Məhkəmə qərarları › İş №1(102)-2481/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2481/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2481/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X4 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 20 24-cü il tarixli, 1(103)-878/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin böyük prokuroru, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X11 12 yanvar 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, döngə 8, nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən X6 qarşı CM-in 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, tamah niyyətilə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə k məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsindən 0,02 hektar sahəsini 7000 manata, 01 ədəd hovuzu isə 300 manata satacağını vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs 6700 manat, yəni xeyli miqdarda pulunu alıb ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 14 fevral 2024-cü il tarixli, 1(003)-174/2024 nömrəli hökmü ilə X5 əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsi və onun Azə rbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, X11 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, X6 Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir.

4. Hökmdən Dövlət ittihamçısı2 Dostəli oğlu tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X9 (sədrlik edən və məruzəçi), X12 və X3 ibаrət tərkibdə) 16 may 2024-cü il tarixli, 1(103)-878/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmaması, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(003)- 174/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və çox saylı qanunvericilik aktla rına istinadlar edərək qeyd etmişdir ki, cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayət prosesi tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışlar.

8. Kassasiya protestinin müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə X6 əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli, 1(103)-878/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

10. Hökmdən bəraət almış şəx s tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassas iya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin q ərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X6 əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlən dirən əsaslarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli, 1(103)-878/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham t ərəfinin üzərinə düşür.

19. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

20. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

22. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cü mlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

23. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

24. Cinayət Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edi r ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

25. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq birinci instansiya və apellyasiya instansiyası məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsas sız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi cinayət işi materiallarında öz əksini tapan sübutları tədqiq edərək müəyyən etmişdir ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olmuş hal yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ittihamda öz əksini tapmır, belə ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlməmişdir, göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılaşma (öhdəlik) olmuşdur, razılaşma zərərçəkmiş şəxs tərəfindən icra edilmədiyinə görə torpaq sahəsi digər şəxsə satılmışdır, təqsirləndirilən şəxs X5 niyyəti öhdəliyin icrasına yönəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs X5 Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlində cinayət tərkibinin olm asının sübuta yetirilmədiyini nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələblərinə, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə, təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – cinayət tərkibinin olması sübuta yetirilmədikdə, yəni X6 Cinayət Prosessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

28. Kassasiya kollegiyası kassasiya protestini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan su i-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

29. Göründüyü kimi, dələduzluq cinayətinin obyektiv cəhətinin tərkib əlamətinin ünsürləri qismində təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlak əldə etməsi üsulu çıxış edir.

30. Dələduzluq cinayətinin obyektiv cəhətinin tərkib əlamətinin ünsürləri qismində çıxış edən həmin əlamətlərin mövcud olması o zaman dələduzluq hesab edilir ki, təqsirkar şəxs əmlakı əldə edər kən niyyəti öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş olsun.

31. Yəni, dələduzluq etibardan sui-istifadə və aldatma yolu ilə törədildikdə təqsirləndirilən şəxsin özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək niyyətinin, əmlakın və ya əmlaka olan hüququn ona etibar edildiyi və ya aldadıldığı ana qədər yaranması sübuta yetirilməlidir.

32. Qeyd edilən müddəanı hazırki cinayət işinin faktiki hallarına tətbiq etdikdə müəyyən edilir ki, Gündüz Abasov əmlakını özgəninkiləşdirmək məqsədi ilə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ilə razılıq əldə etmiş, lakin sonuncu tərəfindən əvvəlcədən əldə edilmiş razılığa əsasən müəyyənləşdirilmiş məbləğin tam ödənilməməsi səbəbindən, onu öncədən xəbərdar etməklə ə mlakını başqasına satmışdır. Satışdan əldə edilən vəsait hesabına da zərərçəkmiş şəxs tərəfindən natamam olaraq ödənilmiş məbləğin müəyyən hissəsini geri qaytarmışdır. Yəni, X13 Kərimova ilə razılıq əldə edilməmişdən öncə hər hansı dələduzluq niyyətinin əmələ gəlməsi və həmin niyyətin icrası məqsədi ilə qeyd edilən müqaviləni bağlaması faktı nə ibtidai istintaq orqanı, nə də məhkəmələr tərəfindən sübuta yetirilməmişdir.

33. Bununla da, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlara əlaqəli şəkildə verdiyi qiymətlə razılaşır.

34. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətraflı hökmdə əks etdirildiyindən kassasiya məhkəməsi qeyd edilənlərd ən əlavə izah verməyə lüzum görmür.

35. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

36. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətlərin təmin edilməsini mümkün hesab etmir.

37. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli, 1(103)-878/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədə n saxlanılmalıdır.

38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli, 1(103)-878/2024 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar