Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2477/2025 24.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası v ətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev-56 k-da qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndi, F.Əliyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-491/2025 nömrəli 7 avqust 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2, habelə zərər çəkmiş şəxs və onun nümayəndəsi Qanuni nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 1(012)-689/2025 nömrəli 27 may 2025-ci il tarixli hökmü ilə (hakim C.İ.Səfiyeva) Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə zalından həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəlinin həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi X3 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)598/2024 nömrəli 11 s entyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər E.M.Əhmədov (sədrlik edən), E.G.Rəhimov və M.Ə.Rzayev) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 9 iyul 2024cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilətəqsirləndirilmişdir ona görə ki, o, əvvəllər tanıdığı və sevgili münasibətində olduğu, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, 9 sentyabr 2009-cu il tarixdə doğulmuş Zərərçəkmiş şəxs 25 may 2024-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi, Firdovsi Vəliyev küçəsində yerləşən yaşadığı fərdi evə gətirərək orada həmin gün və sonuncunun 24 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixə kimi olan müddət ərzində həmin evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə razılığı ilə cinsiyyət orqan ını Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə daxil edərək seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, 19 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Firdovsi Vəliyev küçəsində yerləşən evində əvvəllər tanıdığı və sevgili münasibətində olduğu, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, 9 sentyabr 2009-cu il tarixdə doğulmuş Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə bir dəfə cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə cinsi əlaqədə olub qızlıq pərdəsininin tamlığını pozmuş, bundan sonra Zərərçəkmiş şəxs 24 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixə kimi olan müddət ərzində həmin evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə sonuncunun razılığı ilə cinsiyyət orqanını Zərərçəkmiş şəxs ci nsiyyət orqanına daxil etməklə cinsi əlaqədə olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsi və məhkuma CM-nin 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddətinin təyin edilməsi və cəzanın şərti olaraq hesab edilməsi xahiş edilmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, CPM-in 143-146, 416.1.21 və 419-cu maddələrinə, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 İyun 2003-cü il tarixli Qərarına, işin müəyyən olunmuş faktiki hallarına istinad edilərək Abşeron Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 1(012)-689/2025 nömrəli h ökmünün dəyişdirilməsi, Məhkum barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə həmin hökmlə ona təyin olunmuş 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 6 ay sınaq müdddəti ilə şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən hal kimi cinayətin yetkinlik yaşına çatmadığı vaxt törətməsi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal kimi cinayəti təkrar törətməsi məhkəmə tərəfindən müvafiq olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar kimi nəzərə alınsa da, təqsirləndirilən şəxslə, zərərçəkmiş şəxsin barışmasını, onların nişanlandıqlarını, gələcəkdə nikaha daxil olma istəmələrini məhkəmə yümgülləşdirici hal kimi nəzərə almamışdır. Zərər çəkmiş şəxs və onun nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsi və məhkuma CM-nin 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddətinin təyin edilməsi və cəzanın şərti olaraq hesab edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun E.Bədələovun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi Qanuni nümayəndə, kassasiya şikayətlərinin təmin edilməməsi, lakin amnistiya aktının tətbiq edilməsi barədə dövl ət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstər ilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçi və zərər çəkmiş şəxsin və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkum barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesablanması barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinə əsasən, “on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə” görə cinayət məsuliyyəti müəyyən edilmişdir və üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi ş əxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-491/2025 nömrəli 7 avqust 2025-ci il tarixli qərarı Məhkum təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməməlidir. Vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşıs ının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmadığı vaxt törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayəti təkrar törətməsini ağırlaşdırıcı hal kimi müəyyən edərək onu A zərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilərək, Məhkum Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini hökm etmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Göstərmək vacibdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını qeyd etmiş, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını vurğulamışdır. Bundan başqa məlumdur ki, sosial ədaləti n bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Ədalətli cəza öz növbəsində CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hiss əsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Qeyd edilməlidir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Qanuni və ədalətli cəzanın təyin edilməsi hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması, onun yenidən tərbiyə edilməsinə köməklik göstərir, eyni zamanda sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını al ır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nə zərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün məhkumun cəza çəkmədən islah olunması məhkəmə tərəfindən mümkün hesab edilməsi zəruridir. Lakin məhkum edilmiş şəxs Məhkum barəsində törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən hallar nəzərə alınsa da, həmin hallar şəxsin cəza çəkmədən islah olunmasına dəlalət etmədiyindən, tətbiq edilmiş cəzanın şərti hesab edilməsi qanuni və əsaslı olmazdı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xa rakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata ke çirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyasının qənaətinə əsasən, Məhkum yuxarıda qeyd edilmiş cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməsində şağı instansiya məhkəmələri haqlı olmuşlar. Bununla yanaşı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 avqust 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. 19 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin Qərarı qəbul edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzadan azad edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.3-cü bəndinə əsasən məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amn istiya tətbiq edirlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 27-ci hissəsinə əsasən kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının nömrəli 7 avqust 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 419.10.4-cü maddəsini və Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərarının 5.3-cü bəndini və 27-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli tarixli hökmü və bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 avqust 2025-ci il tarixli qər arı dəyişdirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən Məhkum ona təyin edilmiş 1 il 3 ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilsin. Məhkum dərhal məhkəmə zalından azad edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2477/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2477/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver