Məhkəmə qərarları › İş №1(102)-247/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-247/2019

05.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-247/2019 05.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 247/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum, müdafiəçi X4 iştirakları ilə Füzuli rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü i lə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Füzuli rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Bağırov Məhəmməd Abduləli oğlu) xx.xx.1981-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 6 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Mə hkəməsinin 02 sentyabr 2005-ci il tarixli qərarı ilə cəzası 09 (doqquz) il müddətə endirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya qərarının 1.1 bəndinə əsasən, 30 may 2013-cü ildə cəzadan azad edilmiş, ünvan 1-də qeydiyyatda olmaqla məcburi köçkün kimi ünvan 2 ərazisində yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli o ğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 30 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qədər azaldılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 22 iyul 2017-ci il tarixdə, saat 11:30 radələrində atası Hüseynov Ramiz Maqsud oğluna məxsus «VAZ-21010» markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili etibar namə olmadan idarə edərək Füzuli rayonu, Bala Bəhmənli kəndinin girişində asfalt yolun sağ ehtiyat hissəsində quraşdırılmış işıqfor dirəyinin yaxınlığında dayanmış vəziyyətdə olan iki minik avtomobilinin arxasında saxlamış və bir neçə dəqiqə sonra geri qayıdıb avtomobilin arxasında «Mercedes Benz 200D» minik markalı, ** UP *** dövlət nömrə nişanlı avtomobilinin saxlanıldığını görüb, «Mercedes» markalı minik avtomobilinin yaxınlığında telefonla danışan Füzuli rayonu, Bala Bəhmənli kənd sakini X5 avtomobilini geri çəkməklə ona yol verməsini xahiş etmiş, sonuncu «Necə ora girmisən, elə də çıx» sözlərini deməsi səbəbindən aralarında mübahisə yaranmış, ictimai yer hesab olunan Füzuli rayonu, Bala Bəhmənli kəndinin girəcəyində çoxsaylı mağaza, çayxana və sallaqxanaların yanında özünü ətrafda ola n şəxslərə qarşı qoyub cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirib orada olan şəxslərə açıqca hörmətsizlik edərək bir-birinin ünvanına nalayiq söyüşlər söyüb səs-küy salaraq dalaşmış, dava zamanı məhkum 1 onu itələyib yerə yıxmış, dava-dalaş səsinə yaxınlıqda olan çayxanadan məhkum 1in atası X11 onların yanına gəlib onları aralaşdırmış və onu vurmaq istədiyi «vintaçanı» alaraq kənara tulladıqdan sonra məhkum 1 yaxınlıqda yerləşən X6 çayxanasına daxil olmuş, o, X7 ünvanına nalayiq söyüşlər söyməkdə davam edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşa yış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirib orada olan şəxslərə açıqca hörmətsizlik etmiş, onun ünvanına nalayiq söyüşlər söyməsinə görə çayxanadan çölə çıxan məhkum 1in üzərinə hücum edərək özündə olan «vintaçanı» silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə X7 alınının sol yarısına və döş qəfəsinin sol yarısına qəsdən zərbələr vurub ona alının sol arısında əzilmiş-cırılmış, döş qəfəsinin sol yarısında əzilmiş-deşilmiş yaralar ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərə kətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, üç azyaşlı uşağının olması, xəstə ata və anasının olması, məcburi köçkünlüyü və gənc ailə olması cəza təyin edilərkən nəzərə alınmalı idi. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyət i üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Füzuli rayon Məhkəməsi cinayət işi üzrə CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş və mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edərək 31 may 2018-ci il tarixli hökmü ilə Məhkum cinayət əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Müdafiəçinin apellyasiya şikayəti əsasında cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılarkən, to planmış sübutların tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarı ilə məhkuma təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qədər azaldılmışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 6 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 02 sentyabr 2005-ci il tarixli qərarı ilə cəzası 09 (doqquz) il müddətə endirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya qərarının 1.1 bəndinə əsasən, 30 may 2013-cü ildə cəzadan azad edilmişdir. Hazırkı cinayət əməlini isə Məhkum 22 iyul 2017-ci il tarixində törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum əvvəllər ağır cinayət hesab olunan qəsdən adam öldürmə cinayətini törətdiyinə görə məhkum edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilmədən və götürülmədən yenidən eyni cinayəti törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədi lmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1və 65-ci maddələrinin şərh edilməsinə” dair 18 mart 2013-cü il tarixli qərarında göstərilir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Qeyd olunan qanunun mənasına əsasən, Məhkum cəza təyini zamanı CM-nin 65.2ci maddəsinin qaydaları tətbiq edilmişdir. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 06 (altı) il müəyyən edilmişdir. Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan, yəni 03 (üç) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin x arakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyini zamanı təkcə cəzanı yüngülləşdirən hallar deyil, həmin hallarla yanaşı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti də nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və 61-ci maddələri nin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın, kassasiya şikayəti təmin edilməsin. Əsli ilə düzdür:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar