Məhkəmə qərarları › İş №1(102)-2467/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2467/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2467/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 2023-cü il 18 sentyabr tarixli, 1(104)-358/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin (X3) 2023-cü il 12 aprel tarixli, 1(125)- 117/2023 nömrəli hökmü ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi təyinatlı bölüyünün polis nəfəri vəzifəsində işləmiş, hal-hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini tör ətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, iş üzrə mülki iddianın təmin edilərək Məhkum maddi zərərə görə 24950 (iyirmi dörd min doqquz yüz əlli) manat, təyyarə biletinə sərf edilmiş pulun qarşılığı olaraq 3350 (üç min üç yüz əlli) mənəvi ziyan olaraq 500 (beş yüz) manat, dövlət rüsumu qismində şdənilmiş 170 (yüz yetmiş) manat-cəmi 28970 (iyirmi səkkiz min doqquz yüz yetmiş) manat pulun alınıb Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs və məhkum tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Əlizamin Abdullayev (s ədrlik edən və məruzəçi), Salman Hüseynov və Nural Əliyevdən ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilmiş və apellyasiya şikayətinə baxılmasına zərərçəkmiş şəxsin apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar xitam verilmiş, Məhkum CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(125)-117/2023 nömrəli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi təyinatlı bölüyünün polis nəfəri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyinə görə ona olan inam və etibardan istifad ə etməklə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Baş Polis İdarəsində işləməsinə görə ona olan etibardan sui-istifadə edərək Baş Polis İdarəsinin vəzifəli şəxslərinin adına Azərbaycan Respublikasının Mərkəzi Bankında depozitə pul qoymaqla faiz şəklində gəlir qazandıracağını yalandan vəd verərək, aldatma yolu ilə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gəncə şəhəri, Dədə Qorqud prospekti, 34 A ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzildə 5000 (beş min) manat, daha sonra xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Ş.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında 8500 (səkkiz min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Dədə Qorqud prospektində Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında 15000 (on beş min) manat pul vəsaitini, cəmi 28500 (iyirmi səkkiz min beş yüz) manat əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, 21 il 6 ay DİO-da qüsursuz xitmət keçmişdir. O, keçmiş polis işçisidir, himayəsində 2 azyaşlı övladı var, dövlətə və dövlətçiliyə bağlı bir insandır. O, bildirmişdir ki, törətdiyi əmələ görə çox peşmandır, onun niyyətində dələduzluq əməli olmayıb, aldığı pul vəsaitinin 3200 manatını zərərçəkənə qaytarmış, lakin evində maddi imkanı olmadığı üçün digər məbləği geri qaytara bilməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 18 sentyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarını n tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan b aşqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində cəzasının ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qər arının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, ey ni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətindən görünür ki, məhkum şikayətdə əməlinin tövsifini mübahisələndirməmiş, yalnız təyin edilmiş cəzanın ağırlığını mübahisələndirmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə bağlı məsələni də araşdıraraq qeyd edir ki, məhkumun təqsiri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmiş və onun cinayət əməli CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddinə yaxın ədalətli cəza təyin edilmişdir. Məhkuma ha nsı cəzanın və hansı həddə təyin edilməsi məsələsi müzakirə edilərkən yuxarıda qeyd edilən hallarla yanaşı zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsi və zərərçəkmiş şəxsin məhkumdan hazırda da şikayətçi olması halları da nəzərə alınmışdır. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tut ub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2023-cü il 12 aprel tarixli, 1(125)- 117/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 18 sentyabr tarixli, 1(104)-358/2023 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar