Məhkəmə qərarları › İş №1(102)-2489/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2489/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2489/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-68/2024 nömrəli, 14 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Məmmədova Təranə Yav ər qızı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 26 noyabr 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 dekabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəmə si tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, şəxsiyyəti istintaqa məlum olmayan “Mübariz” adlı şəxs ilə bir qrup şəxs halında 18 dekabr 2020-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi qara rəngli “KİA” markalı dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan avtomobillə ünvan 2 ünvanında yerləşən istirahət parkının qarşısına gəlib, tanışı “Mübariz” adlı şəxs ilə birlikdə avtomobildən enib əllərində olan bıçaqla yolun kənarında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq Məhkum Zərərçəkmiş şəxsla əvvəllər aralarında baş vermiş sözlü mübahisəni bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, özünün müstəsna şəxsiyyət olduğunu başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidli k, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan şəxslərin gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan hərəkətlərlə, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib əlindəki soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindən üç dəfə vurub ona qarının sol yan divarında olan deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs z ərbələrdən yayınmaq üçün yaxınlıqda olan markası və dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan ağ rəngli avtomobilə tərəf qaçmış, Məhkum da tanışı “Mübariz” adlı şəxs ilə birlikdə qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əllərində olna bıçaqla sonuncunun qol nahiyyələrindən ardıcıl zərbələr vuraraq ona sağ və sol saidin deşilmişkəsilmiş yaraları isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,610 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Ni zami rayonu, Şahid4 prospekti 105 ünvanının yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum 28 may 2021-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Nizami rayonu, Şahid4 prospekti 105 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində 02 ədəd şəffaf sellofan bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkisi 3,250 qram və 3,360 qram olmaqla ümu mi təmiz çəkisi 6,610 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-372/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məh rum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai istintaq dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddətin təyin olunmuş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 may 2021ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi İsmayı lov Ceyhun Zöhrab oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə elan edilmiş bütün ittihamlar üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-139/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-372/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən bu cəzanın hökmlə ona təyin edilmiş Azərbaycan Respublikası CM-nin 126.2. 4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla onun 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai istintaq dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddətin təyin olunmuş 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmi n hökmündən Məhkum müdafiəçisi İsmayılov Ceyhun Zöhrab oğlu kassasiya şikayəti verib, qərarın ləğv edilməsi və Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Qərardan həmçinin dövlət ittihamçısı kassasiya protesti verib, qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1258/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-139/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-68/2024 nömrəli, 14 may 2024-cü il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-372/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Məhkum bəraət verilməsi, onun Azərbaycan Respublikası CM-nin 126.1, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai istintaq dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddətin təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 may 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

12. Apellyasiya i nstansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Kassasiya protestində qeyd edilmişdir ki, hazırda mübahisəsi edilən hökmünü qəbul edərkən Bakı Apellyasiya Məhkəməsi cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq etməmiş, Məhkum bəraət verərkən və əməlini tövsif edərkən yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən hökmün Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi və onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinə dair hissədə l əğv edilməsi, cinayət işinin bu hissələrdə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməl ərində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azə rbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, hökmün əsasını yolverilməz sübutların təşkil etdiyini, nəticədə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə əsassız bəraət verildiyini, həmçinin törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verilməklə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1. 15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-68/2024 nömrəli, 14 may 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərə kət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzg ün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsi nin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

25. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi, eləcə də onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsinin mübahisələndirilməsi üzrə dövlət ittihamçısının dəlillərini əsassız hesab edir və məhkəmələrin gəldiyi qənaətini aşağıda göstərilənlərə əsasən düzg ün hesab edir.

26. Belə ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

27. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqa nlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

28. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkə mədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

30. Təsvir edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

31. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

32. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmasının, yekunda çıxarılmış məhkəmə aktının həmin normalarla müqayisəsindən görünür ki, protestdə qeyd edilənlərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

33. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki kassasiya protestində mübahisəsi aparılan məsələlərə daha əvvəl Ali Məhkəmədə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısının əvvəlki kassasiya protestinin dəlilləri araşdırılarkən baxılmış, bu kassasiya müraciətləri ilə əlaqədar cinayət işinin materialları öyrənilmişdir. Nəticədə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarında müəyyən edilmişdir ki, Məhkum qarşı soyuq silah olan bıçaqdan istifadə etməklə xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmağa görə ittiham irəli sürülsə də, cinayət işinin materiallarında olan tədqiq edilmiş sübutlardan, o cümlədən, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, sonuncu ona istinad edilən əməli törətməzdən əvvəl istər zərərçəkmiş şəxslə, istərsə də hadisə yerində olmuş, lakin ibtidai araşdırma zaman ı şəxsiyyətlərinin müəyyən edilməsi üçün zəruri tədbirlər görülməmiş şəxslərlə hər hansı münaqişə yaratmamış, yəni ictimai qaydanın pozulmasına yönəlmiş və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər etməmiş, bu münaqişə iki şəxsin – Məhkum və Zərərçəkmiş şəxs aralarında yaranmış qərəzli münasibət zəminində baş vermiş, ən əsası isə verilmiş ifadələrlə yanaşı, obyektiv olaraq videogörüntülərlə təsdiq edildiyi kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs ona tərəf gələn Məhkum görüb sonuncunun ona qarşı xəsarət yetirəcəyini zənn edərək özü üzərində olan xəncər tipli bıçağı çıxararaq onu vurmaq istəmiş, lakin Məhkum cavab olaraq zərərçəkmiş şəxsin bu hərəkətinin qarşısını almaq məqsədilə üzərində gəzdirdiyi bıçaqdan istifadə edib sonuncuya bədən xəsarətlərini yetirmişdir.

34. Ali Məhkəmən in həmin qərarında Məhkum əməlinin xuliqanlıq, həm də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməsinə dair hissədə ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticənin yalnız ümumi sözlərlə əsaslandırıldığı, belə nəticəyə gəlməyə imkan verən və kifayət edən sübutların əldə edilmədiyi və araşdırılmadığı kimi halların aşkar edildiyi qeyd edilmiş, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarı ləğv edilərək bu halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə yeni apellyasiya baxışı təyin edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul etdiyi mübahisəsi edilən hökmünü kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərarında bildirdiyi hüquqi mövqeyini nəzərə almaqla qəbul etmiş, hök mdə hazırda qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilməklə bütövlükdə və ətraflı cavablandırma verilmişdir.

36. Bu məqamda məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişd ir.

37. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinə yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

38. Avropa Məhkəməsinin yanaşmasını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, baxılan kassasiya protestində mübahisəsi aparılan apellyasiya ins tansiyası məhkəməsinin hökmündə müəyyən edilmiş nəticələri təkzib etməyə imkan verən hər hansı yeni və diqqətəlayiq amilə istinad edilmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırılmır.

39. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və hesab edir ki, kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər həmin nəticələri təkzib etmədiyindən, digər tərəfdən isə mübahisəsi edilən məhkəmə aktının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsin də göstərilmiş əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, kassasiya protestinin təmin edilməsi üçün əsas aşkar edilmir.

40. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətdədir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-68/2024 nömrəli, 14 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, mə hkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-68/2024 nömrəli, 14 may 2024-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar