Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-248/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏ YYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Abbas Rzayev) 1(001)-60/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli hökmü ilə xx xxx 1998-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: B irinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum 12 iyun 2022-ci il tarixə keçən gecə, saat 02:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Ravon R4 LT” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsindən Bakı şəhəri BiləcəriBinəqədi yolu ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1-ci döngənin yaxınlığında “Misli” Azərlotoreyanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməmiş və avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 80-90 km/saat sürətlə idarə edərək yolun solundan sağına keçən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan piyada X1 avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşayiət olunan sağ təpə-gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınığı, sağ körpücük sümüyünün, sağdan l-İV, soldan l-ll qabırğalarının sınığı, sol budçanaq oynağının və sağ baldır sümüklərinin qapalı sınığı, sağ aşıqbaldır oynağının açıq sınığı, ağciyərlərə və dalağa qansızm a, alt çənə sümüyünün sınığı, alt çənə nahiyəsinin və sağ qaşüstü nahiyənin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sağ qaş nahiyəsinin, sağ göz qapaqları və gözaltı nahiyənin, burun belinin, döş qəfəsinin sağ yarısının, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin qançırları, döş qəfəsi nahiyəsinin arxa səthinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin və sol ayaq pəncəsinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək sağ təpə-gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən çox qəlpəli sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmadan Klinik Tibbi Mərkəzə aparılarkən yolda ölməsinə və «Ravon R4 LT» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədə lənməsi nəticəsində mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 2332 manat maddi ziyan dəyməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Həsən Əhmədov, hakimlər Ziya Şirinov və İbrahim İbrahimlidən ibarət tərkibdə) 1(103)-1276/2023 nömrəli 20 iyul 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.2ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmış, zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi məhkumun təqsirini müəyyən etmədən və təqsirini müəyyən edəcək sübutlar olmadan baxdığından, ittiham tərəfinin hüquqi mövqeyini təsdiq etdiyindən, yalnız ittiham tərə finin mülahizələrini nəzərə almaqla, nəticə etibarı ilə qanunsuz və əsassız qərar çıxarmışdır. qərarı əsassızdır. Belə ki, hakim mərhumun yolu keçən zaman sərxoş halda olduğunu, hadisə baş verdikdən dərhal sonra məhkumun zərərçəkmiş şəxsi xəstəxanaya çatdırdığını yüngülləşdirici hal kimi nəzərə almamışdır. Bundan başqa istintaq zamanı ekspert hadisənin baş verdiyi yerdə avtomobilin sürət həddinin yüksək olmasını müəyyən edən heç bir sürət radarı olmamışdır. Həmçinin həmin avtomobildə olan sərnişinin ifadələrində də müəyyən edilmişdir ki, sürücü avtomobili yüksək sürətlə sürməmişdir. Ona görə də məhkəmənin Məhkum barəsində təyin etdiyi cəza ağırdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab e dir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallar ına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin başlıca dəlili hökmlə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin apelyasiya instansiyası məhkəməsi tərəfindən artırılmasının əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir k i, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngü lləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən haqlı olaraq Məhkum hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, Məhkum təqsirini etiraf etməsi, səmimi peşmançılığı, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsi onun barəsində cəzanı yüngülləşdirən ha llar kimi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Məhkum törətmiş olduğu cinayəti avtomaşını icazə verilən sürəti aşmaqla törətdiyini, zərər çəkmiş şəxsin hüquqi varisi X4 ilə barışıq əldə etməməsini, eləcə də zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməməsini nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsi isə hökmlə cəza hissəsində razılaşmayıb, Məhkum cinayəti avtomaşını icazə verilən sürəti aşmaqla törətdiyini, zərər çəkmiş şəxsin hüquqi varisi X4 ilə barışıq əldə etməməsini, eləcə də zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməməsini nəzərə alaraq hökmün cəza hissəsini dəyişdirmiş, hökm lə təyin olunmuş əsas cəzanın müddətini 5 (beş) il 1 (bir) aya artırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilən səbəblərə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 4 il 6 aydan 5 il 1 ayadək artırılması əsaslı və qanuna uyğun olmuşdur. Belə ki, Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza növü və müddəti müəyyən edərkən apelyasiya məhkəməsi məhkumun zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı ödəməməsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamasına, onun yol-nəqliyyat hadisə sini qanunla müəyyən edilmiş sürət həddini aşmaqla törətdiyinə heç bir qiymət verməmiş və həmin halları cəza təyin edərkən nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi məhz işin bu hallarını nəzərə alıb, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın müddətinin 5 il 1 ayadək artırılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, iş üzrə müəyyən edilmiş işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmaq olmur. Eyni zamanda məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən işin halları və məhkumun təqsiri araşdırılmadan məhkumun cəzasının a rtırılması barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, işin halları və məhkumun elan edilmiş ittiham üzrə təqsiri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş, sübutlar məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-in 143-144-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırılmış, sübutların mötəbərliyinə və mümkünlüyünə qiymət verilmişdir. Apelyasiya məhkəməsi isə zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti üzrə birinci instansiya məhkəməsinin hökmünün cəza təyini hissəsinə baxaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının və məhkumun təqsirinin müəyyən edilməsini əsaslı və qan una uyğun hesab etmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almış və məhkuma işin hallarına və Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun gələn ədalətli cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2023-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tut araq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-248/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-248/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver