Məhkəmə qərarları › İş №1(102)-2471/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2471/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2471/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və nümayəndəsinin iştirakları ilə xxxxxxx ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara şəhəri 6 saylı tam orta məktəbində kargüzar işləyən, xxxxxxxxxx-də qeydiyyatda olan və yaşayan Astara Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(018)-74/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəl ləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallar üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli 1(106)-512/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(018)-74/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim M.İ.Məmmədov) Məhkum CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını əsas iş yerində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli 1(106)-512/2023 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) məhkum (barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş) Məhkum və zərər çəkmiş şəxs (xüsusi ittihamçı) X2 vəkili və nümayəndəsi apellyasiya şikayətləri təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(018)-74/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə görə (xnın irəli sürdü ittihama əsaslanmaqla) Məhkum yalan olduğunu bilə-bilə qəsdən xüsusi ittih amçı X3 ağır cinayətdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulmuş, rüşvət alma (passiv rüşvətxorluq) cinayət əməlində yəni, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması cinayət əməlində ittiham etməklə bu barədə olan məlumatları yalan olduğunu bilə-bilə kütləvi çıxışda və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yaymışdır. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar: Məhkum kassasiya şikayətini onu nla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, işin həqiqi halları düzgün müəyyən edilməmiş, nəticədə onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətinin tərkibi olmadığı halda, o əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib cəzaya məruz qalmış, onun Azərbaycan Respublikası Konstitusiyası, Avropa Konvensiyası ilə ehtiva olunan hüquqları pozulmuşdur. Məhkum kassasiya şikayətində xüsusilə ona istinad edir ki, zərərçəkmiş şəxs ondan həqiqətəndə rüşvət almaq istəmiş, lakin buna baxmayaraq, məhkəmələr zərərçəkmiş şəxsin bu qanunsuz hərəkətlərinə qiymət verməmişlər, bununla bağlı heç bir araşdırma aparmamışlar, sadəcə x təsdiq olunmayan ifadələrinə üstünlük vermişlər. Şikayət müəllifləri qeyd edir ki, məhkəmələr Məhkum xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət işinə baxılması zamanı məhkəmə gedişində toplanmış məlumat, sənəd və əşyaların mənbəyinin mötəbərliyini yoxlamamış, onları təhlil etmədən və bir-biri ilə müqayisə etmədən ittiham tərəfinin sübutları qismində tanımış, onları mənsubiyyət, mümkünlük və mötəbərlik baxımından qiymətləndirməmişdir. Faktiki olaraq məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023- cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) X2 nümayəndəsi X2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, xüsusi ittihamçı xnın xüsusi ittiham qaydasında etdiyi şikayətdə Məhkum tərəfindən yazılmış böhtan və təhqir xarakterli məlumatları əks etdirən və müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətləri sübutlar siyahısında göstərilməmiş və həmin xüsusat əsas götürülməmişdir. Xüsusi ittiham qaydasında edilmiş şikayətdən görünür ki, sözügedən cinayət tərkibinin yaranmasına səbəb və əsas kütləvi qaydada internet informasiya ehtiyatlarında Məhkum tərəfindən böhtan xarakterli məlumatların yayılması olmuşdur ki, həmin faktı da sonuncu məhz özü də təsdiq və etiraf edir. Məhku m kassasiya şikayətində qeyd edir ki, ona aidiyyəti qurumlar müvafiq reaksiya vermədiyindən o internet informasiya ehtiyatlarında həmin məlumatları yaymağa başlamışdır. Ona görə də kassatorun həmin mövqeyi ilə də razı deyillər. Nümayəndə X6 Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli 1(106)-512/2023 nömrəli qərarının düzgün olduğunu qeyd edərək, məhkəmə kollegiyasından verilmiş kassasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə v ə yaxud dəyişdirməyə haqlıdır. Məhkum verdiyi kassasiya şikayətində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq onu Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətini törətməkdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun verdiyi kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, cinayət prosesi ayrı-ayrı müstəqil mərhələlərin məcmusundan ibarətdir ki, onların da hər birinin qarşısında duran vəzifənin düzgün yerinə yetirilməsi nəticə etibarilə cinayət-mühakimə icraatının vəzifələrinin (CPM-in 8-ci maddəsi) həyata keçirilməsinə xidmət edir. Prosesin hər bir mərhələsində yerinə yetirilən vəzifələr bu mərhələyə xas olan spesifik üsullarla həyata keçirilir ki, nəticədə həmin vəzifələrin sistem halında yerinə yetirilməsi cinayət prosesində ədalət müha kiməsinin həyata keçirilməsini, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsini təmin edir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.9-cu maddəsinə əsasən, ədalət mühakiməsi məhkəmə tərəfindən həyata keçirilir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsi həyata keçirilərkən cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə cinayət-prosessual qanunvericiliyinin qəbul olunmuş prinsip və vəzifələri çərçivəsində baxılmalıdır. Məhkəmə baxışı beş müstəqil mərhələdən ( məhkəmə baxışının hazırlıq hissəsi; məhkəmə istintaqı; məhkəmə çıxışları; təqsirləndirilən şəxsin son sözü; yekun məhkəmə qərarının çıxarılması) ibarət olmaqla, mərhələlərin hər biri ayrılıqda konkret vəzifələri özündə ehtiva edərək biri digərini tamamlayır və məhkəm ə baxışının vahid sistemini yaradır. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş maddələrinə baxdıqda və bu maddələri cinayət-prosessual qanunun ümumi hissəsinin normaları, o cümlədən CPM-in 8-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifələri, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), təqsirsizlik (CPM, maddə 21), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi (CPM, maddə 33) kimi cinayət mühakimə icraatının prinsipləri ilə müqayisə etdikdə, aydın olur ki, birinci instansiya məhkəməsində icraatın hazırlıq iclası (ilkin dinləmə) və məhkəmə baxışı mərhələləri araşdırılan məsələlərə (araşdırma predmetinə), araşdırmanın həcmin ə, araşdırmanın məqsədlərinə görə bir-birindən fərqlənən mərhələlərdir və onların eyniləşdirilməsi, məsələn yalnız məhkəmə baxışında həll edilməli məsələnin hazırlıq iclasının nəticələrinə görə həll olunması yolverilməzdir. Məhkəmə baxışı (məhkəmə istintaqı, məhkəmə çıxışları, təqsirləndirilən şəxsin son sözü, yekun müşavirə) mərhələlərindən fərqli olaraq, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Belə ki, Cinayət-Prosessua l Məcəllənin 299.1-ci maddəsinə görə “məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir”. Cinayət-Prosessual Məcəlləsinin 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı sübutların qiymətləndirilməsi məsələsi deyil, cinayət prosesi tərəflərinin “məhkəmə baxışında” tədqiq edilmək üçün təqdim etdikləri “sübutlar siyahısı”, “məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi” barədə məsələlər həll edilir. Həmçinin Həmin Məcəllənin 300.1.1-300.1.7-ci maddələrində məhkəmənin hazırlıq iclasını n keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarların növləri sadalanmışdır: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. CPM-nin 301.3-cü maddəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarda bu Məcəllənin 301.2.1— 301.2.4, 301.2.6—301.2.12-ci maddələrində göstərilən müvafiq müddəalari əks etdirilməlidir. Təsvir olunan normalarla müqayisə etməklə birinci instansiya 28 aprel 2024-cü il tarixli hazırlıq iclasının qərarına baxdıqda müəyyən olunur ki, həmin qərar məhkəmə baxışında həll edilməli məsələlərlə hazırlıq iclasında həll edilən məsələlərin dəqiqi sərhədini müəyyən etmədən, C inayət-Prosessual Məcəllədə qeyd olunan mərhələlər üçün araşdırmanın həcmini və məqsədini təsbit edən normalarının düzgün təfsir edilmədən çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi 28 aprel 2024-cü il tarixli qərarda xüsusi ittihamçı xnın və barəsində şikayət verilən Məhkum çıxışlarına istinad edərək, daha sonra Cinayət Məcəlləsinin 147-ci, 147.2 və 148-ci və CPM-nin 300.1.2-ci maddələrini sadalayaraq - “Hazırkı iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum tərəfindən xüsusi ittihamçı X2 şərəf və ləyaqətini alçaldan, ləkələyən məlumatların kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və kütləvi çıxışda yayılması” öz təsdiqini tapması, “Beləliklə də aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum, X 3 ağır əməlində (rüşvət alma) ittiham etməklə böhtan atmışdır. Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri vardır” kimi bitmiş fikirləri əks etdirməklə, hazırlıq mərhələsində Məhkum əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətinə aid olan əlamətin – birbaşa qəsdin olması haqqında nəticəyə gəlmişdir. Göründüyü kimi Məhkum barəsində xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallara birinci instansiya məhkəməsinin hazırlıq iclasında baxılarkən, məhkəmə sübuta yetirilməsi tələb olunan, qanuni qüvvəsini almış məhkəmə hökmünün mövcud olmasını ehtiva edən, həmçinin hazırlıq mərhələsində həll edilməsi nəzərdə tutulmayan – barəsində şikayət verilmiş Məhkum təqsirlilik məsələsinə münasi bət bildirərək sonuncunun prosessual qanunvericiliklə qorunan fundamental hüquqlarını pozmuşdur. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsində “...cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq”, 8.0.5-ci maddəsində isə “cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək” cinayət mühakimə icraatının vəzifələri sırasında təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəllədə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxsınlar (CPM, maddə 28.1). Cinayət mühakimə icraatında tərəflərin çəkişməsi prinsipi isə Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını (maddə 32.2.1) və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını (maddə 32.2.2) ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinay ət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir (maddə 32.2.3), müdafiə tərəfi isə əksinə - cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və CPM-in 32.2.4-cü maddəsində təsbit olunmuş digər funksiyaları yerinə yetirir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə görə cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4) və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Cinayət Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır”. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsində təsbit olunmuş qaydaya görə “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi ü zrə qiymətləndirilməlidir”. “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər” (maddə 145.2). Cinayət-Prosessual Məcəllənin 346.1, 346.1.1 və 346.1.2-ci maddələrinə əsasən cinayət hadisəsinin və təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi – bunlar məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həll edilməli olan məsələlərdir. Yuxarıda təsvir edilmiş cinayət-prosessual normalardan göründüyü kimi məhkəmə tərəfindən irəli sürülmüş ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi müvafiq tədqiqata (sübutlara baxılmasına) əsaslanmalı, belə tədqiqat isə çəkişməli xarakterli cinayət prosesində müvafiq prosedur daxilində həyata keçirilməli və şəxsin təqsiri mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi şübhə doğurmayan sübutlarla sübuta yetirilməklə bu barədə yekun məhkəmə aktı qəbul edilməlidir. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş normalarından isə aydın görünür ki, qanunverici bu instansiyada ittihamın həlli ilə əlaqədar (şəxsin təqsirlilik məsələsini həll edilməsi ilə) sübutlara baxılması, yəni həm də onların yoxlanılması, təhlil edilməsi, bir-biri ilə müqayisə edilməsi, yeni sübutlar barədə təkliflərin irəli sürülməsi, bir sözlə sübutların tədqiqi mövzusunda cinayət prosesi tərəflərinin çəkişməsi üçün uyğun prosedur kimi müstəsna olaraq CPM-in XLİİİ fəslində təsbit edilmiş məhkəmə baxışının məhkəmə istintaqı mərhələsin i nəzərdə tutmuşdur. Məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi isə CPMin 338.1.2-ci maddəsinə və XLV fəslinin qaydalarına görə məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşmaqla yalnız yekun qərarın çıxarılması üçün müşavirənin gedişində həyata keçirilməlidir. Məhkəmə baxışından fərqli olaraq, məhkəmənin hazırlıq iclasında irəli sürülmüş ittihamın həlli nöqteyi-nəzərindən şəxsin təqsirlilik məsələsini həll olunmur və ondan doğan sübutlara baxılmasına, sübutların ittihamı təsdiq etməsi və yaxud təkzib etməsi baxımından tədqiq edilməsinə, o cümlədən yoxlanılmasına və qiymətləndirilməsinə yol verilmir. Yalnız cinayət işlərinə və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına deyil, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmənin hazırlıq iclasın da baxılarkən də cinayətprosessual qanunun qeyd olunan normaları nəzərdən qaçırılmamalı və xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamı, o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olmasını kifayət qədər təsdiq edib-etməməsi (sübutların kifayətedənliyi) baxımından qiymətləndirilməsini ehtiva edən normalar kimi təfsir edilməməlidir. Lakin, hazırki işin materiallarına yuxarıda gətirilən normalarla və məhkəmə kollegiyasının hüquqi mövqeyi ilə müqayisə etməklə baxdıqda, müəyyən olunur ki, birinci instansiya məhkəməsi yalnız xüsusi ittihamçı xnın və barəsində şikayət verilən Məhkum qısa dinlədikdən sonra, başqa heç bir sübutun tədqiq olunmadığı, əslində sübutların tədqiq edilməsi üçün nəzərdə tutulmayan hazırlıq iclasında Məhkum əməlində birbaşa qəsdin olması kimi mühakimə yürütməklə, faktiki olaraq şikayətə əlavə olunmuş materialları müvafiq prosedurda tədqiq etmədən Məhkum əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətinə aid olan əlamətin – birbaşa qəsdin olması haqqında nəticəyə gəlmişdir. Təsvir edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi hazırlıq iclasında (həmin mərhələdə həll edilməsi nəzərdə tutulmayan) məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etməklə yuxarıda təsvir edilən cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, Cinayət-Prosessual Məcəllənin ümumi hissəsinin digər normalarının tələblərini pozduğu halda, işə apellyasiya şikayəti əsasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 391.2 və 391.3-cu maddələrin tələblərindən irəli gəl ən hüquqi tənzimlənməyə əməl etməyərək göstərilən pozuntulara göz yummaqla heç bir qiymət verməmişdir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 352.2-ci maddəsinə əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Göstərilən belə tələb cinayət təqibi üzrə qəbul olunan prosessual qərarlara da aiddir. Birinci instansiya məhkəməsinin “xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə” qərarının Cinayət-Prosessual Məcəlləsinin 352.2-ci maddəsində irəli sürülmüş imperativ tələblərə cavab verdiyi söyləmək mümkün deyil. Belə ki, Astra Rayon Məhkəməsi 28 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarının təsviri əsaslandırıcı hissəsinin birinci abzasında məhkəmə xüsusi ittihamçı X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət etdiyi və məhkəmədən “Barələrində şikayət verilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 147.1, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrinə görə onların Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmək üçün barələrində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraatın açılmasını, icraata qəbul edilməsinə dair qərar qəbul edilməsini” xahiş etdiyini göstərmişdir. Göründüyü kimi məhkəmə aktı aydın, anlaşılan ifadələrlə tərtib olunmadığından xüsusi ittihamçının yekunda məhkəmədən nə xahiş etdiyi müəyyən etmək mümkün deyil, belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda bir tərəfdən xüsusi ittihamçı X2 barəsində şikayət verilən Məhkum (şəxs cəm şəkildə qeyd olunmuş) Azərbaycan Respublikası CM-in 147.1, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham etdiyi göstərdiyi halda, digər tərəfdən X Məhkum Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraatın açılmasını, icraata qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etdiyi göstərmişdir ki, qeyd olunan təzad məhkəmə aktında əks olunmasının səbəbi kollegiyaya aydın deyil. Digər tərəfdən xüsusi ittihamçı Məhkum Azərbaycan Respublikası CM-in 147.1, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham etdiyi halda, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayətdə istinad edilmiş tövsifi haz ırlıq iclasında dəyişmək səlahiyyəti olmadığı halda (cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi istisna olmaqla), təqsirləndirilən şəxsin yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə nəticəyə gəlmiş, digər maddələrlə irəli sürülmüş ittihamın aqibəti barədə tərifindən qəbul edilmiş qərarda heç bir əsaslandırma aparmamışdır. Göstərilən yuxarıdakı pozuntular fonunda apellyasiya instansiya məhkəməsi cinayət prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanununun normalarının tətbiq edilməsinin düzgünlüyünə qiymət verməmiş və birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razıl aşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasının tələblərini pozmaqla, bundan doğan ədalətli məhkəmə araşdırması həyata keçirmədən və sübutların tədqiqinə dair cinayət-prosessual qaydalara əməl olunmadan əldə edilmiş – Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirliyinin sübuta yetirilməsinə dair nəticə mötəbər və inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiy i nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Şirvan Apellyasiya Məhkəməsində işə baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 391.2 və 391.3-cu maddələrinin tələblərinə əməl etməyərək, birinci instansiyası məhkəməsində icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilməməsi məsələsini kifayət qədər araşdırmadan, yuxarıda qeyd edilən prosessual normaları nəzərə almadan apellyasiya şikayətinə ilkin baxılması qərarı ilə apellyasiya ş ikayəti üzrə işi məhkəmə baxışına təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası xüsusi ittihamçı Məhkum kassasiya şikayətinə baxılması nəticəsində həmin şikayətin əsaslı olması, apellyasiya məhkəməsi tərəfindən həm onun ilkin baxış qərarının, həm də məhkəmə baxışında qəbul etdiyi qərarın ləğv edilməsini, xüsusi ittiham qaydasında şikayət üzrə materialların yenidən ilkin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edən CPM-in 416.1.2, 416.1.20ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsi haqqında nəticəyə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqq ında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxs X3nın və onun nümayəndəsi X4nin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli 1(106)-512/2023 nömrəli qərarı və apellyasiya şikayətinə ilkin baxılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli 1(106)-512/2023 nömrəli qərarı ləğv edilməli, apellyasiya şikayətləri üzrə iş ilkin məhkəmə baxışına təyin edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli 1(106)-512/2023 nömrəli qərarı və apellyasiya şikayətinə ilkin baxılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli 1(106)-512/2023 nömrəli qərarı ləğv edilsin. Məhkum tərəfindən verilmiş apellyasiya məhkəməsində yenidən ilkin baxışa təyin edilsin. şikayəti apellyasiya instansiyası

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar