Məhkəmə qərarları › İş №1(102)-2486/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2486/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2486/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 iyul tarixli, 1(106)-248/25 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 23 noyabr tarixli 1(099)-496/2024 saylı hökmü ilə (Hakimlər X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.Məhkum ibarət məhkəmə tərkibində) xx.xx.1966-cı il tarixdə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Zəhmətabad kəndində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 il müddət inə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən ona Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə onun üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 8.10.2023-cü il ta rixdən hesablanması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmış, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində də ittiham hökmü çıxarılmışdır. Həmin hökmdən təqsirləndirilən şəxslər Məhkum müdafiəçisi Müdafiəçi6 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) 2025-ci il 16 iyul tarixli, 1(106)-248/25 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm Məhku m CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin olunması hissəsində dəyişdirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(022)-58/2024 saylı hökmü ilə təyin olunmuş 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli 1(099)-496/2024 saylı hökmü ilə təyin olunmuş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(022)-58/2024 saylı hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tu tulduğu iki gün təyin olunmuş cəzadan bir günə bir gün hesabı ilə çıxılaraq üzərində qəti olaraq 9 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxslər İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikasının vətəndaşı Məhkum öz aralarında və digər şəxslərlə külli miqdarda narkotik vasitələrin satışı məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi, Məhkum həmin külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikası ərazisində gizlədiləcəyi yerdən götürməklə ümumi niyyətlə əldə edib, saxlayıb daşıyaraq satışını təşkil edəcəyi barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında hər biri külli miqdar təşkil edən 4269 qram tiryəki, 2713,2 qram qurudulmuş marixuananı və 480 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 19,2 qram metadonu, eləcə də şəxsi istehlak miqdarından artıq miqdarda 0,405 qram heroini əldə etmiş, digər şəxslə birlikdə 18 iyul 2023-cü il tarixdə saat 2 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respu blikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin Cəbrayıl rayonunun Məzrə kəndində yerləşən 13-cü sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçərək, narkotik vasitələri özləri ilə daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs2 və digər yoldaşları isə sərhədçilərdən qaçmağa müvəffəq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini həmin sahədən təkrarən qanunsuz ola raq Azərbaycan Respublikasından İran İslam Respublikası tərəfə keçmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitələri gizlətdiyi yeri göstərmiş və həmin yerdən yəni 13-cü sərhəd zastavasının 9-cu sahəsindəki qamışlıq ərazidən bir ədəd çantada göstərilən miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 Araz çayını İran İslam Respublikası tərəfə keçə bilmədiyindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etmiş, sərhəd çəpərinə çatdıqda sərhəd dirəkləri arasındakı tikanlı məftilləri özündə olan kəlbətinlə kəsərək yenidən Azərbaycan Respublikası ərazisinə keçərək kolluq sahədə gizlənmiş, lakin 08 avqust 2023-cü il tarixdə həmin hərbi hissənin 20-ci sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTT İHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması, satması sübuta yetirilmədiyi, əksinə sübutlarla, şahid ifadələri ilə inkar edildiyi, əməlində cinayət tərkibi olmadığı və məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə baxmayaraq, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək haqsız yerə cəzalandırılm ışdır. Məhkum özünü təqsirli bilmir. O, xəstəlikdən əziyyət çəkir, ailədə tək qazanc gətirən şəxs odur. İş materiallarında ona istinad edilən əməli törətməsi barədə heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Bu səbəbdən də cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin qərarının qanunsuz hesab edilməsi və qərarın kasassiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır. Müdafiəçi bildirmişdir ki, cinayət işinin məhkəmə istintaqı zamanı işin bir sıra faktiki əsasları obyektiv araşdırılmamış və nəticədə həmin əsaslar məhkəmə istintaqının obyektiv araşdırmasından kənarda qalaraq müdafiəçisi olduğu şəxsin hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2025-ci il tarixli, 1(106)-248/2025 saylı qərarının ləğv edilməsini və Məhkum ittihamla elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. H ÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apell yasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə ci nayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, be lə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, kassasiya şikayətinin əsas dəlili kimi irəli sürülmüş məhkuma təqsirli bilindiyi CM-in maddələri ilə bəraət verilməsi iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin məhkum tərəfindən törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməllərinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma CM-in həm ayrı-ayrı maddələri ilə, həm də cəzaların məcmuyu üzrə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olmaması, cəzasını ağırlaşdıran hal kimi cinayətin residivinin olması nəzərə alınmaqla, ona, CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 23 noyabr tarixli 1(099)-496/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 iyul tarixli, 1(106)-248/25 nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar