Məhkəmə qərarları › İş №1(102)-2483/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2483/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2483/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və X20 oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli qərarından Məhku m müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Şəlalə Həsənova (sədrlik edən), Vüqar Quliyev (məruzəçi) və Siyavuş Hacıyev) 1(101)-394/2024 saylı, 05 mart 2024-cü il tarixli hökmü ilə xx xxxxxxxx 1967-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2024-cü il tarixdə n hesablanmışdır. İş üzrə mülki iddia qismən təmin edilmiş, mülki cavabdeh Məhkum maddi ziyan olaraq 35.000 (otuz beş min) manat, mənəvi ziyan olaraq 1000 (min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (yüz iyirmi beş) manat, cəmi 36.125 (otuz altı min yüz iyirmi beş) manat məbləğində pulun tutularaq mülki iddiaçı X7 ödənilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirinin 13 sentyabr 2019-cu il tarixli, 453-K nömrəli əmri ilə həmin Nazirliyin Katibliyinin Məxfi şöbənin rəisi vəzifəsinə təyin edil ərək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 23 dekabr 2019-cu il tarixdə keçiriləcək növbəti bələdiyyə seçkilərində yenidən Maştağa bələdiyyəsinin sədri vəzifəsinə seçilməsinə köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin oktyabr ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 27 ünvanında yerləşən “Avalon” restoranında görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə ona müvafiq köməkliyi göstərə biləcəyi imkanına malik olduğunu yalandan bildirib aldadaraq, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə, yəni “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunmalı olmasına baxmayaraq, ilk öncə Maştağa bələdiyyəsinə üzv və daha sonra həmin bələdiyyənin sədri vəzifəsinə seçilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət qismində 90.000 (doxsan min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2019-cu ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 27 ünvanında yerləşən “Avalon” restoranında görüşləri zamanı Zərərçəkmiş şəxs aldatmaqla, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin noyabr ayının əvvəllərində cinayətdən xəbərsiz qohumu Şahid2 Maşallah oğlunun vasitəsi ilə yaşadığı ünvan 4 ünvanında 90.000 (doxsan min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 90.000 (doxsan min) manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Emin Əliyev) 1(103 )-1060/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 1(101)-394/2024 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum, onun müdafiəçiləri Müdafiəçi və X1, zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 1 (103)-1060/2024 saylı qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən barəsində aparılmış cinayət işinin istintaqının qərəzli, yalnız ittihamedici sübutların to planması niyyəti ilə aparılsa da, həmin məlumatların bir-biri ilə kəskin ziddiyyət təşkil etməsi və barəsində verilən ittihamın qurama olması sübuta yetir. Belə ki, Şahid2 vasitəsi ilə mənzilə gətirilən pul vəsaitinin ona tam olaraq qaytarıldığı mərhum Zərərçəkmiş şəxs həqiqi hüquqi varisləri İsrafil, Elvin Qurbanovların və X2 Ədliyyə nazirliyinə ünvanladıqları ərizə və ibtidai istintaq zamanı verdikləri ifadələrlə də təsdiq olunur. İttihamın sübutlarını nəzərdən keçirərkən öncə mərhum Zərərçəkmiş şəxs bu iş üzrə zərər çəkmiş şəxs olub-olmaması, olmuşsa onun nədən və kimin hərəkətlərindən zərər çəkdiyi müəyyən edilməmişdir. Belə olan halda, seçkilərin başa çatmasından sonra ölümünə qədər keçən uzun müddət ərzində onun məhkumdan şifahi və yazılı şikayət etməməsinin səbəbləri, eləcə də həmin şəxslə birgə yaşayan ailə üzvlərinin deyil, Qurbanovun ölümündən çox sonra onunla əmlak xarakterli münaqişədə olan, bu gün də həmin əmlakla bağlı məhkəmə çəkişmələrində olan, mirasının açılması üçün müraciət etməmiş 85 yaşlı anası H.Qurbanovanın və bu işdə şübhəli maraqları olan Şahid2 və Şahid1 müraciət etmələrinin səbəbləri araşdırılmamışdır. İstintaq orqanı 11 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs H.Qurbanova zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasının prosessual əsasları olmamışdır. H.Qurbanovanın bu iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması və cinayət prosesində iştiraka buraxılması qanunsuz olmuşdur. Hafizə Qurbanova təqsirləndirilən şəxs barəsində Ədliyyə Nazirliyinə şikayət məzmunlu ərizə yazmadığını, həmin ərizəyə imza etmədiyini və Məhkum şikayət inin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs müstəntiqdən H.Qurbanova ilə üzləşməsini tələb etsə də istintaq orqanı bunu təmin etməmiş, məhkəmə istintaqı zamanı isə H.Qurbanovanın sağlamlıq vəziyyətinin, görmə və eşitmə qabiliyyətinin, habelə hadisləri dərk etmək imkanının olmasını və sair əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün onun barəsində kompleks məhkəmə tibbi və psixoloji ekspertizasının keçirilməsini tələb edilməsinə baxmayaraq həmin tələb də təmin edilməmişdir. Bundan əlavə, mərhum Zərərçəkmiş şəxs mirasını rəsmi qəbul etmiş hüquqi varisləri Şahid3, X14 və həmin dövrdə mərhum Zərərçəkmiş şəxsla birgə nigahda olan X2 cinayət işində olan Ədliyyə Nazirliyinə ünvanladıqları və onlar tərəfindən imzalanmış 23 dekabr 2022-ci il tarixli ərizələrində göstərmişlər ki, “Zər ərçəkmiş şəxs ailəsi olaraq X6 Ədliyyə Nazirliyinin əməkdaşı Hafiz Əiyevin barəsində yazdıqları həqiqəti əks etdirmir və həmin şikayət ərizəsi ilə razı deyilik. Həmin şikayət ərizəsi Zərərçəkmiş şəxs ailəsinin xəbəri və icazəsi olmadan sizə göndərilmişdir. Buna görə yazıb bildirmək istəyirik ki, Məhkum bizə heç bir borcu yoxdur." Buna baxmayaraq ibtidai istintaq dövründə xahiş edilsə də, məhkumun və onun müdafiəçinin Zərərçəkmiş şəxs həqiqi, yəni mirası qəbul etmiş hüquqi varisləri ilə zərərçəkmişin nümayəndəsi kimi qəbul olunmuş Hafizə Qurbanova arasında üzləşmə aparılmamışdır. Şahid ifadələrində də qeyd edilir ki, şikayət ərizəsi Şahid1 tərəfindən yazılıb nazirliyə göndərilmişdir. Yəni şikayət ərizəsi Hafizə Qurbanova tərəfindən yazılmamışdır. Bu da elan olunmuş ittihamın qurama olduğunu göstərir. X10, qonşusu X3 iştirakı ilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiqlənmiş 01 mart 2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, “Mən yazaraq bildirirəm ki, Məhkum barəsində heç bir orqana hər hansı cinayət və mülki tələblə bağlı şikayət ərizəsi ilə müraciət etməmişəm. Məhkumlə mənim aramda heç bir mülki, digər mübahisə yoxdur. Hal-hazırda Məhkum barəsində maddi və mənəvi ziyan barədə tələbim, şikayətim, mülki iddiam yoxdur və gələcəkdə bu barədə heç bir məhkəmə mübahisəsi qaldırmayacam.” Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələ blərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr əsassız olaraq Məhkum əməllərini dələduzluq cinayəti kimi qiymətləndirmiş və onun təqsiri mümkün olmayan sübutlarla əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri əsaslı hesab etmir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs 90.000 manat pul alıb onu aldadaraq, həmin pulların müqabilində üzərinə götürülmüş öhdəliklərin yerinə yetirmək niyyətində olmamış, öhdəliklərin yerinə yetirməsi ilə əlaqədar işlərin görülməsi barədə görüntü yaratmaq üçün onunla razılaşıb sövdələşmişdir. Məhkum edilmiş şəxs özünü ittiham olunduğu müvafiq maddə ilə təqsirli bilməsə də, verilmiş ittihamda göstərilən xüsusatlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər materialları ilə öz təsdiqini tapmışdır. B elə ki, Məhkum ifadələrində göstərmişdir ki, 2019-cu ilin təxminən dekabr ayının ortalarında axşam saatlarında Zərərçəkmiş şəxs olmadan Şahid2 onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov 516/517, 11 saylı mənzilə gəlmiş və bükülüdə ona pul vermişdir. Şahid2 pulu ona verdikdən sonra Zərərçəkmiş şəxs bələdiyyəyə seçdirməyini xahiş etmişdir. O isə həmin pulu gecə vaxtı Şahid2 özünə qaytarmaq istəmədiyinə, pulu Zərərçəkmiş şəxs özünə qaytarmaq istədiyinə görə Şahid2 heç nə deməmiş və həmin pulu evində saxlamışdır. O həmin vaxt verilən pulu saymamış, sonradan sayanda 80.000 manat olduğunu görmüşdür. Zərərçəkmiş şəxsla danışanda sonuncu ona 90.000 manat pul göndərdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs pulun məbləğinin 80.000 manat olduğunu bildirmiş və gəlib pulu götürməyini demişdir. Zərərçəkmiş şəxs isə pulun onda qalmasını, gəlib özünün götürəcəyini bildirmişdir. Onun həmin pulu özünə götürmək və ya həmin pul müqabilində Zərərçəkmiş şəxs hansısa vəzifəyə təyin etdirmək fikri olmamışdır. O Zərərçəkmiş şəxs və Şahid2 bu məsələni bir neçə dəfə izah etmiş, ancaq onlar işin mahiyyətini tam anlamamışlar. Onlar sonrasında bir-iki dəfə gəlsələr də Zərərçəkmiş şəxs öz fikrinin üzərində qalmışdır. O İlqara əgər sədr seçilsə, hansı problemlərlə üzləşəcəyini demiş, ancaq Ziyad İlqarı fikrindən döndərmişdir. 31 dekabr 2019-cu il tarixdə isə o, müalicə məqsədi ilə Belarusiya Respublikasına getmiş və 10 yanvar 2020-ci il tarixdə Bakıya qayıtmışdır. O, Belarusiya Respublikasından qayıdandan sonra bələdiyyə seçkilərinin baş tutduğunu və Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinə üzv seç ilmədiyini bilmiş, Şahid2 Zərərçəkmiş şəxsla birlikdə gəlib pulu götürmələrini demiş, lakin Şahid2 gəlib pulu götürməkdən yayınmışdır. Təxminən bir neçə ay keçdikdən sonra Zərərçəkmiş şəxs Şahid2lə gəlmədiklərini görüb sonuncuya zəng vurub Günəşli qəsəbəsinə gəlməyini demişdir. O, özü ilə Şahid2 ona verdiyi 80.000 manatı götürmüşdür. Şahid2 həmin yerə “BMW” markalı avtomobili ilə, o isə həmin vaxt istifadəsində olan "Pajero” markalı, **-HF*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. O, Şahid2 80.000 manatın hamısını qaytarmaq istəmiş, sonuncu isə pulun 45.000 manatını götürmüş, qalan pulun isə onda qalmağını istəmiş, belə ki, sonuncu Zərərçəkmiş şəxs pulu iki dəfəyə qaytarmaq istədiyini demişdir. Şahid2 ona “bu pulu hələ aparım verim İlqara, qalanını sonra gəlib götürərəm” demişd ir. Ziyad pulu aparmış, bu zaman o olanlar haqqında İlqara məlumat vermiş, İlqar da ona narahat olmamasını və gəlib pulun qalan hissəsini özünün götürəcəyini demişdir. Ondan sonra o, bir neçə dəfə Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu da ona "qoy pul səndə qalsın, lazım olanda gəlib götürərəm səndən, amma bir iş olsa mənim xahişimi bir yerə elə, evdə oturmaqdan yorulmuşam” demişdir. 2021-ci ilin ortalarında o, Zərərçəkmiş şəxs özü ilə "Cavid” parkında görüşmüş, həmin vaxt sonuncu tək olmuş, o da əl çantasında saxladığı 35.000 manat pulu Zərərçəkmiş şəxs özünə vermiş və bundan sonra Zərərçəkmiş şəxsla görüşləri olmamışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs tərəfindən Məhkum 80.000 manat pul verilməsini təqsirləndirilən şəxs öz ifadəsində də bildirmiş, lakin həmin pulu qaytardığını demişdir. Bundan başqa, iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* №-li cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(001)1037/2023 nömrəli qərarına əsasən "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə 8435 saylı 01 ədəd qovluq var. Həmin qovluğa daxil olduqda qovluqda 15 ədəd faylın olduğu görünür. 503190872_SMS.txt faylına baxış zamanı xx.xx.2019-cu il tarixdə 01:01:03-də Şahid2 istifadəsində olan **********79 saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olmuş **********72 mobil nömrəsinə aşağıdakı məzmunda: “Mudurum cin nomrevi yigdim bagliydi. Goruwe bilmedim. Yazdimki bes gozduyurem dee neyniyim necedi vezyet. Yazdiki wukur salamatciligdi sabah ola xeyir ola” məzmunlu sms göndərilmişdir. **********7.txt və **********72.txt fayllarına baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş **********72 mobil telefon nömrəsi ilə Məhkum istifadəsində olmuş ******-**-** və ***-***-**-** mobil telefon nömrələri arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixdən çox sayda danışıqların olması müəyyən olunmuşdur. antena2019.xls faylına baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş **********72 mobil telefon nömrəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bir neçə dəfə “Elmlər Metrostansiyası” və “Bakı Dövlət Universiteti” antenlərinə düşdüyü müəyyən olunmuşdur. Qeyd edilən fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb digər hər hansı hal aşkar edilməmişdir. Şahid2 tərəfindən istintaqa təqdim edilmiş onunla Məhkum arasında olan “WhatsApp” tətbiqi ilə aparılmış yazışmaların ekran çəkilşinin şəkillərindən görünür ki, Şahid2lə Məhkum (Hafiz emi.teze) arasında oktyabr 2019-cu il tarixdən başlayaraq 24 mart 2021-ci il tarixə kimi müxtəlif məzmunlu yazışmalar həyata keçirilmişdir: “30 Ekim 2019” – 30 oktyabr 2019-cu il tarixli yazışmada Şahid2: “Sabahin xeyir emi”, “Netersen”, “Ne var ne yox”; Məhkum: “Salam”, “Hər şey qaydasındadı iş gedir”; Şahid2: “He wukur”, “Dunen bullarin siyahisinin axrinci gunuydu çox narahatiydıg”, “Axwam iwden cıxanda gələcəm bir söhbet edey”; Məhkum: “Nəticəsini deyəcəklər darıxmayın”; Şahid2: “Oldu emi”, “Cox sagol”. “1 kasım 2019” – 01 noyabr 2019-cu il tarixli yazışmada Şahid2: “ Emi sabaa xeyr. Emi tam deqiqlewdirdiy? Bunun adi yoxdu siyahida hamini 2 gundu cagirilar dayrede erze zad yazdirirlar bunu yox. Bu gunde siyahi yekunlasir kutarir. Bunuda qesden cagirmillarki siyahiya salmirlarki sabahsi gunde kimse nese deyende sozderi olsunki bu siyahida yoxdu haa. Axwam taa geciydi deye yazmadim yigmadim. Gece oyrendiy deqiq yoxdu bunun adi. Yazdimki bilesen dee melumatdi olasanki bu gwn siyahi qurtatir kankret dayreden oyrendiy axwam saat 12de 1e iwlemiw”; Məhkum: “Yaxşı”, “Narahat olmayın”; Şahid2: “Oldu emi Allah canini sag elesin”; Məhkum: “İlqarın atasının adı və familayasın yaz”; Şahid2: “Zərərçəkmiş şəxs Nerman oglu”; Məhkum: “Deyəcəklər yuxarıdan”, “İnşallah yaxşı olar”; Şahid2: “İnwallah”, “Allah sene deymesin var ol emi”; Məhkum: “Əlavə nə desələr deyərəm”; Ş ahid2: “Oldu emi”, “Mene 20 deyqe qabax ne desen hara desen ora uca uca gelecem”; Məhkum: “Yaxşı”; “4 aralık 2019” – 4 dekabr 2019-cu il tarixli yazışmada Şahid2: Emi sabahin xeyir. Bu ozde yapin uzvudu hemde mawtaga uzre yapin sedridi”, “Yapin plakatinda siyahisindada adi yoxdu”, “Deqiq duz melumatdi”, “Dedimki xeberin olsun”; “12 ocak 2020” – 12 yanvar 2020-ci il tarixli yazışmada Şahid2: “Axwamin xeyir emi necesen ne var ne yox”, “Yaxwisanmi”; Məhkum: “Əleyküm Salam”, “Şükür”; Şahid2: “He yaxwi ol emi”; Məhkum: “Yox”; Şahid2: “Emi sen cani maraxlan gor necedi veziyyet yaman narahatcilixdi eyy”; Məhkum: “Allah bilən məsləhətdi”; “14 ocak 2020” – 14 yanvar 2020-ci il tarixli yazışmada Şahid2: “Salam emi necesen”, “Emi sabaha iclasi teyin elediler bura”, “Buda deyir mellime de gor men ewya larimi vew vuwumuw yigim gedim yoxsa mellim ne dese onu edim”, “Ne meslehet gorsen onu deyim ilqar mellime”, “Əleyküm Salam”, “Danışım deyərəm”; Şahid2: “Ok”, “Emi”, “Xeber gozduyur”; “17 ocak 2021”- 17 yanvar 2021-ci il tarixli yazışmada Şahid2: “Sabahin xeyir emi. Necesen”, “Emi dosdun yigmiwdi dedi Hafiz mellimnen ne xeber dedim hele daniwmamiwam bilmirem”; Məhkum: “De görüşək”, “Yaxşı”; “22 şubat 2021”- 22 fevral 2021-ci il tarixli yazışmada Şahid2: “Salam emi necesen”, “Veziyyet necedi”; Məhkum: “X22”, “İş gedir”, “Həftə sonu görüşərik”; Şahid2: “İnwallah”, “İsdiyirdim gelim. Ta onda 5gun yada 6ci gun gelerem”, “Mellimde taa sebri qalmayib darıxır”; “1 mart 2021” – 01 mart 2021-ci il tarixli yazışmada Şahid2: “Salam emi necesen”, “İw guc”; Məhkum: “X22”, “Yaxşyam”, “Siz necəsiniz”; Şahid2: “Wukur yaxwiligdi”, “Ozum 6.bazar narahat elemedim ee”, “Ne xeber”; Məhkum: “Gözləyirik”, “Olacaq”, “İnşəllah”; Şahid2: “İnwallah”; “12 mart 2021”- 12 mart 2021-ci il tarixli yazışmada Şahid2: “Salam emi necesen ne var ne yox”; Məhkum: “X22, Yaxşıyam”, “Siz Necəsiniz?”; Şahid2: “Wukur emi yaxwilig”, “Dosdumuz narahatdi taa bezmiwem”; Məhkum: “Təyinatlar bayramdan sonra” məzmunlu yazışmalar qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymə tləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv və şübhə yaratmayan sübutların məcmusu ilə sübuta yetirilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli b ilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uy ğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət- prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tə rkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkum əməllərinin tövsifi ilə əlaqədar kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında bu kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş izahlara tam uyğundur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək i stəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azər baycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəzasını yüngülləşdirən (59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın bir qisminin ödənilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi) halların olmasını və cəzasını ağırlaşdıran halların isə olmaması qənaətinə gəlmiş və Məhkum cəza təyin edərkən işin həmin hallarını nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ic timai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni o lmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar