Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-247/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum1 və Məhkum2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlərin rədd edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından Məhkum3, Məhkum2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli, 1(101)-1419/2010 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat zamanı tutularaq həbsdə saxlanıldığı 2 ay 23 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 il 9 ay 7 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində C M-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 il sınaq müddəti müəyyən edilmişdir. Məhkum3 CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat zamanı tutularaq həbsdə saxlanıldığı 21 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 il 11 ay 9 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 il 6 ay sınaq müddəti müəyyən edilmişdir. Məhkum2 CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmiş, məhkəməyədək icraat zamanı tutularaq həbsdə saxlanıldığı 7 ay 28 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 il 4 ay 2 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 il sınaq müddəti müəyyən edilmişdir. Məhkum1, Məhkum3 və Məhkum2 vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək hökmdən buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 iyul 2023-cü il tarixli qərarı ilə məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 barələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli, 1 (101 )-1419/2010 saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair məhkumların vəsatətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, X9 oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 26 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 3 iyul 2023-cü il tarixli, 1(101 )-1419/2010 saylı qərarı məhkumlar tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmşdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum3 kassasiya şikayətində qeyd etmişdir ki, məhkum olunduğu xx.xx.2010cu il tarixdən apellyasiva şikayəti verilənə qədər M övlam Şıxəliyevin ona və digərlərinə qarşı psixoloji təsiri, daimi təsir altında saxlamalarını nəzərə alınmamışdır. Məhkəmə qərarında baxılma tarixi məlum olmayan Avropa Məhkəməsinin Ryabix Rusiyaya qarşı Qərarına istinad etməsi də tam əsassızdır. Çünki, həmin Qərarda bütün mümkün instansiya məhkəmələrində baxılmış və qüvvəsini almış qərarlardan bəhs edir. Ona qarşı isə olan cinayət işi qeyd edilən keçmiş Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin təsiri nəticəsində yuxarı instansiya məhkəmələrinə hüquqlarının müdafiəsi ilə əlaqədar şikayət vermək imkanının qeyrimümkünlüyü ilə bağlıdır. Onun və digərlərinin qanunsuz və əsassız cinayət məsuliyyətinə alınmağı və məhkum edilməyi tam qanuna zidd olduğunu göstərməklə həmin vaxt mövcud şəraitdə verəcəkləri ş ikayətlərin ləgv olunmuş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin keçmiş naziri Eldar Mahmudovun və istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin və qeyrilərindən ibarət mütəşəkkil cinayətkar dəstənin xofuna görə təmin edilməyəcəyini göstərsə də məhkəmə buna nəinki hüquqi qiymət verməmiş, hətta hər hansı bir münasibət belə bildirməmişdir.Məhkəmə vəsatəti rədd edərkən qanuna əsasən gəldiyi nəticəni əsaslandırmaq üçün hər hansı bir hüquq normasına da istinad etməmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin vermə müddətinin bərpa olunması xahiş olunmuşdur. Məhkum2 və Məhkum1 da kassasiya şikayətlərini eyni dəlillərlə əsaslandırıb eyni tələb irəli sürmüşlər. Hüq uqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə şikayəti vermiş şəxslərin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərd ə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi biri nci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli, 1(101)-1419/2010 saylı hökmü məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 və onların müdafiəçilərinin iştirakı ilə elan edilmiş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış, hökmün surəti məhkumlar tərəfindən 26 noyabr 2010-cu il tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir. Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 tərəfindən apellyasiya şikayətləri və buraxılmış müddətin bərpasına dair vəsatətlər Bakı Ağır Cinayətlər Məhkəməsinə 12 iyun 2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə də qeydiyyata alınmışdır. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 12 il 7 ay müddət keçmiş və məhkumları bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin rədd edilməsinə dair gəldikləri nəticə qanuni və əsaslıdır. Şikayət vermiş şəxslərin kassasiya şikayətlərində göstərdiyi dəlilləri hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual m üddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Məhkum3, Məhkum2 və Məhkum1 vaxtında apellyasiya şikayəti verməməsinin üzrlü səbəblərinin olmasına dair zəruri dəlillər təqdim edilməmişdir. Məhkəmə kollegiyası hökmün məhkumlara təqdim edildiyi tarixdən hər-hansı üzrlü səbəbdən apellyasiya şikayəti vermək imkanından məhrum olmalarına səbəb olan halların müəyyən olunmadığını nəzərə alaraq qeyd edir ki, Məhkum3, Məhkum2 və Məhkum1 tərəfindən apellyasiya şikayətləri qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 12 il 7 ay vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum3, Məhkum2 və Məhkum1 apellyasiya şikayətinin üzrlü səbəbdən ötürülmələrini təsdiq edən hər hansı sübut mü əyyən olunmur. Belə ki, Məhkum3, Məhkum2 və Məhkum1 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini (yəni uzun müddət stress zəminində, yaxud başqa səbəbdən xəstə olmasını və müalicə müəssisəsində və ya cəzaçəkmə müəssisəsinin tibbi-sanitar hissəsində müalicə almasını, yaxud vaxtında apellyasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini) təsdiqləyən sübutlar əlavə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum3, Məhkum2 və Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm onlara təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və im kanları olsa da, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi Məhkum3, Məhkum2 və Məhkum1 iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi halları araşdıraraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onların vəsatətlərini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətlərinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum3, Məhkum2 və Məhkum1 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlərinə həmin müddətin üzrlü səbəbdən ötü rülməsini təsdiq edən sübutlar əlavə etməmiş, qeyd etdikləri dəlillər isə hüquqi əsası olmayan subyektiv mülahizələrdən ibarət olmaqla ötürülmüş müddətin bərpası üçün əsas sayıla bilməz. Ona görə də kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum3, Məhkum2 və Məhkum1 tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətlərində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı sübut göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəy yənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildir ir ki, cinayətprosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Av ropa Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipi nin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, Səbri Günəş TürMəhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bərpa oluna bilər. Apellyasiya şikayəti və ya apellyasiya protestinin vaxtında verilməməsinin üzrlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, iş materialları ilə vaxtında tanış olmaq imkanının olmaması, hökmün və ya məhkəmənin digər qərarının mahiyyətinin şəxsə vaxtında və düzgün izah olunmaması, hökmün və ya məhkəmənin qərarının surətini vaxtında göndərilməməsi, məhkəmə iclas protokolunun vaxtında hazır olmaması, şikayət və ya prot est vermək hüququ olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi, şikayət və ya protest verilməsinə fövqəladə halların mane olması və s. ola bilər. Lakin iş materiallarında və vəsatətdə qeyd edilən halları təsdiq edən hər hansı bir sübut müəyyən edilmir. Apellyasiya məhkəməsi də haqlı olaraq yuxarıda qeyd edilənləri, həmçinin X2 hökmün qəbul olunduğu tarixdən vəsatətlə müraciət olunan vaxta kimi keçmiş müddət ərzində (2 ay 22 gün) apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzürlü hesab etməyə əsas olan halların mövcud olmadığını qeyd etmiş və müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti, vermə müddəti üzrsüz səbəbdən buraxmaqla ver ildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətlərin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətlərin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlərin rədd edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından Məhkum3, Məhkum2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-247/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-247/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver