Məhkəmə qərarları › İş №1(102)-248/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-248/2020

28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-248/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi x2 və onun nümayəndəsi-vəkil Nümayəndə, məhkum x1 və müdafiəçisi-vəkil Hüs eynov Əli Meybulla oğlunun iştirakları ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından x1 müdafiəçisi-vəkil Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin (hakim İ.A.İbrahimli) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, x1-xx xxxxxx 1975-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, x3 məxsus x4 həkim-otorinolarinqoloq vəzifəsində işləmiş, ü1 ünvanında qeydiyyatda olan, ü2 ünvanında yaşayan Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə müalicə və cərrah həkim-otorinolarinqoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq etmişdir. Belə ki, x1 xx xxxxxxx 2017-ci il tarixdə ü3 ünvanında yerləşən x3 məxsus x4 həkimotorinolarinqoloq vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxxx 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-otorinolarinqoloqun nümunəvi vəzifə təlimatının” 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməklə ona nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda qeyd olunan tələblərə əməl etməyib öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini yerinə yeti rməyib, tərəfindən xx xxxxx 2018-ci il tarixdə qeyd olunan klinikada üzərində “lonzilektomiya və adenodektomiya” cərrahi əməliyyatı aparmış və qanaxma riski olan x5 vəziyyətini cərrahiyyə əməliyyatından sonrakı dövrdə düzgün qiymətləndirməyərək xəstəliyin sonrakı dinamikasını, ağır cərrahiyyə əməliyyatı keçirmiş xəstədə sonradan yarana biləcək ağırlaşmaların qarşısının dərhal alınması və təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə saxlamayaraq, xəstəni cərrahiyyə əməliyyatı olunmaqla iki gün stasionar şəraitdə qaldıqdan sonra evə buraxılması nəticəsində ehtiyyatsızlıqdan x5 xx xxx 2018-ci il tarixdə saat 18:15-də sol tərəfli tonzillektomiya cərrahi əməliyyat sahəsindən baş vermiş sonrakı qanaxma ilə əlaqədar tənəffüs yollarının qanla tutulması nəticəsində inkişaf edən aspirasion asfiksi ya, kəskin tənəffüs catmamazlığından ölməsinə səbəb olmaqla səhlənkarlıq etmişdir. Məhkum x1 müdafiəçisi-vəkil Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən və məruzəçi), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından x1 müdafiəçisi-vəkil Hüseynov Əli Meybulla oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək məhkum x1 əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilməsi ni xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 müdafiəçisi-vəkil Hüseynov Əli Meybulla oğlunun kassasiya şikayətində göstərilmişdir ki, məhkuma elan edilmiş ittihamda onun mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməklə ona nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda qeyd olunan tələblərə əməl etməmişdir. Cinayət işinə belə qaydalar və standartlar əlavə edilməmişdir. Belə sübutları təqdim etmək və ittihamı sübut etmək ittiham tərəfinin vəzifəsidir. Kassasiya şikayətində həm də göstərilir ki, adi həkim olmaqla vəzifəli şəxs hesab edilmədiyindən Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin subyekti hesab edilmir. Məhkəmələr kifayət qədər tə crübəli ekspertlərin verdikləri məhkəmə-tibb ekspertizası rəylərini deyil, daha təcrübəsiz ekspert komissiyasının rəyinə əsassız olaraq üstünlük vermişlər. Ekspertlərin dindirilməsi barədə vəsatətləri təmin edilməmişdir. Hesab edir ki, x1 əməlində cinayət tərkibi olmadığından kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aş ağıdakı məzmunda hüquqi qiymət vermişdir. Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, x1 adi həkim olmaqla vəzivəli şəxs hesab edilmədiyindən Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin subyekti hesab edilmir. Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə əsasən “səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda”. Qanunun mənasına görə səhlənkarlıq cinayət əməlinin subyekti vəzifəli şəxs olmalıdır. Kassasiya şika yətinin dəlillərindən biri x1 vəzifəli şəxs olmamasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarında şərh edilmişdir ki, hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan şəxslər sırasına, məsələn, yalnız ixtisasartırma və ya imtahan komissiyasının üzvü olan müəllimləri deyil, tələbələrdən və ya təhsil alan digər şəxslərdən imtahanları qəbul edən müəllimləri də aid etmək olar. Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sıra sına aid olunmasını istisna etmir. Dövlət və ya bələdiyyə orqanlarında yardımçı heyət (kargüzar, makinaçı, kuryer, liftçi və digərləri) - vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosessinin təminatı ilə məşğuldurlar. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Konstitusiyanın 41-ci madəsinə əsasən İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçü n zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Hazırkı iş üzrə zərərçəkmiş şəxs mərhum x5 sağlamlıq hüququnun təmin olunması üzrə üzərinə götürdüyü öz vəzifələrini həyata keçirən (lazımi səviyyədə həyata keçirməyən) tibbi xidmət sahələrində çalışan və zərər çəkmiş şəxsə münasibətdə hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan cərrah həkim-otorinolarinqoloq x1 üzərinə götürdüyü öhtəlikləri həyata keçirərəkən vəzifəli şəxs qismində çıxış etmişdir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, x1 tərəfindən zərərçəkmiş şəxs mərhum x5 əməliy yat olunanadək aparılmış müayinə və müalicələr mövcud qaydalara uyğun olsa da, əməliyyatdan sonra xəstənin stasionarda mülicəsi üzrə üzərinə düşən vəzifələri düzgün icra etməmiş, qanaxma risqinin olmasını, xəstənin həyatı üçün təhlükənin mövcudluğunu nəzərə almamış, onu vaxtından əvvəl evə yazmışdır. Müdafiəçinin kassasiya şikayətində göstərilmişdir ki, məhkuma elan edilmiş ittihamda onun mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməklə ona nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda qeyd olunan tələblərə əməl etməmişdir. Cinayət işinə belə qaydalar və standartlar əlavə edilməmişdir. Məhkuma elan edilmiş ittihamda göstərili ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxxx 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkimotorinolarinqoloqun nümunəvi vəzifə təlimatının” 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməklə ona nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda qeyd olunan tələblərə əməl etməyib öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini yerinə yetirməyib. “Həkim-otorinolarinqoloqun nümunəvi vəzifə təlimatının” 8-ci bəndində göstərilir ki, həkim-otorinolarinqoloqun vəzif ə öhdəliklərindən biri kimi mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. Həmin təlimatın 9-cu bəndində göstərilmişdir ki, həkim-otorinolarinqoloq stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən təlimatda həkim- otorinolarinqoloqun xəstənin müayinə və müalicəni aparmasının ümumi istiqamətləri göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, səhhəti ağır vəziyyətdə olan xəstənin müayinə və müalicəsinin aparılmasının bütün qaydalarının və standartlarının hans ısa sənəddə təsbit olunması mümkünsüzdür. Hippokrat andı (gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm) içmiş həkim- otorinolarinqoloq x1 zərərçəkmiş şəxs mərhum İsayev x5 əməliyyat olunandan sonra qanaxma risqinin olmasını, xəstənin həyatı üçün təhlükənin mövcudluğunu nəzərə almalı olduğu halda almamışdır. Mövcud qayda və standartlar dedikdə o nəzərdə tutulur ki, həkim- otorinolarinqoloq x1 belə risklərin olduğunu bildiyi və bilməli olduğu halda xəstənin müalicəsinin istiqamətini düzgün müəyyən etməli, onun stasionarda daimi nəzarət altında müalicəsini tam sağalanadək davam etdirməli idi. Məhkəmə-tibb ekspertizalarının zərərçəkmiş şəxsin meyitinin daxili müayinə hissəsində göstərmişdir ki, boyunun sol yan divarında sol damaq-badamcığının (tonz ilektomiyadan sonrakı nişa) yatağı çənə-dilaltı əzələ, dilaltı-dil əzələsi və ətraf yumşaq toxumalar əhatə olunmaqla 5,0x3,5 sm sahədə tünd-qırmızı rəngli qansızmalı, hematomalı və qanla imbibisiyalıdır. Həmin qansızma sahəsində xarici yuxu arteriyası şaxəsinin və vidaci vena şaxəsinin badamcıq yatağının yuxarı kapsulası proyeksiyasına uyğun bədənin orta xəttinə isbi yaxın yerləşdiyi qeyd edilir. Sol xarici yuxu arteriyasının sol damaq badamcığını qidalandıran üz arteriyası, udlağın qalxan arteriyası və dil arteriyası şaxələri sol badamcıq yatağında olan qansızma sahəsində xırda qaysaqlanmış trombotik kütlələrlə ifadə olunur. Sağ badamcıq yatağı solğun-qəhvəyimtil rəngli 2,0x1,0 sm sahədə qansızmadır. Birinci instansiya məhkəməsi iclasında şahid x6 ifadəsində göstərmişdir ki, xx xxx 2018-c i il tarixdə saat 10:00-da Eminə İsayeva ilə birlikdə x5 x8 yenidən “x4”na müayinəyə aparmışdır. Həmin zaman həkimlər x7 və x1 x8 x5ın badamcıq vəzilərini saxlaya bilməyib tam çıxartdıqlarını demişdir. x1 x5 İsayevə “inqaliyasiya” müalicə tədbiri icra etmiş, sonra isə sonluğuna pambıq bərkidilmiş metal alətlə onun boğazını təmizləməklə boğazından iltihab qaıqlarını çıxarmışdır. Mən bu zaman x5ın boğazını təmizləyən pambığın üzərində qırmızı rəngli qan ləkəsi görmüşdüm. x1 həkim x5ın boğazını maye ilə təmizlədikdən sonra biz evə gəlmişdik. Saat 16:30-da mən yenidən x5la xəstəxanaya getdim və x1 x7 ilə birlikdə x5 x8 müayinə edib x5ın tam sağlam olduğunu, “inqaliyasiya” proseduruna ehtiyac olmadığını demişdir. Saat 17:00-da xəstəxanadan x5 İsayevlə birlikdə çıxdım və piyada klinikanın yanı nda yerləşən binadakı evə gəldik. x5 hamam otağına keçdikdən sonra yüngül öskürək səsi gəlmiş, mən dərhal hamam otağına keçdim, x5ın boğaz nahiyyəsindən qan gəldiyini görüb dəsmalı soyuq su ilə isladıb x5ın boynuna sarımışdım. Birinci instansiya məhkəməsi iclasında ifadə verdikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin suallarına cavab verərkən x1 göstərmişdir ki, bəli həmin gün ərp olub, sonra ərpi çıxartmışam. Komisyon məhkəmə-tibb ekspertizasının xx xxx 2019-cu il tarixli rəyindən görünür ki, x5 adına x4 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əəsasən, onun üzərində icra edilmiş, cərrahiyyə əməliyyatına qədərki dövr ərzində aparılmış müayinə və müalicə tədbirləri ona təyin edilmiş “xroniki tonzillit. Adenoidlərin hipertrofiyası” diaqnozuna uyğun olmuşdur. Lakin aparılmış, “Tonzillektomiya və Adenoidektomiya” cərrahiyyə əməliyyatından sonrakı dövrdə müalicə həkimi tərəfindən xəstənin vəziyyəti düzgün qiymətləndirilməmiş və onu sonrakı dinamikası nəzarətdə saxlanılmamışdır. Belə ki ağır cərrahiyyə əməliyyatı keçirmiş xəstədə sonradan yarana biləəcək ağırlaşmaların qarşısının dərhal alınması və təxirəsalınmaz tədbirlərin görülməsi diqqətdən kənarda qalmışdır. Xüsusilə nəzərə alsaq ki, xəstədə qanaxma riski olmuşdur. Sözügedən işdə xəstə iki gün stasionar şəraitdə qaldıqdan sora evə buraxılmış, evə yazıldıqdan iki gün sonra xəstədə qanaxma baş vermiş və bu qanaxma da xəstənin ölümü ilə nəticələnmişdir. Buna məsul şəxs əməliyyatı icra edən həkim otorinolarinqoloq x1dır. Qeyd olunan çatışmamazlıqlarla x5 ölümü arasında səbəbli əlaqə vardır. x5 adına tə rtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun üzərində xx.xx.2018-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatından sonrakı dövrdə xəstənin vəziyyəti düzgün qiymətləndirilməmiş və buna məsul şəxs müalicə həkimi otorinolarinqoloq x1dır. x5 “x4”na daxil olarkən ona aparılmış labarator, klinik və instrumental müayinələr əsasında təyin edilmiş “xroniki tonzillit. Adenoidlərin hipertrofiyası” diaqnozuna düzgün olmuşdur. Lakin, əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyəti düzgün qiymətləndirilməmiş, səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş həkim otorinolarinqoloqun vəzifə öhdəliklərinin 8-ci bəndinin tələbləri pozulmuşdur. Yəni həmin bəndə əsasən həkim otorinolarinqoloq mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və n əzarət edir, zəruri diaqnostik, müalisə, reabilitasiya və profilaktik prosedur tədbirlərini təşkil edir və müstəqil surətdə aparır. Buna məsul şəxs əməliyyatı icra edən həkim- otorinolarinqoloq x1dır. x5 üzərində aparılmış “Tonzillektomiya və Adenoidektomiya” cərrahiyyə əməliyyatından sonra baş vermiş qanaxmaya səbəb (əməliyyatdan dörd gün sonra) sol tərəfdə icra edilmiş “Tonzillektomiya” cərrahiyyə əməliyyatı sahəsindən fibroz ərpin qopması olmuşdur. Bu da xəstənin əməliyyatdan iki gün sonra evə buraxılması ilə əlaqədar qərarın düzgün verilməməsini göstərir. x5 adına tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən, əməliyyatın sonunda sağ tonzillektomiya sahəsindən təkrar qanaxma olmuş və koaqulyasiya olunaraq qanaxma dərhal dayandırılmışdır. Meyitin məhkəmə-tibbi müayinəsi zamanı a şkar olunmuş sol damaq badamcığı yatağının, çənə-dilaltı əzələsinin, dialtı-dil əzələsinin və ətraf yumşaq toxumaların tünd-qırmızı rəngli qansızması, hematoması və qanla imbibisiya sahəsinin yaranması icra edilmiş sol tərəfli “Tonzillektomiya” əməliyyatından sonrakı dövrdə baş vermiş residivləşən qanaxma ilə əlaqədar olmuşdur. Göründüyü kimi məhkəmə-tibb ekspertizasının rəyinin nəticələrindən biri kimi göstərilmiş x5 üzərində aparılmış “Tonzillektomiya və Adenoidektomiya” cərrahiyyə əməliyyatından sonra baş vermiş qanaxmaya səbəb (əməliyyatdan dörd gün sonra) sol tərəfdə icra edilmiş “Tonzillektomiya” cərrahiyyə əməliyyatı sahəsindən fibroz ərpin qopması göstərilməsi, həm şahid x6nın ifadəsində göstərdiyi xx xxx 2018-ci il tarixdə x1 x5 boğazını sonluğuna pambıq bərkidilmiş metal alətlə t əmizləməklə boğazından iltihab qaıqlarını çıxarması bu zaman x5ın boğazını təmizləyən pambığın üzərində qırmızı rəngli qan ləkəsi görməsi və həm də x1nın məhkəmə iclasında suallara cavab verərkən “həmin gün ərp olub, sonra ərpi çıxartmışam” göstərməsi bir-birini tamamlayır və məhkəmə-tibb ekspertizasının rəyinin əsaslılığına dəlalət edir. Bundan başqa cinayət işinin materiallarında olan digər məhkəmə-tibb ekspertizalarına nisbətən komisyon məhkəmə-tibb ekspertizasının xx xxx 2019-cu il tarixli rəyində mərhum zərərçəkmiş x5 əməliyyatından iki gün sonra evə yazılmasının qeyrizəruriliyinə, daha sonra x1nın xəstənin müayinə və müalicənin aparılmasında yol verdiyi ağır nəticəyə səbəb olmuş çatışmazlıqlara qiymət verilmişdir. Komisyon məhkəmə-tibb ekspertizasının xx xxx 2019-cu il tarixli rəyi ni vermiş ekspert komissiyasının iki üzvünün 2004-cü və 2006-cı ildən ekspert təcrübəsi vardır. Bu ekspert komissiyasının əvvəlkilərə nisbətən daha təcrübəsiz olması barədə müdafiəçinin kassasiya şikayətində göstərilən dəlillər subyektiv mülahizələrlə əsalandırıldığından və məhkəmə-tibb ekspertizasının xx xxx 2019-cu il tarixli rəyinin mötəbərsizliyinə dair hər hansı sübut olmadığından bu dəlillər əsassız hesab edilir və təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayət i təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1 müdafiəçisi-vəkil Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar