Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-248/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) 22 fevral 2022-ci il tarixli hökmü ilə 6 mart 1988-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, orta təhsilli, evli, himayəsində 3 azyaşlı olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən yeni tikilidə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona həmin Məcəllənin 62.1 - ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 28 iyul 2021 ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (h akimlər: X11 (sədrlik edən, məruzəçi hakim), X4 və X2 ibarət tərkibdə) 7 iyun 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-322/2022 saylı, 22 fevral 2022-ci il tarixli hökmü dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokur oru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən, "Məhkum gizlətdiyi 8 ədəd bükümdə ümumi təmiz çəkisi 3.944,0 qram narkotik vasitə heroin və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3.503,0 qram psixotrop maddə metamfetaminin onun tərəfindən polis əməkdaşlarına könüllü təhvil vermə kimi qiymətləndirilməsi” hissəsində və Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasına dair hissədə dəyişdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-322/2022 saylı, 22 fevral 2022-ci il tarixli hökmnün əsaslandırıcı hissəsindən "Məhkum gizlətdiyi 8 ədəd bükümdə ümumi təmiz çəkisi 3.944,0 qram narkotik vasitə heroin və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3.503,0 qram psixo trop maddə metamfetaminin onun tərəfindən polis əməkdaşlarına könüllü təhvil vermə kimi qiymətləndirilməsi”nə dair müddəalar, habelə Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə qədər artırılmışdır. Hökm Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum şəxsiyyəti istintaqa məlum olmayan "Əli" adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qa nunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirəndən sonra əldə ediləcək ümumi qazancdan 2-3 gündən bir 200-300 manat məbləğində pul qarşılığında "Əli" adlı şəxs ilə razılaşdıqdan sonra, 2021-ci ilin fevral ayından etibarən sonuncu dəfə 18 iyul 2021-ci il tarixdə "Əli" adlı şəxsin tapşırığına əsasən İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yol kənarında yerləşən yol nişanının yaxınlığında gizlədilmiş yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmaq məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımış, xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospektidə Şah id3 100 manat qarşılığında satmış olduğu həmin 2 büküm narkotik vasitə heroin və 3 büküm psixotrop maddə metamfetamindən aşkar edilmiş 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkilsi 0,402 qram və 0,315 qram, ümumi təmiz çəkisi 0,717 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,134 qram və 0,018 qram ümumi təmiz çəkisi 1,152 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin vermiş, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamdən 2 büküm üzərində şəxsi istifadəsi məqsədi ilə saxlamaqla, qalan hissəsini isə Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində dəmir yolunu kənarında gizlətmişdir. 28 iyul 2021-ci il tarixdə saat 02;30-da piyada olaraq ünv an 1 ünvanın qarşısında şübhəli vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİ-nin əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən sol ayağına geyinmiş olduğu qara rəngli corabının boğaz nahiyyəsindən külli miqdarda olmaqla 2 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 10,588 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər bükümdə təmiz çəkisi 5,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Bakı şəhəri Nərimanov rayonu, A. Qərib küçəsində dəmir yolu kənarının yaxınlığında keçirilən axtarış zamanı 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 498,0 qram, 500,0 qram, 446,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 502,0 qram, 498,0 qram ümumi təmiz çəkisi 3944,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hcroin və digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 923,0 qram, 960,0 qram, 650,0 qram, 970,0 qram ümumi təmiz çəkisi 3503,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum himayəsində 2016, 2017, 2021-ci il təvəllüdlü 3 azyaşlı uşaqlarının, yaşlı anasının, işləməyən həyat yoldaşının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi təlim toplanışı və qismən səfərbəliklə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət göstərməsi, Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə" medal ilə təltif edilməsi narkotik və psixotrop maddələri könüllü təhvil verməsi, qabaqcadan əlbir olan qurupun digər üzvü olan “Əli” adlı şəxsi ifşa etməsi cəza və yüngülləşdirən hallar arasındakı əlaqələri müəyyən edən faktlardır. Birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən Məhkum cəza təyin edərkən onun şəxsiyyətini (müsbət xarakterizə edilməsini), ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi cinayətdən peşma nçılıq çəkməsini nəzərə almaqla ədalətli qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi səhvən hesab etmişdir ki, Məhkum 18 iyul 2021-ci il tarixdə Əli adlı şəxsin gizlətdiyi yerdən ittihamda qeyd olunan narkotik vasitə və pisxotrop maddələri əldə etmişdir. Polis əməkdaşları tərəfindən tutulduqdan yalnız 10 gündən sonra 28 iyul 2021-ci il tarixdə artıq gizlədib saxladığı narkotik vasitələrə sərəncam vermək imkanın olmadığını dərk etdikdən sonra narkotik vasitələri və psixotrop maddələri könüllü təhvil verməsi kimi qiymətləndirilə bilməz. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 1(103)-1042/2022 saylı qərarını ləğv edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-322/2022 saylı hökmünün qüvvədə saxlanlması barədə barədə qə rar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı ol mayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinc i və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalət liliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxs ə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmas ına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 1 5-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq ol unur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxım dan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Vüqar Məmmədova verilmiş ittihama dəyişiklik edərək onun tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddəni könüllü təhvil vermə kimi qəbul etməsini onunla əsaslandırmışdır ki, Vüqar Məmmədov barəsində şəxsi axtarış və götürmə aparıldıqdan sonra könüllü ərizə yazmaqla yaşayış yerində deyil, açıq ərazidə gizlətdiyi narkotik vasitə və psixotrop maddəninin yerini göstərmiş və təhvil vermişdir. İş materiallarından da görünür ki, Məhkum 18 iyul 2021-ci il tarixdə Əli adlı şəxsin gizlətdiyi yerdən ittihamda qeyd olunan narkotik vasitə və psixotrop maddələri əldə etmiş, polis əməkdaşları tərəfindən tutulduqdan və üzərində saxladığı narkotik vasitə və psixotrop maddə aşka r olunduqdan sonra, yalnız 10 gündən sonra, 28 iyul 2021-ci il tarixdə artıq gizlədib saxladığı narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etdikdən sonra narkotik vasitələri və psixotrop maddələri təhvil verilmək qərarına gəlmiş və onların yeri barədə polis əməkdaşlarına məlumat vermişdir. Apellyasiya məhkəməsi haqlı olaraq bu halı Məhkum narkotik vasitə və psixotrop maddələri könüllü surətdə təhvil verməsi kimi qiymətləndirilməsini əsassız hesab etmişdir. Belə ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "04” mart 2011 -ci il tarixli № 2 qərarının 23cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə tövsiyə olunsun ki, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Məhkəmələrə izah olunsun ki, şəxs tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-in 234-cü maddəsinin qeydinin 1 -ci bəndinin tətbiq e dilməsinə əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin "Məhkum gizlətdiyi 8 ədəd bükümdə ümumi təmiz çəkisi 3.944,0 qram narkotik vasitə heroin və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3.503,0 qram psixotrop maddə metamfetaminin onun tərəfindən polis əməkdaşlarına könüllü təhvil vermə kimi qiymətləndirilməsi”nə dair müddəaları hökmün təsviriəsaslandırıcı hissəsindən xaric etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əməlin hüquqi tövsifi barədə, həmçinin "Məhkum 3.944,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və 3.503 qram şəkidə psixotrop maddə metamfetamini könüllü təhvil vermə kimi qiymətləndirilməklə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi” hissəsi istisn a olmaqla işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi "Məhkum gizlətdiyi 8 ədəd bükümdə ümumi təmiz çəkisi 3.944,0 qram narkotik vasitə heroin və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3.503,0 qram psixotrop maddə metamfetaminin onun tərəfindən polis əməkdaşlarına könüllü təhvil vermə kimi qiymətləndirilməsi” hissəsində düzgün nəticəyə gəlmədiyindən, onun barəsində Cinayət Məcəlləsinin 62.1 -ci maddəsini tətbiq edərək cəzasını yüngülləşdirən halları müstəsna hal kimi qiymətləndirməkdə, ona təqsirli bilindiyi maddələrdə müəyyən edilmiş aş ağı həddən də az cəza təyin etməkdə haqlı olmamışdır. Həmçinin Məhkum polis əməkdaşlarına qabaqcadan əlbir olan qrupun digər üzvü olan "Əli” adlı İran vətəndaşı barədə məlumat verməsinə baxmayaraq həmin şəxsin ifşa olunmasını iş materialları ilə müəyyən etmək mümkün deyildir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı qeyd olunan mövqeyini əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi hökmündə cəzanı yüngülləşdirən halları sadalasa da, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiqini hökmdə kifayət qədər əsaslandırmamış, nə üçün məhz həmin halların onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin edilməsi üçün əsas ola biləcək müstəsna hall ar kimi qiymətləndirməsini, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar kimi qiymətləndirməsini qeyd etməmiş, təyin ediləcək cəza və yüngülləşdirən hallar arasında əlaqəni müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsini, himayəsində 3 azyaşlı uşaqlarının olması, 3.944,0 qram çəkidə narkotik vasitə heroini və 3.503,0 qram çəkidə psixotrop maddə metamfetamini polis əməkdaşlarına könülü təhvil verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təqsirləndirilən şəxsin törətdiyi cinayətdən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzə rə alıb, ağır cinayətlər kateqoriyasına aid olan, satış məqsədi ilə külli miqdarda psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayəti törətmiş şəxsə Cinayət Məcəlləsinin 62.1-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, elan olunmuş ittiham üzrə Məhkum üzərindən 2 ədəd bükümdə təmiz çəkisi 10,588 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər bükümdə təmiz çəkisi 5,200 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar olunması, bundan sonra Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində dəmir yolu kənarının yaxınlığında keçirilən axtarış zamanı gizlətdiyi 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 498,0 qram,500,0 qram, 446,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 502,0 qram, 498,0 qram ümumi təmiz çəkisi 3.944,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 923,0 qram,960.0 qram, 650,0 qram, 970,0 qram ümumi təmiz çəkisi 3.503,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunması onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini istisna edir, cinayətin törədilməsi və bundan sonra onun davranışında hər hansı müstəsna hallar müşahidə olunmamış, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olmamışdır. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 4.1 və 234.4.3-cü maddələri üzrə həmin Məcəllənin 62-ci maddəsinin müddəaları tətbiq edilməsinin qanunsuz olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə, kassasiya şikayətinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair həmçinin qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayəti n iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilə ndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri ə sassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşd ıran halın olmadığını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alaraq, onun barəsində CM-in 62-ci maddəsinin tətbiqinin əsassız olduğu nəticəsinə gəlmiş, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasının həddində artıraraq ədalətli, qanuni və əsaslı cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barədə cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi) dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təc rübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CMnin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edi lməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apelyasiya instansiyası məhkəməsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər is ə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-248/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-248/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver