daha sonra isə həmin təqaüd üçün plastik kart hazırladacağını yalandan vəd verib inandırmaqla 2023-cü ilin aprel ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati bin ası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 28 manat pulunu aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 2028 (iki min iyirmi səkkiz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Bərdə rayon Şatırlı kənd sakini Şahid2 vasitəsilə tanıdığı X rayonu, Xoruzlu kənd sakini Zərərçəkmiş şəxs11 ilə 2023-cü ilin may ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs11 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs11 oğlu X8 Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətini azaldacağını yalan vəd verib inandırmaqla onun bu cinayətkar niyyətindən xəbəri olmayan Şahid2 vasitəsilə 2023-cü ilin may ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərd ə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 3000 manat pulunu, daha sonra isə 2023-cü ilin may ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 12000 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 xeyli miqdar hesab edilən 15000 (on beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Bərdə rayonu, x kənd sakini Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin avqust ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs1 oğlu X2 X14 Şöbəsində mühafizəçi kimi işə düzəldəcəyini vəd verib inandırmaqla 2023-cü ilin avqust ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Prins” adlı restoranda 2000 manat pulunu, daha sonra isə X2 tibbi-həkim komissiyasından keçirəcəyini yalandan vəd verib inandırmaqla 2023-cü ilin avqust ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında Zərərçəkmiş şəxs1 60 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2060 (iki min altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə x rayonu, x kənd sakini Zərərçəkmiş şəxs3 ilə 2023-cü ilin avqust ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs3 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid n iyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 Bərdə rayon Məhkəməsində torpaq iddiası ilə bağlı icraatda olan mülki iş üzrə hüquqlarını müdafiə etmək adı ilə 2023-cü ilin avqust ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 1000 manat pulunu, bir neçə gün sonra isə, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, özünün həmin iş otağında Zərərçəkmiş şəxs3 qeyd edilən mülki iş üzrə ekspertiza xərclərini qarşılamaq adı ilə 2023-cü ilin avqust ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x kü çəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 500 manat pulunu, daha sonra isə həmin mülki iş üzrə hüquqlarını məhkəmədə müdafiə edəcəyini yalandan vəd verib inandırmaqla 2023-cü ilin sentyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda özünün Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 208 manat pulunu Zərərçəkmiş şəxs1 aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1708 (min yeddi yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiist ifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə x rayonu, x kənd sakini Zərərçəkmiş şəxs9 ilə 2023-cü ilin oktyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs9 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 Gəncə İ nzibati Məhkəməsində olan mülki iş üzrə icraatda hüquqlarını müdafiə edəcəyinə yalan vəd verib inandırmaqla 2023-cü ilin oktyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında əvvəl 100 manat pulunu, bir neçə gün sonra isə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, x küçəsində yerləşən “Köhnə Bazar” adlanan yerdə isə 600 manat pulunu aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əml akını etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə X rayonu, x kənd sakini Zərərçəkmiş şəxs4 ilə 2023-cü ilin noyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs4 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərə rçəkmiş şəxs4 gələcəkdə ilkin təqaüd alması üçün tibbi komissiyadan keçməsinə kömək edəcəyinə yalan vəd verib, inandırmaqla 16 noyabr 2023-cü il tarixində “card to card” vasitəsilə özünə məxsus olan istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına 800 manat köçürməklə, bir gün sonra isə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, x küçəsində yerləşən “Köhnə Bazar” adlana yerdə 54 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 854 (səkkiz yüz əlli dörd) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə X rayonu, x kənd sa kini XXX Zərərçəkmiş şəxs8 ilə 2023-cü ilin sentyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində XXX Zərərçəkmiş şəxs8 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun Zərərçəkmiş şəxs8 azyaşlı övladını məhkəmə yolu ilə atasından geri alacağını yalan vəd verib ina ndırmaqla 24 noyabr 2023-cü il tarixində “card to card” vasitəsilə özünə məxsus olan istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına 600 manat köçürməklə, iki gün sonra isə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, “card to card” özünə məxsus olan istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına 200 manat köçürməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs XXX Zərərçəkmiş şəxs8 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Goranboy rayonu, x kənd sakini X19 ilə 2021-ci ilin sonlarında dəqiq tarixi və vaxtı istintaqa məlum olma yan tarixdə və vaxtda, zərərçəkmiş şəxs X-ə məxsus Goranboy rayonu, x kəndində yerləşən fərdi yaşayış evində danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində X-ə məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq onun qardaşı X1 arvadı X5 İİ qrup əlliliyə görə kəsilmiş olan təqaüdünü bərpa etdirəcəyini yalan vəd verib inandırmaqla 2023-cü ilin noyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yar dım xidmətləri» yazılan iş otağında 1500 (min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə x şəhəri, x küçəsində yaşaayan Zərərçəkmiş şəxs7 ilə 2023-cü ilin dekabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Zərərçəkmiş şəxs7 məxsus x şəhəri, x küçəsində yerləşən fərdi yaşayış evində özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslind ə Zərərçəkmiş şəxs7 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya məxsus x şəhəri, x küçəsində yerləşən fərdi yaşayış evinin kommunal və digər sənədləşdirməsini həyata keçiricəyini yalan vəd verib inandırmaqla 2023-cü ilin dekabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Zərərçəkmiş şəxs7 məxsus x şəhəri, x küçəsində yerləşən fərdi yaşayış evində 200 manat pulunu, bir neçə gün sonra isə, 2023cü ilin dekabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, sonuncunun oğluna məxsus fərdi yaşayış evinin təbii qaz sayğacını sənədləşdirəcəyi adı ilə 200 manat pulunu, daha sonra isə Zərərçəkmiş şəxs7 məxsus x şəhəri, x küçəsində yerləşən fərdi yaşayış evini sənədləşdirəcəyini yalandan v əd verib inandırmaqla 2023-cü ilin dekabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs7 məxsus x şəhəri, x küçəsində yerləşən fərdi yaşayış evində 320 manat pulunu, daha sonra isə Zərərçəkmiş şəxs7 məxsus x şəhəri, x küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini sənədləşdirəcəyini yalan vəd verib inandırmaqla 400 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 1120 (min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bərdə rayonu, x kənd sakini Zərərçəkmiş şəxs10 ilə 2023-cü ilin avqust ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs10 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq Zərərçəkmiş şəxs10 ödənməli olan aliment borcunu məhkəmə yolu ilə qaytaracağını yalan vəd verib inandırmaqla 2024-cü ilin yanvar ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vax tda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən x şəhəri, x küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 1500 (min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının cinayət işi üzrə heç bir araşdırma aparmadan, iki azyaşlı övladının olmasını, ailədə yeganə işləyən şəxs olmasını nəzərə almadan Bərdə Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli hökmünü dəyişdirmədən qüvvədə saxlamışdır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2025-ci il tarixli qərarın ın ləğv edilərək, barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, ona verilən cəzanın ağır olduğunu bildirib, cəzasının azaldılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs11 çıxış edərək, ona 15000 manat zərər dəydiyini, həmin zərərlə bağlı ona heç bir ödənişin olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 2 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə q ərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya y üngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblə ri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edi lərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törəd ilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2025-ci il tari xli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş təkrarən və xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Verilmiş kassasiya şikayətində Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri üzrə əməllərində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhk əməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün izahat və ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X12, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11, şahid qismində dindirilmiş Şahid5, Şahid3, Şahid7, Şahid2, Şahid6 və Şahid1 ifadələri, iş üzrə zərərçəkmiş şəxslər ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşdirmə protokolları, Zərərçəkmiş şəxs11 təqdim etdiyi səsyazılarını əks etdirən “DVD” disk, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə və bu barədə kassasiya şikayətinin dəlillərinə də münasibət bildirərək qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə ya lnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahə sində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəli liyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, t əqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İ ş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (əməlini qismən etiraf etməsi və Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zaman ı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kolleg iyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2466/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2466/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver