Məhkəmə qərarları › İş №1(102)-2478/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2478/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2478/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 fevral tarixli, 1(103)-474/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1535/2024 nömrəli, xx.xx.2024 tarixli hökmü ilə (Hakimlər R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və L.S.Əsgərovadan ibarət tərkibdə) xx.xx.1988-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Res publikası CM-in 178.2.2, 178.2.4-ci maddələri ilə 3 (üç) il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 1 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə) 2025-ci il 11 fevral tarixli, 1(103)-474/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellya siya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 fevral tarixli, 1(103)-474/2025 nömrəli qərarından məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 10 dekabr tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum ərizəsini nəzərə alaraq, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin bu məsələyə münasibətini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılma lıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 2025-ci il 11 fevral tarixli, 1(103)-474/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar