Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2467/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkum və onun müdafiəçisi Qarayev Ramil Ramiz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1895/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərar ından Məhkum və müdafiəçisi Qarayev Ramil Ramiz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 25 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 32.3,120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 yanvar 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum dayısı Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yerləşən “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi - Elmi işlər üzrə prorektor vəzifəsində çalışan 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun haqqında rektor kimi fəaliyyəti dövründə qanun pozuntularına yol verməsi barədə məlumatlar yaymaqla nüfuzdan salmasına və təsisçilərin yığıncağında onun yerinə rektor seçilməyə nail olmağa çalışması səbəbindən sonuncunu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına maneə kimi qəbul edib qisas motivi ilə Zərərçəkmiş şəxs öldürülməsini s ifariş vermək qərarına gəlmiş, bu məqsədlə 2011-ci ilin avqust ayı ərzində bir neçə dəfə məlum olmayan tarixlərdə özünün iş yeri olan “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetində və yaşadığı ünvan 4 ünvanında, sonuncu dəfə isə 15 sentyabr 2011-ci il tarixdə? saat 22 radələrində sonuncu ünvanda Məhkum ilə görüşlərində Zərərçəkmiş şəxs onun rektor vəzifəsində qalmasına təhlükə olmasından gileylənmiş, habelə Məhkum “Təfəkkür” Universitetini müvəfəqiyyətlə bitirməsinə, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat - Axtarış Tədbirləri Baş idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək etməsinə dəstək verməsi, mütəmadi olaraq ehtiyacı olduğu müxtəlif məbləğlərdə pul vəsaitlərini əvəzsiz olaraq Məhkum verdiyini nəzərə alıb sonuncunun onun sözündən çıxmayacağına arxayın olaraq, həmçinin gələcəkdə də özü tərəfindən maddi və mənəvi dəstəyin həmişə davam edəcəyini vəd verərək Məhkum Zərərçəkmiş şəxs avtomobillə vurmaq və ya başından küt əşya ilə vuraraq, yaxud hər hansı digər üsulla öldürməsini təkidlə təklif etmişdir. Məhkum dayısı Təqsirləndirilən şəxs1 özünün “böyüyü” və “ağsaqqalı” kimi qəbul etdiyindən, habelə ona həmişə qarşılıqsız həm maddi, həm də mənəvi dəstək verdiyini və gələcəkdə də bu dəstəyin (maddi təminatın) davam edəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs öldürmək barədə sifarişini qəbul edib cinayəti bilavasitə icra etməyi öz öhdəsinə götürmüşdür. Növbəti günlərdə Məhkum Zərərçəkmiş şəxsla aralarında şəxsi tanışlıq münasibətlərinin olduğuna görə cinayəti bilavasitə icra edəcəyi halda sonuncunun onu tanıdığını və bununla da Zərərçəkmiş şəxs öldürməklə bağlı planının pozulacağından ehtiyat etdiyinə görə dayısı Təqsirləndirilən şəxs1lə aralarında razılaşdırılmış plandan kənara çıxmaqla (yəni qəsdi bilavasitə özünün icra edəcəyini öhdəsinə götürdüyü halda, onun icrasının digər şəxsə həvalə edilməsi) sonuncunun iradəsindən kənar və xəbərsiz 2011-ci ilin sentyabr ayının ilk günlərində istintaqa məlum olmayan tarixdə yaxın müasibətdə olduğu tanışı və həmyerlisi Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında görüşüb, sonuncuya Zərərçəkmiş şəxs öldürməyi təklif etmiş və bunun qarşılığında Təqsirləndirilən şəxs2 həmin dövrün rəsmi məzənnəsi ilə 31.468 AZN təşkil edən 40.000 ABŞ dolları pul vəsaiti verməyə, habelə gələcəkdə maddi və mənə vi dəstək olmağa razılaşmışdır. Təqsirləndirilən şəxs2 qətlin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş verildiyini bilmədən, sifarişin Məhkum aid olduğunu yəqin edərək sonuncu ilə razılaşmış və törədiləcək qətlin detalları barədə, yəni cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə ertəsi gün saat 04 radələrində Məhkum onu Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 5 ünvanın qarşısında yerləşən idman meydançasına aparmış, həmin vaxt idman meydançasında olan Zərərçəkmiş şəxs uzaqdan ona göstərmiş, Zərərçəkmiş şəxs hər gün saat 04 - 05 radələrində həmin meydançada idman etməsi, yaşadığı bina barədə məlumatları bildirmiş və cinayətin törədilməsində istifadə etməsi üçün öz avtomobilində saxladığı cinayətin aləti olan bir ədəd uzunluğu 77.5 sm, diametri 2.5 sm olan paslanmış dəmir boru parçasını Təqsirləndirilən şəxs2 vermişdir. Növbəti, təxminən 10 gün ərzində Təqsirləndirilən şəxs2 hər gün saat 04 - 05 radələrində Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 6 ünvanın qarşısında yerləşən idman meydançasına gedərək Məhkum ona verdiyi dəmir boru parçası ilə sonuncunu öldürmək üçün tək olması fürsətini güdsə də, bu baş tutmadıqda (bəzi günlərdə sonuncunun ümumiyyətlə gəzintiyə çıxmaması, bəzi günlərdə isə yanında başqa şəxslərin olması səbəbindən) nəhayət 16 sentyabr 2011-ci il tarixdə saat 04 radələrində istintaqla müəyyən edilməmiş taksi ilə Yasamal rayonu Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə gələrək avtomaşından düşüb Zərərçəkmiş şəxs idman etdiyi ünvan 5 ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada addımlaya raq, idman meydançasının girişində yerləşən qarajların yaxınlığında gizlənərək Zərərçəkmiş şəxs meydançaya gəlməsini və sonuncunu təklikdə yaxalaması fürsətini gözləmiş və saat 05:30 radələrində Zərərçəkmiş şəxs idman meydançasına daxil olduğunu görüb, cinayəti qüsursuz icra etmək məqsədilə onun meydançanın daxilində asta sürətlə qaçışa başlayaraq gəlib onun gizləndiyi yerdən keçməsindən dərhal sonra, ətrafın səssiz olması və kənar şəxslərin olmamasını əlverişli fürsət bilib gizləndiyi yerdən çıxaraq arxa tərəfdən Zərərçəkmiş şəxs hücum edib əvvəlcə dəmir boru ilə Zərərçəkmiş şəxs baş, zərbənin təsirindən sonuncu üzü üstə yerə yıxıldıqdan sonra isə baş və kürək nahiyyələrinə ardıcıl olaraq ən azı dörd dəfə zərbələr endirib başın tüklü hissəsinin arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası və qansızması, arxa təpə-ənsə sümüklərinin ortadan çoxqəlpəli sınığı, həmin nahiyədən kəllə tağı və əsası sümüklərinin uzanan çoxsaylı sınıq xəttləri, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, baş beynin kəskin ödemi, beyin yarımkürələrinin arxa təpəənsə nahiyyələrinin qəlpəli sınıq proyeksiyasında əzilməsi ilə müşayiət olunub kəskin baş beyin ödemi səbəbindən ölümlə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və gövdənin arxa səthinin 3 ədəd səthi qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş və cinayətin alətini idman meydançasının yanında yerləşən kimsəsiz əraziyə tullayaraq hadisə yerindən qaçmışdır.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1252/2024 nömrəli, 10 may 20 24-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.3,120.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.5-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Qarayev Ramil Ramiz oğlu ape llyasiya şikayəti verib, hökmün Məhkum münasibətdə dəyişdirilməsi, onun əməlinin Azərbaycan Respublikası CM-nin 32.3,126.3-cü maddəsinə tövsif edilib ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmamışdır. Halbuki, hətta ibtidai istintaq zamanı mənəvi, psixoloji təzyiqlərlə məruz qalsa belə Məhkum ifadəsində təkidlə bildirmişdir ki, dayısı Təqsirləndirilən şəxs1 heç vaxt ona mərhum Tariyel Qurbanovun öldürülməsi sifarişini verməmiş, yalnız xəsarət yetirilməsinin təşkili ondan xahiş etmiş, səbəb də məhkəməyə bildirilmişdir. Məhkum bu işi bacarmadığından həmin sifarişi dostu Təqsirləndirilən şəxs2 həvalə etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 mərhum Tariyel Qurbanovun vurulmasını deyərkən qəti olaraq onun öldürülməsini nəzərdə tutmamışdır. Təqsirləndirilən şəxs2 də ifadəsində Təqsirləndirilən şəxs1 tanımadığını, Məhkum isə ona konkret olaraq sifarişinin mərhumun öldürülməsi deyil, vurularaq xəsarət yetirilməsindən ibarət olduğunu bildirmişdir. Göründüyü kimi, hadisənin baş verməsinin səbəbi cinayətin sifarişçisi kimi qeyd olunan şəxsin sifarişinə uyğun olmayaraq ümumi niyyətdən kənara çıxmasıdır, bu hal ifadələrlə də təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 ilkin ifadələrində bu halı təsdiq etməsə də, bunun istintaqın ilkin mərhələsində edilmiş hədə-qorxunun nəticəsi olduğu müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 lazım olan ifadəni verməyəcəyi təqdirdə ona əlavə maddələrlə ittiham veriləcəyi (hədə-qorxu ilə tələb etmə), əks halda isə ona verilmiş narkotik ittihamına xitam verilməcəyi bildirilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs2 Məhkum əleyhinə ifadə aldıqdan sonra onun barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə xitam vermişdir. Məhkum Təqsirləndirilən şəxs2lə eyni maddə ilə təqsirləndirilməsi Azərbaycan Respublikası CM-nin 35-ci maddəsinə ziddir, onun əməli Azərbaycan Respublikası CM-nin 32.3,120.2.5-ci maddəsi ilə deyil 32.3,126.3-cü maddəsi ilə tövsif edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yüngülləşdirici halların olmasını nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum 102 xidmətinə zəng edərək könüllü təslim olmuşdur. Lakin ibtidai istintaq orqanı bu hal barədə ictimaiyyətə yalnış məlumat verərək cin ayətin hüquq-mühafizə orqanlarının səyi nəticəsidə açıldığını bildirmiş, əslində isə dayandırılmış cinayət işi Məhkum verdiyi məlumat əsasında təzələnmişdir. Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq yüngülləşdirici hal kimi, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsini ittiham aktında qeyd etməmişdir. Buna səbəb kimi də Məhkum istədiyi ifadəni ala bilməməsi olmuşdur. O, bildirmişdir ki, Məhkum Təqsirləndirilən şəxs1 ona öldürmək sifarişi verdiyini etiraf etsə o, zaman ittiham aktında Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsini qeyd edə bilər. Məhkum cəzasını yüngülləşdirici hallar kimi Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsi, yəni onun könüllü təslim olması, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, müsbət xarakterizə olunması, himayəsində biri yetkinlik yaşına çatmayan, biri azyaşlı olmaqla üç uşağının olması, özünün və arvadının xəstə olması, ailəsinin ağır həyat şəraitində yaşaması olması nəzərə alınmalıdır.
9. Hökmdən həmçinin digər Təqsirləndirilən şəxs1 müdafiəçisi Kərimov Kamran Gülağa oğlu apellyasiya şikayəti verib, hökmün Təqsirləndirilən şəxs1 aid olan hissədə ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası CM-nin 32.3,120.2.5-ci maddələrindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası CM-nin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1895/2024 nömrəli, 22 oktya br 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1252/2024 nömrəli, 10 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından hazırda Məhkum və müdafiəçisi Qarayev Ramil Ramiz oğlu ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
12. Kassasiya şikayətlərinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, kassatorlar onları təkrarlayaraq, müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1895/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.5-ci maddəsindən həm in Məcəllənin 32.3, 126.3-cü maddəsinə tövsif edilməsini və Azərbaycan Respublikası CM-nin 75.1.3-cü maddəsinə əsaslanmaqla barəsində aparılan cinayət təqibinə xitam verilməklə, Məhkum cinayət məsuliyyətindən azad olunması, məhkum özü isə apellyasiya instansiyası məhkəməsinin eyni qərarının ləğv edilməsi, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.5-ci maddəsindən həmin Məcəllənin 32.3, 126.3-cü maddəsinə tövsif edilməsi, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın b aş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Hər iki kassasiya şikayətində Məhkum əməlinin düzgün tövsif edilmədiyi iddia edilərək, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CP M-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1895/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
20. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunver icilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
21. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandır ılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
22. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
23. Məhkəmə kollegiyası kassasiya şikayətlərində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə i stinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətlərinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətlərində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayəthüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, habelə mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Re spublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
25. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1895/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərar ı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Qarayev Ramil Ramiz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1895/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.