Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2471/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 24 aprel 2024-cü il tarixli 1(103)-798/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən), Faiq Qəniyev və Mahmud Ağalarov) 01 fevral 2024-cü il tarixli 1(101)-377/2024 nömrəli hökmü ilə 22 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 azyaşlı övladı olan, ali təhsilli, "xxxx" MMC-də böyük inşaat mühəndisi işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2assivi, Məlik Dadaşov küçəsi ev 7-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum 09 yanvar 2023-cü il tarixdə təxminən saat 02-03 radələrində yaşadığı ünvan 2assivi, Məlik Dadaşov küçəsi ev 7 ünvanında mətbəx otağında atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı sağlamlığına zərər vurmaq məqsədilə mətbəx mebelindən götürdüyü çapacaqla boyun nahiyəsinə zərbə vurmaqla özünə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə yüngül dərəcəli zərərvurmaya aid boynun kəsilmiş yarası xəsarəti yetirdikdən sonra onun sağlamlığına zərər vurmasının qarşısın ı almaq üçün əlindən çapacağı almaq istəyən atası Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməklə sonuncuya ölümlə səbəbli əlaqəsi olmayan, sağlamlığa zərərvurmayan xəsarətin əlamətinə malik hər iki göz ətrafı nahiyənin qançırı, həmçinin ölümlə səbəbli əlaqəsi olmayan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik ağciyərlərin kontuziyası, ikitərəfli homopnevmotoraksla müşayiət olunan döş qəfəsinin qapalı küt travması; eyni zamanda ölümlə səbəbli əlaqəli olan, eyni proyeksiya üzrə törənmiş zədələr hesab olunan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik sağ təpə nahiyəsinin qançırı, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar, baş beyni n əzilməsi xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaqla, sonuncunun müalicə aldığı Sabunçu Tibb Mərkəzində 12 yanvar 2022-ci il tarixdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Murad Məmmədov) 24 aprel 2024-ci il tarixli, 1(103)-798/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2024-cü il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 24 aprel 2024-ci il tarixli, 1(103)-798/2024 nömrəli qərarının ləğv edilməsi və yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-ci il tarixli, 1(103)-798/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 18 dekabr 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 18 dekabr 2024-cü il tarixdə Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə Məhkum göstərmişdir ki, müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-ci il tarixli, 1(103)-798/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiə çi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2471/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2471/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver