Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-247/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X2 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək mə hkum edilmiş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-359/2021 saylı, 15 mart 2021-ci il tarixli (X10 (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Səbuhi Hüseynov) hökmü ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, 04 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı 01 (bir) ay 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddət azad lıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X11 və X8 ibarət tərkibdə) 15 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Məhkum barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan mə hrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı 01 (bir) ay 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti v əzifəsinin icrası ilə əlaqədar vahid niyyətlə qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə şəxsən özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin may ayında internet vasitəsi ilə əlaqə nömrəsini əldə etdikdən sonra uşağı X3 dayəlik etməsi üçün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 2-də yerləşən 158 nömrəli mənzilinə dəvət etdiyi Şahid1 özünü geniş əlaqələrə malik, bütün dövlət və sair qurumlarda çoxsaylı vəzifəli şəxslərlə münasibəti olan şəxs kimi yalandan təqdim etməsi ilə əlaqədar Şahid1 məcburi köçkün olmadığı halda Yasamal rayonu İcra Hakimiyyətində adının məcburi köçkün kimi sənədləşdirilməklə Yasamal rayonu ərazisində mənzil verilməsinə köməklik göstərilməsini ona təklif edərək sonuncuya özünün Yasamal rayon İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək onun adının məcburi köçkün kimi Yasamal rayon İcra Hakimiyyətində siyahıya salınmaqla güzəştli qaydada Yasamal rayonu ərazisində mənzil verilməsini təmin etmək imkanına malik olmasını yaşadığı həmin mənzildə aralarındakı söhbət zamanı Şahid1 yalandan deyib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Yasamal rayonu İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1000 manat məblə ğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin adla 11 iyul 2019-cu il tarixdə yaşadığı həmin mənzildə 1000 (bir min) manat məbləğində pul vəsaitini Şahid1 anası Şahid2 almaqla, həmin məbləği, habelə, eyni niyyətlə, Şahid1 Azərbaycan Respublikası Daxil işlər Nazirliyinin Baş Mühafizə İdarəsində mühafizəçi kimi işə qəbul olunmasında köməklik göstərə biləcəyini bildirib, qısa müddətə işə çıxacağını, lakin xidməti geyim formasının alınması üçün 300 (üç yüz) manat məbləğində pul vəsaiti verməsinin zəruri olmasını yalandan bildirib, həmin adla 11 iyul 2019-cu il tarixdə yaşadığı həmin mənzildə Şahid2 300 (üç yüz) manat məbləğində pul v əsaitini almaqla, həmin məbləği, habelə, eyni niyyətlə, Şahid1 itirdiyi şəxsiyyət vəsiqəsinin alınmasında köməklik göstərilməsini təklif edərək sonuncuya özünün "ASAN Xidmət Mərkəzi"ndə səlahiyyətli şəxs olan tanışının olmasını, həmin tanışı vasitəsilə qeydiyyatda olduğu Masallı rayonuna getmədən "ASAN Xidmət Mərkəzi”ndə onun şəxsiyyət vəsiqəsinin hazırlanaraq Bakı şəhərinə göndərilməsi imkanına malik olmasını yalandan bildirib, bunun üçün həmin mərkəzdə işləməklə vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemət olan 80 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirərək, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifa də edib sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin adla 11 iyul 2019-cu il tarixdə yaşadığı həmin mənzildə Şahid2 80 (səksən) manat məbləğində pul vəsaitini almaqla, həmin məbləği, ümumilikdə vahid niyyətlə Şahid2 məxsus 1380 (bir min üç yüz səksən) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə və biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu İlə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 vasitəsi ilə tanış olduğu Şahid3 ilk öncə özünün Azərbaycan Respublikası Ədliyy ə Nazirliyinin, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin işçisi olmasına inandırmaqla himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla aylıq 280 (iki yüz səksən) manat sosial yardım almağı təmin edəcəyini yalandan vəd verərək, bununla bağlı özünün geniş imkanlara malik olmasına Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasəmal-1, ev 2-də yerləşən 158 nömrəli mənzilində görüşdükləri vaxt onu inandırıb, həmin məsələni özünün yaxın münasibətdə olduğu Dövlət Sosial Müdafiə Fondunda işləyən yüksək səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll edəcəyini yalandan bildirərək, bunun üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə müəyyən m əbləğdə pul vəsaitinin, yəni maddi nemətin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, aralarında yaranmış münasibətlərə görə özünə olan inam və etibardan sui-istifadə etməklə sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin adla Şahid3 2019-cu ilin iyul ayında yaşadığı ünvan 2 ünvanında 400 (dörd yüz) manat, həmçinin müəyyən məbləğdə pul verməsi müqabilində Yasamal rayonu ərazisində onun, anası Şahid4 və qardaşı Şahid6 hər birinin ayrılıqda aztəminatlı ailə kimi mənzil almasına köməklik etmək imkanına malik olmasını, bunu özünün yaxın münasibətdə olduğu Yasamal rayon İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsi vasitəsilə edəcəyinə onu inandırıb, bunun üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3, Şahid4 və Şahid6 xeyrinə edəc əyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə hər mənzil üçün maddi nemət olan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasım yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək Şahid3 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin iyul ayında Bakı Metropoliteninin İnşaatçılar stansiyasının yaxınlığında, ünvan 3 ünvanında yerləşən "KFC" restoranının qarşısında Şahid3 ilə görüşüb ondan iki dəfəyə cəmi 3000 (üç min) manat məbləğində pulu almaqla, eyni niyyətlə, 19 iyul 2019-cu il tarixdə Şahid3 qardaşı Şahid6 tərəfindən "xxxx" MMC vasitəsilə göndərilmiş (göndəriş Nö**********19071********) 500 (beş yüz ) manat pulu Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 239 ünvanında yerləşən 2 saylı poçt f ilialının 138 saylı poçt şöbəsindən 19 iyul 2019-cu il tarixdə çıxarıb götürməklə, eyni niyyətlə, 2495,6 (iki min dörd yüz doxsan beş manat altmış qəpik) manat dəyərində Şahid3 və anası Şahid4 məxsus qızıl-zinət əşyalarını ünvan 5 ünvanında görüşləri zamanı Şahid3 almaqla, əldə etdiyi həmin pul vəsaiti və qızıl-zinət əşyalarını şəxsi ehtiyaclarına sərf edərək, sonunculara və Şahid6 məxsus cəmi 6395,6 (altı min üç yüz doxsan beş manat altmış qəpik) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui- istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3, Şahid4 və Şahid6 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qi smində verməyə sonuncuları vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid3 vasitəsi ilə tanış olduğu Şahid7 ilk öncə özünün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin işçisi olmasına inandırmaqla müəyyən məbləğdə pul verməklə Yasamal rayonu ərazisində onun aztəminatlı ailə kimi mənzil almasına köməklik etmək imkanına malik olmasına Şahid3 vasitəsi ilə və “WhatsApp" tətbiqi vasitəsi ilə aralarında olan danışıqlar zamanı Şahid7 inandırıb, onun adını aztəminatlı ailə kimi Yasamal rayon İcra Hakimiyyətində siyahıya salmaqla güzəştli qaydada Yasamal rayonu ərazisində mənzil verilməsini təmin etmək imkanına malik olmasını sonuncuya yalanda n deyib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Yasamal rayonu İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 19 iyul 2019-cu il tarixdən 31 iyul 2019-cu il tarixədək olan müddətdə cinayətdən xəbərsiz olan Şahid3 vasitəsi ilə Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının çıxışında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Mc Donalds” restoranının qarşısında Şahid7 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə Bakı şəhər Yasamal rayon İcra Şöbəsində hərraca çıxarılmış 2014-cü il istehsallı, “Hyundai Sonata" markalı avtomaşını dəyərindən ucuz qiymətə almaq üçün özünün geniş imkanlara malik olmasına "WhatsApp" tətbiqi vasitəsi ilə aralarında olan danışıqlar zamanı Şahid7 inandırıb, həmin məsələni özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon icra və probasiya şöbəsinin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaiti verilməsi müqabilində həll edəcəyini yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid7 raz ılığını almaqla onunla sövdələşib, həmin adla 2 avqust 2019-cu il tarixdə Şahid7 həmin “Mc Donalds" restoranında 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, sonuncunu müəyyən məbləğdə pul vəsaiti verməsi müqabilində hər ay ödədiyi 120 manat alimentin 50 manata qədər azaldılmasına köməklik etmək imkanına malik olmasına "WhatsApp" tətbiqi vasitəsilə aralarında olan danışıqlar zamanı Şahid7 inandırmaqla, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zərdab rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaiti verilməsi müqabilində həll edəcəyini yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək Şahid7 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin iyul ayı ərzində Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının çıxışında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Mc Donalds” restoranının qarşısında sonuncudan 500 (beş yüz) manat məbləğində, ümumilikdə qeyd edilən qaydada aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus cəmi 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək ona xeyii miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində ver məyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid7 vasitəsi ilə tanıdığı Şahid8 özünün vəzifəli və geniş əlaqələrə malik şəxs olmasına inandırmaqla müəyyən məbləğdə pul vəsaiti verməsi müqabilində Yasamal rayonu ərazisində şəhid ailələri və aztəminatlı ailələrə verilən mənzillərdən 4 otaqlı mənzil almasında ona köməklik etmək imkanına malik olmasına cinayətdən xəbərsiz olan Şahid7 vasitəsi ilə, daha sonra isə 2 avqust 2019- cu il tarixdə Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının çıxışında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Mc Donalds" restoranında görüşləri zamanı inandırıb, həmin məsələnin müsbət həlli üçün özünün yaxın m ünasibətdə olduğu Yasamal rayon İcra hakimiyyətinin vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaiti verilməsi müqabilində həll edəcəyini yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək Aris Məmmədovun razılığını almaqla onunla sövdələşib, həmin adla 2 avqust 2019- cu il tarixdə sonuncudan cinayətdən xəbərsiz olan Şahid7 vasitəsilə həmin "Mc Donalds1 ’ restoranında 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Aris Şəmmmədova məxsus 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəz ifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 1(103)-821/2022 saylı qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, tam oxşar əməllərə görə şəxsə bir-birindən fəqli ittihamlar irəli sürülmüşdür. Bunun ən bariz nümunəsi şəxsə güzəştli mənzil alınması ilə bağlı olan epizodlardır. Əslində hər iki hökmd ə təqsirləndirilən şəxsi həmin şəxslər özləri axtarıb tapmış, özləri xahiş etmiş, bunun üçün vəsaiti də özləri vcermişdir. Bununla belə, şəxsin bir əməlinin 178-ci maddə ilə yanaşı 32.4, 312.2-ci, digər əməlinin isə yalnız 178-ci maddəsi ilə tövsif edilməsinə dair məhkəmə hökmü qüvvədədir. Halbuki məhkəmə bu hala da qiymət verməklə, tövsifi dəyişməli əməli yalnız 178.2-ci maddə ilə tövsif etməli və zərə çəkmiş şəxslərə vurulan ziyanın ödənilməsini nəzərə almaqla, himayəsində bir azyaşlı uşağın olmasını nəzərə almaqla ən azından cəzanı şərti olaraq tətbiq etməli idi. Hesab edirik ki, işin halları, o cümlədən məhkəmə istintaqında təqdqiq edilmiş sübutlara əsasən qəti olaraq söyləmək olar ki, müdafiə etdiyim şəxsə qarşı irəli sürülmüş bu ittiham nə ibtidai istintaq, nə də məhkəmə istintaqı za manı araşdırılmış sübutlar əsasında öz təsdiqin tapmamış əksinə, cinayət işinin materiallarından o cümlədən, məhkəmə istintaqı zamanı dindirilmiş şahid və zərərçəkmiş ifadələrindən, o cümlədən tədqiq edilmiş digər sübutlardan da görünür ki, şəxsin barəsində hökm maddi və prosessual normaların kobud şəkildə pozulması hesabına çıxarılmış, məhkəmə iclasında təqdqiq edilmiş sübutlara əsaslanmır, yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış, şəxsin əməli haqsız olaraq 312-ci maddə ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsində baxış zamanı cinayət işinin məhkəmə baxışı zamanı bir sıra şahidlərin ifadələrinin alınması ilə bağlı vəsatətlər verilsə də tam əsassız olaraq bu vəsatətlər təmin edilməmişdir. Ümumiyyətlə, cinayət işi üzrə müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslərin hamısı özü Məhkum axtarıb tapmış, ona problemlərini danışaraq özləri ona pul vermiş, heç biri işlərinin qanuni yolla həlli üçün bir dəfə də olsun müraciət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində özünün Ülviyyəyə onlara ev düzəltmək üçün pul təklif etdiyini bildirmiş, bundan sonra işə düzəlmək üçün və bununla da bağlı şəxsiyyət vəsiqəsini itirdiyi üçün get-gəl olmaması üçün Ülviyəyə özünün bunu düzəltməsi üçün pul verməsini bildirmişdir. Bununla belə, məhkəmə iclas protokolunda onun ifadəsi tamamilə səhv yazılaraq, guya bütün təkliflərin Ülviyə tərəfindən edildiyi göstərilmişdir. Bununla da bağlı məhkəmə iclas protokoluna qeydlər verilmişdir. Bundan əlavə, iş üzrə ifadə vermiş Şahid1 anası Şahid2 Əlirza qızı da öz ifadəsində qızının ona Ü lviyə adlı qadını tapdığını, ona işlərinin düzəlməsini xahiş edərək pul vermək lazım olduğunu bildirsə də, həm hökmdə, həm də məhkəmə iclas protokolunda guya Ülviyənin onları pul verməyə məcbur etdiyi göstərilmişdir ki, bununla da bağlı məhkəmə iclas protokoluna qeydlər verilmişdir. Bundan əlavə, iş üzrə ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, məhz tanışı Şahid1 vasitəsilə Ülviyəni tanımış, ona müraciət edərək sosial yardım və güzəştli şərtlərlə ev düzəltməsini özü xahiş etmişdir. Bununla belə yenə hökmdə və məhkəmə iclas protokolunda guya məhz Ülviyənin ona sosial yardım və ev düzəltməsini təklif etməsi qeyd edilmişdir. Bununla bağlı da məhkəmə iclas protokoluna qeydlər verilmişdir. Bu ona görə baş vermişdir ki, məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara, şahidl ərin verdiyi faktiki ifadələrə əsaslanmaq əvəzinə ibtidai istintaqda verilən ifadələri qəbul edərək, olduğu kimi hökmə köçürüləsinə susqunluq nümayiş etdirmişlər. Həmçinin məhz bu cür yanaşmanın nəticəsidir ki, Şahid1 ifadəsində guya Məhkum onu guya DİN-ə işə düzəldəcəyinə söz verdiyini bildirsə də, Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 Ülviyənin onu Ədliyyə Nazirliyinə işə düzəltməsinə söz vermişdir. Məhkəmənin işə biganə yanaşmasının nəticəsidir ki, o, ziddiyətli sübutlara qiymət verməmiş, ifadələri elə bu cür də hökmə köçürmüş və hökmünün əsasını ziddiyətli sübutlar təşkil etmişdir. Yuxarıda qeyd olunanları nəzarə alaraq Bakı Apellyasiya Məhkəməsinin 1(103)821/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, şəxsə irəli sürülmüş ittihamdan CM-nin 32.4, 312.2-ci madd ə ilə olan ittihamın xaric edilməsini və cəzanın müvafiq sanksiyaya uyğun təyin edilməklə şərti olaraq hesab edilməsi və ya daha məqsədəmüvafıq hesab etdildiyi halda şikayətdə qeyd etdilən məsələlərin həlli məqsədilə işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə K assasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərl iliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum əsassız olaraq CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasını və ona ağır cəza təyi n edilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müə yyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlm əlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehin ə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instans iyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlməyi zəruri hesab edir. Məhkum Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddələri ilə verilmiş ittihamdan görünür ki, törədilmiş dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxslərə müxtəlif epzodlar üzrə 32.825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat ziyan dəymişdir. İş materiallarında olan Şahid3, Şahid4, Şahid6, Şahid5, Şahid2, Şahid7 və Şahid8 ərizələrindən görünür ki, vətəndaş Məhkum qarşı heç bir iddiaları, şikayətləri və tələbləri yoxdur, onunla barışmışlar. Onlaraa dəymiş maddi ziyan Məhkumn tərəfindən tam ödənilmiş, nəzərə alınmasını xahiş edir. Kassasiya şikayətinə əlav ə edilmiş "xxxx" ASC-nin Mərkəz filialının 14 aprel 2023cü il tarixli, 28707 nömrəli ödəniş qəbzlərindən görünür ki, dələduzluq cinayət əməli nəticəsində vurulmuş ziyanın 25 faizi məbləğində 3868 (üç min səkkiz yüz altımış səkkiz) manat dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət or qanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarının 1ci bəndinə əsasən şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin mü vafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcə llənin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Beləliklə, məhkəmə kollegiyası məhkum olunmuş və hazırda cəzasını çəkən Məhkum zərərçəkmiş şəxslərlə barışdığını və onlara vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 80-1-ci maddəsinə əsasən Məhkum CM-in 178.2.2, və 178.2.4-cü maddələri ilə ona təyin edilmiş cəzadan azad edilməlidir. Lakin məhkəmə kollegiyası Məhkum təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün y alnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlini n təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə, kassasiya şikayətinin Məhkum barəsində cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin e dilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək CM-nin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, məhkəmə kollegiyası Məhkum tərəfindən zərərçəkmiş şəxslərə dəymiş zərərin tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir iddia və tələbinin o lmamasını, onun davranışını, ali təhsilli olmasını, himayəsində bir azyaşlı uşaqının olmasını, uzun sürən xroniki gedişli xəstəlikdən əziyyət çəkməsini və ağırlaşdırıcı halların olmamasını şəxsiyyəti ilə bağlı müstəsna hallar kimi qiymətləndirir və həmin halları nəzərə alaraq hesab edir ki, məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasınd an və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və o byektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə c inayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və a zadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqların ın məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqları nın və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş cəza CM-in 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şika yəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə Məhkum həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiq edil məsinə dair müddəalar hökmdən xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş əsas cəza 04 (dörd) ildən 02 (iki) il 3 (üç) aya endirilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Məhkum barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbayc an Respublikası CM-in 69.3-cü maddəsinə əsasən X5 həbsdə olduğu 01 (bir) ay 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 01 fevral 2021-ci il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-247/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-247/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver