Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-247/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxs1, Məhkum, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Ağayev Mənsi Zülfi oğlunun iştirakları ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Mürsəlov Rufan Kamil oğlu) xx xxxxx 1961-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1 v ə 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı 15 aprel 2018-ci il tarixdən - 16 aprel 2018-ci il tarixədək tutulduğu 01 gün və həbsdə saxlanıldığı 06 ay 15 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2-4-cü maddələri ilə ittiham elan olunmuşdur, ona görə də ki, o, tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinay ət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 və X4 məxsus, faktiki olaraq Zərərçəkmiş şəxs1 tərəfindən istifadə edilən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “xxxxx” daş karxanasını və daş karxanasında olan Zərərçəkmiş şəxs1 məxsus avadanlıqları 100.000 manata, əlavə olaraq 01 ədəd daşkəsən kombaynı 12.000 manata Zərərçəkmiş şəxs2 satacağına yalandan vəd verib aldadaraq 2012-ci ilin dekabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən keçmiş “Kəndimiz” restoranında 01 ədəd daşkəsən kombaynın satılmasına görə Zərərçəkmiş şəxs2 12.000 manat pulunu, 2013-cü ilin yanvar ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən keçmiş "xxxxx” restoranında daş karxanasının satılmasına görə Zərərçəkmiş şəxs2 10.000 manat pulunu, 2013-cü ilin fevral ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən Bakı şəhəri, X adına Birliyin ərazisində fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 məxsus gips sexindən daş karxanasının satılılması əvəzinə 11.000 manat dəyərində gipsi, 2013-cü ilin mart ayının əvvəlində ünvan 6 ünvanında yerləşən “xxxxx” restoranının qarşısında daş karxanasının satılmasına görə Zərərçəkmiş şəxs2 3000 manat pulunu, 2013-cü ilin mart ayının ortalarında ünvan 6 ünvanında yerləşən “xxxxx" restoranının qarşısında daş karxanasının satılmasına görə Zərərçəkmiş şəxs2 7000 manat pulunu, 2013-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən «xxxxx» daş karxanasında həmin daş karxanasının satılmasına görə Zərərçəkmiş şəxs2 3500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 46500 manat məbləğində xeyli miqdarda ziyan vuraraq vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa, o, tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 və X4 məxsus, faktiki olaraq Zərərçəkmiş şəxs1 tərəfindən istifadə edilən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “xxxxx" daş karxanasını orada olan avadanlıqları işə saldıqdan sonra Zərərçəkmiş şəxs2 200.000 manata satacağına Zərərçəkmiş şəxs1 yalandan vəd verib aldadaraq 2013-cü ilin mart ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən daş karxanasından Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisinə aparmaq adı ilə Zərərçəkmiş şəxs1 məxsus 8.000 manat dəyərində 01 ədəd daşkəsən kombaynı, bir metrinin dəyəri 35 manat olan 225 met r uzunluğunda R-50 markalı 18 ədəd relsi, 1 metrinin dəyəri 10 manat olan 30 mm-lik 150 metr uzunluğunda 1.500 manat dəyərində aliminiumdan hazırlanmış naqili, eyni işə görə 2013-cü ilin aprel ayının əvvəllərində göstərilən daş karxanasında olan Zərərçəkmiş şəxs1 məxsus 8000 manat dəyərində 01 ədəd daşkəsən kombaynı, bir metrinin dəyəri 35 manat olan 150 metr uzunluğunda R-50 markalı 12 ədəd relsi, daşkəsən kombaynın üzərində olmuş 1 metrinin dəyəri 15 manat təşkil edən 35 mm- lik 150 metr uzunluğunda 2250 manat dəyərində misdən hazırlanmış naqili, 01 ədəd 400/6000 kl.vatlıq 5000 manat dəyərində transformatoru, eyni işə görə 2013-cü ilin aprel ayının axırlarında göstərilən daş karxanasında olan Zərərçəkmiş şəxs1 məxsus 7000 manat dəyərində 01 ədəd şırımaçan kombaynı və üzərindəki 1 metrini n dəyəri 15 manat təşkil edən 35 mm-lik 150 metr uzunluğunda 2250 manat dəyərində misdən hazırlanmış naqili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs1 47125 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı 15 aprel 2018-ci il tarixdən - 16 aprel 2018-oi il tarixədək tutulduğu 01 (bir) gün və həbsdə saxlanıldığı 06 (altı) ay 15 (on beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən h əbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Rəhimov Elmar Eldar oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 30 avqust 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum tanışı X5 ilə qabaqcadan əlbir olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 47125 manat təşkil edən əmlakını dələduzluq yolu ilə ələ keçirib hər-hansı bir formada mənimsəməsi hadisəsi sübut edilmədiyindən, eyni zamanda təqsirləndirilən Məhkum tanışı X5 ilə qabaqcadan əlbir olmaqla digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə təkrarən dələduzluq etməsi hadisəsi üzrə 46500 manat deyil 8000 manat məbləğində pulun mənimsənilməsi hissəsində sübut edildiyindən, irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏ TİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum cəza təyin edərkən ədalət prinsipinə əməl etməmiş, məhkuma həddindən artıq yüngül cəza təyin etmişdir, odur ki, mübahisə edilən qərar ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, mübahisəli qərardan görünür ki, məhkəmə məhkuma cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, o cümlədən zərərin tam şəkildə ödənilməsini nəzərə almış və Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmişdir. Lakin məhkum tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan faktiki olaraq ödənilməmişdir. Məhkum cinayət məsuliyyətinə cəlb olunaraq ona məxsus cəmi 47125 manat məbləğində əmlakı ələ keçirərək xeyli miqdarda ziyan vurmaq la dələduzluq etdiyi üçün Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir. Halbuki, artıq 6 ildir ki, o, dayanmadan şikayət edərək, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında ona məxsus avadandığın satılması üçün Məhkum tərəfindən müştəri tapıldığını, bu məqsədlə Məhkumun alıcı kimi təqdim etdiyi X8 və Zərərçəkmiş şəxs2 adlı şəxslərlə görüşdüyü, Zərərçəkmiş şəxs2 adlı şəxsin karxananı nəzərdən keçirmək adı ilə karxanaya məxsus sənədlərin əslini götürdüyünü, bu ərəfədə Məhkum və X8 adlı şəxslərin birinin karxanadakı digəri isə Şüvəlan qəsəbəsində olan 2 ədəd daşkəsən kombaynı, kombaynların işləməsi üçün müxtəlif avadanlıqları təmir adı ilə götürdüyünü və həmin avadanlıqları təmir etdirmək adı ilə Zərərçəkmiş şəxs2 adlı şəxsə təhvil verdiklərini bildirmişdir. Lakin ötən müddət ərzində həmin şəxslər nə alqı-satqı etmiş, nə də ki, götürdükləri təxminən 74.000 manat külli miqdarda dəyəri olan avadanlıqları müxtəlif bəhanələrlə qaytarmamışlar. Başqa sözlə, Zərərçəkmiş şəxs2 rəhbərlik etdiyi qrup, yəni Məhkum və X8 adlı şəxslər tərəfindən həmin avadanlıq ələ keçirilmiş, Zərərçəkmiş şəxs2 sərəncamına verilmiş, nəticədə sonuncu tərəfindən ona külli miqdarda ziyan vurulmasına baxmayaraq, Zərərçəkmiş şəxs2 hazırki iş üzrə zərərçəkmiş şəxs qismində təqdim olunmaqla onun ona qarşı törədilən cinayətdə iştirak etməsinə, həmin cinayət əməllərinə rəhbərlik etməsinə baxmayaraq o, cinayət məsuliyyətinə cəlb olunmamışdır. 6 ildir ki, bütün instansiyalara müraciət edərək ona məxsus karxana avadanlığının məhz Zərərçəkmiş şəxs2 rəhbərli yi ilə talanmasını yazmağına baxmayaraq, sonuncunun hazırki iş üzrə zərərçəkmiş şəxs qismində təqdim olunması onu şok vəziyyətinə salmışdır. Bundan başqa, ittiham aktına görə yalnız Məhkum cinayət məsuliyyətinə cəlb olunaraq guya ona cəmi 47125 manat məbləğində maddi ziyan vurduğu üçün Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir. Halbuki, ona dəymiş maddi ziyan ittiham aktında göstərildiyindən çoxdur. İttiham aktında istinad edilmiş ekspert rəyi həqiqətə və ədalətə uyğun deyil, odur ki, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır. Lakin işə birinci instansiya məhkəməsində baxılarkən tərəfindən Azərbaycan Respublikası CPM-nin 267.2-ci maddəsinə əsasən təkrar məhkəməəmttəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilməsinə baxmayaraq, həmin vəsatət əsassız olaraq rədd edilmişdir. Odur ki, göstərilənlərə əsasən, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərarının ləğv edilməklə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxs və dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunması, məhkumun və onun müdafiəçisinin isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gə lməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxsin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarı isə zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə ləğv olunmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmün təsviri - əsaslandır ıcı hissəsindən görünür ki, verilmiş ittihamla razılaşmayan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 353.2.1, 353.2.2, 353.2.4 və 353.2.5-ci maddələrinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarında təsbit olunmuşdur ki, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. İş materiallarından, o cümlədən hökmdən isə görünür ki, birinci instansiya məhkəməsi həmin normaların tələblərinə riayət etməmiş, onun tərəfindən sübuta yetirilmiş hesab olunan cinayət əməlinin (Zərərçəkmiş şəxs2 8.000 manat məbləğində ziyan vurması) təsvirini hökmdə göstərməmiş, sübutlarda (ifadələrdə) əks etdirilmiş məlumatların konkret olaraq hansına və nə səbəbdən üstünlük verdiyini açıqlamamış, ittiham tərəfinin təqdim etdiyi sübutlarda olan məlumatlarla razı olub-olmadığını qeyd etməmiş, onları rədd etdiyini, bunun səbəblərini, habelə ittihamın bir hissəsinin əsassız hesab edilməsinin, tövsifin dəyişdirilməsinin motivlərini ətraflı və geniş açıqlamamışdır. Bu səbəbdən qətiyan aydın deyildir ki, həmin məhkəmə hansı məlumatlara, dəlillərə, cinayət hüquqi nə zərəyyəsinə əsaslanaraq və hansı məhkəmə təcrübəsini nəzərə alaraq Məhkum Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayət törətməsi hissəsində ittihamın təsdiq olunmadığı, Zərərçəkmiş şəxs2 isə 46.500 manat məbləğində deyil, yalnız 8.000 manat məbləğində əmlakının dələduzluq yolu ilə ələ keçirilməsinin sübuta yetirildiyi qənaətinə gəlmişdir. Bu məsələlərlə əlaqədar, yəni birinci instansiya məhkəməsinin verilmiş ittiham üzrə mövqeyi ilə bağlı hökmdə yalnız aşağıdakılar göstərilmişdir (bir sıra normalar sadalanmaqla və sübutların, o cümlədən ifadələrin məzmunu əks etdirilməklə kifayətlənərək): “...Məhkəmə araşdırılması zamanı Məhkumun tanışı X5 ilə qabaqcadan ılbir olmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 47.125 manat təşkil edən əmlakını dələduzluq yolu ilə ələ keçirib hər-hansı bir formada mənimsəməsi hadisəsi sübuta yetməmişdir. Bundan başqa, Məhkum tanışı X5 ilə qabaqcadan əlbir olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 46.500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi hadisəsi də qismən, yəni 8.000 manat məbləğində pulun mənimsənilməsi hissədə sübuta yetmişdir. Yəni məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum əməlində yalnız X5 ilə qabaqcadan əlbir olmaqla texnikanın təmiri adı altında Zərərçəkmiş şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə 8.000 manat pulun alıb mənimsənilməsi faktı tərəflərin və şahidlərin ifadələri, eləcə də cinayət işinin materialları ilə tam sübut olunmuşdur... Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv ba xılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkuməməlində yalnzı X5 ilə qabaqcadan əlbir olmaqla texnikanın təmiri adı altında Zərərçəkmiş şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə 8.000 manat məbləğində pulunu mənimsəyərək dələduzluq cinayətinin tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Məhkum tanışı X5 ilə qabaqcadan əlbir olmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 47.125 manat təşkil edən əmlakını dələduzluq yolu ilə ələ keçirib hər-hansı bir formada mənimsəməsi, eləcə də Məhkum tanışı X 5 ilə qabaqcadan əlbir olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 46.500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi (8.000 manat məbləğində pulun mənimsənilməsi hissədə istisna olmaqla) öz təsdiqini tapmamaqla ittihamın bu hissəsi əsaslandırılmamış ittiham kimi qəbul edilməli və Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Məhkum qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə iş üzrə mövqeyini (gəldiyi nəticəni) bir neçə dəfə təkrarlanmaqla kifayətlənərək bu mövqeyi (nəticəni) faktiki olaraq heç cür əsaslandırmamış (sübutlarda olan hansı məlumatlara əsaslandığını, bu sübutlara nə səbəbdən üstünlük verdiyini, ittiham tərəfinin təqdim etdiyi sübutları rədd edirsə bunun motivlərini, tövsifin dəyişdirilməsinin ə saslarını açıqlamamışdır). Apellyasiya məhkəməsi də bu nöqsanları aradan qaldırmamış, onlara əhəmiyyət verməmiş, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, qərarda birinci instansiya məhkəməsinin gəldiyi nəticəni bir neçə dəfə təkrarlamaqla kifayətlənərək işin mahiyyəti üzrə mövqeyini faktiki olaraq heç cür əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən ilk növbədə Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 33.2 və 351.3.4-cü maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsində də bu məzmunda norma göstərilmişdir. Qeyd olunan normaların həm məzmununa həm də mənasına görə ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli və yalnız bu mümkün olmadıqda onlar təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. İş materiallarından isə görünür ki, apellyasiya məhkəməsi tərəfindən onun mülahizəsinə görə mövcud olan şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən normalarla yanaşı həm də Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsinin tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CM-nin 33.2-ci maddəsində göstərilmişdir ki,cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya şikayəti isə qismən təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə k ollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-247/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-247/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver