Məhkəmə qərarları › İş №1(102)-2479/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2479/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2479/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Zeynalov Emin Mail oğlunun iştirakları ilə 17 avqust 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ü nvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli 1(103)-1234/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Zeynalov Emin Mail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli 1(101)-621/2024 nömrəli hökmü ilə (hakimlər: A.B.Sadıqov (sədrlik edən), M.N.Kərimova və F.A.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli 1(103)-1234/2024 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), S.X.Bəhrəmzadə və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli 1(101)-621/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ölkə ərazisində narkotik vasitələrin satışını həyata keçirmək məqsə dilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “X10” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “X10” adlı şəxs tərəfindən göndərilmiş 1007 qram çəkidə külli miqdarda narkotik vasitə heroini 29 mart 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, həmin gün Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə gətirilmiş və orada barəsində şəxsi axtarış keçirilən zaman üzərində olan köynəyinin altından 01 bükümdə təmiz çəkisi 1007 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə h eroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona aşağı həddə ədalətli cəza təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayətdə qeyd edilir ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməklə Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın məhkumun şəx siyyətinin xarakterizə edən halların olduğunu, ağırlaşdarıcı halların isə olmadığını nəzərə alıb həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin olunması barədə qərar qəbul olunmalıdır. Qeyd etmək lazımdır ki, həmin bağlamanın kim tərəfindən ora qoyulması ibtidai istintaq tərəfindən aydınlaşdırılmamışdır. Buradan belə qənaətə gəlmək olur ki, bağlamanın həmin yerdə olması barədə polis əməkdaşlarının məlumatı olmuşdur. Məhkum isə ora gedib bağlamanın götürülməsi barədə kim tərəfindən zəng olunduğu xüsusatı da araşdırılmamışdır. Əgər bağlamanın harada olduğu polis əməkdaşlarına məlum idisə, deməli bağlamanın kim tərəfindən qoyulduğu da onlara məlum idi. Lakin nədənsə həmin şəxs istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Bu hallar isə ona dəlalət edir ki, bağlamanın dalınca getmək üçün Məhkum elə polis əməkdaşları tərəfindən təhrik olunmuşdur. Müdafiəçinin fikrincə, məhkəmələr, həmçinin, O.Hüseynova cəza təyin edərkən onun şəxsiyyətini, ilk dəfə məhkum olmasını atasının Qarabağ müharibəsi veteranı və qazısı (2ci dərəcəli əlil) olmasını, nənəsinin Qarabağ müharibəsi veteranı olmasını, əməlindən səmimi peşman olmasını nəzərə almayaraq ona sərt cəza təyin etmişlər. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə mü zakirə edib, məhkumun ərizəsindən məlumatının olmaması və aydınlaşdırılması üçün ona əlavə vaxt verilməsi ilə bağlı müdafiəçi E.Zeynalovun və məhkumun ərizəsinin təmin edilməsi ilə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna m alikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024 -cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar