Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2468/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əsədov İlham Fərhad oğlunun iştirakıları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 19 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli qərarı ilə isə əməlinin həmin maddədən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 17,371 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və küllü miqdarda - ümumi təmiz çəkisi 9,874 qram olan kustar üsulla hazı rlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 may 2022-ci il tarixdə saat 07:20-də ünvan 3 ünvanının qarşısında Bakı şəhəri, Xətai rayon Polis idarəsi Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılıb ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci Polis bölməsinə gətirilərək, üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkcənin sol cibindən 2 ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 8,302 qram və 9,069 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 17,371 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd şəffaf rəngli selofan bükümd ə ayrı-ayrılıqda çəkiləri 3,559 qram, 4,787 qram və 1,528 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 9,874 qram olan ağ rəngli kristallik maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla alınmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi İ.F.Əsədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 17 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2023cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum narkotik vasitənin və psixotrop ma ddənin qanunsuz dövriyyəsi ilə bağlı əməli satış məqsədi olmadan törətməsi nəzərə alınaraq onun həmin əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və ona bu maddə əsasında 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tətbir tətbiq olunmuş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı E.E.Bayramova kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protest ində CM-nin 8, 41, 234.1 və 234.4.3-cü maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Posessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 201-ci il tarixli Qərarına və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına, Məhkum qarşı irəli sürülmüş ittihama, araşdırılmı ş bəzi sübutlara və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.E.Bayramova kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi 17 may 2023-cü il tarixli qərarı qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və törədilmiş əməlin tövsifində səhvə yol vermiş, həmin qərarın əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, Məhkum üzərindən külli miqdarda psixotrop maddə olan metamfetaminin və heroinin aşkar edilməsi faktının doğruluğu onun özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri (əməlini tam etiraf etmiş), əməliyyat-axtarış tədbirinin aparılmasına dair qərarla və bir sıra istintaq hərəkətlərinin aprılması haqqında protokollarla, video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə haqqında protokolla, şahidlərin ifadələri, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə və digər istintaq materialları tam sübuta yetirilmişdir. Belə ki, Məhkum üzərində şəxsi axtarış aparılmasını əks etdirən görüntülərə əsasən, ondan 2 ədəd sellofon bükümdə ayrı-ayrılıqda çəkiləri 8,302 qram və 9,069 qram olmaqla külli miqdarda ümumi çəkisi 17,371 qram narkotik vasitə heroin və 03 ədəd ayrı-ayrılıqda çəkiləri 3,559 qram, 4,787 qram, 1,528 qram olmaqla külli miqdarda ümumi çəkisi 9,874 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərə k götürülmüşdür. Lakin, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini əsassız olaraq CM-nin 234.4.3-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən qeyd etmişdir ki, Məhkum narkotik vasitə olan heroinı və psixotrop maddə metamfetamini hər hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmənin qərarında istinad etdiyi əsaslarla bağlı qeyd olunmalıdır ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun yalnız hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsi, hazırlaması üçün hər hansı bir avadanlığının olubolmaması ilə şərtləndirilə bilməz. Narkotik vasitəni əldə etmiş şəxsin istehlakçını sonradan da müəyyənləşdirməsi, onları bükümlərə ayırması, satışa dair razılığın baş tutması və sövdələşmənin olması istisna edilmir. Bundan başqa, məhkəmə kollegiyası nəzərə almamışdır ki, CM-nin 234.4.3-cü maddəsində nəzərə tutulan cinayət formal tərkibli cinayətdir və narkotik vasitənin əldə edildiyi, saxlanıldığı, yaxud maddənin dispozisıyasındakı hərəkətlərin hər hansı birinin edildiyi andan başa çatmış sayılır, yəni, burada onun istehlakçını sonradan, yaxud əvvəlcədən tapması, öncədən avadanlıq hazırlamaması əməlin tövsifi üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Eyni zamanda, narkotik vasitənin şəxsi istehlak miqdarı onun narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. İş materiallarından və məhkəmələrin gəldiyi qənaətdən görünür ki, Məhkum aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ayrı-ayrılıqda hər biri 5 bükümdə olmuş və onların çəkisi külli miqdar təşkil etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş vasitələr iki fərqli növdən ibarət olmuş, hər ikisi külli miqdar təşkil etmiş, yəni heroin onun şəxsi istifadəyə hesablanan gündəlik ehtiyacının yuxarı həddindən (şəxsi istehlak miqdarından) 115 dəfə, külli miqdarın aşağı həddindən 8 dəfə, metamfetamin isə şəxsi istehlak miqda rından 65 dəfə, külli miqdarın aşağı həddindən 4 dəfədən çox olmuşdur. Bununla da, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş qanunsuz dövriyyəsi qadağan edilmiş əşyaların müxtəlifliyi və hər birinin ayrı-ayrılıqda bükümlərə yerləşdirilməsi, onların şəxsi istehlak miqdarından dəfələrlə çox olması onun həmin vasitə və maddəni şəxsi istifadəsi üçün əldə etməsi qənaətini birbaşa inkar etmişdir. Həmçinin prostest müəllifi bildirmişdir ki, məhkəmə kollegiyası müdafiə tərəfinin mövqeyini, təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirməmiş, təqsirləndirilən şəxsin ifadəsini əməlin tövsifi zamanı əs as sübut olaraq dəyərləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum onun üzərindən aşkr edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi olmadan əldə etməsi qənaətini ümumi sözlərlə əsaslandırarkən Ali Məhkəmənin Plenumunun müvafiq Qərarına istinad etsə də, həmin Qərarda əks olunmuş hüquqi mövqeni işdəki konkret hallara münasibətdə müqayisəli şəkildə tədqiq etməmiş və şəxsin əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etməkdə haqsız olmuşdur. X görünür ki, ittiham tərəfinin biri digəri ilə ayrılmaz əlaqə təşkil edən və baş vermiş hadisənin bünövrəsini təsdiq edən sübutlar əsasında gəldiyi nəticəyə məhkəmə düzgün qiymət verməmiş və obyektiv gerçəkliyi əks etdirməyən qənaətə gəlmiş, həmçinin məhkəmənin qərarı cəza təyin edilməsinin ümumi əsaslarına, cəzanın fə rdiləşməsinin zəruriliyi ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə, Ali Məhkəmənin Plenumunun Qərarlarına zidd olmuşdur. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, apellasiya instansiyası məhkəməsinin Məhkum narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməli satış məqsədi olmadan törətməsi barədə qənaəti əsaslı hesab edilsə belə, məhkəmə onun bu əməlini CM-nin 234.1-ci maddəsi ilə deyil, “Azərbaycan Respublikasıının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli Qanunu ilə CM-nə əlavə edilmiş 234.1-1-ci maddəsinə tövsif etməli idi və ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin olunmalı idi. Göstərilən maddənin sanksiyasında isə üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulm uşdur. Qeyd olunanlara əsaslanaraq və apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsini iddia edərək dövlət ittihamçısı E.E.Bayramova kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı Məhkum da qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsi arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bil mişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblə rinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş, məhkəmənin qəbul etdiyi qərarın əsasını yolverilməz sübutlar təşkil etmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verd ikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.E.Bayramovanın protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olm ayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlar ının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzər də tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (h ərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət v erilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlə rin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi apara n orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yo l verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istinta qında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fərqli olaraq qəbul etdiyi 17 may 2023-cü il tarixli qərarında Məhkum ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, habelə narkotik vasitəni satmasını müəyyən etməyərək onun həmin əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsi və belə qənaətə gəlmək üçün onların kifayət etməsini barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Protestdə göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi olmadan narkotik vasitə olan 17,371 qram çəkidə heroini və psixotrop madd ə olan 9,874 qram metamfetamini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin əksinə olaraq, dövlət ittihamçısı hesab edir ki, Məhkum üzərində aşkar edilmiş, ayrı-ayrı bükümlərdə qablaşdırılmış, şəxsi istehlak miqdarından 155 dəfə, külli miqdardan isə təxminən 8 dəfədən çox miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından 65 dəfə, külli miqdardan isə təxminən 4 dəfədən çox miqdarda psixotrop maddə olan metamfetamini gəzdirməsi və saxlaması həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə edib saxlamasını və daşımasını təsdiq edən haldır. Məhkəmə kollegiyası isə hesab edir ki, Məhkum məhz satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşıması, onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizarının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında prosessual sənədlərlə, habelə şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış bütün bu sübutlar ibtidai araşdırma orqanı tərəfindən toplanılaraq məhkəməyə təqdim olunmuş və iş məhkəmələrdə baxılarkən həmin sübutların CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntular yol verilməklə əldə edilməsi, yəni həmin sübutların yolverilməz sübutlar olması müəyyən edilməyərək məhkəmələr fərqli olsa da, öz qənaətlərini həmin sübutların vasitəsilə əsaslandırmışlar. İşə istər birinci instansiya, istərsə də apelyasiya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi həmin sübutların yolverilməz olması barədə iddia ilə çıxış etməyərək onların hər hansı birinin sübutlar siyahısından çıxarılmasını xahiş etməmişlər və bubaxımdan apelyasiya instansiyası məhkəməsinin qərarının əsasını yol verilməz sübutlar təşkil etməsi, yəni məhkəmə tərəfindən CPM-nin 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi barə də protestdə irəli sürülən dəlil də əsaslı hesab edilə bilməz. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hələ şübhəli şəxs qismində verdiyi izahatında, həmçinin sonralar ibtidai istintaq zamanı ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində (məhkumun məhz bu ifadələri ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş, onun məhkəmə iclasında verdiyi fərqli ifadələri isə özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirilmişdir) bir ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirmiş və ittihamda göstərilən miqdarda, 2 ədəd bükümdə narkotik vasitə olan heroini və 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 14 may 2022-ci il tarixdə əvvəllər də ondan bir neçə dəfə narkotik vasitə aldığı, “İnstagram” sosial şə bəkəsidə tanış olduğu X adlı şəxsdən 100 manat pul ödəməklə öz şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmadığını, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmasına dəlalət edən hər hansı sübutun mövcudsuzluğunda onun qismən etirafedici ifadələri iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər sübut kimi qiymətləndirilməli və bu baxımdan apellyasiya instansiyası məhkəməsinin bu sübutlara əsaslanaraq məhkumun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə gəldiyi nəticə də qanuni və əsaslı hesab edlməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin ehtimal xarakterli nəticələri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin materiallarına əsaslanmaqla və araşdırılmış sübutlar tədqiq edilməklə yoxlanılmış, məhkəmə iş üzrə gəldiyi nəticəni qəbul etdiyi qərarında kifayət qədər, inandırıcı şəkildə əsaslandırmış və bu baxımdan CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol veməmişdi r.. Apellyasiya instansiyası məhkəməsinin qərarında onun gəldiyi nəticənin arxasında duran bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmə bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum məhz CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin tam sübuta yetirilməsini hesab etmiş, onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edərək üzərində saxlamasına dair isə heç bir sübut əldə olunmamış, kassasiya protestində də belə mötəbər sayıla bilən sübutlara istinad olunmamışdır. Belə vəziyyətdə məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qanuni və əsaslı qərar qəbul edilərkən aşağıda təsvir olunanlara da əməl edilmişdir. Belə ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaradılmış və cinayət işinə baxılarkən yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırılmış və təhlil edilmiş, lakin bu araşdırmaların və təhlilin nəticəsi olaraq məhkəmələr Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsif ilə bağlı fərqli qənaətə gəlmişlər ona görə ki, məhkum olunmuş şəxsin narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayətin subyektiv cəhətinə aid olan həmin narkotik vasitə və psixotrop maddəni əldə edib saxlayaraq satmaq niyyətində olmasını təsdiq edən hər hansı sübut ittiham tərəfi olaraq həm ibtidai araşdırma orqanı, həm də dövlət ittihamçıları tərəfindən məhkəmələrə təqdim olunmamış, məhkəmələr də belə sübutları araşdırmamışlar. Hazırkı iş üzrə Məhkum ibtidai araşdırma orqanı tərəfindən ittiham olunduğu CMnin 2 34.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətinə münasibətdə nəzərdə tutulmuş hal, istintaq orqanının, ittiham tərəfinin və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, ondan ibarətdir ki, o, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 17,371 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və küllü miqdarda - ümumi təmiz çəkisi 9,874 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 may 2022-ci il tarixdə saat 07:20-də ünvan 3 ünvanının qarşısında Bakı şəhəri, Xətai rayon Polis idarəsi Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılıb ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci Polis bölməsinə gətirilərək, üzərində müdafiə çinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkcənin sol cibindən 2 ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 8,302 qram və 9,069 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 17,371 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 3,559 qram, 4,787 qram və 1,528 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 9,874 qram olan ağ rəngli kristallik maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla alınmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Buna baxmayaraq, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan əşyaların həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə və külli miqdarda olması və onların hər birisinin xırda bükümlərdə yerləşdirilməsi əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsas ən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirlli bilinməsi üçün sübut kimi sonuncunun qismən etrafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında 14 may 2022-ci il tarixli protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq yalnız təqdim olunmuş sübutların araşdırılması, tədqiqi və təhlili ilə kifayətlənmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin aşağıdak ı tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşaraq və apellyasiya instansiyası məhkəməsinin qərarının ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndrilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrindən çıxış edərək Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə cinayət qanunvericiliyi normalarının tələbləri ilə yanaşı Konstitusiyada, prosessual qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzər də tutulmuş, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına da tam uyğundur. Belə ki, həmin prinsip təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafi əsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icra tının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını s übuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə CPM-nin 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nə ticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Məhkəmə kollegiyası həmçinin vurbulamağı lazım bilir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədl ərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ndə şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmı ş bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud ol masına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkred göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması na yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterl i mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməs i, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenmunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış hallar da müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi, digər tərəfdən qəbul etdiyi qərarın əsaslı və inandırıcı olmas ı üçün həmin sübutların bir qisminə müracət etməyi zəruri bilir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində bildirmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri qəbul etməyə başlayanda “İnstagram” sosial şəbəkəsində X adlı şəxslə tanış olmuş və aralarında münasibət yarandığı üçün “İnstagram” sosial şəbəkəsində əlaqə saxlamışlar. X ona bildirmişdir ki, narkotik vasitə lazım olanda onun üçün təşkil edə bilər. Buna görə də, o, narkotik vasitə heroin lazım olduqda “İnstagram” sosial şəbəkəsində Xlə əlaqə saxlamış və Xin ona verdiyi hesaba “milli ön” aparatı vasitəsi ilə pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Sonra həmin şəxs ona narkotik vasitənin qoyulduğu yeri bildirmiş və həmin yerə gedərək narkotik vasitəni götürüb istifadə etmişdir. 14 may 2022-ci il tarixdə o, yenidən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmək qərarına gəlmişdir. Buna görə də, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitələri aldığı X adlı şəxslə əlaqə saxlayıb, sonuncudan küllü miqdarda narkotik vasitə və psixotrop maddə istəmişdir. X da ona 500 manat dəyərində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. O, Xə 100 manat pulu olduğunu, həmin maddələri ona satmasını, qalan 400 manat pulu 15 günə verəcəyini bildirmişdir. X da əvvəllər ondan bir neçə dəfə narkotik vasitə və psixotrop maddə aldığı üçün ona inanmış və Xin verdiyi bank hesabına “milli ön” aparatı vasitəsi ilə 100 manat pul göndərib çek in şəklini çəkərək sonuncuya atmışdır. Davud ona Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən bağçanın həyətində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qoyulduğu yeri bildirib, həmin yerin fotoşəklini çəkərək ona göndərmişdir. O, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən bağçanın həyətinə gedərək orada gizlədilmiş 2 ədəd bükümdə narkotik vasitə heroini və 3 ədəd bükümdə psixotrop maddə metamfetamini götürüb əynində olan göy rəngli gödəkcənin sol cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. 14 may 2022-ci il tarixdə saat 07 radələrində ünvan 7 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. O da, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O da, gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli gödəkcənin sol cibində saxladığı 5 ədəd şəffaf rəngli selofan bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərdən 3 ədədinin içərisində psixotrop maddə metamfetamin, 2 ədədinin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş bu əşyaların haradan aldığını soruşmuş, o, da heroini və metamfetamini öz istifadəsi üçün 14 may 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu X adlı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə təqdim etdiyi heroin və metamfetamin zərfə qoyulub möhürlənmiş və həm zərf, həm də istintaq hərəkətinin keçirilməsinə dair protokol iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİnin Post-patrul xidməti bölüyünün pol is nəfəri Şahid1 göstərmişdir ki, 14 may 2022-ci il tarixdə təyin olunmuş marşrut üzrə AP 6558 çağırışlı avtopatrul avtomaşınında polis nəfəri Şahid2 ilə birlikdə Xətai rayonu, General Şıxlinski küçəsində xidmət aparmışlar. Həmin gün saat 07.20 radələrində General Şıxlinski küçəsi, ev 51 ünvanının qarşısında bir nəfər şəxsin narkotik vasitələrin təsiri altında olmasını və özünü onları görən kimi şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, ona da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Məhkum kimi təqdim etdikdən sonra onun özünü şübhəli aparmasını və verdikləri suallara qeyrisəmimi cavab verib onlardan yayınıb getməyə çalışdığını görüb, sonuncunu saxlayaraq Xətai RPİ-nin 35-ci Polis bölməsinə aparmış və bunun la bağlı araşdırma aparılması üçün raportla bölmənin rəhbərliyinə məruzə etmişlər. Məhkum barəsində araşdırmanın aparılması təhqiqatçı X həvalə edilmişdir. X da Məhkum hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək, həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Məhkum üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Məhkum üzərində qeyri-qanuni maddə və ya əşya varsa, çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki tünd göy rəngli gödəkcənin sol cibindən içərisində qəhvəyi rəngli maddə olan iki ədəd şəffaf rəngli selofan və içərisində ağ rəngli kristalik maddə olan 3 ədəd şəffaf rəngli selofan bükümü təqdim ed ib masanın üzərinə qoyaraq, həmin bükümlərdən 2 ədədinin içərisində narkotik vasitə heroin və digər 3 ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri 14 may 2022-ci il tarixdə "İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsin ona verdiyi bank hesabına 100 manat pul göndərdikdən sonra Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən bağçanın yanında qoyulduğu yerdən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Sonra Məhkumun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamış, istintaq hərəkətinin aparılması və maddi sübutların götürülməsi isə təhqiqatçı tərəfindən rəsmiləşdirilmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin Post-patrul xidməti böl üyünün polis nəfəri Şahid2 da məhkəmə iclasında Şahid1 ifadələrinə uyğun ifadələr vermişdir. Həm Məhkum, həm də polis əməkdaşları Şahid1 və Şahid2, hər birisinin ayrıayrılıqda verdiyi ifadələrdən görünən odur ki, Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, belə vasitə və maddələrin satışı ilə bağlı əməliyyat orqanında hər hansı bir məlumat olmamış, bununla əlaqədar müvafiq qərar qəbul edilməyərək heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş, digər tərəfdən isə narkotik vasitələrin və psixotrop maddələrin satışına dair SMS mətnləri və digər yazışmalar əldə olunmamış, Məhkum isə narkotik vasitələri götürdükdən qısa müddət sonra özünü şübhəli apardığına və narkotik sərxoşluğu vəziyyətində olduğuna görə postpatrul xidmətinin əməkdaşları tərəfindən saxlanıl ıb polis bölməsinə aparılmışdır. İbtidai araşdırma orqanının əməliyyat tapşırığına əsasən əməliyyat orqanının 19 iyul 2022-ci il tarixli 103-4376-1222 nömrəli məktubu ilə verilmiş cavabdan da görünür ki, Məhkum narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə etməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin həmin tədbirlər nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin iş materiallarında olan "xxxx"MMC-dən daxil olmuş “CD diskə baxış keçirilməsi haaqında” 12 avqust 2022-ci il tarixli protokola görə, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 15 may 2021-ci il tarixdən 15 may 2022-ci il tarixədək daxil olan zənglərin siyahısı və anten dairəsi, həmçinin daxil olan və çıxan sms-lərin siyahısı göstərilmiş, lakin həmin siyahıya baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən, yəni Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı hal aşkar edilməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhz təsvir olunmuş sübutlara, o cümlədən Məhkum həqiqətən də opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsini və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını təsdiq edən məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2022-ci il tarixli 4167 saylı rəyinə əsaslanaraq məhkuma istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətlə (narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının və birinc i instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin predmeti olan narkotik vasitə heroindən və psixotrop maddə metamferamindən istifadə etməsi və onların əldə edilməsi zamanı müəyyən risklərlə üzləşə biləcəyinə görə bu vasitələri bir dəfəyə külli miqdarda əldə edib saxlaması da ağlabatan görünür. Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız onun üzərindən aşkar edilmiş, d övriyyəsi qanunsuz qadağan olunmuş əşyaların iki ayrı-ayrı növlərdə və miqdarlarda olmasına və onların xırda bükümlərdə qablaşdırılmasına, onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən əldə olunmamış və məhkəmə iclaslarında araşdırılmamışdır. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda apellyasiya instansiyası məhkəməsi Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilib ehtimallar üzərində qurulmuş yekun məhkəmə aktrının qəbul edilməsindən imtina edərək prosessual qanunvericiliyin aşağıdakı normalarının tələblərinə tam əməl etməklə və həm Azərbaycan Respulikası Konstitusiya Məhkəməsi Plenmunun, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin h üquqi mövqelərini, habelə Azərbaycan Resprublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrini nəzərə alaraq bütün şübhələri onun xeyrinə həll etmişlər. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd ed ilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığ ına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzr ə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “M əhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədi olmadan əldə edərək saxlaması və daşıması müəyyən edildiyi halda belə onun əməlinin CM-nin 234.1-ci maddəsi ilə deyil, CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməli olmasına dair kassasiya protestinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən, kassasiya protestində istinad olunduğu kimi, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516VİQD nömrəli Qanunu ilə CM-nə 234.1-1-ci maddə əlavə edilmiş və həmin maddədə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etməyə, saxlamağa, hazırlamaya, emal etməyə və daşımaya görə cinayət məsuliyyəti və bu əməli törətmiş şəxsin üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması müəyyən edilmişdir. Göstərilən Qanunun 26 aprel 2022-ci il tarixdə qəbul edilməsinə, Məhkum isə son nəticədə apellyasiya insta nsiyası məhkəməsinin təqsirli bilindiyi əməli 15 may 2022-ci il tarixdə törətməsinə, digər tərəfdən onun qanunsuz olaraq əldə edərək saxladığı və daşıdığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarlarda olmasına, yəni faktiki olaraq onun əməlinin CM-nin 234.1-1-ci maddəsinin təsiri altına düşməsinə baxmayaraq cinayət qanunun bu normasının onun barəsində tətbiq edilməsi, yəni törətdiyi əməlin həmin madə ilə tövsif edilməsi mümkün olmamışdır ona görə ki, təhlil edilən Qanun yalnız 20 may 2022-ci il tarixdə, yəni cinayət törədildikdən sonra qüvvəyə minmişdir. Belə ki, kassasiya protestinin yuxarıda göstərilən dəlili ilə bağlı Azərbaycan Respublikasının Qanunlarının və digər normativ hüquqi aktların qəbul edilməsi və qüvvəyə minməsi ilə bağlı rəsmi mənbələrə müraciət edilməsi nəticə sində müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516VİQD nömrəli Qanun yalnız 20 may 2022-ci il tarixdə rəsmi olaraq “Azərbaycan” qəzetində dərc edilmiş və məhz həmin tarixdə də qüvvəyə minmişdir ona görə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli 21-İVKQ nömrəli Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Şərh olunan qanunvericiliyin tələblərindən çıxış edərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum törətdiyi əməlin CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi onun barəsində cinayət törətdiyi vaxt qüvvədə olmayan və vəziyyətinin ağırlaşdırılması ilə nəticələnə bilən qanunun geriyə şamil edilməklə düzgün olmayaraq tətbiq edilməsinə səbəb ola bilərdi ki, bu da CM-nin 10.4-cü maddəsinə görə yolverilməzdir. CM-nin 10.4-cü maddəsinə əsasən isə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi bütün yuxarıda təsvir edilənlərə əsasən CPM-nin 416.1 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntulara yol verməməklə yanaşı Məhkum əməlinin tövsifi ilə bağlı da səhv nəticəyə gəlməmiş, yəni həmin məhkəmənin qərarının ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.15-ci maddəsində də göstərilən hal mövcud deyil. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsassız və və qəbul edilməz sayır ona görə ki, həmin dəlillər istər işin müəyən edilmiş faktiki hallarına, istərsə də cinayət qanunu normalarının tələblərinə tamamilə uyğun deyil. Məhkum CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş cəzanın onun törətdiyi əməlin ictimai təhlükəliliyinə və xarakterinə uyğun olmaması barədə kassasiya protestinin dəlilinə münasibət bildirən və məhkumun əməlinin göstərilən maddə ilə tövsif edilməsini düzgün hesab edən məhkəmə kollegiyası kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən 17 ma y 2023-cü il tarixli qərarına görə, məhkəmə araşdırılmış sübutlara əsaslanıb Məhkum tərəfindən törədilmiş cinayət əməlinin CM-nin 234.1-cü maddəsinə tövsif edilməsini mümkün bilərək və CM-nin 41.2 və 58.3-cü maddələrinə istinad etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş (həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın həddə - iki il müdətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu zaman apellyasiya instansiyası məhkəməsi i ş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almaqla heç bir qanun pozuntusuna yol verməmiş, məhkuma təyin edilmiş cəza isə açıq-aşkar yüngül olmamışdır. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Buna görə, məhkəmə kollegiyası bir daha kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edib kassasiya protestinin təmin edilməməsi barədə Məhkum müdafiəçisi İ.F.Əsədovun, kassasiya protestinin təmin edilməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanıl
Məhkəmə qərarları › İş №1(102)-2468/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2468/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver