Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2479/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Ələsgərov Novruz Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxx ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, x qeydiyyatda olmaqla, orada yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2016-cı il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 1(106)-168/2016 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.F.Quliyev (sədrlik edən), hakimlər R.M.Cəfərov və O.Y.Cəlilovdan ibarət tərkibdə) 18 noyabr 2015-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törə tməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla onun üzərində qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 14 mart 2015-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin digər məhkum X9 da təqsirli bilinərək məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli hökmündən məhkum, onun müdafiəçisi və Məhkum tərəfindən apellyasiya şik ayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum 19 may 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə kassasiya şikayəti, o cümlədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət ilə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: İ.H.Əhmədov, hakimlər: M.Ə.Bağırov və E.İ.Əliyev), Şirvan Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 16 fevral 2016-cı il tarixli qərarından Məhkum kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onkoloji xəstə olduğu üçün uzun müddət ərzində müalicə aldığından apellyasiya instansiyası məhkəməsindən şikayət vermə müddəti ötürmüşdür. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi 04 iyul 2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və həmin məhkəmənin 16 fevral 2016-cı il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2016-cı il tarixli qərarı qəbul edilərkən qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 410.1.4cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində verilir. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2016-cı il tarixli, 1(106)-168/2016 saylı qərarı elan olunarkən Məhkum və o nun müdafiəçisi X8 məhkəmə iclasında iştirak etmiş, qərardan kassasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuş, qərarın surəti isə Məhkum təqdim edilməsi üçün 17 fevral 2016-cı il tarixli, 1 (106)-168/2016 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkum kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair 17 may 2023-ci il tarixli vəsatəti və kassasiya şikayəti 19 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsinin 19 may 2023-cü il tarixli 3-16-17/21/2-1855/2023 saylı məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, yəni vəsatət və kassasiya şikayəti apellyasiya məhkəməsinin yekun qərarının çıxarılmasında n 7 ildən artıq vaxt keçdikdən sonra verilmişdir. Məhkum kassasiya şikayəti verilməsi üçün qanunla (15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan cinayət-prosessual qanunvericiliklə) müəyyən olunmuş 18 aylıq müddət ərzində kassasiya şikayəti verməsi üçün kifayət qədər vaxtının olmasına baxmayaraq kassasiya şikayətini 7 il 3 ay 3 gün sonra vermiş və bu müddətin üzrlü səbəblərdən buraxılması hər hansı sübutla təsdiq olunmur.Göründüyü kimi məhkum hər hansı üzürlü səbəb olmadan müddəti ötürmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərarını qanuni və əsaslı, müdafiə tərəfinin dəlilərini isə əsassız hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa ed ilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mülahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Lakin verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdikləri müəyyən olunur. Məhkum kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətində göstərilən müddəti buraxmasının səbəbini onkoloji xəstə olduğunu və stasionarda mualicə alması ilə əlaqələndirsə də, bu halları təsdiq edən sübutları vəsatətinə əlavə etməyərək apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Halbuki, 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası göstərilən bu halı kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı müdafiə tərəfinin atmış olduğu uğursuz addım kimi qiymətləndirir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən 16 fevral 2016-cı il tarixli qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş v erməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə o deməkdir ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2016-cı il tarixli qərarından kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipin in pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə k ollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2016-cı il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 04 iyul 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 16 fevral 2016-cı il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 04 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2479/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2479/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver