Məhkəmə qərarları › İş №1(102)-2469/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2469/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2469/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, məhkumun müdafiəçisi Əliyev Nəsib Sahib oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tər əfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 16 mart 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 6,413 qram qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4,834 qram ağ rəngli kristallik formada maddə - kustar üsul la hazırlanmış psixotrop maddə metamfetamin və 3,534 qram qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə tiryək alıb əldə edərək üzərində və yaşadığı evdə saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin tərəfindən 01 dekabr 2021-ci il tarixdə, saat 20:10 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə saxlanılaraq ünvan 2 ünvanımda yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasına gətirilərək video çəkiliş istifadə etməklə üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,752 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Məhkum yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə video çəkiliş istifadə etməklə baxış və götürmə həyata keçirilən zamanı həmin evdən gümüşü rəngli dəmir qabın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 5,661 qram qəhvəyi rəngli maddə, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,834 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 3,534 qram qəhvəy i rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 357 kalibrli Magnum patronunu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 45 kalibrli olmaqla M-15 tipli COLT M19A1 modelli tapançaların ştat patronunu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 13,2x99 mm kalibrli iri çaplı patronu, 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atə ş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələri, 60 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hisəsi olan güllələri və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK), Mosin konstruksiyalı karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələri qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı evdə saxlamış və 01 dekabr 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli bilinərək saxlanıldıqdan sonra onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə video ç əklişdən istifadə etməklə baxış keçirilən zaman kiçik sandıqça formasında olan qabın içindən 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 357 kalibrli Magnum patronu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 45 kalibrli olmaqla M15 tipli COLT M-19A1 modelli tapançaların ştat patronu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 13,2x99 mm kalibrli iri çaplı patron, 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi ol an güllələr, 60 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hisəsi olan güllələr və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK), Mosin konstruksiyalı karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələr aşkar edilərək götürülmüşdür. 3. 30 mart 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-873/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaqla qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məs ələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçiləri Əliyev Kənan Kamal oğlu və Əliyev Nəsib Salah oğlu ayrıayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1446/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-873/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verib, qərarın ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsini xah iş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-608/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1446/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli hökmü ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-873/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, ona elan olun muş ittihamın birinci epizodundan yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən bir ədəd bükümdə təmiz çəkisi 5,661 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, bir ədəd bükümdə təmiz çəkisi 4,834 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin və bir ədəd bükümdə təmiz çəkisi 3,534 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin aşkar edilərək götürülməsinə dair ittihamın xaric edilməsi, əməlinin Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi, bu maddə ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətini n əvvəlinin 01 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya protestində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi hökm çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə olan hiss ədə Məhkum təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan hissədə isə törədilmiş əməlin tövsifində səhvə yol verilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkumun müdafiəçisi Əliyev Nəsib Salah oğlu kassasiya protestinə dair yazılı etiraz verərək, kassasiya protestinin əsassız olduğundan təmin edilməməsi, hökmün kassasiya protestinə münasibətdə qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, k assasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Q anunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, hökmün bəraət verilməsinə dair hissədə əsasını yolverilməz sübutların təşkil etdiyini, törədilən əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibin in cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkd ə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

23. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ni rəhbər tutmaqla məhkəmə kollegiyası, təqsirliliyi sübuta yetirilmədiyinə görə X3 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin, eləcə də onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməsinin mübahisələndirilməsi üzrə dövlət ittihamçısının dəlillərini əsassız hesab edir və məhkəmənin gəldiyi qənaətini aşağıda göstərilənlərə əsasən düzgün hesab edir.

24. Belə ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbayca n Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

25. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

26. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

27. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

28. Təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

29. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

30. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmasının, yekunda çıxarılmış məhkəmə aktının həmin normalarla müqayisəsindən görünür ki, protestdə qeyd edilənlərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, a raşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

31. Belə ki, hazırda mübahisəsi edilən hökmündə Ali Məhkəmənin əvvəlki qərarında təsviri verilən məsələləri tam həll edən apellyasiya instansiyası məhkəməsi, iş üzrə qismən məhkəmə istintaqı aparmaqla apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və cinayət işi üzrə ziddiyyətli məqamları müqayisəli şəkildə təhlil edərək belə hesab etmişdir ki, Məhkum irəli sürülmüş ittihamın ikinci epizodu üzrə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi üzrə ittiham tərəfinin təqdim etdiyi sübutların Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən qəbul edilməsi yolverilməzdir, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələr mövcuddur. Həmin epizod üzrə video çəkilişin faktiki olaraq mövcud olmadığına görə ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alan məhkəmə haqlı olaraq təqsirliliyi sübuta yetirilmədiyi üçün Məhkum Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstəril ən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

32. Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən Məhkum yaşadığı evə baxış keçirilməsi və götürmə aparılmasına dair istintaq hərəkətinin qanunauyğun olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, həmin sübutun mümkünlüyünə dair məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni apellyasiya baxışı zamanı məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki qərarında müəyyən etdiklərinə uyğun olaraq ətraflı tədqiq edilməklə yoxlanılmış, nəticədə müvafiq istintaq hərəkətinin cinayətprosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmaqla aparılması müəyyən edilmişdir. Bütün bu dəlillərə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmündə müvafiq əsaslandırma təmin edilməklə bütövlükdə geniş cavablandırma verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsiningəldiyi nəticəsi ilə ümumilikdə razılaşaraq, həmin xüsusatların yenidən sadalanmasını zəruri hesab etmir.

33. Yuxarıda göstərilən mövqedən çıxış edən apellyasiya instansiyası məhkəməsi eyni zamanda evə baxış keçirilməsi və götürmə aparılmasına dair istintaq hərəkəti zamanı Məhkum yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən 5,661 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, bir ədəd bükümdə təmiz çəkisi 4,834 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 3,534 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin aşkar olunmasına dair müddəaların ittihamın birinci epizodundan xaric edilməl i olduğu barədə əsaslı nəticəyə gəlmişdir.

34. Məhkum qarşı irəli sürülmüş ittiham üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,752 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi mötəbər sübutlarla, o cümlədən onun üzərinə video çəkilişlə aparılmış maddi sübutun aşkar olunması və götürülməsinə dair istintaq hərəkəti ilə tam təsdiq olunduğundan və həmin narkotik vasitənin miqdarı külli miqdar təşkil etmədiyindən ittihamın birinci epizodu üzrə əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsinə dair məhkəmənin qənaəti də əsaslı olmuşdur.

35. Nəticədə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cina yət əməlinin tövsifinə dair gəldiyi qənaəti ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğun olaraq qəbul edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd etdiklərini kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və hesab edir ki, baxılan kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri aşkar edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.

37. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətədir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

38. Əlavə olaraq məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir.

39. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir

40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar